Məhkəmə qərarları › İş №1(039)-117/2023

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-117/2023

04.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-117/2023 04.07.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 Dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin İ-ci İnstansiya Məhkəməsi üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxxxx 1990-cı ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Yevlax şəhəri Şəki Tayı küçəsi 10-da qeydiyyatda olmaqla, Yevlax rayonu Aran qəsəbəsində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 xx xxxx 1999-cu ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Yevlax şəhəri Çənlibel qəsəbəsi S.Ruhulla küçəsi ev 4-də qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişlər. Belə ki, Təqsirləndirilən şəxs2, tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını qəsdən gizli olaraq talamaq məqsədilə 2023-cü il fevral ayının 1-dən 11-dək olan müddət ərzində Yevlax rayonunun Aran qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs məxsus yeni inşa edilmiş yaşayış olmayan evin qarşısındakı küçəyə gələrək Ravi Atakışıyev evin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olub, o, isə kənar şəxs gəldiyi halda xəbər vermək üçün küçədə gözləmişdir. Ravi Atakışıyev evin pəncərəsini vintaçan alətlə açaraq evin otağına qanunsuz daxil olmaqla oradan 1600 manat dəyərində olan 1 ədəd «Novahot» markalı kombini, 300 manat dəyərində olan 1 ədəd «Efendilər» markalı suisidicini, daha sonra evin həyətində olan yardımcı tikilidən isə 1 ədəd 90 manat dəyərində olan su matorunu və 1 ədəd 180 manat dəyərində olan hidroforu həyətin iki taylı qapısını açıb oradan çıxardıb onunla birlikdə aparmaqla Zərərçəkmiş şəxs cəmi 2170 (iki min yüz yetmiş) manat maddi ziyan vurmuşlar. Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun nənəsinin qohumudur. O, heç bir yerdə işləmədiyi üçün maddi cəhətdən çətinlik çəkmişdir. Ona görə də oğurluq etmək qərarına gəlmişdir. Cavidgilin onların yaşadığı qəsəbədə yeni ev tikmələrindən, lakin həmin evdə yaşamadıqlarndan onun xəbəri olmuşdur. O, həmin evdən oğurluq etmək qərarına gəlmişdir. 2023-cü il fevral aynın təxminən 1-dən 10-na olan müddət ərzində dəqiq xatırlamadığı gün axşam saatlarında dostu Təqsirləndirilən şəxs2 onların yaşadığı qəsəbəyə onunla görüşməyə gəlmişdir. O, Təqsirləndirilən şəxs2 qəsəbədə yaşayış olmayan ev olduğunu, oradan oğurluq etmək istədiyini bildirmiş və Elvindən bu işdə ona köməklik etməsini xahiş etmişir. Elvin də onunla razılaşmışdır. Həmin gün gecə saat təxminən 02 radələrində Elvinlə birlikdə Cavidgilin yeni tikdikləri ev olan ünvana getmiş, o, Elvinə “sən hasarın çölündə gözlə, gələn olsa xəbər elə” deyə bildirmişdir. Elvin hasarın çölündə gözləmiş, o, evin hasarından həyətə keçmiş, əvvəlcə evin həyətində olan yardımçı tikiliyə daxil olmuş və orada 01 ədəd su matoru və 01 ədəd hidrofor olduğunu görmüşdür. O, həmin su matoru ilə hidroforu yardımçı tikilidən çıxardıb həyətə qoymuş, daha sonra həmin evin birinci mərtəbəsinin pəncərəsini vint açanla açaraq evə daxil olmuş və evdə olan kombini və su qızdırıcını da həyətə çıxartmış, sonra həyət darvazasının qapısını açıb həmin əşyaları çölə çıxarmış, Elvinlə həmin əşyaları aparıb yaşadığı evin yaxınlığında kolluğun arasında gizlətmiş, bundan sonra Elvini yola salmış, özü də yaşadığı evə getmişdir. O, Elvinə əşyaları sabah satacağını və ona da pulunu verəcəyini bildirmişdir. O, səhəri gün küçələrindən «Ford» markalı yük avtomobili ilə dəmir metal yığan tanımadığı şəxsə həmin əşyaları 180 manata satmışdır və n həmin puldan 80 manatı Elvinə vermişdir. O, Cavidgilin tikdirdikləri evdən başqa heç bir yerdən oğurluq etməmişdir. O, oğurluq edərkən onun yanında Elvindən başqa heç kim olmamışdır. Məhkəmədən son sözündə əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, hazırda zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bildi ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs tanımır, Təqsirləndirilən şəxs1 isə onun dostudur. Ravini təxminən 3-4 il olar ki, tanıyır, dost kimi bir-birilərinin evinə gedib gəlirlər. 2023-cü il fevral aynın təxminən 1-dən 10-na olan müddət ərzində dəqiq xatırlamadığı gün günorta saatlarında Aran qəsəbəsinə dostu Ravigilə getmişdir. Ravi ilə söhbət edən zaman Ravi ona “qəsəbədə bir ev var heç kim yaşamır, gecə gedərik sən kənardan gözləyərsən mən evdən girib oğurluq edib çıxaram”-deyə bildirmişdir. O da Ravi ilə razılaşmış və həmin gün gecəsi saat təxminən 02 radələrində Ravi onu yaşadığı qəsəbədə yeni inşa olunan evin qarşı tərəfinə aparmışdır. Ravi ona “sən yolda gözlə mən evə girim, gələn olsa mənə xəbər elə”-deyə bildirmişdir. O, həmin evin qarşı tərəfində gözləmiş, Ravi evə daxil olmuş və bir müddət sonra Ravi həmin evdən 1 ədəd kombi, 1 ədəd su matoru, 1 ədəd hidrofor, bir ədəd suisidici gətirmişdir. O, Ravi ilə həmin əşyaları aparıb Ravigilin yaşadığı evin yaxınlığında kolluğun arasında gizlətmiş, Ravi onu yola salmış, o da yaşadığı evə qayıtmışdır. Səhəri gün axşam Ravinin yanıa getmiş, Ravi onların oğurladığı əşyaları qəsəbədə metal alan şəxslərə 180 manata satdığını bildirmişdir. Həmin puldan Ravi ona 80 manat vermişdir. O, Cavidgilin tikdirdikləri evdən başqa heç bir yerdən oğurluq etməmişdir. O, oğurluq edərkən onun yanında Ravidən başqa heç kim olmamışdır. Məhkəmədən son sözündə əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, hazırda zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq, ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslərdən şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən iş üzrə Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Yevlax rayonu Aran qəsəbəsində yerləşən fərdi yaşayış evinin ona məxsusdur. Həmin yaşayış evində təmir işləri aparıldığı üçün hazırda həmin evdə yaşayış olmamışdır. Sonuncu dəfə həmin evdə xx.xx.2023-cü il tarixində olmuş lakin həmin vaxtı heç bir oğurluq hadisəsi baş verməmişdir. Oğurluq hadisəsinin baş verdiyini xx.xx.2023-cü il tarixində aşkar etmişdir. Belə ki, babası Əli küçədən keçən zaman ona məxsus olan fərdi yaşayış evinin giriş qapısının yarı açıq vəziyyətdə olduğunu görmüş, lakin evdə usta işlədiyini düşündüyü üçün həyətə daxil olmamışdır. xx.xx.2023-cü il tarixində axşam saatlarında dayısı Sənan həmin fərdi yaşayış evinin qarşısından keçən zaman giriş qapısının yarıaçıq vəziyyətdə olduğunu görüb həyətə daxil olmuş və onu səsləməyə başlamışdır. Onun həyətdə olmadığını görüb anasına zəng vurmuşdur. Anası isə ona dərhal yardımçı tikiliyə daxil olmasını və orada olan su motoru və hidorforun yerində olub-olmadığını yoxlamasını bildirmişdir. Dayısı Sənan oraya baxdıqdan sonra su motoru və hidroforun oğurlandığını bildirdikdə anası Sənandan evin giriş qapısının açıq olub-olmadığını yoxlamasını bildirmişdir. Bundan sonra anası ilə birlikdə ona məxsus olan fərdi yaşayış evinə getmişlər. Evə çatan zaman birinci mərtəbədə yerləşən pəncərənin açıq olduğunu və naməlum şəxsin oradan fərdi yaşayış evinin içərisinə daxil olduğunu aşkar etmişlər. Evi gəzdikdən sonra evindən 1 ədəd 1600 manat dəyərində bir ədəd “Novahot” markalı kombinin, 1 ədəd 300 manat dəyərində “Efendiler” markalı su isidicisinin, 1 ədəd 90 manat dəyərində su moturu və 1 ədəd 180 manat dəyərində hidroforun oğurlandığını aşkar etmişlər. Bundan sonra 102 xidmətinə zəng edərək ona məxsus evindən oğurluq olması barədə məlumat vermişdir. İş üzrə şahid X2 məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştrak edə bilməyəcəyini, istintaq zamanı vermiş olduğu ifadəni təsdiq etdiyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən iş üzrə şahid X2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Yevlax rayon PŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Yevlax rayon Aran qəsəbə sakini Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə, Yevlax rayon polis şöbəsinə ərizə ilə müraciət edərək özünə məxsus yaşayış olmayan evindən 01 ədəd kombini, 01 ədəd suisidicini, evin həyətində olan yardımcı tikilidən isə 01 ədəd su matorunu və 01 ədəd hidroforu naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildirmişdir. Həmin oğurluq hadisəsi ilə bağı keçirilmiş əməliyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisəsini Yevlax şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmələri məlum olmuşdur. Ona görə də o, Təqsirləndirilən şəxs2 yerini müəyyən edərək, polis şöbəsinə gətirib dindirilməsi üçün təqdim etmiş, Təqsirləndirilən şəxs1 isə Yevlax rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 227.1-ci maddəsi ilə təqsirli bilinib 01 ay müddətinə inzibati qaydada həbs edilməsi və Yevlax RPŞ-nin MSY-də saxlanılması barədə raportla rəhbəriyə məruzə etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Əmlakın qiymətləndirilməsi MMC-nin xx.xx.2023-cü il tarixli ƏQ-276/2023 saylı mütəxəssis rəyindən görünür ki, 1 ədəd «Novahot» markalı kombi 1600 manat, 1 ədəd «Efendilər» markalı suisidici 300 manat, 1 ədəd su matoru 90 manat və 1 ədəd Hidrofor 180 manat ümumilikdə real bazar dəyəri cəmi 2170 (iki min yüz yetmiş) manat təşkil etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən xx.xx.2023-cü il tarixdə daxil olmuş tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 Yevlax rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 1000 manat cərimə cəzasına məhkum edilmiş, Yevlax rayon məhkəməsinin xx.xx.2019-cu maddəsi ilə cərimə cəzası 01 il azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən xx.xx.2023-cü il tarixdə daxil olmuş tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən xx.xx.2023-cü il tarixdə daxil olmuş tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Aran qəsəbə İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhər 1 saylı İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli talamaq məqsədilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girdiyi Təqsirləndirilən şəxs2 ilə birlikdə bir qrup təşkil etməklə, yaşayış sahəsinə qanunsuz daxil olmaqla zərərçəkmiş şəxsə 2170 (iki min yüz yetmiş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilən cinayət əməlini törətməkdə təqsirli olmaları sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddələrinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilən əməli törətməkdə təqsirli olmaları öz etirafedici ifadələrindən başqa, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməl ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli № 15 Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 az ağır cinayət törətmələrini, onların cəzasını yüngülləşdirən halları, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlini etiraf edib əməllərindən peşman olmalarını, zərərçəkmiş şəxsə vurmuş olduqları ziyanı ödəmələrini, zərərçəkmiş şəxsin onlardan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onların cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrasına nəzarət Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə Zərərçəkmiş şəxs dəymiş maddi ziyanın tam olaraq ödənilməsi nəzərə alınmalıdır. İşə olan 1 ədəd kompakt disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərilmiş 8 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 48 (qırx səkkiz) manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 12 mart 2023-cü il tarixdən 14 mart 2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir gün iki gününə bərabər hesablanmaqla cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə cəza müddəti ərzində yaşadığı Yevlax rayonu ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək yaşayış yeri olan Yevlax şəhəri, hüdudlarını tərk etməmək, cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 12 mart 2023-cü il tarixdən 14 mart 2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir gün iki gününə bərabər hesablanmaqla cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə cəza müddəti ərzində yaşadığı Yevlax rayonu ərazisinin hüdudlarını tərk etməmək, cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə Zərərçəkmiş şəxs dəymiş maddi ziyanın tam olaraq ödənilməsi nəzərə alınsın. İşə olan 1 ədəd kompakt disk cinayət işinin materiallarında saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 08 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar