Məhkəmə qərarları › İş №1(039)-118/2020

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-118/2020

23.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-118/2020 23.09.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxx 1982-ci ildə Yevlax rayonu Aran qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, natamam orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan və ünvan 2 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx xxxxxx 1985-ci ildə Yevlax rayonu Aran qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, natamam orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan və ünvan 2 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında xx xxxxx 2020-ci il tarixdə saat 12 radələrində qardaşı Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanına gələrək sonuncunun evdə olmamasından istifadə edib qəsdən qanunsuz olaraq həyət darvazasının üstündən aşaraq həyətə daxil olduqdan sonra ev sahibi və kənar şəxslər gələn zaman xəbər vermək məqsədilə evin giriş qapısının qarşısında gözləmiş, Təqsirləndirilən şəxs2 isə evin açıq qalmış giriş qapısından evə daxil olaraq yataq otağındakı şkafın içərisində olan Zərərçəkmiş şəxs məxsus 120 manat dəyərində “Samsung J5” markalı bir ədəd mobil telefonu götürüb qəsdən gizli olaraq talamaqla Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında xx xxxxx 2020-ci il tarixdə saat 12 radələrində qardaşı Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanına gələrək sonuncunun evdə olmamasından istifadə edib qəsdən qanunsuz olaraq həyət darvazasının üstündən aşaraq həyətə daxil olmuş, Təqsirləndirilən şəxs1 ev sahibi və kənar şəxslər gələn zaman xəbər vermək məqsədilə evin giriş qapısının qarşısında gözləyən zaman, evin açıq qalmış giriş qapısından evə daxil olaraq yataq otağındakı şkafın içərisində olan Zərərçəkmiş şəxs məxsus 120 manat dəyərində “Samsung J5” markalı bir ədəd mobil telefonu götürüb qəsdən gizli olaraq talamaqla Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxs vəşahid ifadələri, ekspert rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrəözünü təqsirli bilərək bildirmişdir ki, qardaşı Zərərçəkmiş şəxs Yevlax şəhərində kirayə evdə yaşayır. xx xxxxx 2020-ci il tarixdə səhər saatlarında qardaşı Rövşən ona pulunun olmadığını və oğurluq etmək istədiyini demişdir. O da Rövşənə pula ehtiyacının olduğunu demişdir. Bir neçə saat sonra Rövşən ona qardaşı Kənanın Yevlax şəhərində dayısı Şahların yaşadığı ünvanda işlədiyini demişdir. Rövşən ona Kənanın evinə getmələrini, evdən təxminən 200-300 manat dəyərində bir neçə ədəd əşya götürmələrini, aparıb bazarda satmaqla pul əldə etmələrini demişdir. O, Rövşənlə razılaşmışdır. Saat 12 radələrində o, Rövşənlə birlikdə piyada olaraq Kənanın kirayə yaşadığı ünvana getmişdir. O, Kənanın yaşadığı həyət evinin həyətə giriş qapısının qıfılla bağlı vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra o, Rövşənlə birlikdə darvazanın üstünə çıxaraq həyətə düşmüşlər və Kənanın yaşadığı evə yaxınlaşmışlar. Rövşən evin giriş qapısını yoxlamış və açıq vəziyyətdə olduğunu görmüşdür. Rövşən ona evə daxil olacağını, həyətdə gözləməyini, Kənanın gələcəyi halda xəbər verməsini demişdir. O, Rövşənlə razılaşmış və həyətdə dayanaraq gözləmişdir. Evdə və həyətdə hər hansı bir şəxs olmamışdır. Bundan sonra Rövşən evə daxil olmuş və təxminən dörd-beş dəqiqə sonra həyətə çıxmışdır. Rövşən ona qara rəngli bir ədəd mobil telefon göstərmiş, Kənanın telefonunu götürdüyünü demişdir. O, Rövşənə götürdüyü telefonun kifayət etdiyini, həyətdən çıxaraq getmələrini demişdir. Rövşənlə birlikdə darvazadan aşaraq həyətdən çıxmışdır. Rövşənə Yevlax şəhərində yerləşən bazara getmələrini, telefonu həmin bazarda satmalarını demişdir. Rövşən onunla razılaşmış və onlar piyada olaraq bazar istiqamətində getmişlər. Yolda olarkən Rövşən ona telefonu şkafın içərisindən götürdüyünü demişdir. O, Rövşənə telefonu ona verməsini, telefona baxacağını demişdir. Həmin vaxt Rövşən əlini əynindəki şalvarının cibinə salaraq telefonu çıxarmışdır. O, telefonun salamat vəziyyətdə olduğunu görmüşdür. Rövşən telefonu ona verərkən telefon sonuncunun əlindən çıxaraq yerə düşmüş, telefonun ekranı daşa dəyərək sınmışdır. Rövşən telefonu yerdən götürərək ona vermişdir. O, telefonun ekranının sındığını, lakin digər hissələrinin salamat vəziyyətdə olduğunu görmüşdür. Telefon “Samsung” markalı olmuşdur. O, Rövşənə telefonu apararaq ucuz qiymətə təmir etdirmələrini, sonra isə baha qiymətə satmalarını demişdir. Rövşənlə birlikdə bazara getmişlər və Rövşənin əvvəllər tanıdığı Fariz adlı şəxsin işlədiyi bazarda yerləşən mobil telefon mağazasına daxil olmuşlar. Rövşən mobil telefonu Farizə göstərərək özünə məxsus olduğunu, ekranın yenicə sındığını və ekranı təmir etdirmək istədiyini demişdir. Rövşən Farizdən telefonu hansı qiymətə təmir edəcəyini soruşmuşdur. Fariz telefonun ekranının çatladığını, ekranın yararsız vəziyyətə düşdüyünü, ekranın yenisi ilə əvəzlənməli olduğunu, təzə ekranın isə qiymətinin 100 manat olduğunu demişdir. Rövşən 100 manat pulunun olmadığını, telefonu təmir etdirə bilməyəcəyini demişdir. O, Farizə telefonu sınmış vəziyyətdə almasını demişdir. Fariz telefonu 10 manata almağa razı olmuşdur. Bundan sonra Rövşən telefonu Farizə satmış, Fariz isə Rövşənə 10 manat pul vermişdir. O və Rövşən 10 manat pula bir qutu siqaret, 500 qramlıq bir ədəd araq, onun və Rövşənin uşaqları üçün şirniyyat almış və yaşadıqları evə getmişlər. O və Rövşən birlikdə aldıqları arağı içmiş, siqareti isə çəkmişlər. Sonradan anaları Hənifə ona və Rövşənə Kənanın yaşadığı evdən “Samsung” markalı mobil telefonunun oğurlandığını demişdir. Onlar telefonu oğurladıqlarını və sataraq pulunu xərclədiklərini demişlər. Həmin vaxt onun və Rövşənin pulu olmadığı üçün Kənana telefon ala bilməmişlər. Sonradan o və Rövşən birlikdə işləyib pul qazanaraq oğurladıqları telefona görə Kənana 250 manat pul ödəmişlər. Törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödədiyini və onunla barışıq əldə etdiyini bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, qardaşı Zərərçəkmiş şəxs Yevlax şəhərində kirayə evdə yaşayır. 2020-ci ilin aprel ayının əvvəlində o, işləmədiyi üçün pula ehtiyacı olmuşdur. O, qardaşı Kənanın evindən oğurluq etməyi qərara almışdır. O, qardaşı Elşənə pulunun olmadığını, Kənanın evinə gedib təxminən 200-300 manat qiymətində bir neçə ədəd əşya oğurlamalarını, həmin əşyaları bazarda sataraq pul əldə etmələrini demişdir. Elşən də pulunun olmadığını, onunla birlikdə oğurluq etmək istədiyini demişdir. xx xxxxx 2020-ci il tarixdə saat 12 radələrində o, Kənanın Yevlax şəhərində dayısı Şahların yaşadığı ünvanda olduğunu bilmişdir. Həmin vaxt o, Elşənlə birlikdə piyada olaraq Kənanın kirayə yaşadığı evə getmişdir. O, Kənanın yaşadığı həyət evinin həyətə giriş qapısının qıfılla bağlı vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra o, Elşənlə birlikdə darvazanın üstünə çıxaraq həyətə düşmüş və Elşənlə birlikdə Kənanın yaşadığı evə yaxınlaşmışlar. O, evin giriş qapısını yoxlamış və açıq vəziyyətdə olduğunu görmüşdür. O, Elşənə həyətdə gözləməsini, Kənanın gələcəyi halda ona xəbər verməsini, evə daxil olub bir-iki ədəd əşya götürərək çıxacağını demişdir. Elşən evin giriş qapısının önündə dayanmış, o isə evə daxil olmuşdur. O, evin otaqlarına baxmış və həmin vaxt yataq otağındakı şkafda bir ədəd mobil telefonun olduğunu görmüşdür. Telefonu əlinə götürmüş, telefonun “Samsung” markalı, işlək vəziyyətdə olduğunu görmüşdür. O, telefonu ən aşağısı 150 manata sata biləcəyini hesab etmişdir. Telefonun içərisində olmuş iki ədəd nömrəni çıxarmış, şkafa qoymuş, nömrələri götürməmişdir. O, bir ədəd telefonu götürüb əynindəki şalvarının cibinə qoymuş və evdən çıxmışdır. Elşənə evdən bir ədəd mobil telefon götürdüyünü demişdir. Elşən dərhal həyətdən çıxaraq getmələrini demişdir. Bundan sonra o, Elşənlə birlikdə darvazadan keçərək yola çıxmışdır. O, Elşənə Yevlax şəhər bazarına getmələrini, telefonu orada satmalarını bildirmiş, Elşən onunla razılaşmışdır. O, Elşənlə birlikdə piyada olaraq mərkəzi bazar istiqamətində yola düşmüşdür. Yolda olarkən Elşən telefona baxmaq istədiyini, telefonu ona verməyini demişdir. O, əlini əynindəki şalvarının sağ yan cibinə salaraq telefonu çıxarmışdır. Həmin vaxt telefon onun əlindən sürüşüb yerə düşmüş və ekran hissəsi yerdəki daşa dəymişdir. O, telefonu əlinə götürüb baxmış və ekranın sındığını görmüşdür. Elşən telefonun ekranının sınmasına baxmayaraq digər hissələrinin salamat vəziyyətdə olduğunu, telefonu həmin vəziyyətdə və ya ekranını təmir etdirib sata biləcəklərini demişdir. O, Elşənlə birlikdə əvvəllər tanıdığı Fariz adlı şəxsin işlədiyi bazarda yerləşən mobil telefon mağazasına getmişdir. Farizə mobil telefonunun ekranının sındığını, təmir etdirmək üçün gətirdiyini demiş, telefonun ekranını hansı qiymətə təmir edəcəyini soruşmuşdur. Fariz telefonun ekranının sınaraq yararsız vəziyyətə düşdüyünü, təzə ekranın qiymətinin 100 manat olduğunu demişdir. O, Farizə telefonun ekranını düzəltdirmək üçün pulunun olmadığını, həmin vəziyyətdə telefonu satacağını demişdir. Fariz telefona 10 manat pul verə biləcəyini demişdir. O, telefonu 10 manata Farizə satmağa razı olmuşdur. Bundan sonra o, telefonu Farizə vermiş, Fariz isə ona 10 manat pul vermişdir. O, 10 manat pulla bir qutu siqaret, 500 qramlıq bir ədəd araq, onun və Elşənin uşaqları üçün şirniyyat almış və yaşadıqları evə getmişlər. O və Elşən həmin arağı içmiş, siqareti isə birlikdə çəkmişlər. Sonradan anaları Hənifə ona və Elşənə Kənanın yaşadığı evdən “Samsung” markalı mobil telefonunun oğurlandığını demişdir. O, anasına telefonu Elşənlə birlikdə oğurladığını və sataraq pulunu xərclədiyini demişdir. O və Elşən pulunun olmadığını, Kənana telefon ala bilməyəcəklərini demişlər. Sonradan o və Elşən birlikdə işləyib pul qazanaraq oğurladıqları telefona görə Kənana 250 manat pul ödəmişlər. Törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödədiyini və onunla barışıq əldə etdiyini bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 2019-cu il tarixdə Şirvan şəhər sakini X2 ilə qeyri-rəsmi olaraq evlənmişdir. O, Narida ilə birlikdə Yevlax şəhəri Əfəndiyev küçəsi 41 nömrəli evdə kirayə yaşamışlar. Rəsmi olaraq heç bir yerdə işləməmiş, ailəsini dolandırmaq üçün müxtəlif iş sahələrində günəmuzd işləmişdir. O, xx xxxxx 2020-ci il tarixdə Yevlax rayon polis şöbəsinə ərizə yazaraq qardaşları Elşən və Rövşənin ona məxsus mobil telefonu oğurladığını bildirmişdir. O, “Samsung J5” markalı mobil telefonu 2018-ci ilin avqust ayında Gəncə şəhərində yerləşən mağazadan 390 manata almışdır. Həmin telefon təzə, işlək vəziyyətdə olmuş, əvvəllər istifadə edilməmişdir. O, özünə məxsus olmuş ***-***-**-** və ***-***-**-** nömrələri həmin telefonda istifadə etmişdir. xx xxxxx 2020-ci il tarixdə Naridanı anası Nərgiz Şirvan şəhərinə yaşadığı evə aparmışdır. Bundan sonra o, evində tək yaşamışdır. xx xxxxx 2020-ci il tarixdə Yevlax şəhərində yaşamış dayısı Şahlar onun telefonuna zəng edərək yaşadığı evin həyətində iş olduğunu, səhəri gün gəlib işləməyini demişdir. O, dayısına gəlib işləyəcəyini demişdir. Həmin gün o, yaşadığı evdə yatmış, “Samsung J5” markalı mobil telefonunu isə yataq otağındakı şkafa qoymuşdur. xx xxxxx 2020-ci il tarixdə saat 08 radələrində o, yaşadığı evdən çıxmışdır. O, evin giriş qapısını bağlamamış, həyətin darvazasını isə qıfılla bağlamışdır. Bundan sonra o, piyada olaraq dayısı Şahların yaşadığı ünvana getmişdir. O, telefonunu götürməyi unutmuş, telefonunu götürmək üçün isə evə qayıtmamışdır. O, bir neçə saat ərzində dayısının yaşadığı evin həyətində işləmişdir. Saat 16-17 radələrində o, yaşadığı ünvana qayıtmışdır. Həmin vaxt o, açarla evin həyət darvazasının qıfılını açmışdır. O, həyətə daxil olmuş, sonra isə açıq qapıdan evə daxil olmuşdur. O, şkafda olmuş “Samsung J5” markalı mobil telefonunun yerində olmadığını, ***-***-**-** və ***-***-**-** saylı danışıq kartlarının isə telefondan çıxarılaraq şkafa qoyulduğunu görmüşdür. Telefonunu evdə axtarmış, lakin tapa bilməmişdir. Evdəki bütün əşyalara baxmış, başqa hər hansı bir əşyanın oğurlanmadığını görmüşdür. Bundan sonra o, valideyinlərinin yaşadığı ünvana getmiş, mobil telefonunun oğurlandığını demişdir. Anası Hənifə telefonunu Elşən və Rövşənin oğurlaya biləcəyini demişdir. Sonra anası ona telefonunu Rövşən və Elşənin oğurladığını, telefonu oğurladıqlarını etiraf etdiklərini, telefonu sataraq pulunu xərclədiklərini bildirmişdir. Telefonunu qardaşları oğurladığı üçün o, şikayət etməmişdir. O, Elşən və Rövşənlə bir neçə dəfə görüşmüş, telefonunu qaytarmalarını tələb etmişdir. Rövşən və Elşən onun telefonunu satdıqlarını demiş və telefonunu ona qaytarmamışlar. Hazırda Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs2 tərəfindən ona vurulmuş maddi ziyanın tam şəkildə ödənildiyini, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq məhkəmədən Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs2 barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki,Kənan, Elşən və Rövşən onun doğma oğullarıdır. Elşən və Rövşən ailəlidir və ailə üzvləri ilə birlikdə onunla yaşayır. Kənan isə təxminən bir il əvvəl Şirvan şəhər sakini Narida Quliyeva ilə qeyri-rəsmi olaraq ailə qurmuş və Yevlax şəhəri Əfəndiyev küçəsi 41 nömrəli evdə kirayə yaşayır. Kənana məxsus “Samsung J5” markalı bir ədəd mobil telefon olmuş və sonuncu həmin telefonu istifadə etmişdir. xx xxxxx 2020-ci il tarixdə axşam saatlarında Kənan ona səhər saatlarında işləmək üçün dayısı Şahların yaşadığı ünvana getdiyini, “Samsung” markalı telefonunu unudaraq yaşadığı evdə qoyduğunu, bir neçə saat sonra evə qayıtdığını və telefonunun evdə olmadığını bildirmişdir. O, Rövşən və Elşəndən Kənanın yaşadığı evə gedib-getmədiklərini, sonuncunun telefonunu götürübgötürmədiklərini soruşmuşdur. Rövşən Elşənlə birlikdə Kənanın yaşadığı evə getdiyini və Kənanın “Samsung” markalı mobil telefonunu oğurlayıb satdıqlarını, pulunu isə xərclədiklərini demişdir. Rövşən və Elşən pullarının olmadığını, pulları olan vaxt Kənana telefon alacaqlarını demişlər. Bundan sonra o, Kənana telefonunu Elşən və Rövşənin oğurladığını demişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Yevlax şəhəri Mərkəzi Bazarda yerləşən Ağa adlı şəxsə məxsus mağazanı qeyri-rəsmi icarə əsasında işlətmişdir. O, mağazada mobil telefonların alqı-satqısı və təmiri ilə məşğul olmuşdur. O, hər gün saat 09 radələrindən saat 14 radələrinədək olan müddət ərzində mağazada işdə olmuş, sifariş əsasında mobil telefonların təmiri ilə məşğul olmuş, həmçinin mobil telefonların alqı-satqısını həyata keçirmişdir. 2020-ci ilin aprel ayının ortalarında o, işlədiyi mağazada olmuşdur. Xatırlamadığı gün saat 13 radələrində əvvəllər tanıdığı Rövşən və Elşən qardaşları onun mağazasına gəlmişlər. Rövşən ona bir ədəd mobil telefonunun olduğunu, telefonun ekranının sındığını, telefonu təmir etdirmək istədiyini demişdir. O, Rövşənə telefona baxmaq istədiyini demişdir. Bundan sonra Rövşən ona bir ədəd qara rəngli mobil telefon vermişdir. O, telefona baxaraq “Samsung J5” markalı olduğunu, telefonun ekranının aşağı hissəsinin sındığını, digər hissələrinin salamat vəziyyətdə olduğunu görmüşdür. Telefonun içərisində danışıq kartı olmamışdır. O, Rövşənə telefonun ekranının sınaraq yararsız vəziyyətə düşdüyünü, ekranın dəyişilməli olduğunu demişdir. O, Rövşənə təzə telefon ekranının 100 manata olduğunu demişdir. Rövşən və Elşən 100 manat pullarının olmadığını demişlər. Elşən telefonu həmin vəziyyətdə almağı ona təklif etmişdir. O, telefona görə 10 manat pul verə biləcəyini demişdir. Rövşən və Elşən telefonu 10 manata ona satmağa razılaşmışlar. O, Rövşənə 10 manat pul vermiş və həmin telefonu almışdır. Bundan sonra Elşən və Rövşən mağazadan çıxaraq getmişlər. xx xxxxx 2020-ci il tarixdə Yevlax rayon polis şöbəsinin əməkdaşları ona Rövşən və Elşən qardaşlarının satdığı “Samsung J5” markalı bir ədəd mobil telefonun oğurluq olduğunu demiş, izahat vermək üçün onu polis şöbəsinə dəvət etmişlər. O, həmin telefonu götürüb Yevlax rayon polis şöbəsinə gəlmişdir. Polis əməkdaşı ondan izahat almış, o, telefonu istintaqa təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “hadisə yerinə baxış keçirilməsi haqqında” xx xxxxx 2020-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, baxışın keçirildiyi hadisə yeri Zərərçəkmiş şəxs yaşadığı Yevlax şəhəri Əfəndiyev küçəsində yerləşən 41 nömrəli həyət evidir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs evin yataq otağındakı mərkəzi hissəsi şüşəbənd olan şkafı göstərərək “Samsung J5” markalı telefonu ora qoyduğunu və həmin telefonun ordan oğurlandığını bildirmişdir (iş vər. 16-20); “ifadənin yerində yoxlanılması haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs1 istintaq zamanı vermiş olduğu ifadəsi yerində yoxlanılarkən, o, ünvan 3 ünvanda yerləşən, qardaşı Kənanın yaşadığı evi göstərərək, 2020-ci il aprel ayının 15-də oğurluq etmək üçün həmin evin darvazasından aşaraq həyətinə keçdiyini və evin giriş qapısının ön hissəsini göstərib orada dayandığını, Kənanın və başqa şəxslərin gəlməsinə nəzarət etdiyini bildirmişdir. (iş vər. 123-125); “ifadənin yerində yoxlanılması haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs2 istintaq zamanı vermiş olduğu ifadəsi yerində yoxlanılarkən, o, ünvan 3 ünvanda yerləşən, qardaşı Kənanın yaşadığı evi göstərərək, 2020-ci il aprel ayının 15-də oğurluq etmək üçün həmin evin darvazasından aşaraq həyətinə keçdiyini və evin yataq otağındakı şkafdan bir ədəd “Samsung J5” markalı mobil telefon götürdüyünü bildirmişdir. (iş vər. 119-122); məhkəmə əmtəəşünaslıq ekspertizasının xx xxxx 2020-ci il tarixli 9/1607 №li rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “Samsung J5” markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin aprel ayına normal vəziyyətdə orta bazar qiyməti təxminən 120,00 manatdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatdır( iş vər. 151-153); “maddi sübut kimi tanınma” haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus “Samsung J5” markalı bir ədəd mobil telefon maddi sübut kimi tanınmış və saxlanılması üçün Yevlax rayon polis şöbəsinə təhvil verilmişdir. (iş vər.154- 155); qətimkan tədbiri seçmək haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 barəsində xx xxxxxx 2020-ci il tarixdəbaşqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir.( iş vər.196-197; 220-221); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavablardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxsdir. ( iş vər. 140-141); AZ-İİ seriyalı 634040 nömrəli və AZ-İİİ seriyalı 775442 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2010-cu il təvəllüdlü Eldar və xx.xx.2016-cı il təvəllüdlü Dəniz adlı uşaqları vardır. (iş vər. 69-71); AZ-İİ seriyalı 280774 nömrəli və AZ-İİ seriyalı 539372 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2009-cu il təvəllüdlü Nəzrin və xx.xx.2010-cu il təvəllüdlü Nərmin adlı uşaqları vardır. (iş vər. 80-82); Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənilmiş və onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onların etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmişşəxs vəşahid ifadələri, mənbəyinin mötəbərliyi vəəldə edilməsinin qanuniliyi şübhə doğurmayan və işüzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, maddi sübut, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və işüçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdəədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdəədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinəəsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 himayələrində iki azyaşlı uşaqlarının olmasını (CM-59.1.4), zərərçəkmiş şəxslə barışıq əldə etmələrini (CM-59.1.12), cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq ödəmələrini (CM-59.1.13), törətdiyi əməldən səmimi peşmançılıq çəkmələrini (CM-59.2) onların cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində cəzalarını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini düzgün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin177.2.1 və177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cümaddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcıicra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanmalı, təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, işüzrə maddi sübut kimi tanınan bir ədəd “Samsung J5” markalı telefonZərərçəkmiş şəxs təhvil verilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxslərdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM- 198.1.), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İşüzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və AzərbaycanRespublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 üzərinə saat 23:00-dan saat 07:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmişbaşqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 üzərinə saat 23:00-dan saat 07:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Yevlax rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut “Samsung J5” markalı 1 ədəd telefon Zərərçəkmiş şəxs təhvil verilsin. İşüzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınıb tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Hökmün icrasıYevlax rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Yevlax şəhər Vəkil Bürosunun vəkilləri Məmmədov Fərhad Möhübbət oğlunun və Müdafiəçi ibtidai istintaqda göstərdiyləri 30 (otuz) saat, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 18 (on səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 180 (bir yüz səksən) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Məmmədov Fərhad Möhübbət oğluna və 288 (iki yüz səksən səkkiz) manat isə Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar