Məhkəmə qərarları › İş №1(039)-118/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-118/2022

21.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-118/2022 21.06.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxxxxxx 1978-ci il tarixdə Yevlax rayonu, Tanrıqulular kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Yevlax rayonu, Tanrıqulular kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Yevlax rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 08:30 radələrində müvəqqəti istifadə üçün icarəsində olan Yevlax rayonu, Tanrıqulular kəndində yerləşən torpaq sahəsinin yaxınlığında həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında ailəməişət zəminində mübahisə yaranmış, mübahisə zamanı Təqsirləndirilən şəxs ağac parçası ilə Zərərçəkmiş şəxs baş və sol qol nahiyəsindən qəsdən zərbə vuraraq xəsarətlər yetirmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs “sol gözaltı nahiyənin qançırı, sol gözün bayır bucağının sıyrığı, təpə nahiyəsinin cərrahi tikişə ehtiyacı olan əzilmiş yarası” nahiyəsinə yetirdiyi xəsarətlər ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, icarəsində olan 5-6 hektar ərazini Ədalət Allahverdiyevə üç aylığına icarəyə vermişdir. Onun da qarşılığında traktoru ilə Təqsirləndirilən şəxs torpaq sahəsində bəzi işlər görmüşdür. Həmin torpaq sahəsini Ədalətə icarəyə verən zaman orada xırdabuynuzlu heyvanlar otaracağını bildirmişdir. Lakin, 17 may 2022-ci il tarixdə otlaq sahəsinə Əbdürəhimin iribuynuzlu heyvanları salmaq istədiyini görmüşdür. Bu zaman Əbdürəhiminin yeznəsi Əli ünvansız söyüş söymüşdür. Əbdürəhim də Əliyə həyat yoldaşının yanında olduğunu və bu səbəbdən də söyüş söyməməsini demişdir. Əli bunları dedikdən sonra Əbdürəhim onun ünvanına nalayiq ifadələr işlədərək ondan yer almadığını və ona heç kəs iribuynuzlu heyvanları həmin otlaq sahəsinə salmağına heçnə deyə bilməyəcəyini dedmişdir. Əbdürəhim söyüş söyərkən ona söyüş söyməməsi barədə xəbərdarlıq etməyinə baxmayaraq, Əbderəhim yenə söyüş işlədən zaman əlindəki ağac parçası ilə Əbdürəhimin baş nahiyəsinə zərbə endirmişdir. Bu zaman həyat yoldaşı Şahid1 onları aralamışdır. Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, qayını X2 həmkəndliləri Təqsirləndirilən şəxs iribuynuzlu və xırdabuynuzlu heyvanları otarmaq üçün 3 aylıq icarəyə torpaq sahəsi götürmüşdür. Qayını Mehman da həmin yerdə mal-qaranı otarmaq üçün həmin torpaq sahəsini ona həvalə etmişdir. 17 may 2022-ci il tarixdə səhər saat təxminən 08:30 radələrində yeznəsi Şahid2 ilə mal-qaranı həmin torpaq sahəsinə aparan zaman yolda Kənanın onun qarşısını kəsərək iribuynuzlu heyvanları hara apardığını soruşmuşdur. O da cavabında həmin torpaq sahəsinə apardığını dedikdə, Kənan həmin torpaq sahəsini iribuynuzlu heyvan üçün deyil xırdabuynuzlu heyvan otarmaq üçün qayını Mehmana satdığını bildirmişdir. Əbdürəhimidə bu zaman Kənana bu problemin Mehmanla onun arasında olduğunu və bunu Mehmana deməsini bildirmişdir. Bu zaman Kənan heyvanları qoymayacağını deyərək heyvanların qarşısını kəsmiş və torpaq sahəsinə girməyə qoymamışdır. Bu səbəbdən ünvansız olaraq söyüş işlətmişdir. Bu zaman Kənanın onun üzərinə gələrək əlindəki ağac parçası ilə onun başına və sol qoluna zərbə vuraraq onu döyməyə başlamışdır. Sonra onları Kənanın həyat yoldaşı Şahid1 və onun yeznəsi Şahid2 aralaşdırmışdır. Hazırda əməli törətmiş şəxs Təqsirləndirilən şəxsla barışmışdır və münasibətləri yaxşıdır. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, əməli törtəmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını və ona dəymiş ziyanın ödənildiyini bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxsla həmkənlidirlər. Kənanla münasibətləri yaxşı olmuşdur. 17 may 2022ci il tarixdə saat təxminən 08:30 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs torpaq sahəsinin yaxınlığında münaqişə yaradaraq Zərərçəkmiş şəxs döymüşdür. Əbdürəhim Kənanın yalnız onun baş və sol qol nahiyəsindən xəsarət yetirdiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilən məhkəmə-tibbi ekspertizasının 17 may 2022-ci il tarixli 312 nömrəli rəyindən görünür ki, 1995-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər-sol gözaltı nahiyənin qançırı, sol gözün bayır bucağının sıyrığı, təpə nahiyəsinin cərrahi tikişə ehtiyacı olan əzilmiş yarası, sol saidin yuxarı 1/3-nin yan səthinin şişkinliyi, sıyrığı küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən təpə nahiyəsinin cərrahi tikişə ehtiyacı olan əzilmiş yarası səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs məhkəməyə rəsmi qaydada ərizə verərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, onun barəsində olan cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Eləcə də Təqsirləndirilən şəxs da məhkəməyə ərizə təqdim edərək Zərərçəkmiş şəxs ilə barışdığını nəzərə alaraq barəsində olan cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3- cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Odur ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. (CPM-nin 193.2) Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 321.2.1, 344, 349, 358 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə CM-nin 73cü maddəsinə əsasən cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcinin olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 4 (dörd) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 24 (iyirmi dörd) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Məhkəmə iclasının qərarından 20 gün müddətində Yevlax rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlı̇ k edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar