Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-118/2023 09.08.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi, Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi, Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1981-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, xx xxxx 1976-cı il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 2 ünvanında qeydiyyatda olan, faktiki olaraq Yevlax şəhəri, Şəkitayı qəsəbəsində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilərək, Penitensiar Xidməti 2 saylı İstintaq təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, 04 aprel 2023cü il tarixdə saat 12:15 radələrində Yevlax şəhəri, Çənlibel qəsəbəsində yerləşən ikimərtəbəli yaşayış binasının yaxınlığında Təqsirləndirilən şəxs2 10 manata qəsdən satış məqsədi olmadan qanunsuz olaraq özünün istifadə etməsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,189 qram narkotik vasitə olan heroini əldə etməklə əynindəki tünd-göy rəngli idman geyiminin sol iç cibində qanunsuz olaraq saxlamış, 04 aprel 2023-cü il tarixdə saat 21:30 radələrində Yevlax st. XPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 Yevlax şəhəri, dəmir yol stansiyasının ərazisində saxlanılaraq Yevlax st.xətt polis şöbəsinə gətirilmiş, orada sonuncunun üzərinə müdafiəçinin iştirakı ilə və video çəkilişlə şəxsi axtarış keçirilərkən həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, qəsdən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə vahid niyyətlə satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi 0,482 qram narkotik vasitə - heroini özündə saxlamış, həmin heroinin 0,189 qramını 04 aprel 2023-ci il tarixdə saat 12:15 radələrində Yevlax şəhəri, Çənlibel qəsəbəsində yerləşən ikimərtəbəli yaşayış binasının yaxınlığında əvvəllər tanıdığı Təqsirləndirilən şəxs1 10 manat pul müqabilində qəsdən satmış, vahid niyyətlə əldə etdiyi həmin narkotik vasitə olan heroindən qalan 0,293 qram narkotik vasitə olan heroini isə satış məqsədilə üzərində saxlamış, 04 aprel 2023-ci il tarixdə saat 21:30 radələrində Yevlax st. XPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 Yevlax dəmir yol stansiyasının ərazisində saxlanılaraq Yevlax st.xətt polis şöbəsinə gətirilmiş, orada onun üzərinə müdafiəçinin iştirakı ilə və video çəkilişlə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs2 10 manata qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda alaraq əldə edib saxladığı həmin narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, 04 aprel 2023-cü il tarixdə saat 23:30 radələrində Yevlax st. XPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 Yevlax şəhəri, Şəkitayı qəsəbəsində saxlanılaraq Yevlax st. XPŞ-nə gətirilmiş, orada Təqsirləndirilən şəxs2 üzərinə müdafiəçinin iştirakı ilə və video çəkilişlə 05 aprel 2023-cü il tarixdə saat 00:45-dən 00:57ə qədər olan müddətdə şəxsi axtarış keçirilərkən onun əynindəki gödəkcənin sağ yan cibindəki siqaret qutusunun içərisində olan 1 ədəd bükümdə qəsdən satış məqsədi ilə əldə edib saxladığı və Təqsirləndirilən şəxs1 satdığı narkotik vasitə olan heroinlə eyni tərkibli olan təmiz çəkisi 0,293 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 məhkəmə iclası zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək söyləmişdir ki, narkotik vasitə olan heroindən istifadə edir. 04 aprel 2023-cü il tarixdə günorta saatlarında Yevlax rayonu, Çənlibel qəsəbəsində yerləşən ikimərtəbəli yaşayış binasının yaxınlığında tanışı Təqsirləndirilən şəxs2la rastlaşmışdır. Söhbət əsnasında ona narkotik vasitə olan heroin istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 buna cavab olaraq üzərində heroin olduğunu söyləmiş və bildirmişdir ki, ona həmin narkotik vasitədən verə bilər. Buna razılığını bildirmiş və ondan 10 manat müqabilində bir büküm heroin almışdır. İçində narkotik vasitə heroin olan bükülünü sonra istifadə etmək məqsədi ilə əynində olan idman dəstinin cibinə qoymuşdur. Həmin günü təxminən saat 21:30-da Yevlax şəhər dəmir yol stansiyasının yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin saxlanılmasında şübhəli olduğunu, Yevlax xətt polis şöbəsinə getməli olduğunu söyləmişlər. Onlara etiraz etməyərək birlikdə Yevlax xətt polis şöbəsinə getmişlər. Orada ona müdafiəçi təqdim edilmiş və video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman üzərində olan bir büküm aşkar edilmişdir. Suallara cavab olaraq etiraf etmişdir ki, bükülünün içində olan kütlə narkotik vasitə heroindir, həmin günü onu Təqsirləndirilən şəxs2 10 manat müqabilində almışdır. Əməlindən peşman olduğunu qeyd edərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək söyləmişdir ki, uzun müddətdir narkotik vasitələrdən istifadə edir. 04 aprel 2023-cü il tarixdə günorta saatlarında tanışı Təqsirləndirilən şəxs1la görüşmüş və birlikdə Yevlax şəhərinin ərazisindən keçən dəmir yolu xətlərinin yaxınlığında gəzişmişlər. Bu zaman yerdən bir bükülü tapmışdır. Bükülünün qaldırıb içinə baxdıqda içində narkotik vasitə olan heroin olduğunu görmüşdür. Həmin narkotik vasitəni Təqsirləndirilən şəxs1la bölüşmüşdür. Belə ki, heroinin bir qismini bükülüdə ona əvəzsiz olaraq vermiş, qalan qismini isə öz istifadəsi üçün üzərində saxlamışdır. Həmin narkotik vasitəyə görə ondan hər hansı məbləğdə pul almamışdır. Sonra Təqsirləndirilən şəxs1la ayrılmış öz işləri ilə əlaqədar oradan uzaqlaşmışdır. Həmin gün gecə saatlarında yaşadığı Yevlax şəhəri, Şəkitayı qəsəbəsində olan zaman polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin saxlanılmasında şübhəli olduğunu, Yevlax xətt polis şöbəsinə getməli olduğunu bildirmişlər. Etiraz etməyərək onlarla birlikdə Yevlax xətt polis şöbəsinin inzibati binasına getmişdir. Orada ona müdafiəçi təqdim edilmiş və video çəkiliş aparılmaqla üzərinə axtarış keçirilmişdir. Axtarış zamanı üzərində olan gödəkcənin cibindən içində narkotik vasitə olan bükülü aşkar edilmişdir. Suallara cavab olaraq etiraf etmişdir ki, bükülüdə olan kütlə narkotik vasitə olan heroindir, yerdən tapmış və öz istifadəsi üçün üzərində saxlamışdır. Eyni zamanda bildirmişdir ki, həmin narkotik vasitədən tanışı Təqsirləndirilən şəxs1 bir hissə vermişdir. Polis əməkdaşlarının ona etdiyi təzyiq nəticəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs1 verdiyi narkotik vasitəyə görə ondan 10 manat pul almışdır. Halbuki, Təqsirləndirilən şəxs1 pul almamışdır. Özünü yalnız narkotik vasitə olan heroini əldə etmədə və saxlamada təqsirli bildiyini qeyd edərək əməlindən peşman olduğunu söyləməklə ona məhz həmin əmələ görə yüngül cəza təyin edilməsini xahiş etmişdir. Şahid3 bildirmişdir ki, Yevlax stansiyası xətt Polis Şöbəsində polis nəfəri vəzifəsində işləyir. 04 aprel 2023-cü il tarixdə əməliyyat müvəkkili Şahid1 Yevlax şəhəri, Cəlil Məmmədquluzadə küçəsində yaşayan Təqsirləndirilən şəxs1 narkotik vasitələrin saxlanılmasında şübhəli olması ilə bağlı əməliyyat məlumatı daxil olmuş, sonuncunun rəhbərliyə ünvanlandığı raport əsasında əməliyyat qrupu yaradılmış və o, əməliyyat qrupuna daxil edilmişdir. Əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs1 olduğu yer müəyyən edilmiş və o, təxminən saat 21:30-da Yevlax dəmir yol stansiyasının ərazisində tərəflərindən saxlanılmışdır. Təqsirləndirilən şəxs1 özlərini təqdim etmiş və ona bildirmişlər ki, narkotik vasitələrin saxlanılmasında şübhəli bilindiyi üçün onlarla birlikdə Yevlax stansiya xətt polis şöbəsinə getməlidir. Təqsirləndirilən şəxs1 heç bir etiraz etmədən onlarla birlikdə şöbənin inzibati binasına getmişdir. İnzibati binada xidməti otaqda ona müdafiəçi təqdim edilmiş və video çəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmışdır. Bu zaman onun əynində olan idman dəstinin cibindən bükülü aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, bükülü ona məxsusdur, içində olan kütlə isə narkotik vasitə olan heroindir, həmin heroini səhər saatlarında tanışı Təqsirləndirilən şəxs2 10 manat müqabilində almışdır. Şahid4 bildirmişdir ki, Yevlax stansiyası xətt Polis Şöbəsində polis nəfəri vəzifəsində işləyir. 04 aprel 2023-cü il tarixdə Yevlax şəhər sakini Təqsirləndirilən şəxs2 saxlanılmasında iştirak etmişdir. Belə ki, həmin gün təxminən saat 23:30-da Yevlax şəhəri, Şəkitayı qəsəbəsində Yevlax stansiyasl xətt polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 və polis nəfəri Şahid5 ilə birlikdə Təqsirləndirilən şəxs2 yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş, narkotik vasitələrin saxlanılmasında və satışında şübhəli olduğu söyləyərək onu Yevlax stansiyası xətt polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs2 onlarla birlikdə Yevlax stansiyası xətt polis şöbəsinin inzibati binasına getmişdir. Təqsirləndirilən şəxs2 müdafiəçi təqdim edilmiş və video çəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs2 əynindəki gödəkcənin cibindəki siqaret qutusunun içində olan 1 ədəd bükümdə narkotik vasitə olan heroin aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 bildirmişdir ki, heroin ona məxsusdur, bir neçə gün öncə yerdən tapmışdır. Daha sonra isə suallara cavab olaraq etiraf etmişdir ki, həmin narkotik vasitənin bir hissəsini Təqsirləndirilən şəxs1 adlı şəxsə 10 manata satmışdır. Şahid5 Şahid4 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmasını özündə əks etdirən video yazıya baxış keçirilmişdir. Təqsirləndirilən şəxs1 üzərinə şəxsi baxış aparılan zaman 1 ədəd bükülünün aşkar olunduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, həmin narkotik vasitəni Təqsirləndirilən şəxs2 10 manata almışdır. Təqsirləndirilən şəxs2 üzərindən 1 ədəd bükülü aşkar edilmiş, sonuncu bükülüdə olan kütlənin narkotik vasitə heroin olduğunu, öz istifadəsi üçün üzərində saxladığını, həmin narkotik vasitənin bir hissəsini tanışı Təqsirləndirilən şəxs1 10 manata satdığını etiraf etmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin X3 05 aprel 2023-cü il tarixli 17/311 saylı ekspert rəyində qeyd olunur ki, üzərində “Şübhəli şəxs: Təqsirləndirilən şəxs1...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd qara-ağ rəngli kağız bükümdə, təmiz çəkisi-0,189 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Sübhəli şəxs: Təqsirləndirilən şəxs2...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd qara-ağ rəngli kağız bükümdə, təmiz çəkisi -0,293 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. Tədqiqata təqdim edilmiş heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. (səh. 62-63) Məhkəmə-narkoloji ekspertizasının 05 iyun 2023-cü il tarixli 979 saylı rəyində qeyd olunur ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. (səh. 188) Məhkəmə-narkoloji ekspertizasının 07 iyun 2023-cü il tarixli 980 saylı rəyində qeyd olunur ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (səh. 189) Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlamada təqsirli olması özünün etirafı, şahidlərin ifadələri, saxlanılarkən aparılmış video çəkilişlə, ekspertiza rəyləri ilə tam sübuta yetirilmişdir və buna görə ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, törətdiyi əməldən peşman olmasını, ilk dəfə az ağır cinayət törətməsini, himayəsində bir yetkinlik yaşına çatmayan övladının olmasını, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilən cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Şübhəli şəxs kimi saxlanıldığı müddət qanunvericiliyin tələblərinə uyğun hesablanaraq təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs1 üzərinə Cinayət Məcəlləsinin 52-1.2 maddəsi ilə müəyyən edilmiş məhdudiyyətlər qoyulmalıdır. Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək qeyd edir ki, Təqsirləndirilən şəxs2 yalnız narkotik vasitə saxlamada özünü təqsirli bilərək, narkotik vasitə satmadığını qeyd etsə də, məhkəmə onun bu mövqeyini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq cəhdi kimi qiymətləndirir. Belə ki, məhkəmə, mövcud sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə, yəni satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə edərək satmada və saxlamaqda təqsirli olması mövcud sübutlarla, yəni digər Təqsirləndirilən şəxs1, şahidlərin ifadələri, ekspertiza rəyləri və video görüntü ilə tam təsdiq olunur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyası həddində cəza təyin edilməlidir.. Təqsirləndirilən şəxs2 barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, ilk dəfə az ağır cinayət əməli törətməsini, himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını cəzasını yüngülləşdirən hal kimi, habelə ağırlaşdıran halların olmamasını nəzərə alır və ona, müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab edir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzasının əvvəli faktiki saxlanıldığı 04 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, maddi sübut olan və Yevlax Rayon Polis şöbəsində saxlanılan Yevlax Rayon Polis Şöbəsində saxlanılan 0,139 qram heroin və 0,243 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalıdır. Ekspertiza tədqiqatının dəyəri 69 (altmış doqquz) manat 10 (on) qəpik manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ ******************** коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesaba köçürülməlidir. Müdafiəçi, dövlət hesabına göstərilmiş hüquqi yardıma görə məhkəmə dövrü üçün 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi1 və 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi2 ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 01 günə 02 gün hesablanmaqla 04 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə saat 22-00-dan saat 07-00 qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Hökmün bu hissədə icrası Yevlax rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 04 aprel 2023-cü il tarixdən hesablansın. Cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barədə narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Maddi sübut – Yevlax st.xətt Polis Şöbəsində saxlanılan 0,139 qram heroin və 0,243 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri – 69 (altmış doqquz) manat 10 (on) qəpik təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Az.MEM VÖİN ********** АЗ34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h АЗ41 NABZ 013601 **********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilsin. Göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi1 və 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi2 ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Sədrlik edən : Toğrul Əliyev
Məhkəmə qərarları › İş №1(039)-118/2023
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-118/2023
09.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver