Məhkəmə qərarları › İş №1(039)-118/2024

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-118/2024

24.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-118/2024 24.07.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs alınmış Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi (vəkil) Müdafiəçi iştirakları ilə, xx.xx.1969-cu ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Yevlax şəhəri F.X.Xoyski küçəsi ev 16-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 19.30 radələrində Zərərçəkmiş şəxs yaşadığı Yevlax şəhəri İ.Dəmirov küçəsinin S.Vurğun küçəsi ilə kəsişməsində yerləşən binaların həyətində onunla Təqsirləndirilən şəxs arasında sonuncunun qoyunlarını Zərərçəkmiş şəxs yaşadığı evin önündə otararaq oradakı yaşıllıqlara ziyan vurması səbəbindən şəxsi münasibətlər zəminində mübahisə yaranmış, mübahisə zamanı onlar qarşılıqlı olaraq bir-birilərini söyüb təhqir etmişlər və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaxasından tutaraq başı ilə onun sifət nahiyəsinə vuraraq ona alt dodağın selikli qişasının cərrahi tikişə ehtiyacı olan əzilmiş yarası ilə müşaiyət olunun və dərəcəsinə görə sağlamlığa yüngül zərər vuran xəsarət yetirmişdir. Məhkəmə iclası zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2024cü il tarixdə saat 19.30 radələrində Yevlax şəhəri İ.Dəmirov küçəsinin başından qoyunlarını yolun qarşı tərəfinə keçirən zaman onunla ədavət aparan Əmir adlı şəxs onun üstünə gələrək onu söyüb təhqir etmiş və əlindəki ağacla başına vurmuşdur. Həmin vaxt o, Əmirin yaxasından tutmuş və kəllə ilə sifətinə vurmuşdur. Orada olan adamlar onu aralaşdırmışlar və o, qoyunlarını götürüb getmişdir. Hazırda əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxslə barışıq əldə etməyə cəhd etsə də barışıq olmamışdır. Qeyd edilənlərin nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona istinad olunan əməli törətməsi özünün etirafedici ifadəsindən başqa zərərçəkmiş şəxsin, şahidlərin ifadəsi, ekspert rəyi və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, qonşu küçədə F.X.Xoyski küçəsində yaşayan Təqsirləndirilən şəxs hər dəfə qoyunlarını gətirib onların küçəsində otaran zaman evinin qabağında əkdiyi ağacların yarpaqlarını qoyunlarına yedirir. Bunun üstündə dəfələrlə aralarında mübahisələr olmuşdur. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə saat 19.30 radələrində o, yaşadığı küçənin yaxınlığnda Muxtarın tikinti materialları mağazasının yanındakı çayxanada domino oynayan küçələrində yenə qoyunlar olduğunun götmüşdür. O, domino oynadıqları yerdən durub küçələrinə gəlmiş və Əzizin qoyunları yenə onların evlərinin qabağında ağaclarının yarpaqlarını yediyini, özünün isə küçənin başında binaların həyətində dayandığını görmüşdür. O, qoyunları qabağına qatıb Əzizin yanına aparmış və ona niyə qoyunlarını onun evinin qarşısında otardığını demişdir. Həmin vaxt Əziz ona yaxınlaşmış və yaxasından tutaraq qəfildən başı ilə sifətinə 2 dəfə vurmuşdur. O, ağzını tutub yerə oturmuş və dodağı qanamışdır. Sonra o, Əzizin üstünə gedəndə 1 dəfə də yenə başı ilə sifətindən vurmuşdur. Onların dalaşmaqlarını görən adamlar onları aralaşdırmışdırlar. O, həmin vaxt 102 xidmətinə zəng edib məlumat vermiş, sonra da polis şöbəsinə gedib şikayət etmişdir. Dava-dalaş təxminən 5 dəqiqə davam etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ondan üzr istəmiş və onunla barışmağa cəhd etmişdir. Lakin ona dəymiş ziyan ödənilmədiyindən Təqsirləndirilən şəxs bağışlamamış və barışmamışdır. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 19:30 radələrində Yevlax şəhəri S.Vurğun küçəsində Muxtarın tikinti materialları mağazasının yanındakı çayxanada Əmirlə domino oynayan zaman Əmir onların küçələrində qoyunlar olduğunu görmüş və yanlarından durub getmişdir. Bir müddət sonra Əmirgilin küçəsinin başında dava-dalaş yarandığını görmüşlər. Ora gedəndə qoyunların sahibi Əziz adlı şəxslə Əmir arasında dava-dalaş baş verdiyini və Əzizin kəllə ilə vurub Əmirin ağzını qanatdığını görmüşdür. Həmin şəxsləri ayırmışlar və Əmir 102 xidmətinə zəng edib məlumat vermiş, Əziz isə qoyunlarını götürüb getmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid2 təhqiqat zamanı verdiyi ifadəsində göstərmişdir ki, o Əmirin yanında günəmuzd fəhlə işləyir. xx.xx.2024-cü il tarixdə saat 19:.30 radələrində o, Əmirgilə işlədiyi işin pulunu almağa gəlmişdir. Onların küçələrinin başına çatanda Əmirlə onun qonşuluğunda yaşayan Əziz adlı şəxs arasında dava-dalaş düşdüyünü və həmin vaxt Əzizin kəllə ilə Əmirin sifət nahiyəsinə vurub ağzını qanatdığını görmüşdür. Sonra orada olan adamlar onları aralaşdırmış, Əmir 102 xidmətinə zəng edib məlumat vermiş, Əziz də qoyunlarını götürüb getmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X4 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 306 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - alt dodağın selikli qişasının cərrahi tikişə ehtiyacı olan əzilmiş yarası küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. Bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, özünün şəxsi etirafı, zərərçəkmiş şəxsin, şahid ifadələri və işin digər materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi əməl təhqiqat orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konistitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından biləvasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konistitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konistitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konistitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenimunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının CPM-nin 1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır. Həmin Məcəllənin 10.1-ci maddəsinə əsasən məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən icra olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmağa cəhd etməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən edilməmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Müdafiəçi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə dövrü üçün 30 manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351, 352, 353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, hökm etdi: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından dövlət nəfinə 15 % məbləğində pul tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli qazancından tutulmaların aparıldığı gündən (vaxtdan) hesablansın. Hökmün icrası Yevlax rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar