Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-119/2022 20.07.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxx 1991-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmayan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, 12 yanvar 2022ci il tarixdə saat 17 radələrində Yevlax şəhəri, Əli Bayramov küçəsində X1 15 manata qəsdən satış məqsədi olmadan qanunsuz olaraq özünün istifadə etməsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,403 qram narkotik vasitə olan heroini əldə etməklə əynindəki qara rəngli gödəkcənin sağ yan cibində qanunsuz olaraq saxlamış, 12 yanvar 2022-ci il tarixdə saat 19:25 radələrində Yevlax RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Yevlax şəhəri, X7 küçəsində saxlanılaraq Yevlax rayon polis şöbəsinə gətirilmiş, Yevlax rayon polis şöbəsində sonuncunun üzərinə şəxsi axtarış keçirilərkən onun əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən X1 15 manata qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda alaraq əldə edib saxladığı təmiz çəkisi 0,403 qram narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı, ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək söyləmişdir ki, narkotik vasitə olan heroindən bir neçə aydır ki, istifadə etməyə başlamışdır. 12 yanvar 2022-ci il tarixdə təxminən saat 17:00-da, Yevlax şəhər 4 saylı orta məktəbin yaxınlığında olan zaman yerdən bükülü tapmışdır. Həmin bükülünü açdıqda içində narkotik vasitə olan heroin olduğunu görmüş və sonra istifadə etmək məqsədi ilə əynində olan gödəkcənin cibinə qoymuşdur. Həmin gün axşam saatlarında Yevlax şəhəri, X7 küçəsində olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşları kimi təqdim etmişlər. Həmin şəxslər bildirmişlər ki, narkotik vasitələrin saxlanmasında şübhəlidir və onu polis şöbəsinə dəvət etmişlər. Buna etiraz etməyərək onlarla birlikdə Yevlax Rayon Polis Şöbəsinə getmişdir. Şöbənin inzibati binasında ona müdafiəçi təqdim edilmiş və bildirilmişdir ki, üzərinə, video çəkiliş aparılmaqla baxış keçiriləcəkdir. Video çəkiliş zamanı həyəcanlı olduğundan polis əməkdaşlarına bildirmişdir ki, həmin narkotik vasitəni Məmiş kimi tanıdığı Məhəmməd Musayevdən 15 manata almışdır. Sonradan bu əməlindən peşman olmuş, hətta bu barədə video çəkiliş aparmış və bunu paylaşmışdır. Əməlindən peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Şahid2 bildirmişdir ki, Yevlax Rayon Polis Şöbəsi CAB əməliyyat müvəkkili vəzifəsində işləyir. 12 yanvar 2022-ci il tarixdə, Yevlax RPŞ İTB sahə müvəkkili işləyən zaman, CAB əməliyyat müvəkkili Şahid1 Yevlax şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələr saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Yevlax RPŞ rəhbərliyinin müvafiq əmri əsasında o da, bununla bağlı yaradılmış əməliyyat qrupuna daxil edilmişdir. Məlumat əsasında Təqsirləndirilən şəxs saat təxminən 19:30-da Yevlax şəhəri, X7 küçəsində saxlanılmış və Rayon Polis Şöbəsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə Yevlax RPŞ inzibati binasına getmişdir. Orada Təqsirləndirilən şəxs müdafiəçi təqdim edilmiş və video çəkliş aparılmaqla üzərinə baxış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən sellofan bükülüdə olan narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kütlə heroindir, bu narkotik vasitəni Yevlax şəhəri, Əli Bayramov küçəsində yaşayan X2 adlı şəxsdən almışdır. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını özündə əks etdirən video yazıya baxış keçirilmiş, onun üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən sellofan bükülüdə narkotik vasitə heroinə bənzər kütlə aşkar olunduğu müəyyən edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin X4 13 yanvar 2022-ci il tarixli 17/48 saylı ekspert rəyində qeyd olunur ki, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş...” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi - 0.403 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. (səh 43) Məhkəmə-narkoloji ekspertizasının 17 may 2022-ci il tarixli 668 saylı rəyində qeyd olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. (səh.105) Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlamada təqsirli olması özünün etirafı, şahidin ifadəsi, video çəkilişlə, ekspertiza rəyləri ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs ifadəsində ittiham üzrə özünü qismən təqsirli bildiyini, narkotik vasitəni X1 almadığını bildirsə də, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bu hal Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirli olmasını istisna etmir, belə ki, həmin maddənin məzmununa görə şəxsin narkotik vasitəni haradan əldə etməsi onun bu maddə ilə təqsirliliyinə təsir etmir. Bu səbəbdən ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, törətdiyi əməldən peşman olmasını, ilk dəfə az ağır cinayət törətməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır və ona, müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Şübhəli şəxs kimi saxlanıldığı müddət qanunvericiliyin tələblərinə uyğun hesablanaraq təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs üzərinə Cinayət Məcəlləsinin 52-1.2 maddəsi ilə müəyyən edilmiş məhdudiyyətlər qoyulmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş və X6 saxlanılan, qalıq 0,353 qram çəkidə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalıdır. Ekspertiza tədqiqatının dəyəri 69.10 manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Müdafiəçi, Yevlax şəhər Hüquq Bürosunun vəkili X3 məhkəmə dövrü üçün 24 manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M Е T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 12 yanvar 2022-ci il tarixdən 14 fevral 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesablanmaqla 4 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 22-00-dan saat 08-00 qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Maddi sübut - X6 saxlanılan 0,353 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 69 (altmış doqquz) manat 10 (on) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ ******************** коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesabına köçürülsün. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 24 (iyirmi dörd) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili X3 ödənilsin. Hökmün icrası Yevlax rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən : Toğrul Əliyev
Məhkəmə qərarları › İş №1(039)-119/2022
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-119/2022
20.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver