Məhkəmə qərarları › İş №1(039)-119/2023

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-119/2023

19.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-119/2023 19.09.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş məhkumluğu ödənilməmiş və götürülməmiş, Yevlax şəhəri Pişəvəri küçəsi ev 8, mənzil 5A-da qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitə dövriyyəsində şübhəli şəxs kimi 01 aprel 2023-cü ildə günorta saatlarında Yevlax şəhəri 2 saylı tam orta məktəbin yaxınlığında küçədə əvvəllər tanıdığı X2 50 manat pul müqabilində qəsdən satış məqsədi ilə qanunsuz olaraq 1(bir) ədəd qara-ağ rəngli kağıza bükülmüş bükümdə təmiz çəkisi 0,965 qram olan narkotik vasitə heroini, 1(bir) ədəd qara-ağ rəngli kağıza bükülmüş bükümdə təmiz çəkisi 0,182 qram olan psixotrop maddə metamfetamini əldə edərək saxlamış, xx.xx.2023-cü il tarixdə Yevlax şəhəri Pişəvəri küşəsində saxlanılaraq Yevlax rayon Polis Şöbəsinə aparılmış, üzərində həmin gün saat 21:25-dan saat 21:50-dək olan vaxtda müdafiəçi-vəkilin iştirakı və video çəkilişlə keçirilmiş şəxsi axtarış nəticəsində onun əynindəki qara rəngli idman şalvarının sağ yan cibində bir ədəd qara-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,965 qram olan narkotik vasitə-heroin, bir ədəd qara-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,182 qram olan psixotrop maddə-metamfetamin və şalvarının sol yan cibində saxladığı üzərində cüzi miqdarda metamfetamin hissəcikləri olan işlək vəziyyətdə elektron tərəzi aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilməklə götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, uzun müddətdir narkotik vasitələrdən istifadə edir, 01 aprel 2023cü il tarixdə əvvəllər tanıdığı Faiq adlı şəxsdən 50 manat qarşılığında 2 ədəd ayrı-ayrı bükümlərdə narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin almışdır. O, həmin narkotik vasitəni və psixotrop maddəni özü istifadə etmək üçün almışdır. 05 aprel 2023-cü il tarixdə Yevlax RPŞ-nin əməkdaşları onu şübhəli şəxs qismində saxlayaraq polis şöbəsinə gətirdikdən sonra onun üzərində şəxsi axtarış və götürmə hərəkətləri həyata keçirilmişdir. Həmin vaxt onun üzərindən narkotik vasitə-heroin və psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. Bundan başqa onun üzərindən elektron tərəzi aşkar edilmişdir. Həmin bükülülər və elektron tərəzi ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O, heç kimsəyə narkotik vasitə satmamış, hədiyyə etməmiş, hər hansısa maraq müqabilində heç kimsəyə narkotik vasitə verməmişdir. Əməlindən peşman olduğunu, yalnız narkotik vasitə saxladığına görə barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin NMQ-nin əməliyyat müvəkkül vəzifəsində işləyən Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə olan heroinin, psixotrop maddə olan metamfetaminin əldə edilməsi, saxlanması, istehlakı və satışı ilə məşğul olması barədə 05 aprel 2023-cü il tarixdə Yevlax rayon polis şöbəsinin əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. O, daxil olmuş məlumatı həmin gün raportla Yevlax rayon polis şöbəsinin rəhbərliyinə məruzə etmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs barəsində müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. Yevlax rayon polis şöbəsinin 05 aprel 2023-cü il tarixli əmri ilə onun, Yevlax rayon polis şöbəsinin PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid2 və Yevlax rayon polis şöbəsinin TB-nin baş təhqiqatçısı, polis mayoru X4 iştirakı ilə əməliyyat-axtarış qrupu yaradılmışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmişdir. O, həmin günü polis əməkdaşı Şahid2 ilə birlikdə polis şöbəsindən çıxaraq Təqsirləndirilən şəxs olduğu Yevlax şəhəri Pişəvəri küçəsinə getmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin vaxt Pişəvəri küçəsində olması barədə onun məlumatı olmuşdur. Onlar Yevlax şəhəri Pişəvəri küçəsində Təqsirləndirilən şəxs görərək Təqsirləndirilən şəxs yaxınlaşmış, o, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin saxlaması barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olduğunu, onun saxlanılıb üzərinə baxış keçirilməsi üçün tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edildiyini, üzərinə baxış keçirilməli olduğunu izah etmişdir. Lakin Təqsirləndirilən şəxs həmin yerdə onu tanıdıqlarını, tutulduğunu həmin şəxslərin görəcəyini, üzərinə baxışı həmin yerdə keçirməmələrini xahiş etmişdir. Onlar Təqsirləndirilən şəxs xahişini nəzərə alaraq İbrahimi Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirib baş təhqiqatçı Şamil Xəlilova təhvil vermişlər. O, Təqsirləndirilən şəxs gətirilməsi barədə raport yazmışdır. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili işləyən Müdafiəçi onun hüquqlarını müdafiə etməsini istədiyini bildirmiş, bundan sonra vəkil Müdafiəçi Yevlax rayon polis şöbəsinə dəvət edilmişdir. Şamil Xəlilov onun tərtib etdiyi sənədlər əsasında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuşdur. Şamil Xəlilov xidməti iş otağında onun, Şahid2 və vəkil Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirtmiş, Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış və götürmə Yevlax RPŞ-nin KTQ-nin ekspert-kriminalisti X6 tərəfindən videoyazı vasitəsi ilə qeydə alınmışdır. O və digər iştirakçılar özlərini təqdim etmişlər. Şamil Xəlilov Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etmişdir. Şamil Xəlilov Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra ondan saxlanılarkən üzərində narkotik vasitə və ya psixotrop maddə, həmçinin hər hansı bir qanunsuz əşya, predmetin olub-olmadığı soruşulmuş və olduğu halda təhvil verilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əvvəlcə əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 2 ədəd siqaret kağızına bükülmüş bükülüləri və şalvarının sol yan cibində olan elektron tərəzini təqdim etmişdir. Bundan sonra Şamil Xəlilov Təqsirləndirilən şəxs həmin bükülünün içərisində nə olmasını soruşduqda o, bir ədəd siqaret kağızına bükülmüş bükülünün içərisində narkotik vasitə olan heroinə oxşar kütlə və digər bir ədəd siqaret kağızına bükülmüş bükümün içərisində psixotrop maddə olan metamfetaminə oxşar kütlə olduğunu, həmin kütlələri dörd gün əvvəl 2 nömrəli tam orta məktəbin yaxınlığında küçədə yaşayan Faiq adlı şəxsdən 50 manat pul verib aldığını, satış məqsədinin olmadığını, xx.xx.2023-cü il tarixdə saat 20:30 radələrində Yevlax şəhəri Pişəvəri küçəsində olan zaman Yevlax RPŞ-nin əməkdaşlarının onun saxlayaraq Yevlax RPŞ-nə gətirdiklərini bildirmişdir. Bundan sonra baş təhqiqatçı Şamil Xəlilov həmin iki ədəd siqaret kağızına bükülmüş bükülüləri açıb içərisinə baxdıqda bükümlərdən birinin içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə oxşar kütlə, digər ikinci siqaret kağızına bükülmüş bükümün içərisində isə ağ rəngli psixotrop maddə olan metamfetaminə oxşar kütlə olması aşkar edilmişdir. Həmin kütlələr “VENDS” markalı elektron tərəzi vasitəsi ilə çəkilmiş və narkotik vasitə olan heroinə bənzər kütlənin çəkisinin 1,11 qram, psixotrop maddə olan metamfetaminə oxşar kütlənin çəkisinin 0,37 qram olması müəyyən edilmişdir. Bundan sonra Şamil Xəlilov həmin narkotik vasitə olan heroinə oxşar kütləni və psixotrop maddə olan metamfetaminə oxşar kütləni və elektron tərəzini bükülü olduğu bükümlə birlikdə bir ədəd zərfə qoymuş, zərfin açıq yerini yapışdırmış, üzərində qeydiyyat aparmış və zərfə bir neçə ədəd “zərflər üçün №85” möhürü yapışdırmışdır. Şamil Xəlilov zərfdə qablaşdırdığı maddənin narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olubolmadığını müəyyən etmək üçün ekspertizaya təqdim olunacağını bildirmişdir. Təqsirləndirilən şəxs, onun vəkili Müdafiəçi, Şahid2 və o, həmin zərfin üzərinə imza çəkmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə başa çatmışdır. Şamil Xəlilov protokol tərtib etmiş və protokolu iştirakçılara oxumuşdur. O, protokolun doğruluğunu imzayla təsdiq etmişdir. O, Təqsirləndirilən şəxs Yevlax şəhərində yaşayan şəxs kimi tanımış, onun Təqsirləndirilən şəxs ilə qohumluğu, ədavət və düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs tutularkən, polis şöbəsinə gətirilərkən, polis şöbəsində olarkən onun və digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs heç bir fiziki zor və təzyiq tətbiq edilməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş şahid Yevlax rayon X9 patrul xidməti bölüyü polis baş serjantı vəzifəsində işləyən Şahid2 oğlu digər Şahid1 verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi başlanması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ********* №-li cinayət işi başlanılması və icraatına qəbul edilməsi qərara alınmışdır. (iş vər.01); Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:30-da şübhəli şəxs qismində tutulmuşdur. (iş vər. 19-20); Şəxsi axtarış və götürmə haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən iki ədəd siqaret kağızına bükülmüş bükülüləri, iki ədəd siqaret kağızına bükülmüş bükülülərin bir bükümünün içərisində narkotik maddə olan heroinə oxşar kütlə, digər ikinci siqaret kağızına bükülmüş bükümün içərisində isə psixotrop maddə olan metamfetaminə aşkar edilmiş, Təqsirləndirilən şəxs üstündə şəxsi axtarış və götürmə zamanı əyindəki qara rangli idman şalvarının sol yan cibindən isə elektron tərəzi aşkar olunaraq götürülmüşdür (müvafiq DVD disk əlavə olunub).(iş vər. 28-36); Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 17/317 nömrəli rəyindən görünür ki, üzərində Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş bir ədəd siqaret kağızına bükülmüş bükümün içərisində narkotik vasitə olan heroinə oxşar kütlə, digər bir ədəd siqaret kağızına bükülmüş bükümün içərisində psixotrop maddə olan metamfetaminə oxşar kütlə.” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki; 01 (bir) ədəd qara-ağ rəngli kağız bükümdə, təmiz çəkisi – 0,965 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Digər 01 (bir) ədəd qara-ağ rəngli kağız bükümdə, təmiz çəkisi – 0,182 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Heroinin təmiz çəkisi -0.965 qram, tədqiqata sərf edildi-0,050 qram, qalıq- 0,915 qram. Metamfetaminin təmiz çəkisi-0.182 qram tədqiqata sərf edildi-0.050 qram qalıq-0,132 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 69,10 manatdır. (iş vər. 47-49); Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (iş vər. 128-132); Yevlax şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəli tərəfindən verilmiş 234 saylı xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, məhkum Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşaqları vardır. Yevlax Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (iş vər.153-157); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 09 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. ( iş vər.158); Cinayət işi başlanması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* №-li cinayət işi başlanılması və icraatına qəbul edilməsi qərara alınmışdır. (iş vər.160); Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(039)-73/2023 saylı qərarı ilə 05 yanvar 2023-cü il tarixdən 05 aprel 2023-cü il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-**; ***-***-**-** saylı mobil nömrələrin və Təqsirləndirilən şəxs adına olan ***-***-**-**; ***-***-**-**; ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrin sahibinin şəxsiyyəti, həmin mobil nömrəyə daxil olan və çıxan zənglər cədvəli, cədvəldə göstərilən mobil nömrələrin sahiblərinin şəxsiyyəti, yaşayış yerləri, göndərilən və daxil olan SMS-lərin mətni və anten dairəsi barədə məlumatları özündə əks etdirən Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olmuş 01 ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən xx.xx.2023-cü il tarixdə saat 21:34-də ***-***-**-** saylı mobil nömrəyə göndərilən mesajlarda" Sən bir xəbər de deyimde biyaq gördüm verdin bir saat çəkmədi.sənin qadan alım vəziyyətdən çıxa bilmirəm öz vurduqum daşdan torpaqdan birazda ver mən vurum evdədə dalaşmışam lomkadan”, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən xx.xx.2023-cü il tarixdə saat 21:31-də ***-***-**-** saylı mobil nömrəyə göndərilən mesajlarda “Qaqa mənə bir xəbər de bilim bir nəfər var ona hə yox deyimdə.camahata klyonka verirəm həmidə süründürürəm”, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**- ** saylı mobil nömrədən xx.xx.2023-cü il tarixdə saat 16:54-də ***-***-**-** saylı mobil nömrəyə göndərilən mesajlarda “Qaqa mənim naqdı yoxumdu axı verimki pulum olsunda bəlkəm aldatmışam səni salafanın üstündə bir şey var heç olmasa”, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2023-cü il tarixdə saat 16:50-də ***-***-**-** saylı mobil nömrədən göndərilən mesajlarda “Salafanidan Olacaq isdiyirsen verimm isdiyirsen qalsin puluda naqdi olacaq qaqa”, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2023-cü il tarixdə saat 16:50-də ***-***-**-** saylı mobil nömrədən göndərilən mesajlarda “1,6 qr”, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2023-cü il tarixdə saat 20:36-da ***-***-**-** saylı mobil nömrədən daxil olan mesajlarda” Ay qaqa ne oldu ,indi də meni burda gozdedirsen. Gəlmirsən sə pulu ver gedək”, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***- **-** saylı mobil nömrəyə xx.xx.2023-cü il tarixdə saat 22:12-də ***-***-**-** saylı mobil nömrədən daxil olan mesajlarda” X13 X14 X12 Agridan Cxanmamwam.Menem Sabir”, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2023-cü il tarixdə saat 01:19-da ***-***-**-** saylı mobil nömrədən daxil olan mesajlarda” Вава 200 Маnatdiq lazimdi ikisinende”, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2023-cü il tarixdə saat 14:13-dən 15:00-dək ***-***-**-** saylı mobil nömrə ilə qarşılıqlı mesajlar göndərilmişdir həmin mesajlar aşağıdakı məzmundadır: ***- ***-**-**:” qaqa tel qulagligi islemir mesa yaz”, Təqsirləndirilən şəxs: “Məni vəziyətdən çixart pisti vəziyyət sənə telefon verim”,***-***-**-**: “qaqa pullun var yoxsa”, Təqsirləndirilən şəxs “Pulum yoxdu”, ***-***-**-** “ne telidi sadedi sensirdi qaqa bidene cet var 5manat varsa ge gotur”,Təqsirləndirilən şəxs “Qaqa telefon verimdə Sensir qəşəngdi pisdi vəziyyətim”. ***-***-**-** “satda birne 5e”, Təqsirləndirilən şəxs “Pis gündəyəm allaha and olsun yaxsidi çixa bilmirem lomkadan köməkl ik elə mənə”, ***-***-**-** “ne sensirdi ele adi nedi isdiyir”, Təqsirləndirilən şəxs “Evdəsən gətirim taksinən Samsung”, ***-***-**-** “cati mati yoxdu ki”, Təqsirləndirilən şəxs “Azer köməklil elə əvəzini çixaram tər təmizdi qaqa balamin cani Gəlim qaqa, ***-***-**-** “he qaqa getir ara kesmeye 6tinin”, Təqsirləndirilən şəxs “Yaxsi zəng vuracam çix”, ***-***-**-** “arada seni gozduyurem 6planda colde qar yagir”, Təqsirləndirilən şəxs “Çatdiç” məzmunlu mesajların göndərilməsi aşkar edilmişdir. Tərəfimdən bu barədə diskə baxış protokolu tərtib edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. ( iş vər.171-185); Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 17/422 nömrəli rəyindən görünür ki, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş bir ədəd gümüşü rəngli rəngli elektron tərəzi...” sözləri, imzalar və adlar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü rəngli elektron tərəzinin üzərində olan cüzi miqdarda maddə hissəcikləri psixotrop maddə metamfetamin hissəcikləridir. Həmin metamfetamin hissəcikləri cüzi miqdarda olduğuna görə təmiz çəkisi müəyyən etmək mümkün olmadı. tədqiqata təqdim edilmiş 01 (bir) ədəd elektron tərəzinin üzərində olan maddə hissəcikləri psixotrop maddə metamfetamin hissəciklərdir. (iş vər. 192-193); Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 17/423 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin ilə X3 yaşadığı evdən aşkar edilmiş narkotik vaistə olan heroinlər və psixotrop maddə olan metamfetaminlər kimyəvi tərkib komponentlərinə görə eynidirlər.(iş vər. 195-197); Əşyanın maddi sübut kimi tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqindən sonra xalis çəkisi 0,915 qram narkotik vasitə olan heroin, 0,132 qram pisxotrop maddə olan metamfetamin və üzərində cüzi miqdarda heroin hissəcikləri olan 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və saxlanılması üçün Yevlax rayon Polis Şöbəsinə təhvil verilmişdir (iş vər. 198-200); Məhkəmə narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 735 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xətəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (iş vər.202); Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 09 (doqquz) ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək, onun azadlıqdan məhrumetmə cəzasına çəkilməmiş hissəsi 6 ay azadılması qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 12 saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Forma B-İ/V-nin arayışdan görünür ki, məhkum Təqsirləndirilən şəxs xx.xx.2021-ci ildən xx.xx.2022-ci ildək cəza müddəti çəkib və Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzası 06 ay azaldılıb cəza müddəti başa çatdığı üçün cəza sonu ilə azad olunmuşdur. Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə istintaqı zamanı 1 ədəd “DVD-R” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan qanunla qadağan edilmiş əşya və ya predmetləri təqdim etməsi təklif edilir, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qarar rəngli idman şalvarının sağ yan cibindən iki ədəd qarar-ağ rəngli kağız bükülmüş bükümlərdə psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroini çıxarıb təqdim edərək həmin maddələri xx.xx.2023-cü il tarixdə Yevlax şəhərində tanışı “ Faiq” adlı şəxsdən pul müqabilində şəxsi istifadəsi üçün aldığını bildirir. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirini etiraf etməməsinə, narkotik vasitəni üzərində daşımaması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, iş materiallarında olan video görüntüdən də məlum olur ki, şəxsi axtarış və götürmə aparılan zaman Təqsirləndirilən şəxs və müdafiəçisi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Möhubbət oğlu narkotik vasitənin Təqsirləndirilən şəxs məxsus olmaması, habelə ona hər hansı bir təsir və ya təzyiqin olması barədə hər hansı xüsusatı bildirməmiş, şəxsi axtarış və götürmə barədə protokolu imzaları ilə təsdiq etmişlər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il № 2 qərarı: Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Mövcud sübutlarla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş qanunsuz maddələrin müxtəlifliliyi yəni təqsirləndirlən şəxsin üzərindən narkotik vasitə, eləcə də psixotrop maddə olması (həm heroin, həm metamfetamin), habelə sonuncuda üzərində cüzi miqdarda psixotrop maddə metamfetamin hissəcikləri olan elektron tərəzinin aşkar olunması təsdiqini tapır ki, bu da, onun həmin narkotik vasitəni və psixotrop maddəni satış niyyəti ilə üzərində saxlamasını təsdiq edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.2-ci maddəsinə görə cinayətlərin residivi aşağıdakı hallarda təhlükəli sayılır: 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə ardıcıl olaraq iki dəfə məhkum olunmasını, üzərindən məhkumluğunun götürülmədiyi və ödənilmədiyi halda yenidən qəsdən cinayət törətməsini, yəni cinayətin təhlükəli residivini cəzasını ağırlaşdıran hal kimi (CM-61.1.1) nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından olmamalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi əməl cəmiyyət tərəfindən mənfi qarşılanır və belə şəxslərin azadlıqda qalması cəmiyyətdə mənfi emosiyalar doğurur. Şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər alternativ cəzaya münasibətdə isə məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hazırkı işin hallarına əsasən Təqsirləndirilən şəxs yalnız maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını çəkməklə islah oluna bilər ki, bununla da Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunan cəzanın məqsədinə çatmaq mümkündür. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (residiv müəyyən edilmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 05 aprel 2023-cü il tarixdən hesablanmalı (CPM-158.2.1. 158.6), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan narkotik vasitənin olan heroinin, psixotrop maddə olan metamfetamin, üzərində cüzi miqdarda heroin hissəcikləri olan 01 ədəd elektron tərəzi qalığı məhv edilməli, kompakt disklərin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rеjimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 05 aprel 2023-cü il tarixdən hesablansın. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Yevlax Rayon Polis şöbəsində saxlanılan 0,915 qram narkotik vasitə olan heroin, 0,132 qram psixotrop maddə olan metamfetaminin və üzərində cüzi miqdarda heroin hissəcikləri olan 01 ədəd elektron tərəzinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. “Axtarış və götürmə istintaq hərəkətini” əks etdirən kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə 69 (altmış doqquz) manat 10 (on) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ 34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 5 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar