Məhkəmə qərarları › İş №1(039)-119/2024

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-119/2024

17.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-119/2024 17.07.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Yevlax rayonu Varvara kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum edilməmiş, Yevlax rayonu Varvara kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş «Balıq və digər su bioresurslarının sənaye ovu qaydaları»nın 2-ci bəndinin 2.5.1-ci hissəsinin tələblərini pozaraq, yəni balıqovlama bileti olmadan qanunsuz balıq və digər su bioresurslarını tutmaq məqsədi ilə 07 mart 2024-cü il tarixdə saat 20 radələrində Yevlax rayonu, Varvara kəndi istiqamətində Kür çayının sahilinə gələrək orada özü ilə gətirdiyi 01 ədəd rezin kombinezondan və 01 ədəd «Venter» adlandırılan balıqovlama vasitəsindən istifadə edərək 47 ədəd hər biri 22 manat olmaqla 1034 manat dəyərində karp balıqlarını qanunsuz tutmaqla balıq ehtiyatlarına xeyli miqdarda, yəni ümumilikdə 1034 (min otuz dörd) manat məbləğində maddi ziyan vurmuş və həmin tarixdə saat 21 radələrində X8 İdarəsinin Mingəçevir Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən ekoloji cinayətləri törədənlərə qarşı keçirilmiş mübarizə xarakterli tədbirlər nəticəsində saxlanılmış və yoxlama zamanı ondan 01 ədəd «Venter» adlandırılan balıqovlama vasitəsi, 01 ədəd rezin kombinezon və 47 ədəd karp balıqları aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, 07 mart 2024-cü il tarixdə saat 20 radələrində Yevlax rayonu Varvara kəndi istiqamətində Kür çayının sahilinə gəlmiş, orada özünə məxsus 01 ədəd rezin kombinezondan və əvvəlcədən özü ilə götürdüyü “venter” adlandırılan balıqovlama vasitəsindən istifadə etməklə Kür çayında balıq tutmağa başlamışdır. Çoxlu sayda karp balıqlarını tutduğunu görmüş, balıqları və 01 ədəd “venter” adlandırılan balıqovlama vasitəsini sudan çıxarıb sahilə çıxan zaman həmin günü saat 21 radələrində X8 idarəsinin əməkdaşları onu saxlamışlar. Sorğu zamanı polis əməkdaşlarına bildirmişdir ki, Kür çayında balıq tutmaqla məşqul olur və bununla bağlı rəsmi icazəsi yoxdur. Yoxlama zamanı polis əməkdaşları istifadə etdiyi 01 ədəd rezin kombinezon, 01 ədəd “venter” adlandırılan balıqovlama vasitəsini və Kür çayından tutduğu 47 ədəd karp balıqlarını götürmüşlər. Polis əməkdaşları ondan götürdükləri balıqovlama vasitəsinə və 47 ədəd karp balıqlarına video çəklişlə baxış keçirdikdən sonra protokol tərtib etmişlər. Hazırda əməlindən səmimi peşmandır. Himayəsində azyaşlı uşaqları vardır. Balıq ehtiyyatlarına vurmuş olduğu 1034 manat məbləğində ziyanı tamamilə ödəmişdir. Qeyd edilənlərin nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş hüquqi şəxs, eyni zamanda mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologoya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 teleqramla məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə zərərçəkmiş hüquqi şəxs, eyni zamanda mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologoya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri özünün etirafı, zərərçəkmiş hüquqi şəxs, eyni zamanda mülki iddiaçının nümayəndəsinin izahatı, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, 07 mart 2024-cü il tarixdə X8 idarəsinin Mingəçevir xətt polis məntəqəsinin əməkdaşları ilə birlikdə xidməti ərazidə qanunsuz balıq tutanlara qarşı mübarizə xarakterli tədbir keçirilərkən, həmin tarixdə saat 21 radələrində Yevlax rayonu, Varvara kəndindən keçən Kür çayında balıq tutmaqla məşğul olan Təqsirləndirilən şəxs saxlanılmışdır. Bununla bağlı video çəklişlə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs 01 ədəd rezin kombinezon, 01 ədəd “venter” adlandırılan balıqovlama vasitəsi və 47 ədəd karp balıqları aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 47 ədəd karp balıqlarını 01 ədəd rezin kombinezon və 01 ədəd “venter” adlandırılan balıqovlama vasitəsi ilə Yevlax rayonu, Varvara kəndindən keçən Kür çayından tutmuşdur. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, Yevlax rayonu, Varvara kəndindən keçən Kür çayında balıq tutmağa onun rəsmi icazəsi yoxdur. Baxışın keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş və həmin protokol tədbir iştirakçıları tərəfindən imzalanmışdır. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş zərərçəkmiş hüquqi şəxs, eyni zamanda mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologoya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 ibtidai istintaq zamanı verdiyi izahatında göstərmişdir ki, 07 mart 2024-cü il tarixdə saat 21 radələrində Su NPİ-nin Mingəçevir XPM-nin əməkdaşları tərəfindən ekoloji cinayətləri törədənlərə qarşı keçirilmiş mübarizə xarakterli tədbirlər nəticəsində Yevlax rayonu, Varvara kəndində yaşayan Təqsirləndirilən şəxs Yevlax rayonu, Varvara kəndindən keçən Kür çayında qanunsuz balıq tutarkən saxlanılmış və baxış zamanı ondan 01 ədəd «Venter» adlandırılan balıqovlama vasitəsi, 01 ədəd rezin kombinezon və 47 ədəd karp balıql aşkar edilərək götürülmüşdür. Yevlax rayonu, Varvara kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz balıq tutması nəticəsində balıq ehtiyyatlarına 1034 manat zərər dəymişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş şahidlər Su NPİ-nin Mingəçevir XPM-nin polis nəfərləri Şahid1 və Şahid3 ibtidai istintaq zamanı Şahid2 ifadəsinə uyğun ifadələr vermişlər. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 47 ədəd balıqlara baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs götürülmüş balıqlar bioloji əlamətlərinə görə 47 ədəd karp balıqlarıdır. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli balıq ehtiyatlarına vurulmuş ziyan barədə mütəxəssis arayışından görünür ki, xx.xx.2024cü il tarixdə Təqsirləndirilən şəxs 47 ədəd karp balıqlarını qanunsuz tutması nəticəsində balıq ehtiyatlarına 1034 manat məbləğində ziyan dəymişdir. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-14-21/2-213/2023 nömrəli məktubundan görünür ki, Yevlax rayonu, Varvara kəndində yaşayan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi balıq və digər su bioresurslarının sənaye ovuna balıqovlama bileti verilməmişdir. İşdə olan 22 aprel 2024-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, 07 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd rezin kombinezon, 01 ədəd “venter” adlandırılan balıqovlama vasitəsi və 47 ədəd karp balıqlarının maddi sübut kimi tanınmış, balıqların tez xarab olan ərzaq malı hesab edildiyi üçün 07 mart 2024-cü il tarixdə müvafiq akta əsasən fiziki şəxs X4 təhvil verilməsi, həmçinin balıqovlama vasitələrinin saxlanılması üçün Su NPİ-nin Mingəçevir XPM-nin rəisi Şahid1 təhvil verilməsinin nəzərə alınması qərara alınmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 47 ədəd karp balıqlarını qanunsuz tutaraq balıq ehtiyyatlarına xeyli miqdarda, yəni 1034 manat məbləğində ziyan vurması və onun əməlində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş «Balıq və digər su bioresurslarının sənaye ovu qaydaları»nın 2-ci bəndinin 2.5.1, 2.5.6 və 2.5.21-ci hissələrinin tələblərini pozaraq, yəni qadağan edilmiş vaxtda balıqovlama bileti olmadan qanunsuz balıq tutmaq məqsədi ilə 07 mart 2024-cü il tarixdə saat 20 radələrində Yevlax rayonu, Varvara kəndi istiqamətində Kür çayının sahilinə gələrək orada özü ilə gətirdiyi 01 ədəd rezin kombinezondan və 01 ədəd «Venter» adlandırılan balıqovlama vasitəsindən istifadə edərək 47 ədəd hər biri 22 manat olmaqla 1034 manat dəyərində karp balıqlarını qanunsuz tutmaqla balıq ehtiyatlarına xeyli miqdarda, yəni ümumilikdə 1034 (min otuz dörd) manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla 256.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “böyük ictimai təhlükə törətməyən” olmaqla, qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsinə əsaslanaraq ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, himayəsində azyaşlı uşağının olmasını cinayət nəticəsində balıq ehtiyatlarına vurduğu 1034 manat məbləğində ziyanı tamamilə ödəməsini, həmçinin həmin Məcəllənin 59.2-ci maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, işdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən icra edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2018-ci il təvəllüdlü İsmayıl adlı uşağı vardır. Cinayət işinə əlavə edilmiş "xxxx" ASC-nin Mingəçevir filialının xx.xx.2024-cü il tarixli 27653 №-li ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına təbiətə vurduğu 1034 manat ziyanı ödəmiş və cinayət işi üzrə mülki iddia tələbi kimi göstərilmiş 1034 manat tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə islah işləri cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Belə ki, məhkəməyə cinayət işi üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Təqsirləndirilən şəxs qarşı 1034 manat məbləğində mülki iddiasını iş materialları ilə əlaqəli şəkildə araşdıraraq, mülki cavabdeh Təqsirləndirilən şəxs vurduğu 1034 manat ziyanı tamamilə ödəməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, mülki iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.2 və 181.2.1-ci maddələrinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini tələb edir. Həmin Məcəllənin 354.1 və 354.1.2-ci maddələrinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın rədd edilməsi əks etdirilir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin cinayəti törədərkən istifadə etdiyi alət və vasitələr hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlaklar kimi müəyyən olunmuşdur. Belə ki, iş üzrə maddi sübut olan və istintaq zamanı saxlanması üçün Su NPİnin Mingəçevir XPM-nin rəisi Şahid1 təhvil verilmiş, 01 ədəd rezin kombinezon, 01 ədəd “venter” adlandırılan balıqovlama vasitəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 07 mart 2024-cü il tarixdə müvafiq akta əsasən fiziki şəxs X4 təhvil verilmiş və təhvil verilərkən 5 manat dəyərində qiymətləndirilmiş 47 ədəd karp balıqları dövlət nəfinə müsadirə edilməli və satışdan əldə olunmuş pul vəsaiti dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 24 (iyirmi dörd) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənlərər əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından dövlət nəfinə 15 % məbləğində pul tutulmaqla 08 (səkkiz) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs islah işləri cəzasını əsas iş yeri üzrə çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli işlədiyi və qazancından tutulmaların aparıldığı gündən (vaxtdan) hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Yevlax rayon icra və probasiya şöbəsində həvalə edilsin. Təqsirləndirilən şəxs tərəfindən 1034 (bir min otuz dörd) manat məbləğində mülki iddianın tam ödənilməsi nəzərə alınsın. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Venter” adlandırılan balıqovlama vasitəsi, 01 ədəd rezin kombinezon hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs tərəfindən qanunsuz tutulmuş 47 ədəd karp balığının satışından əldə edilmiş pul vəsaitinin dövlət nəfinə keçirilməsi vəzifəsi, balıqların təhvil verildiyi fərdi sahibkar X3 üzərinə qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış 03 mart 2024-cü il tarixli baxış protokoluna əlavə edilmiş bir ədəd CD disk cinayət işinin materiallrında saxlanılsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 4 (dörd) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 24 (iyirmi dörd) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar