Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-12/2020 06.02.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə X4 Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1996-ci ildə Abşeron rayonu Qobu qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermək qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2019-cu ilin avqust ayının 30-də saat 15 radələrində Yevlax şəhəri Yun zavodunun binasında, heç bir əsaslı səbəb olmadan, ictimai qaydanı kobud surətdə pozaraq, “kim mənə sataşsa onu vuraram” hikkəsi-bəhanəsi ilə, yəni xuliqanlıq niyyəti ilə, ictimai qaydaya, insanlar arasında təşəkkül tapmış adətlərə, davranış, birgə yaşayış qaydalarına qarşı müstəsna dərəcədə etinasızlıq göstərməklə, özünün şəxsiyyətini başqasının şəxsiyyətinin fövqündə qoymaqla, nalayiq söyüşlərlə söydüyü Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək, söyüş və dava səslərinə hadisə yerinə toplaşmış insanlara məhəl qoymadan onların gözü qarşısında Zərərçəkmiş şəxs nalayiq söyüşlərlə söyüb təhqir edərək onun üstünə cumaraq yumruqla və hadisə yerindən götürüb silah qismində istifadə etdiyi daşla onun bədəninin müxtəlif nahiyələrindən qəsdən vurmaqla ona “sol bel nahiyəsinin qançırı, sol bazunun yuxarı 1/3-nin yan səthinin yarası” ilə nəticələnən səhhətin qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri yetirmiş, bu səbəbdən də hadisə yerinə çoxlu sayda kənar şəxslərin söyüş-dalaşma səslərini eşidib, həyəcanlanıb, narahat olub oraya toplaşmasına, onların iş fəaliyyətinin, dincliyinin pozulmasına gətirib çıxaran, ümumilikdə ictimai qaydanın yarım saatadək müddət ərzində pozulmasına yönələn hərəkətlərə qərəzli şəkildə yol verməklə xuliqanlıq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki,xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 15 radələrində qardaşı ilə birlikdə Yevlax rayonu Yun Zavodunda işləyən zaman Samir onun yanına gələrək əlində olan əşyanın nə olduğunu soruşmuş, o, Samirə həmin əşyanın dəmir şarik olduğunu demiş, Samir həmin şarikin nəyə görə əlində olduğunu soruşduqda o, Samirə həmin şarikin krana aid olduğunu, şariki ona yaxın gələn adamın başına vuracağını bildirmiş, biraz sonra Samir ona şarikə baxmaq istədiyini demiş, o da şariki Samirə vermiş, Samir şarikə baxdıqdan sonra onu geri qaytarmışdır. O, işini qurtardıqdan sonra krandan yerə düşmüş, həmin vaxt Samir onun yanına gələrək ona şariki onun başına vurubvurmayacağı barədə sual vermiş, o da Samirə şariki ona vurmayacağını demişdir. Bu zaman Samir onu sinə nahiyəsindən əlinin içi ilə geri itələmiş, o, Samiri söyüb təhqir edərək təpiklə ayağına, yumruqla isə qoluna vuraraq Samiri itələmiş, Samir geriyə gedərək kranın dəmirinə dəymişdir. Samir onu söyüb təhqir etməyə başlamış, qardaşı Mehman onların arasında mübahisə düşdüyünü görüb onların yanına gəlmiş, onları aralaşdırmaq üçün aralarına girmiş, qardaşı Mehman Samirin onun üzərinə gəldiyini görüb Samiri geri itələmiş, Samir arxa-arxaya getsə də yerə yıxılmamış, bundan sonra Samir onun üzərinə gəlmiş, o da yerdən götürdüyü daşı Samirə tərəf ataraq qarın nahiyəsinə vurmuş, orada işləyən Zaur davadan sonra onların sakitləşmədiklərini görüb ora gəlmiş, onları aralaşdırdıqdan sonra uzaqlaşmışdır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək onunla barışıq əldə etməsini, hazırda törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki,xx.xx.2019-cu il tarixdə saat təxminən 15 radələrində zavodda işləyən zaman Elxan əlində olan dəmirlə onu vurmaq istəmiş, o da Elxanın qolundan tutub rəhbərləri olan Zaur adlı oğlanın yanına aparmış, Zaura Elxanın onu vurmaq istədiyini bildirib Elxanı itələmiş, itələyən zaman Elxan xəsarət almamış, daha sonra Elxan təpiklə onun ayağından vurmuş, Elxan onu itələyib yenidən yumruqla vurduqda isə o, arxaarxaya gedərək kranın dəmirinə dəymiş, çiyin və qol nahiyəsindən xəsarət almışdır. O, krana dəydikdən sonra Elxan onun üzərinə gələrək əlindəki daşla onun bel nahiyəsindən vuraraq xəsarət yetirmiş, o, Elxanın əlindən qaçıb canını qurtarmaq istəyəndə Elxan əlində olan taxta və dəmirlə onu qovmağa başlamış, söyüb təhqir etmiş və nalayiq ifadələr işlətmişdir. O, qaçan zaman oranın rəhbəri olan Zaur Elxanın qarşısını kəsərək onu dayandırmış bundan sonra o, DİN-nin 102 məlumat mərkəzinə zəng vurmuş və bu barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs hazırda ona dəymiş ziyanı tam ödəyərək onunla barışıq əldə etdiyi üçün hazırda ondan hər hansı şikayət və tələbi yoxdur. Şahid1 məhkəməyə teleqram göndərərək məhkəmə prosesində iştirak edə bilməyəcəyini və istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilən Şahid1 ifadəsindən görünür ki, xx.xx.2019-cu il tarixədək o qardaşı Elxanla birlikdə Yevlax rayon Yun zavodunun fabrikində fəhlə işləmişdir. Qardaşı Elxan kran sürücüsü kimi, o isə fəhlə kimi fəaliyyət göstərmişdir. Onlar zavodda fəhlə işləyən Samir adlı şəxslə tanış olmuşlar. O, xx.xx.2019-cu il tarixdə saat 15 radələrində Yun Zavodunun fabrikində olarkən Samirlə qardaşı Elxanın dalaşdıqlarını görüb onlara tərəf qaçmış, onlara çatdıqda Samirlə qardaşı Elxanın bir-birilərini ucadan söyüb təhqir etdiyini görmüş, həmin vaxt o Samiri aralaşdırmaq istəsə də Samir aralaşmamış, o, Samiri itələmiş, Samir geriyə getsə də yıxılmamış, qardaşı Elxan isə Samirin çiynindən yumruqla vuraraq onu itələmiş, daha sonra Samir qardaşı Elxanın üstünə gəlməyə başlamış, Elxan da daş götürüb Samirə atmış, daş Samirin qarın nahiyəsinin yanına dəymiş, bundan sonra orada onlarla birlikdə işləyən Zaur həmin yerə gəlmiş və onları bir-birlərindən aralaşdırmışdır. Şahid4 məhkəməyə teleqram göndərərək məhkəmə prosesində iştirak edə bilməyəcəyini və istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilən Şahid4 ifadəsindən gürünür ki, xx xxxxxx 2019-cu il tarixdə o da Yun zavodunun fabrikində olmuş, həmin gün saat təxminən 15 radələrində işlədiyi zaman Elxanın Samirə ucadan nalayiq söyüşlər söyərək onu təhqir etdiyini, Samiri yumruq təpiklə döydüyünü görmüşdür. Elxanla Samir dalaşan zaman Elxan yerdən daş götürüb Samir tərəfə atmış, lakin o həmin daşın Elxana dəyib-dəymədiyini görməmiş, Elxan daş atdıqdan sonra Samir qışqıraraq Elxanın atdığı daşın ona dəydiyini demiş, bunu dedikdən dərhal sonra Samir DİN-nin 102 Məlumat Mərkəzinə zəng edərək bu barədə məlumat vermişdir. Münaqişə baş verən zaman Elxanın qardaşı Mehman da Elxanın yaxınlığında olmuş, o Elxanla Samirin davasına qarışmasa da olanları görmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermək qətimkan tədbiri seçilmişdir. (iş vər. 73); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 ünvanlanmış tələbnaməyə xx.xx.2019-cu il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. ( iş vər. 45); məhkəmə tibbi ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli, 618 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs “sol bel nahiyəsinin qançırı, sol bazunun yuxarı 1/3-nin yan səthinin yarası” xəsarətləri vardır. Bu xəsarətlər küt alət(lər)in təsirindən əmələ gəlmişdir. Əmələ gəlməsi xx.xx.2019-ci iltarixəuyğungəlir. Qeyd olunan xəsarətlər səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətlərə görə sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. (iş vər. 13-14); Abşeron rayon İcra Hakimiyyəti Başçısının Qobu qəsəbəsinin inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. ( iş vər.52); Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı ərizədən görünür ki, Təqsirləndirilən şəxstərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənilmiş, sonuncu ilə barışmışlar və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxstərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, habelə şahidlərin iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər; 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır; 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir; 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. 70.6-cı maddəsinə əsasən şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM- 59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq aradan qaldırılmasını (CM- 59.1.13), əməlindən səmimi peşmançılıq çəkməsini və yaşayış yerindən müsbət xarakterizə olunmasını (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq aradan qaldırılmasını, şəxsiyyətini müsbət səciyyələndirən halların məcmusunu, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunması mümkündür və ona təyin ediləcək cəza şərti olaraq tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, onun məsuliyyətini yüngülləşdirən halların məcmusu nəzərə alınaraq cəza çəkmədən islah olunması mümkün hesab edilib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti ilə şərti hesab edilməsi qanunamüvafiq hesab olunmalı, sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 (bir) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X1 göstərdiyi 8 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X3 ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim GünayCavadova
Məhkəmə qərarları › İş №1(039)-12/2020
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-12/2020
06.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver