Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-12/2021 21.01.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1979-cu il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, Bərdə Rayon Məhkəməsinin 1(021)-05/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 01 il, 10 ay, 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə qəsdən satış məqsədi olmadan qanunsuz olaraq özünün istifadəsi üçün şəxsi istehlak miqdarından artıq, 34,925 qram miqdarında narkotik vasitə qurudulmuş marixuana əldə edərək yaşadığı Yevlax şəhəri, H.Ərəblinski küçəsi, 9 nömrəli evin mətbəxindəki kreslonun üstündə bir ədəd şəffaf rəngli polietilen torbada saxlamış, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində xx xxxxxx 2020-ci il tarixdə saat 08:30 radələrində həmin evə keçirilmiş baxış zamanı həmin narkotik vasitə qurudulmuş marixuana qeyd edilən yerdən aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək söyləmişdir ki, ara-sıra narkotik vasitə olan marixuanadan istifadə edir. 2020-ci ilin sonlarında Ağdam rayonunun Quzanlı kəndində fəhlə kimi iş görən zaman yerdən bir ədəd sellofan torbada qurudulmuş marixuananın olduğunu görmüşdür. Marixuana istifadəçisi olduğu üçün qərara gəlmişdir ki, torbanı özü ilə götürsün və sonradan həmin marixuanadan istifadə etsin. Həmin gün, axşam saatlarında işdən çıxdıqdan sonra keçmiş arvadı, eləcə də övladları ilə birgə yaşadığı Yevlax şəhəri, H. Ərəblinski küçəsi, 9 ünvanında yerləşən evə getmiş və həmin sellofan torbanı yaşadığı evin mətbəx kimi istifadə etdiyi otağındakı kreslonun üstünə qoymuşdur. Keçmiş arvadı Səminə torbada marixuana olduğunu bilmişdir. xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında Polis Şöbəsinin əməkdaşları onun yaşadığı evə gəlmiş və onun evdə narkotik vasitə saxlaması barədə Səminənin rəsmi ərizəsinin olduğunu bildirərək video çəkilişlə evə baxış keçirmək zərurətinin olduğunu bildirmişlər. Buna etiraz etməmiş və polis əməkdaşlarını evə buraxmışdır. Bundan sonra baxış başlanmış və baxış zamanın evin mətbəxindəki kreslonun üstündə gizlətdiyi bir ədəd sellofan torbada qurudulmuş marixuana aşkar edilmişdir. Polis əməkdaşlarının sualına cavab olaraq etiraf etmişdir ki, marixuana ona məxsusdur, özü istifadə etmək üçün yaşadığı evdə saxlamışdır. Bu barədə protokol tərtib edilmiş, protokol ona elan edilmiş və protokolu imzalamışdır. Əməlindən peşman olduğunu bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Şahid1 ifadəsində bildirmişdir ki, 2003-cü ildən faktiki olaraq Təqsirləndirilən şəxsla nikah münasibətlərinə daxil olmuş, xx xxxxxxx 2006-cı il tarixdə isə nikahlarını rəsmi qeyd etdirmişlər. Birgə nikahdan üç övladları var. xx xxxxxxx 2020-ci il tarixdə məhkəmə qərarı əsasında nikahları pozulmuşdur. Təqsirləndirilən şəxs 2014-cü il tarixdən narkotik vasitə istifadə etməyə başlamış, bu səbəbdən aralarında olan münasibətlər pozulmuşdur. Dəfələrlə Ramildən narkotik vasitədən vaz keçməyi tələb etsə də, o buna əhəmiyyət verməmişdir. xx xxxxxx 2020-ci il tarixdə Ramil növbəti dəfə araq içdikdən sonra evin mətbəxində gizlətdiyi narkotik vasitədən istifadə etmiş və ondan pul tələb etməyə, onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı onu müxtəlif nahiyyələrindən vurmuşdur. Bunun artıq dözülməz olduğunu anlayıb xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında bu barədə polis orqanlarına müraciət etmişdir. Bu müraciətdən sonra polis əməkdaşları onların yaşadığı evə gələrək, Ramilin və onun razılığı ilə video çəkiliş aparılmaqla evə baxış keçirmişdir. Bu zaman evin mətbəx otağındakı kreslonun üstündən bir ədəd sellofan torbada quru halda narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. Bu barədə protokol tərtib edilmişdir. Şahid2 bildirmişdir ki, Yevlax rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin sahə rəisi vəzifəsində işləmişdir. Hazırda təqaüddədir. Təqsirləndirilən şəxs əvvəllər tanımış, onunla hər hansı bir ədavəti olmamışdır. xx xxxxxx 2020-ci il tarixdə Yevlax Rayon Polis Şöbəsində olan zaman Təqsirləndirilən şəxs narkotik vasitələr saxlaması barədə məlumat daxil olmuşdur. Yevlax Rayon Polis Şöbəsinin CAB əməliyyat müvəkkili Şahid3 şöbə rəhbərliyinə raportla müraciət etdikdən sonra əməliyyat qrupu yaradılmış və o, yaradılmış qrupa daxil edilmişdir. Təxminən saat 08:30-da, əməliyyat qrupunun digər üzvləri ilə birlikdə ünvan 2 ünvanına getmiş və Təqsirləndirilən şəxs həmin ünvanda ailə üzvləri ilə birlikdə evdə olduğunu müəyyən etmişlər. Ramilin və onunla birgə yaşayan keçmiş arvadının razılığı ilə video çəkiliş aparmaqla həmin evə baxış keçirilmişdir. Baxış zamanı evin mətbəxində kreslonun üstündən bir ədəd sellofan torbada quru halda narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Ramil bildirmişdir ki, həmin kütlə narkotik vasitə olan marixuanadır və onun özünə məxsusdur. Narkotik vasitə tərəzidə çəkilmiş və çəkisinin təxminən 34 qram olduğu müəyyən edilmişdir. Narkotik vasitə qablaşdırılaraq ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş və iştirak edən şəxslər bu protokolu imzalamışlar. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə baxış aparılmasını özündə əks etdirən video yazıya baxış keçirilmiş, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlənin aşkar olunması müəyyən edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin Şəki Regional Bölməsinin xx xxxxxx 2020-ci il tarixli 16/532 saylı ekspert rəyində qeyd olunur ki, təqdim olunmuş, üzərinə “Vət. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında aşkar olunaraq götürülmüş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə..” yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf rəngli polietilen torbada təmiz çəkisi 34,925 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan-qurudulmuş marixuanadır. (səh. 49) Məhkəmə-narkoloji ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 899 saylı rəyində qeyd olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. (səh.129) Yevlax Rayon Məhkəməsinin 2(039)-805/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Ağahəsənova (Əliyeva) Səminə Səlim qızı ilə Təqsirləndirilən şəxs arasında olan nikah pozulmuşdur. Bərdə Rayon Məhkəməsinin 1(021)-05/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmünün surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib, üzərində qəti olaraq 01 (bir) il, 10 (on) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Yevlax rayon icra və probasiya şöbəsi tərəfindən verilmiş məktubda qeyd edilir ki, 01 (bir) il, 10 (on) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs cəzasını çəkməmişdir. Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmədə və saxlamada təqsirli olması özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri ilə tam sübuta yetirilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, habelə törətdiyi əməldə peşman olmasını, himayəsində üç yetkinlik yaşına çatmayan övladının olmasını Cinayət Məcəlləsinin 59.2ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır və ona, müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa Bərdə Rayon Məhkəməsinin 1(021)-05/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə ona təyin edilmiş və Təqsirləndirilən şəxs ərəfindən çəkilməmiş 01 il, 10 ay, 26 gün azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-1 maddələrinə əsasən 2 gün azadlığın məhdudlaşdırılması cəzasının 1 gün azadlığın məhrum etmə cəzası ilə əvəz edilməklə təyin ediləcək cəzaya qismən toplamaqla cəza təyin edilməlidir. Cinayət Məcəlləsi: Maddə 67.1. Hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Maddə 68.1. Cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə: 68.1.1-1 azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş və Yevlax Polis Şöbəsində saxlanılan 34,725 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalıdır. Ekspertiza tədqiqatının dəyəri 32.40 manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Müdafiəçi istintaq zamanı 52 saat dövlət hesabına göstərdiyi hüquqi yardıma görə 312 manat və məhkəmə zamanı dövlət hesabına göstərdiyi 25 saat hüquqi yardıma görə 150 manat miqdarında haqq ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM Е T D İ: Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 1(021)-05/2020 saylı xx.xx.2020-ci il tarixli hökmü ilə CM-nin 177.2.1-ci maddəsi ilə təyin edilmiş və çəkilməmiş 01 (bir) il, 10 (on) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-1 maddələrinə əsasən 2 gün azadlığın məhdudlaşdırılması cəzası 1 gün azadlığın məhrum etmə cəzasına bərabər tutulmaqla 11 (on bir) ay, 13 (on üç) gün ona təyin edilmiş cəzaya qismən toplanılmaqla üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Maddi sübut, Yevlax Rayon Polis Şöbəsində saxlanılan 34,725 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 32 (otuz iki) manat 40 (qırx) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ ******************** коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesaba keçirilsin. Göstərilən hüquqi yardıma görə istintaq dövrü üçün 312 manat və məhkəmə dövrü üçün 150 manat, cəmi 462 (dörd yüz altmış iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Hüquq Bürosunu vəkili Müdafiəçi oğluna ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Sədrlik edən : Toğrul Əliyev
Məhkəmə qərarları › İş №1(039)-12/2021
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-12/2021
21.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver