Məhkəmə qərarları › İş №1(039)-12/2024

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-12/2024

23.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-12/2024 23.04.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X8 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs, mülki cavabdeh – Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1986-cı ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, vətən müharibəsi iştirakçısı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan. Barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən özgənin əmlakını aldatma və etibardan sui istifadə yolu ilə qəsdən Zərərçəkmiş şəxs1 övladı Şahid2 təqaüd düzəldəcəyi vədini verib aldatmaqla Şahid2 xx.xx.2022-ci il tarixdə saat 17:39-da Xaçmaz şəhəri N.Nərimanov küçəsində yerləşən “Kompuyuter Aksesuarları” mağazasının içərisində yerləşən ödəmə terminalından Təqsirləndirilən şəxs ona verdiyi sonuncunun istifadəsində olan "xxxx" ASCyə aid 416973******3293 saylı plastik bank kartı hesabına göndərdiyi 109 manat pulu, Şahid2 xx.xx.2022-ci il tarixdə saat 17:45-də Xaçmaz şəhəri N.Nərimanov küçəsində yerləşən “Kompuyuter Aksesuarları” mağazasının içərisində yerləşən ödəmə terminalından Təqsirləndirilən şəxs ona verdiyi sonuncunun istifadəsində olan "xxxx" ASCyə aid 416973******3293 saylı plastik bank kartı hesabına göndərdiyi 81 manat pulu, Şahid2 xx.xx.2022-ci il tarixdə saat 17:50-də Xaçmaz şəhəri N.Nərimanov küçəsində yerləşən “Kompuyuter Aksesuarları” mağazasının içərisində yerləşən ödəmə terminalından Təqsirləndirilən şəxs ona verdiyi sonuncunun istifadəsində olan "xxxx" ASCyə aid 416973******3293 saylı plastik bank kartı hesabına göndərdiyi 10 manat pulu, Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixdə saat 17:42-də Bərdə şəhəri H.Əliyev prospektində yerləşən “Murad market” adlanan mağazanın içərisində yerləşən ödəmə terminalından Təqsirləndirilən şəxs ona verdiyi sonuncunun istifadəsində olan "xxxx" ASCyə aid 416973******3293 saylı plastik bank kartı hesabına göndərdiyi 700 manat pulu, Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixdə saat 20:19-da Bərdə şəhəri H.Əliyev prospektində yerləşən “Murad market” adlanan mağazanın içərisində yerləşən ödəmə terminalından Təqsirləndirilən şəxs ona verdiyi sonuncunun istifadəsində olan "xxxx" ASCyə aid 416973******3293 saylı plastik bank kartı hesabına göndərdiyi 100 manat pulu, Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixdə saat 19:35-də Bərdə şəhəri İ.Qayıbov küçəsində yerləşən “Bolmart market” adlanan mağazanın içərisində yerləşən ödəmə terminalından Təqsirləndirilən şəxs ona verdiyi sonuncunun istifadəsində olan "xxxx" ASCyə aid 416973******3293 saylı plastik bank kartı hesabına göndərdiyi 1980 manat pulu, Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixdə saat 11:54-də Bərdə şəhəri İ.Qayıbov küçəsində yerləşən “Bolmart market” adlanan mağazanın içərisində yerləşən ödəmə terminalından Təqsirləndirilən şəxs ona verdiyi sonuncunun istifadəsində olan "xxxx" ASCyə aid 416973******3293 saylı plastik bank kartı hesabına göndərdiyi 70 manat pulu, Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixdə istintaqla müəyyən edilməyən saatda Bərdə şəhəri İ.Qayıbov küçəsində yerləşən “Bolmart market” adlanan mağazanın içərisində yerləşən ödəmə terminalından Təqsirləndirilən şəxs ona verdiyi sonuncunun istifadəsində olan istintaqla müəyyən edilməyən plastik bank kartı hesabına göndərdiyi 70 manat pulu və sonuncu dəfə Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixdə saat 11:09-da Bərdə şəhəri H.Əliyev prospektində yerləşən “Murad market” adlanan mağazanın içərisində yerləşən ödəmə terminalından Təqsirləndirilən şəxs ona verdiyi sonuncunun istifadəsində olan "xxxx" ASC-yə aid 416973******3293 saylı plastik bank kartı hesabına göndərdiyi 20 manat pulu ələ keçirməklə Zərərçəkmiş şəxs1 cəmi 3140 (üç min bir yüz qırx) manat maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs qəsdən təkrarən etibardan sui istifadə etməklə və aldatmaqla özgənin əmlakını dələduzluqla ələ keçirtmək niyyətilə Zərərçəkmiş şəxs2 övladı Eltun Vəliyevə hərbi hissədə iş düzəldəcəyi vədini verib aldatmaqla Eltun Vəliyevin 2022-ci ilin dekabr ayının ortalarında istintaqla müəyyən edilməyən gündə və saatda Bərdə şəhərində yerləşən “051” saylı hərbi-hissənin qarşısında Təqsirləndirilən şəxs nəğd olaraq verdiyi 500 manat pulu, 2022-ci ilin dekabr ayının ortalarında istintaqla müəyyən edilməyən gündə və saatda Bərdə şəhərində yerləşən “İlqar market” adlanan mağazanın içərisində yerləşən ödəmə terminalından Təqsirləndirilən şəxs ona verdiyi sonuncunun istifadəsində olan istintaqla müəyyən edilməyən plastik bank kartı hesabına göndərdiyi 400 manat pulu, 2022-ci ilin dekabr ayının ortalarında istintaqla müəyyən edilməyən gündə və saatda Bərdə şəhərində yerləşən “İlqar market” adlanan mağazanın içərisində yerləşən ödəmə terminalından Təqsirləndirilən şəxs ona verdiyi sonuncunun istifadəsində olan istintaqla müəyyən edilməyən plastik bank kartı hesabına göndərdiyi 120 manat pulu və sonuncu dəfə 2022-ci ilin dekabr ayının ortalarında istintaqla müəyyən edilməyən gündə və saatda Bərdə şəhərində yerləşən “İlqar market” adlanan mağazanın içərisində yerləşən ödəmə terminalından Təqsirləndirilən şəxs ona verdiyi sonuncunun istifadəsində olan istintaqla müəyyən edilməyən plastik bank kartı hesabına göndərdiyi 80 manat pulu ələ keçirtməklə Zərərçəkmiş şəxs2 cəmi 1100 (min yüz) manat maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs qəsdən təkrarən etibardan sui istifadə etməklə Zərərçəkmiş şəxs3 atası Mikayıl Əhmədova əlillik dərəcəsi alacağına köməklik göstərəcəyi adı ilə yalandan vəd verib aldatmaqla Zərərçəkmiş şəxs3 15 iyul 2021-ci il tarixdə istintaqla müəyyən edilməyən saatda Ucar rayonu “dörd yol” adlanan ərazidə yerləşən “Bəyaz market” mağazanın içərisində yerləşən ödəmə terminalından Təqsirləndirilən şəxs ona verdiyi sonuncunun istifadəsində olan istintaqla müəyyən edilməyən plastik bank kartı hesabına göndərdiyi 300 manat pulu, 2021-ci ilin avqust ayının 25-də istintaqla müəyyən edilməyən saatda Yevlax şəhəri C.Mustafayev küçəsində Təqsirləndirilən şəxs nəğd olaraq verdiyi 2200 manat pulu, 2022-ci ilin mart ayında istintaqla müəyyən edilməyən gündə və saatda Yevlax şəhəri C.Mustafayev küçəsində Təqsirləndirilən şəxs nəğd olaraq verdiyi 110 manat pulu və sonuncu dəfə 2022-ci ilin yanvar ayının 27-də istintaqla müəyyən edilməyən saatda Yevlax şəhəri C.Mustafayev küçəsində Təqsirləndirilən şəxs nəğd olaraq verdiyi 110 manat pulu alıb ələ keçirtməklə Zərərçəkmiş şəxs3 cəmi 2730 (iki min yeddi yüz otuz) manat maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs qəsdən təkrarən etibardan sui istifadə etməklə və aldatmaqla Zərərçəkmiş şəxs4 sosial müavinət düzəldəcəyi vədini verib aldatmaqla Samir Cababrovun vahid niyyətlə 18 fevral 2022-ci il tarixdə istintaqla müəyyən edilməyən saatda Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində yerləşən “Samir market” adlı mağazanın içərisində yerləşən ödəmə terminalından Təqsirləndirilən şəxs ona verdiyi sonuncunun istifadəsində olan istintaqla müəyyən edilməyən plastik bank kartı hesabına göndərdiyi 150 manat pulu, 15 may 2022-ci il tarixdə istintaqla müəyyən edilməyən saatda Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində yerləşən “Samir market” adlı mağazanın içərisində yerləşən ödəmə terminalından Təqsirləndirilən şəxs ona verdiyi sonuncunun istifadəsində olan istintaqla müəyyən edilməyən plastik bank kartı hesabına göndərdiyi 90 manat pulu və sonuncu dəfə 2023-cü ilin yanvar ayının 31-də saat 11 radələrində Yevlax şəhəri H.Əliyev prospektində, Yevlax şəhər İcra Hakimiyyətinin yaxınlığında İlkin Kəriova nəğd olaraq verdiyi 1250 manat pulu alıb ələ keçirtməklə Zərərçəkmiş şəxs4 cəmi 1490 (min dörd yüz doxsan) manat maddi ziyan vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Fizuli, Cəbrayıl, Zəngilan istiqamətlərində aparılan döyüşlərdə iştrak etmişdir. Himayəsində iki azyaşlı övladı vardır. Maddi vəziyyəti çətin olduğundan, çarəsiz qalıb zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 cəmi 3140 (üç min bir yüz qırx) manat, Zərərçəkmiş şəxs2 cəmi 1100 (min yüz) manat, Zərərçəkmiş şəxs3 cəmi 2730 (iki min yeddi yüz otuz) manat və Zərərçəkmiş şəxs4 cəmi 1490 (min dörd yüz doxsan) manat maddi ziyan vurmuşdur. Hazırda isə borclu olduğu pulları geri qaytararaq zərərdəymiş şəxslərlə barışıq əldə etrmişdir. Məhkəmədən, əməlindən səmimi olaraq peşman olmasını, zərər çəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini və onlarla barışıq əldə etməsini, himayəsində iki azyaşlı uşağının olmasını və vətən müharibəsi iştirakçısı olmasını, eyni zamanda atasının şəhid olmasını nəzərə alaraq barəsində daha yüngül cəza təyin olunmasını xahiş etmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs şikayət və tələblərinin olmadığını bildirdilər. Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixdə məhkəməyə poçt vasitəsilə teleqram ünvanlayaraq Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs4 xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən iş üzrə şahid X3 ibtidai istintaq dövründə vermiş olduğu ifadəsində göstərmişdir ki, Gəncə şəhərində ailə üzvləri ilə birlikdə yaşayır. Onun adı Sahibə olsa da qohumları və tanışları onu Sahilə adı ilə tanımışlar. Onun Ucar rayonunda yaşayan qohumu Zərərçəkmiş şəxs3 2021 -ci ilin avqust ayının 25-də ona zəng edərək pula ehtiyacı olduğunu və buna görə də 2200 manat pul göndərməsini xahiş etmişdir. Elçin ona göndərəcəyi pulun müqabilində pulu qaytaran zaman üzərində əlavə olaraq 220 manat pul göndərəcəyini demişdir. Buna görə də o, Gəncə şəhəri Kəpəz rayonu ərazisində yerləşən “İsti Təndir” təndir çörəyi satılan iaşə obyektinin yaxınlığında olan “millön” aparatı vasitəsi ilə Elçinin ona dediyi, hazırda xatırlamadığı kart hesabına 2200 manat pul göndərmişdir. Sonradan Zərərçəkmiş şəxs3 ondan almış olduğu 2200 manat pulu geri qaytarmışdır. Onun Zərərçəkmiş şəxs3 və ya Təqsirləndirilən şəxs heç bir tələb və ya şikayəti yoxdur. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Borcun ödənilməsi üçün Təqsirləndirilən şəxsla dəfələrlə söhbət etmiş, hətta onun yaşadığı evə gedib Samirin maddi durumunun pis olduğunu və himayəsində xəstə övladı olduğunu bildirmişdir. Lakin buna baxmayaraq İlkin hər dəfə ona yalandan vəədlər verərək pulu qısa müddətdə ödəyəcəyini bildirmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mingəçevir şəhər rayonlararası Narkoloji Dispanserinin 08 avqust 2023-cü il tarixli 538 nömrəli məktubundan görünür ki, Kərimov X2 şəhər rayonlararası Narkoloji Dispanserində qeydiyyatda yoxdur. Cinayət işinə əlavə edilmiş Tibbi ərazi bölmələrinin idarəetmə birliyi Yevlax rayon X11 Hüquqi şəxsin xx.xx.2023-cü il tarixli PHŞ-4906/23 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon Mərkəzi Xəstəxanasının psixo-nevroloji kabinetində dispanser müşahidəsində dayanmır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Yevlax şəhər İcra Hakimiyyəti 3 saylı Mənzil-Təmir-İstismar sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 181 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında qeydiyyatdadır və ailə üzvləri arvadı 1990-cı il təvəllüdlü- X13, oğlu 2007-ci il təvəllüdlü - X6, oğlu 2010-cu il təvəllüdlü -Kərimov rəxri İlkin oğlu və qızı 2020-ci il təvəllüdlü- X12 ilə birlikdə yaşayır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Yevlax şəhər İcra Hakimiyyəti 3 saylı Mənzil-Təmir-İstismar sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 180 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs qonşular arasında qismən yaxşı xarakterizə olunmuşdur. Cinayət işinə əlavə edilmiş, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin əməliyyatsorğu kartotekasında cinayət məsuliyyətinə cəlb olma barədə xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsihallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bu mənada məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi zərər çəkmiş şəxslərin, şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılığını, özünün vətən müharibəsi iştirakçısı olmasını, atasının vətən uğrunda gedən döyüşlərdə şəhid olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini, himayəsində iki azyaşlı uşağının olmasını yüngülləşdirən hal kimi nəzərə alıb, ona Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs3 qarşı X9 tərəfindən dələduzluq edilməsi ilə bağlı təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamdan göründüyü kimi Təqsirləndirilən şəxs həmin əməli 2022-ci ilin yanvar ayının 27-də törətmişdir və bu əməl böyük ictimai təhlükə törətməyən cinayətdir. CM-in 75.1 və 75.1.1ci maddələrinin tələblərinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarındakı mövqeyinə əsasən həmin epizodların hər birinə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablanmalıdır. Həmçinin, bu epizod üzrə X9 özünü təqsirli bildiyindən və cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə bağlı müddəaların tətbiq edilməsini xahiş etdiyindən sözügedən epizod üzrə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və CPM-in 39.1.3 və 43.3-cü maddələrinə əsasən həmin hissədə iş üzrə icraata xitam verilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli № 15 Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. İş üzrə məhkəmə xərci və maddi sübut yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 192-193, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: X9 Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. X9 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. X4 üzərinə saat 23-00-dan saat 07-00 qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. X4 cəzasının əvvəli Yevlax rayon İcra və Probasiya Şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs X5 Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 19 (on doqquz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 114 (bir yüz on dörd) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar