Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-12/2025 06.03.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1988-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını çəkməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2024-cü il tarixdən həbsdə olan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq 9,47 qram miqdarında narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edərək 21 aprel 2024-cü il tarixdə saat 06 radələrində, Yevlax şəhəri H.Əliyev prospektində yerləşən «Aran» mehmanxanasının yaxınlığında həmin narkotik vasitə olan qurudulmuş marixuananın 2,14 qram miqdarında olan hissəsini 2 ədəd kibrit qutusunda tanışı Şahid4 100 manat pul müqabilində satmış, qalan eyni tərkibli 7,33 qram miqdarında narkotik vasitə olan qurudulmuş marixuananı isə üzərində saxlamış, Şahid4 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən 21 aprel 2024-cü il tarixdə saat 09:30 radələrində Yevlax H.Əliyev prospektində saxlanılaraq Yevlax rayon polis şöbəsinə gətirilərək həmin gün saat 10:20-dən 10:50-dək olan müddət ərzində müdafiəçinin iştirakı ilə və video çəkilişlə Şahid4 üzərinə keçirilmiş şəxsi axtarış nəticəsində əynindəki şalvarın sağ yan cibindən 2 ədəd kibrit qutusunda Təqsirləndirilən şəxs pul müqabilində aldığı 2,14 qram miqdarında narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüş, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən 21 aprel 2024-cü il tarixdə saat 15:30 radələrində Yevlax şəhəri A.B.Şadlınski küçəsində qanunsuz narkotik dövriyyəsində şübhəli şəxs kimi saxlanılıb Yevlax rayon polis şöbəsinə gətirilərək həmin günü saat 16:20-dən 16:55-dək olan müddət ərzində müdafiəçinin iştirakı ilə və video çəkilişlə Ədalət Qələnədərovun üzərinə keçirilmiş şəxsi-axtarış nəticəsində onun əynindəki şalvarın sağ yan cibindən Şahid4 satdığı narkotik vasitə olan qurudulmuş marixuana ilə eyni tərkibli olan 01 (bir) ədəd şəffaf sellofan bükümdə 7,33 qram miqdarında narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Əvvəlki məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək, verdiyi ifadəsində göstərmişdir ki, o, 21 aprel 2024-cü il tarixdə yaşadığı evdən çıxıb mağazaya getmiş, 3 saylı məktəbin yanında saat 13 radələrində polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılmış və polis əməkdaşları onu Polis Şöbəsinə gətirmişlər. Polis Şöbəsində polis əməkdaşları ona təziq edərək, videoçəkilişlə baxış keçiriləcəyini, üzərinə narktoik vasitə qoyulacağını və həmin narkotik vasitənin ona məxsus olmasını bildirməsini demişlər. Üzərinə müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə baxış keçirilmiş, o da təziq altında olduğuna görə narkotik vasitənin onu məxsus olduğunu etiraf etmişdir. Şahid4 əvvəllər onun iş yoldaşı olmuş və həmin şəxsə narkotik vasitə olan marixuana satmamışdır. Sonrakı məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittihamda tam təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, 21 aprel 2024-cü il tarixdə yaşadığı evdən çıxıb mağazaya getmiş, 3 saylı məktəbin yanında saat 13 radələrində polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılmış və Polis Şöbəsinə gətirilişdir. Polis Şöbəsində müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilmiş və üzərindən narkotik vasitə marixuana aşkar edilib götürülümüşdür. Şahid4 əvvəllər onun iş yoldaşı olmuş və 21 aprel 2024-cü il tarixdə Şahid4 100 manat müqabilində iki kibrit qutusu marixuana satmışdır. Hazırda əməlindən səmimi peşmandır, himayəsində azyaşlı uşaqları var və ailədə yeganə qazanc gətirən şəxsdir. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə özünün etirafedici ifadəsi, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirililmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, Yevlax RPŞ CAB-in əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Yevlax rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili, Şahid1 daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs Yevlax şəhəri ərazisində saxlamışlar və onu Polis Şöbəsinə gətirmişlər. X16 Qələndərovun üzərinə onun və digər şəxslərin iştirakları ilə baxış keçirilmiş və üzərindən narkotik vasitə olan marixuna aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 verdiyi ifadəsində göstərmişdir ki, Yevlax RPŞ NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Yevlax rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili, Şahid1 daxil olmuş əməliyyat məlumatı əsasında Şahid4 saxlanılaraq Yevlax rayon Polis Şöbəsinə gətirilmişdir. X19 Məmmədov ondan aşkar edilmiş qurudulmuş marixuananı Ədalət adlı şəxsdən 100 manata aldığı bildirmişdir. Prosessual qaydalara riayət edilməklə Təqsirləndirilən şəxs tərəflərindən Yevlax şəhəri ərazisində saxlanılmış və onu Polis Şöbəsinə gətirmişlər. X16 Qələndərovun üzərinə müdafiəçinin iştirakı ilə baxış keçirilmiş və üzərindən narkotik vasitə olan qurudulmuş marixuna aşkar edilərək götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs marixuananı özü istifdə etməsi üçün üzərində saxladığını bildirmişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı veridiyi ifadəsində göstərmişdir ki, Şahid4 qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində saxlaması barədə 21 aprel 2024-cü il tarixdə Yevlax rayon polis şöbəsinin əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. O, Vüsalın şəxsiyyəti barədə məlumatları yoxlamış, sonuncunun xx.xx.1987ci il tarixdə Yevlax rayonunda doğulduğunu, Yevlax rayonu Qoyunbinəsi kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşadığını müəyyən etmişdir. O, daxil olmuş məlumatı həmin gün raportla Yevlax rayon polis şöbəsinin rəhbərliyinə məruzə etmişdir. Rəhbərlik tərəfindən Vüsalın barəsində müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. Bundan sonra o, Vüsalın barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmişdir. Yevlax rayon polis şöbəsinin 21 aprel 2024-cü il tarixli əmri ilə onun, Yevlax rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili, Şahid2 və Yevlax rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru X1 iştirakı ilə əməliyyat-axtarış qrupu yaradılmışdır. xx.xx.2024-cü il tarixdə saat 09:30 radələrində o, polis əməkdaşı Hikmətlə birlikdə Yevlax şəhəri H.Əliyev prospektində Vüsalın piyada hərəkət etdiyini görmüşlər və ona yaxınlaşmışlar. O, Vüsala qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olduğunu, saxlanılaraq üzərinə baxış keçirilməsi üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etdiyini, üzərinə baxış keçirilməli olduğunu izah etmişdir. Vüsal üzərinə baxış keçirilməsinə heç bir etirazının olmadığını demişdir. Bundan sonra o, polis əməkdaşı Hikmətlə birlikdə Vüsalı Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirərək X8ə təhvil vermişlər. O, Vüsalın gətirilməsi barədə raport yazmışdır. X2 tərtib etdiyi sənədlər əsasında Vüsalı şübhəli şəxs qismində tutmuşdur. Vüsal Yevlax şəhər Vəkil Bürosunun vəkili Hüseyn Abbasov tərəfindən hüquqlarının müdafiə edilməsini istədiyini bildirmişdir. Bundan sonra X20 rayon polis şöbəsinə dəvət edilmişdir. Xidməti iş otağında Şahin Fətullayev onun, Şahid2 və Hüseyn Abbasovun iştirakı ilə Vüsalın üzərində şəxsi axtarış aparmışdır. X14 hüquq və vəzifələrini izah etmişdir. O və digər iştirakçılar özlərini təqdim etmişlər. Yevlax rayon polis şöbəsinin kriminalistik tədqiqatlar qrupunun baş inspektoru polis mayoru Sirac Fərəcov “Panasonic” markalı kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Şəxsi axtarış zamanı Vüsal əynində olan şalvarın sağ yan cibindən 2 ədəd kibrit qutusunu, sol yan cibindən özünə məxsus mobil telefonu və 1 ədəd ödəmə qəbzini çıxardıb təqdim edərək kibrit qutusunun içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitə qurudulmuş marixuananı Yevlax şəhər sakini tanışı Ədalət adlı şəxsdən 100 manata aldığını və özü istifadə etmək üçün saxladığını bildirmişdir. X8 2 ədəd kibrit qutusunu açmış, o, kibrit qutularının içərisində qurudulmuş marixuanaya bənzər kütlənin olduğunu görmüşdür. Şahin Fətullayev həmin kütlələri kibrit qutuları ilə birlikdə elektiron tərəzidə çəkmiş, daha sonra həmin kütlələri kibrit qutuları ilə birlikdə ağ rəngli zərfə qoymuş və zərfin açıq yerini yapışdırmış və üzərində qeydiyyat aparmışdır. Vüsal və müdafiəçisi Hüseyn Abbasov zərfin üzərinə imza çəkmişlər. Şahin Fətullayev zərfə bir neçə ədəd “zərflər üçün №85” möhürü yapışdırmışdır. Şahin Fətullayev zərfdə qablaşdırdığı kütlələrin qurudulmuş marixuana olub-olmadığını müəyyən etmək üçün ekspertizaya təqdim olunacağını bildirmiş, protokol tərtib etmiş və protokolu iştirakçılara oxumuşdur. O, protokolun doğruluğunu digər iştirksçılarla birlikdə imzası ilə təsdiq etmişdir. Bundan sonra o, Ədalətin şəxsiyyəti barədə məlumatları yoxlamış, sonuncunun xx.xx.1990-cı il tarixdə Yevlax şəhərində doğulduğunu, Yevlax şəhəri İ.Dəmirov küçəsi 106-da qeydiyyatda olduğunu müəyyən etmişdir. O, daxil olmuş məlumatı həmin gün raportla Yevlax rayon polis şöbəsinin rəhbərliyinə məruzə etmişdir. Rəhbərlik tərəfindən Ədalətin barəsində müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. Bundan sonra o, Ədalətin barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmişdir. Yevlax rayon polis şöbəsinin 21 aprel 2024-cü il tarixli əmri ilə onun, Yevlax rayon polis şöbəsinin NMQnun baş əməliyyat müvəkkili, polis kapitanı X3 və Yevlax rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X6 iştirakı ilə əməliyyat-axtarış qrupu yaradılmışdır. xx.xx.2024-cü il tarixdə saat 15:30 radələrində o, polis əməkdaşı Teymurla birlikdə Yevlax şəhəri A.B.Şadlınski küçəsində Ədalətin piyada hərəkət etdiklərini görmüşlər və onlara yaxınlaşmışlar. O, Ədalətə qanunsuz olaraq üzərində narkotik vasitələrin əldə edilməsi, daşıması, saxlaması və satışı ilə məşqul olması barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olduğunu, saxlanılaraq üzərinə baxış keçirilməsi üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etdiyini, üzərinə baxış keçirilməli olduğunu izah etmişdir. Ədalət üzərinə baxış keçirilməsinə heç bir etirazının olmadığını demişdir. Bundan sonra o, polis əməkdaşı Teymurla birlikdə Təqsirləndirilən şəxs Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirərək X12a təhvil vermişlər. O, Ədalətin gətirilməsi barədə raport yazmışdır. X7 tərtib etdiyi sənədlər əsasında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuşdur. Ədalət Yevlax şəhər Vəkil Bürosunun vəkili Fərhad Məmmədov tərəfindən hüquqlarının müdafiə edilməsini istədiyini bildirmişdir. Bundan sonra X17 rayon polis şöbəsinə dəvət edilmişdir. Xidməti iş otağında Murad Həsənov onun, Teymur Baxşəliyevin və Fərhad Məmmədovun iştirakı ilə Ədalətin üzərində şəxsi axtarış aparmışdır. X22 hüquq və vəzifələrini izah etmişdir. O və digər iştirakçılar özlərini təqdim etmişlər. Yevlax rayon polis şöbəsinin kriminalistik tədqiqatlar qrupunun baş inspektoru polis mayoru Sirac Fərəcov “Panasonic” markalı kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Şəxsi axtarış zamanı Ədalət əynindəki şalvarın sağ yan cibindən bir ədəd sellofan bükülünü çıxardaraq təqdim etmiş və bükülünün içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin qurudulmuş marixuananı özü istifadə etmək üçün saxladığını bildirmişdir. X12 bükülünü açmış, o, bükülüdə qurudulmuş marixuanaya bənzər kütlənin olduğunu görmüşdür. Murad Həsənov həmin kütləni sellofan bükülü ilə birlikdə elektron tərəzidə çəkərək həmin kütləni sellofan bükülü ilə birlikdə ağ rəngli zərfə qoymuş və zərfin açıq yerini yapışdırmış və üzərində qeydiyyat aparmışdır. Ədalət və müdafiəçisi Fərhad Məmmədov zərfin üzərinə imza çəkmişlər. Murad Həsənov zərfə bir neçə ədəd “zərflər üçün №85” möhürü yapışdırmışdır. Murad Həsənov zərfdə qablaşdırdığı maddənin qurudulmuş marixuana olub-olmadığını müəyyən etmək üçün ekspertizaya təqdim olunacağını bildirmişdir. Bundan sonra Ədalətin üzərinə keçirilmiş şəxsi axtarış başa çatmışdır. Murad Həsənov protokol tərtib etmiş və protokolu iştirakçılara oxumuşdur. O, protokolun doğruluğunu digər iştirksçılarla birlikdə imzası ilə təsdiq etmişdir. Şahid1 həmçinin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşqul olmuş və Şahid4 da narkotik vasitə olan qurudulmuş marixuananı Təqsirləndirilən şəxs 100 manata satmışdır. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, narkotik vasitə olan qurudulmuş marixuana istifadəçisidir. Yevlax şəhər sakini aqlay ustası Ədaləti təxminən 2-3 ildir ki, tanıyır və onun yanında fəhlə işləmişdir. O, Ədalətin də narkotik vasitə qurudulmuş marixuana istifadəçisi olduğunu bildiyi üçün xx.xx.2024-cü il tarixdə saat təxminən 19 radələrində «WhatsApp» vasitəsi ilə Ədalətə zəng edərək ona qurudulmuş marixuana lazım olduğunu bildirmiş, Ədalət də ona onda 2 kibrit qutusu narkotik vasitə qurudulmuş marixuana olduğunu və 100 manata satmaq istədiyini bildirmiş, o, Bakı şəhəri Qaradağ rayonunda olduğu üçün həmin ərazidə yerləşən marketlərdən birində olan «Mpay» terminalı vasitəsi ilə Ədalətin ona göndərdiyi kart nömrəsinə 100 manat pul göndərmiş və Yevlaxa gələndə ondan qurudulmuş maricuananı götürəcəyini bildirmişdir. Həmin günün gecəsi Yevlax şəhərinə gəlmiş, səhəri yəni xx.xx.2024-cü il tarixdə saat təxminən 06 radələrində «WhatsApp» vasitəsi ilə Ədalətə zəng edərək Yevlax şəhəri H.Əliyev prospektində yerləşən «Aran» mehmanxanasının qarşısında olduğunu bildirmiş, həmin vaxt Ədalət də ora gəlmiş və Ədalətə göndərdiyi 100 manat pulun əvəzində Ədalət ona 2 kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana vermiş və çıxıb getmişdir. HƏmin gün yəni, xx.xx.2024-cü il tarixdə saat təxminən 09:30 radələrində Yevlax şəhəri H.Əliyev prospektində yerləşən «Mahir» aptekin yaxınlığında olan zaman Yevlax rayon polis şöbəsinin polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitə istifadə etməkdə və üzərində saxlamaqda şübhəli olduğunu deyərək onu Yevlax rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində təhqiqatçı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli olduğunu bildirərək onu tutmuşdur. O, Yevlax şəhər Vəkil Bürosunun vəkillərinin siyahısı ilə tanış olaraq Hüseyn Abbasovu özünə vəkil seçmişdir. Bundan sonra təhqiqatçı X18 rayon polis şöbəsinə dəvət etmiş və ona təqdim etmişdir. Təhqiqatçı hüquq və vəzifələrini izah etmiş və üzərində axtarışa başlamışdır. Bir nəfər polis əməkdaşı kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Təhqiqatçı üzərində olmuş qanunsuz əşyaları çıxararaq təqdim etməyini təklif etmişdir. Həmin vaxt o, əynindəki şalvarın sağ yan cibindən içərisində narkotik vasitə qurudulmuş marixuana olan iki ədəd kibrit qutusunu, sol yan cibindən isə özünə məxsus mobil telefonu və 1 ədəd ödəmə qəbzini təqdim etmişdir. O, kibrit qutusunun içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, özü istifadə etmək Yevlax şəhər sakini Ədalət adlı şəxsdən 100 manata aldığını demişdir. Polis əməkdaşları kibrit qutusunun içərisindəki kütləyə baxaraq narkotik vasitə olan qurudulmuş marixuanaya bənzədiyini demişlər. Təhqiqatçı həmin 2 ədəd kibrit qutusunda olan qurudulmuş marixuananı kibrit qutuları ilə birlikdə elektiron tərəzidə çəkmiş əv təhqiqatçı həmin qurudulmuş marixuananı kibrit qutuları ilə birlikdə ağ rəngli zərfə qoymuş və zərfin açıq yerini yapışdıraraq 85 nömrəli möhürlə möhürləmişdir. Bundan sonra o və müdafiəçisi Hüseyn Abbasov zərfin üzərinə imza çəkmişlər. Təhqiqatçı qurudulmuş marixuananı zərflə götürüb tərkibini müəyyən etmək üçün ekspertizaya göndərəcəyini demişdir. Təhqiqatçı tərtib etdiyi protokolu oxumuş, protokol düzgün olduğu üçün o, imzası ilə təsdiq etmişdir. İşdə olan Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Espertiza Mərkəzinin X13 21 aprel 2024-cü il tarixli 3-16-16-2-17/380 saylı rəyindən görünür ki, Şahid4 üzərindən aşkar olunmuş 2 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 1,07 qram, 1,07 qram cəmi 2,14 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır ( 1. Marixuananın ümumi çəkisi- 1,07 qr., tədqiqata sərf edildi- 0,02 qr. qalıq 1,05 qram. 2. Marixuananın ümumi çəkisi- 1,07 qr., tədqiqata sərf edildi- 0,02 qr. qalıq 1,05 qram). İşdə olan Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Espertiza Mərkəzinin X13 22 aprel 2024-cü il tarixli 3-16-16-2-17/381 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Yevlax rayon sakini Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəyə bənzər qururdulmuş vasitə yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi - 7,33 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (marixuananın təmiz çəkisi 7,33 qr., tədqiqata sərf edildi 0,05 qr., qalıq 7,28 qr.). İşdə olan Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Espertiza Mərkəzinin X13 16 may 2024-cü il tarixli 3-16-16-2-17/435 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində iki ədəd kibrit qutusunda qurudulmuş marixuanalar. Şahid4 yazısı və digər yazılar yazılmış 01 ədəd MEM-nə məxsus kağız paketin içərisindəki 02 ədəd kibrit qutularında olan qurudulmuş marixuanalar ilə üzərində 01 ədəd sellofan bükümdə qurudulmuş marixuana Təqsirləndirilən şəxs yazısı və digər yazılar yazılmış 01 ədəd MEM-nə məxsus kağız paketin içərisindəki 01 ədəd şəffaf sellofan bükümdə olan qurudulmuş marixuana tərkiblərinə görə eynidir (1.Marixuananın təmiz çəkisi- 1,05 qr., tədqiqata sərf edildi- 0,02 qr. qalıq 1,03 qram. 2. Marixuananın təmiz çəkisi- 1,05 qr., tədqiqata sərf edildi- 0,02 qr. qalıq 1,03 qram. 3. Marixuananın təmiz çəkisi- 7,28qr., tədqiqata sərf edildi- 0,02 qr. qalıq 7,26 qram). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri narkoloji dispanserinin 06 may 2024-cü il tarixli 789 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən şahid ifadələri və ekspert rəyləri biri-digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və buna görə də ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İşdə olan Yevlax şəhər 1 saylı İƏD üzrə nüayəndəlik tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci il təvəllüdlü Elcan və xx.xx.2019-cu il təvəllüdlü Aytac adlı azyaşlı uşaqları vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını və əməlindən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən halla hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən icra edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesablanmaqla 4 gün müddət təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(107)-25/2025 saylı qərarından görünür ki, həmin qərarla dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilərək, Təqsirləndirilən şəxs və X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair Yevlax Rayon Məhkəməsinin 05 sentyabr 2024-cü il tarixli, 1(039)-75/2024 nömrəli hkmü cinayətin qabaqcadan əlbir olan bir qrupp şəxs tərəfindən törədilməsi cəzanı ağırlaşdıran hal kimi müəyyən edilməklə dəyişdirilmiş, Yevlax Rayon Məhkəməsinin 05 sentyabr 2024-cü il tarixli, 1(039)-75/2024 nömrəli hökmü baxılmış apellyasiya protestinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(039)-38/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 21 aprel 2024-cü il tarixdən hesablanmışdır. Məhkəmə, məhkəmə iclası zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Yevlax rayon Polis Şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra ümumi qalıq çəkisi 9,32 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə, üzləşdirmə istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 3 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə cəmi 105.07 (bir yüz beş manat yeddi qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Müdafiəçi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə dövrü göstərdiyi 24 (iyirmi dörd) saat hüquqi yardıma görə 144 (bir yüz qırx dörd) manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, 3 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin 05 sentyabr 2024-cü il tarixli hökmü ilə təyin olunmuş 2 (iki) il azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 2 (iki) gün azadlığın məhdudlaşdırılması 1 (bir) gün azadlıqdan məhrumetməyə bərabər tutulmaqla 1 (bir) il azadlıqdan məhrum etmə cəzası, CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona 3 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs əvvəlki hökm üzrə 28 dekabr 2023-cü il tarixdən 30 dekabr 2023-cu il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 3 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan, yəni 21 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Yevlax Rayon Polis şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra ümumi qalıq çəkisi 9,32 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 105.07 (bir yüz beş manat yeddi qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ 34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilsin. Məhkəmə dövrü üçün göstərilən 24 (iyirmi dörd) saat hüquqi yardıma görə 144 (bir yüz qırx dörd) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №1(039)-12/2025
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-12/2025
06.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver