Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-120/2021 30.09.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1986-cı il tarixdə Kəlbəcər rayonu Oruclu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, Kəlbəcər rayon 78 saylı tam orta məktəbdə fiziki tərbiyə müəllimi işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham aktında qeyd edilir ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını vahid niyyətlə ələ keçirmək məqsədi ilə 2014-cü ilin iyul ayının sonlarında istintaqla müəyyən edilməyən gündə və saatda, Yevlax rayonu Kürqırağı adlanan ərazidə Şahid1 Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Azərbaycan X2 və İdman Akademiyasına istintaqa məlum olmayan müəllim işləyən tanışının vasitəsi ilə tələbə kimi qəbul etdirəcəyini, bundan sonra Şahid1 həmin Akademiyada qiyabi formada təhsil alacağı dörd il müddətində semestr imtahanlarından keçirəcəyini sonuncunun atası Zərərçəkmiş şəxs1 vəd verərək, həmin işin qarşılığında Zərərçəkmiş şəxs1 hissə-hissə olmaqla 15000 manat pul alacağını bildirib 2014-cü ilin iyul ayının sonlarında istintaqla müəyyən edilməyən gündə və saatda, Yevlax şəhəri 32-ci məhəllədə Zərərçəkmiş şəxs1 7000 manat, 29 avqust 2014-cü il tarixdə istintaqla müəyyən edilməyən saatda 2500 manat, 2014-cü ilin sentyabr ayının əvvəlində istintaqla müəyyən edilməyən gündə və saatda, Yevlax şəhərində 2500 manat, 2015-ci ilin yanvar ayında istintaqla müəyyən edilməyən gündə və saatda Yevlax rayonu Kürqırağı adlanan ərazidə 250 manat, 2015-ci ilin may ayında ortalarında, istintaqla müəyyən edilməyən gündə və saatda Yevlax rayonu Kürqırağı adlanan ərazidə 300 manat, 2016-cı ilin iyul ayında istintaqla müəyyən edilməyən gündə və saatda Yevlax rayonu Kürqırağı adlanan ərazidə 300 manat, 2017-ci ilin yanvar ayında istintaqla müəyyən edilməyən gündə və saatda Yevlax rayonu Kürqırağı adlanan ərazidə 300 manat, 2017-ci ilin iyul ayında istintaqla müəyyən edilməyən gündə və saatda Yevlax rayonu Kürqırağı adlanan ərazidə 300 manat, 2018-ci ilin yanvar ayında istintaqla müəyyən edilməyən gündə və saatda Yevlax rayonu Kürqırağı adlanan ərazidə 300 manat, 2019-cu ilin iyun ayının sonlarında istintaqla müəyyən edilməyən gündə və saatda Yevlax şəhəri H.B.Zərdabi küçəsi ev 27-də 1000 manat, cəmi 14750 manat pulunu aldadıb alaraq vədinə əməl etməməklə sonuncunun xeyli miqdarda, yəni 14750 manat pulunu ələ keçirib qəsdən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını vahid niyyətlə ələ keçirmək məqsədi ilə 2019-cu ilin avqust ayının ortalarında istintaqla müəyyən edilməyən gündə və saatda, Yevlax rayonu Salahlı kəndində Zərərçəkmiş şəxs2 xəstəliyi ilə əlaqədar olaraq istintaqa məlum olmayan həkim işləyən tanışının vasitəsi ilə təqaüdə çıxaracağını vəd verərək, həmin işin qarşılığında Zərərçəkmiş şəxs2 2019-cu ilin avqust ayının ortalarında istintaqla müəyyən edilməyən gündə və saatda, Yevlax rayonu Salahlı kəndində 1,600 manat və 2019-cu ilin avqust ayının ikinci iyirmi günlüyündə istintaqla müəyyən edilməyən gündə və saatda, Yevlax rayonu Salahlı kəndində 60 manat, cəmi 1,660 manat pulunu aldadıb alaraq vədinə əməl etməməklə Zərərçəkmiş şəxs2 həmin məbləğ pulunu ələ keçirib qəsdən dələduzluq etmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilərək söyləmişdir ki, ona qarşı irəli sürülmüş ittihamda qeyd edilən hərəkətləri etmiş və bunun nəticəsində zərər çəkmiş şəxslərə həmin məbləğdə zərər vurmuşdur. Lakin, artıq zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vurulmuş ziyanı, habelə həmin məbləğin 25 % hissəsini təşkil edən məbləği dövlət büdcəsinə ödəmişdir. Bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəmə iclası zamanı bildirmişdir ki, ona vurulmuş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənilmişdir, ona qarşı hər hansı bir tələbi yoxdur. Bu barədə ərizə təqdim etməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Mülki iddianı müdafiə etmədiyini bildirmişdir. Digər zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 adından məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə təqdim edilmişdir. Ərizədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxslə barışmışdır, onun tərəfindən ona vurulmuş ziyan tam olaraq ödənilmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Müəyyən olunur ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin 29 avqust 2018-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həbsdə saxlanıldığı vaxt nəzərə alınaraq qəti olaraq üzərində 02 il 05 ay 27 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 02 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. Yevlax rayon icra və probasiya şöbəsindən verilən məlumata əsasən məhkum Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı 18 sentyabr 2020-ci il tarixdə çəkib qurtarmışdır. Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə, yəni etibardan sui-istifadə edib, aldatma yolu ilə təkrarən, qulluq mövqeyindən sui-istifadə edib özgənin əmlakını ələ keçirərək dələduzluq etmədə təqsirli olması özünün etirafı, zərər çəkmiş şəxslərin, şahidin ifadələri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Təqdim edilmiş qəbzdən müəyən olunur ki, Təqsirləndirilən şəxs əvəzindən dövlət büdcəsinə 4.102.5 manat ödənilmişdir. Cinayət Məcəlləsi: Maddə 73-1.2. Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət Prosessual Məcəllə: Maddə 40.3. Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Maddə 43.1. Məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı aşağıdakı hallarda çıxarılır: 43.1.2. Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda. Maddə 354.1. Məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir: 354.1.3. iddianın baxılmamış saxlanması. Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərlə barışıb vurulmuş zərəri ödəməsini, habelə cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, cinayət təqibinə xitam verilməlidir. Mülki iddia baxılmamış saxlanılmalıdır. Məhkəmə dövrü üçün göstərilmiş hüquqi yardıma görə 180 manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Cinayət Prosessual Məcəlləsinin 321, 344 və 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə, təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdığından və onlara dəymiş ziyanı tamamilə ödədiyindən, xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Zərərçəkmiş şəxs1 X1 qarşı mülki iddiası baxılmamış saxlanılsın. Göstərilən hüquqi yardıma görə 180 (bir yüz səksən) manat tutularaq Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən : Toğrul Əliyev
Məhkəmə qərarları › İş №1(039)-120/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-120/2021
30.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver