Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-121/2022 05.07.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1967-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yevlax rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(039)-56/2022 nömrəli hökmü ilə Azərabaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, barəsində 24 mart 2022-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş, Yevlax rayonu, Y.Misirov küçəsi, ev 57-də qeydiyyatda, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə tarixdə Yevlax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı, psixotrop maddə olan metamfetamini və narkotik vasitə olan heroini əldə etmiş və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə qanunsuz olaraq 5 bükümdə ayrı-ayrılıqda çəkiləri - 7,57 qram, 6,96 qram, 5,40 qram, 2,78 qram və 8,27 qram olmaqla ümumi təmiz çəkiləri 30,98 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuananı, 02 ədəd göy-ağ rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri- 0,016 qram və 0,015 qram olmaqla ümumi təmiz çəkisi 0,031 qram olan psixotrop maddə metamfetamini, 01 ədəd 1 ml-lik şprisin içərisində həcmi 0,20 ml olan maye-heroin məhlulunda təmiz çəkisi 0,048 qram olan heroinin quru maddəsini əldə edərək qanunsuz olaraq əlindəki sellofan torbada saxlamış, Yevlax rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 22 mart 2022-ci il tarixdə Yevlax şəhəri, Y.Misirov küçəsində saxlanılaraq Yevlax RPŞ-nə gətirilib 22 mart 2022-ci il tarixdə saat 22:55 dəqiqədən saat 23:55 dəqiqəyədək olan müddət ərzində orada videoçəkilişlə və müdafiəçinin iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlindəki sellafon torbada saxladığı 5 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri-7,57 qram, 6,96 qram, 5,40 qram, 2,78 qram və 8,27 qram olmaqla ümumi təmiz çəkiləri 30,98 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana, sellofan torbada olan pul kisəsinin içərisində 02 ədəd göy-ağ rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri-0,016 qram və 0,015 qram, olmaqa ümumi təmiz çəkisi 0,031 qram olan psixotrop maddəmetamfetamin, 01 ədəd 1 ml-lik şprisin içərisində həcmi 0,20 ml olan maye-heroin məhlulunda təmiz çəkisi 0,048 qram olan heroinin quru maddəsi və üzərində cüzi miqdarda heroin və metamfetamin hissəcikləri olan 2 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, narkotik vasitə olan qurudulmuş marixunadan, heroindən və psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. 2021-ci ilin iyun ayında Kür çayının Yevlax rayonu, Çənlibel qəsəbəsi ərazisindən keçən hissəsində 2 ədəd çətənə kolu əkmişdir. Həmin çətənə koluna qulluq edib yetişdirdikdən sonra 2021-ci ilin oktyabr ayında çətənə kolundan yığdığı marixuananı yığaraq meşəlik ərazidə qurutmuş və həmin qurudulmuş marixuananı sellofana yığaraq kolluq ərazidə gizlətmişdir. 22 mart 2022-ci il tarixdə həmin marixuananı götürdükdən sonra sellofanın palçıq olduğunu görmüş və buna görə də zibillik ərazidən tapdığı üzəri şəkilli olan sellofana yığmışdır. Qurutduğu marixuananı sellofana yığmazdan öncə marixuanaları hissələrə ayıraraq bəzi hissələri kağıza bükmüş, bəzi hissələrini isə sellofona bükərək üzəri şəkilli olan sellofana yığmışdır. Marixuananı yığdığı sellofan torbanın içərisində 2 ədəd elektron tərəzi, 1 ədəd spiriş və 1 ədəd qara rəngli pul kisəsinin içərisində 2 ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə olmuşdur. Həmin psixotrop maddəni də istifadə etmək üçün üzərində saxlamışdır. xx.xx.2022-ci il tarixdə içərisində narkotik vasitə olan qurudulmuş marixuana və psixotrop maddə metamfetamin olan sellofanla yaşadığı küçədə hərəkətdə olarkən Yevlax RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz olaraq üzərində saxlamağında və satışında şübhəli olduğunu deyərək, polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində vəkilin iştirakı ilə üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış aparılan zaman əlindəki üzəri şəkilli olan sellofan torbadan 4 ədəd kağız bükümdə, 1 ədəd şəffaf rəngli sellofanda və 1 ədəd qırmızı rəngli sellofana bükülmüş bükülülərdə olan qurudulmuş marixuana aşkar edilmişdir. Bundan başqa 1 ədəd qara rəngli pul kisəsinin içərisində olan 2 ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilmiş və götürülmüşdür. Təmiz çəkiləri 30,98 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananı kür çayı ərazisində əkib becərdiyi kollardan yığmışdır. Lakin 02 ədəd göy-ağ rəngli kağız bükümlərdə, ayrıayrılıqda təmiz çəkiləri-0,016 qram və 0,015 qram, ümumi təmiz çəkiləri-0,031 qram olan psixotrop maddə-metamfetamini, 01 ədəd 1 ml-lik şprisin içərisindəki həcmi 0,20 ml olan maye-heroin məhlulunda heroinin quru maddəsinin təmiz çəkisi-0,048 qram və 2 ədəd elektron tərəzini məişət tullantıları tullanan ərazidən “zibillikdən” taparaq əldə etmişdir. Narkotikdən istifadə etdiyi üçün bükümlərə bölmüşdür. Məhkəmədən əməlindən səmimi olaraq peşmançılığını və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq, ona qanunda nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin PPXB-nün polis nəfəri Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə Yevlax şəhəri, Y.Misirov küçəsi ev 57də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi və üzərində saxlaması barədə RPŞ-nə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 onunla birlikdə RPŞ-nin rəhbərliyinə məruzə etmiş və müvafiq sənədləşmələr aparmışdır. Həmin gün saat 22 radələrində Təqsirləndirilən şəxs yaşadığı küçədə saxlamışlar. Bundan sonra Təqsirləndirilən şəxs Yevlax rayon polis şöbəsinə gətirmişlər və polis şöbəsində üzərinə vəkilin iştirakı və video çəkilişlə şəxsi axrtarış keçirmişlər. Həmin vaxt Baloğlan əlində olan üzəri şəkilli olan rəngli sellofan torbanı təqdim etmişdir. Təqsirləndirilən şəxs sellofan torbanın içərisində nə olduğu soruşulduqda, Baloğlan torbada narkotik vasitə olan marixuana və psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Narkotik vasitə olan marixuana və psixotrop maddə olan metamfetamini haradan və kimdən əldə etdiyini soruşduqda Təqsirləndirilən şəxs qurudulmuş marixuananı özü əkdiyi çətənə kollarından yığaraq qurutduğunu, metamfetamini isə tapdığını demişdir. Torbanın içərisinə baxdıqda torbada 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükülü, 1 ədəd qırmızı rəngli sellofana bükülmüş bükülü, 1 ədəd ağ rəngli kağıza bükülmüş bükülü və 3 ədəd üzəri yazılmış vəziyyətdə olan kağıza bükülmüş bükülüdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olduğu aşkar edilmişdir. Həmin qurudulmuş marixuanaya bənzər kütlələr müvafiq ardıcılığa uyğun olaraq çəkilmişdir. Hər birinin çəkisi ayrı-ayrılıqda 13,61 qram, 6,83 qram, 13,89 qram, 10,71 qram və 5,47 qram olması müəyyən edilmişdir. Aşkar olunmuş həmin 6 ədəd büküm ümumilikdə çəkilmiş və çəkisi 62 qram olmuşdur. Bundan sonra həmin torbanın içərisində olan qara rəngli pul kisəsinə baxılmış, pul kisəsinin içərisindən 2 ədəd kağıza bükülmüş bükülünün hər birində psixotrop maddə olan metamfetaminə bənzər kütlə olduğu aşkar edilmişdir. Həmin iki ədəd metamfetaminə bənzər kütləni ayrı-ayrılıqda çəkmək üçün texniki imkanlar olmadığından 2 ədəd büküm birlikdə çəkilmiş və 2 ədəd bükümün ümumi çəkisi 0,06 qram olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs əlində olan sellofan torbadan 2 ədəd elektron tərəzi və 1 ədəd içərisində maye olan şprist aşkar edilmişdir. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması haqqında protokoldan və ona əlavə edilmiş video çəkilişdən görünür ki, Təqsirləndirilən şəxs əlindəki sellofan torbada saxladığı 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri-7,57 qram, 6,96 qram, 5,40 qram, 2,78 qram və 8,27 qram olmaqla ümumi təmiz çəkiləri 30,98 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana, sellofon torbada olan pul kisəsinin içərisində 02 ədəd göy-ağ rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri-0,016 qram və 0,015 qram, olmaqa ümumi təmiz çəkisi 0,031 qram olan psixotrop maddə-metamfetamin, 01 ədəd 1 ml-lik şpristin içərisində həcmi 0,20 ml olan maye-heroin məhlulunda təmiz çəkisi 0,048 qram olan heroinin quru maddəsi və üzərində cüzi miqdarda heroin və metamfetamin hissəcikləri olan 2 ədəd elektron tərəzini özü çıxarıb könüllü olaraq təqdim etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Məhkəmə bioloji ekspertizasının 23 mart 2022-ci il tarixli 17/260 nömrəli rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 6 ədəd bükümdə” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd qırmızı, 01 (bir) ağ rəngli sellofan bükümlərdə və 03 (üç) ədəd kağız bükümlərdə uyğun olaraq ayrı-ayrılıqda təmiz çəkiləri 7,57 qram, 6,96 qram, 5,40 qram, 2,78 qram və 8,27 qram ümumi təmiz çəkiləri 30,98 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixunadır. Həmin zərfin içərisidəki 01(bir) ədəd kağız bükümdə, təmiz çəkisi-3,28 qram olan bitki mənşəli kütlə narkotik vasitələrə aid deyildir. Tədqiqata təqdim olunmuş qurudulmuş marixunalar tərkibinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş üzərində “Vət Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 2 ədəd bükümdə” sözləri və imzalar yazılmış zərfin içərisindəki 02 (iki) ədəd göy-ağ rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,016 qram və 0,015 qram, ümumi təmiz çəkiləri-0,031 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Tədqiqata təqdim olunmuş metamfetaminlər tərkibinə görə eynidirlər. Tədiqata təqdim olumuş “Vət Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd elektron tərəzi və bir ədəd şprist” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd 1 ml,lik şpritsin içərisində 0,20 ml olan maye kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhluludur. Heroin məhlulunda heroinin quru maddəsinin təmiz çəkisi 0,048 qramdır. Həmin zərfin içərisindəki 02 (iki) ədəd elektron tərəzilərin üzərində olan maddə hissəcikləri-heroin və metamfetamin hissəcikləridir. Heroin və metamfetamin hissəcikləri cüzi miqdarda olduğuna görə onların təmiz çəkisini müəyyən etmək mümkün olmamışdır. Metamfetaminin ümumi təmiz çəkisi 0,031 qram, tədqiqata srəf edildi 0,020 qram, qalıq 0,011qram. Heroin məhlulunun həcmi 0,20 ml, tədqiqata sərf edildi 0,10 ml, qalıq- 0,10 ml. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan məhkəmənarkoloji ekspertizasının 23 may 2022-ci il tarixli 741 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə etmə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən və Yevlax rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli 1(039)-56/2022 nömrəli hökmündən görünür ki, Məmmədov X2 Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 22 mart 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxs qismində tutma protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Məhkəməsinin 24 mart 2022-ci il tarixli 4(039)-65/2022 saylı qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə «həbs» qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 22 mart 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən X5 tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməklə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişlər. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri, şəxsi axtarış protokolu və ekspertiza rəyləri ilə tamamilə sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, ona görə də o, həmin maddədə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən etiraf edib səmimi peşman olmasını CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü-azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs Yevlax rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) günü CMnin 66.2 və 66.5-ci maddələrinə əsasən 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası 01 (bir) gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməklə, (11 ay 28 gün) hazırkı hökm üzrə təyin edilmiş qəti cəza müddətinə qismən hesablanmaqla üzərində azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 22 mart 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı, onların qiyməti olmadıqda məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış Yevlax rayon polis şöbəsinin maddi sübutların saxlanılma otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalan ümumi təmiz çəkisi 0,011 qram metamfetamin və 0,10 ml heroin məhlulu hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 103 (bir yüz üç) manat 65 (altmış beş) qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Yevlax rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) günü CMnin 66.2 və 66.5-ci maddələrinə əsasən 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası 01 (bir) gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməklə, (11 ay 28 gün) hazırkı hökm üzrə təyin edilmiş qəti cəza müddətinə qismən hesablanmaqla üzərində 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 22 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, Yevlax rayon polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalan ümumi təmiz çəkisi 0,011 qram metamfetamin və 0,10 ml heroin məhlulu hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İşdə olan 103 (bir yüz) manat 65 (altmış beş) qəpik ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 3 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi oğluna ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Sədrlı̇ k edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-121/2022
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-121/2022
05.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver