Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-121/2023 14.12.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1964-cü ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş məhkumluğu ödənilməmiş və götürülməmiş, Yevlax şəhəri S.Əsgərov küçəsi ev 45-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, qanunsuz narkotik vasitə dövriyyəsində şübhəli şəxs kimi 26 mart 2023-cü il tarixdə saat 17 radələrində Yevlax şəhəri S.Əsgərov küçəsində saxlanılaraq Yevlax rayon Polis Şöbəsinə aparılmış, üzərində həmin gün saat 17:10-dan saat 17:40-dək olan müddətdə müdafiəçivəkilin iştirakı və video çəkilişlə keçirilmiş şəxsi axtarış nəticəsində əynindəki qısaqol gödəkcəsinin sağ yan cibindən xx.xx.2023-cü il tarixdə Yevlax şəhəri, H.Əliyev prospektində yerləşən “Neptun” marketin yaxınlığında tanışı X2 20 manat pul müqabilində satış məqsədi olmadan qanunsuz olaraq alıb saxladığı 01 (bir) ədəd sellofan bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda – 1.513 qram çəkidə narkotik vasitə olan heroin aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilməklə götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspert rəyiləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə olan heroin istifadə edir. Öz istifadəsi üçün narkotik vasitəsi qurtardığına görə xx.xx.2023-cü il tarixdə saat 17 radələrində heroin alıb qəbul etmək qərarına gəlmiş, piyada Yevlax şəhər H.Əliyev prospektində yerləşən «Neptun» marketin yaxınlığına getmiş, orada tanışı X4 ilə görüşmüş, Aslanın narkotik vasitənin satışı ilə məşğul olduğunu bildiyi üçün sonuncudan ona narkotik vasitə satmasını xahiş etmiş, Aslan ondan 20 manat pul alaraq ona bir bükümdə heroin vermişdir. O, həmin heroini gələcəkdə istifadə etmək üçün əynində olan qısaqollu gödəkcənin cibinə qoyaraq evinə getmişdir. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək onu rayon polis şöbəsinə gətirmişlər. Rayon polis şöbəsində müdafiəçinin iştirakı ilə video çəkilişlə onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı içərisində heroin olan bükülülərdəki narkotik vasitə onun əynindəki qısaqol gödəkcənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Həmin heroini tanışı Xıdırın oğlu Aslandan 20 manata aldığını və gələcəkdə istifadə etmək üçün üstündə gəzdirdiyini etiraf etmişdir. Polis əməkdaşları həmin kütlələri elektron tərəzidə çəkmişlər, sonra həmin kütlə qablaşdırılaraq möhürlənmiş və ekspertizaya göndərilməsi üçün götürülmüş, sonra protokol tərtib edilmiş, digər iştirakçılar kimi o, da protokolla tanış olub onu imzalamışdır. Əməlindən peşman olduğunu nəzərə alaraq, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin NMQ-nin əməliyyat müvəkkül vəzifəsində işləyən Şahid1 ifadəsində bildirmişdir ki, 26 mart 2023-cü il tarixdə saat 16 radələrində Yevlax şəhəri S.Əsgərov küçəsi 45 saylı evdə yaşayan əvvəllər məkum olunmuş, Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında küçəsində olduğunu, üstündə narkotik vasitə olan heroin olması barədə məlumat daxil olmuş və həmin məlumatı rəhbərliyə məruzə edilib icazə alındıqdan sonra şöbənin PPXB-nün polis nəfəri Şahid2 ilə birlikdə Yevlax şəhəri S.Əsgərov küçəsinə getmişlər. Məmmədin küçədə dayandığını görmüşlər. Məmmədə yaxınlaşıb özlərini təqdim etmiş, Məmməd özünü şübhəli apardığına görə onu polis şöbəsinə getməyi təklif etmişlər. Məmməd bununla razılaşaraq onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində müdafiəçinin iştirakı ilə video çəkilişlə Məmmədin üstünə baxış keçirmişlər. Baxış zamanı Məmmədin əynindəki qısaqollu gödəkcənin sağ yan cibindən bir büküm heroinə oxşar kütlə aşkar etmişlər. Sorğu-sual zamanı o, bükümdəkinin içərisindəkinin narkotik vasitə olan heroin olduğunu, xx.xx.2023-cü il tarixdə günortadan sonra tanışı Xıdırın oğlu Aslandan 20 manata aldığını bildirmişdir. Həmin kütlələri elektron tərəzidə çəkmişlər, sonra kütlələr qablaşdırılaraq möhürlənmiş və ekspertizaya göndərilməsi üçün götürülmüş, sonra protokol tərtib edilmiş, digər iştirakçılar kimi o da protokolla tanış olub onu imzalamışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş Yevlax rayon X6 patrul xidməti bölüyü polis nəfəri Şahid2 ifadəsində göstərmişdir ki, 26 mart 2023-cü il tarixdə saat 16 radələrində Yevlax şəhəri S.Əsgərov küçəsi 45 saylı evdə yaşayan əvvəllər məkum olunmuş, Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında küçəsində olduğunu, üstündə narkotik vasitə olan heroin olması barədə məlumat daxil olmuş və həmin məlumatı rəhbərliyə məruzə edilib icazə alındıqdan sonra şöbənin NMQ-nin əməliyyat müvəkkül Şahid1 ilə birlikdə Yevlax şəhəri S.Əsgərov küçəsinə getmişlər. Məmmədin küçədə dayandığını görmüşlər. Məmmədə yaxınlaşıb özlərini təqdim etmiş, Məmməd özünü şübhəli apardığına görə onu polis şöbəsinə getməyi təklif etmişlər. Məmməd bununla razılaşaraq onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində müdafiəçinin iştirakı ilə video çəkilişlə Məmmədin üstünə baxış keçirmişlər. Baxış zamanı Məmmədin əynindəki qısaqollu gödəkcənin sağ yan cibindən bir büküm heroinə oxşar kütlə aşkar etmişlər. Sorğu-sual zamanı o, bükümdəkinin içərisindəkinin narkotik vasitə olan heroin olduğunu, xx.xx.2023-cü il tarixdə günortadan sonra tanışı Xıdırın oğlu Aslandan 20 manata aldığını bildirmişdir. Həmin kütlələri elektron tərəzidə çəkmişlər, sonra kütlələr qablaşdırılaraq möhürlənmiş və ekspertizaya göndərilməsi üçün götürülmüş, sonra protokol tərtib edilmiş, digər iştirakçılar kimi o da protokolla tanış olub onu imzalamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi başlanması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* №-li cinayət işi başlanılması və icraatına qəbul edilməsi qərara alınmışdır. (iş vər.01); Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:30-da şübhəli şəxs qismində tutulmuşdur. (iş vər.25-26); Şəxsi axtarış və götürmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynində olan boz rəngli jiletin sağ yan cibindən bir ədəd ağ rəngli sellofan bükülmüş bükülünü içərisindən narkotik maddə olan heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür.(müvafiq DVD disk əlavə olunub).(iş vər. 27-35); Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 17/277 nömrəli rəyindən görünür ki, üzərində üzərində: “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı içərisində heroinə bənzər kütlərinin olduğu ağ rəngli sellofana bükülmüş 01 (bir) ədəd büküm” sözləri, adlar və imzalar olan zərfin içərisindəki ağ rəngli kağıza bükülmüş 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi-1,513 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroinin tədqiqata sərf edildi - 0,050 qram, qalıq-1,463 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 71,94 manatdır. (iş vər. 45-47); xx.xx.2023-cü il tarixli “üzləşdirmə protokolundan” görünür ki, Təqsirləndirilən şəxs ilə X4 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və keçirilmiş üzləşdirmə zamanı Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatları tam təsdiq edərək üzərində aşkar olunmuş 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi-1,513 qram olan narkotik vasitə-heroini Aslanov Aslandan 20 manat aldığını sonuncunun üzünə qarşı bildirmişdir (iş vər.62-64); Qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (iş vər.74-75); Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 17/304 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş 01 (bir) ədəd bükümdə olan heroin ilə X3 üzərindən aşkar olunmuş 01 (bir) ədəd bükümdə olan heroin kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Heroinin təmiz çəkisi -1.463 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-1,413 qram, heroinin təmiz çəkisi-1,057 qram, tədqiqata sərf edilidi-0.05 qram, qalıq-1007 qramdır. (iş vər. 85-87); Maddi sübut kimi tanınması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş tədqiqatdan sonra qalan təmiz çəkisi 1,413 qram olan heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Yevlax rayon Polis Şöbəsinə təhvil verilmişdir. (iş vər.90); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 69.3-cü maddələri ilə təqsirli bilinib 11 ay 29 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə hökmü dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” Qərarına əsasən hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 06 ay azaldılaraq üzərində 05 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır.(iş vər.98); Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. ( iş vər.103-104); Məhkəmə narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1039 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrindən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Hal hazırda narkotik abstinensiya (narkotik vasitələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. (iş vər.105); Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmişdir. Yevlax rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saxlanılaraq Yevlax rayon Polis Şöbəsinin növbətçi hissəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saxlanılaraq 2 saylı İstintaq Təcridxanasının təhvil verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmasını, üzərindən məhkumluğunun götürülmədiyi və ödənilmədiyi halda yenidən qəsdən cinayət törətməsini, yəni cinayətin residivini cəzasını ağırlaşdıran hal kimi (CM- 61.1.1) nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az olmamalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi əməl cəmiyyət tərəfindən mənfi qarşılanır və belə şəxslərin azadlıqda qalması cəmiyyətdə mənfi emosiyalar doğurur. Şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər alternativ cəzaya münasibətdə isə məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hazırkı işin hallarına əsasən Təqsirləndirilən şəxs yalnız maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını çəkməklə islah oluna bilər ki, bununla da Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunan cəzanın məqsədinə çatmaq mümkündür. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (residiv müəyyən edilmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 13 noyabr 2023-cü il tarixdən hesablanmalı (CPM-158.2.1. 158.6), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə olan heroinin qalığı məhv edilməli, “Axtarış və götürmə”, “Üzləşdirmə” istintaq hərəkətlərini əks etdirən 2 ədəd kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 26 mart 2023-cü il tarixdən 28 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 il 09 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rеjimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 13 noyabr 2023-cü il tarixdən hesablansın. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Yevlax rayon Polis Şöbəsində saxlanılan 1,463 qram çəkidə narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, “Axtarış və götürmə”, “Üzləşdirmə” istintaq hərəkətlərini əks etdirən 2 ədəd kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ34CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 10 (on) saat 30 (otuz) dəqiqə hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 63 (altmış üç) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №1(039)-121/2023
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-121/2023
14.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver