Məhkəmə qərarları › İş №1(039)-121/2025

Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-121/2025

10.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-121/2025 10.09.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi (vəkil) X1 iştirakları ilə, xx xxxxxxxx 1989-cu ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Yevlax şəhəri Q.Quliyev küçəsi ev 3A, mənzil 114-də qeydiyyatda olub, Yevlax şəhəri M.Maqomayev küçəsi ev 2-də yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 20 radələrində ünvan 1 ünvanında yerləşən Şahid2 yaşadığı evdə tanışı Zərərçəkmiş şəxs arasında şəxsi münasibətlər zəminində mübahisə yaranmış, mübahisə zamanı Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində stolun üzərindəki araq şüşəsi ilə Zərərçəkmiş şəxs başına zərbə vuraraq ona sol alın qabarının yaraları, sol əlin üst səthinin şişkinliyi, sağ əlin arxa səthinin sıyrığı ilə müşaiyət olunun və dərəcəsinə görə sağlamlığa yüngül zərər vuran xəsarət yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə münasibətləri yaxşı olmuş və aralarında əvvəllər narazılıqları olmamışdır. xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanında yerləşən Şahid2 yaşadığı evdə yemək yemişlər və spirtli içki qəbul etmişlər. Həmin vaxt Zərərçəkmiş şəxs onunla zarafat etmiş, o da zaraıatı qəbul etməmiş və aralarında mübahisə yaranmışdır. İçkili olduğu üçün masanın üzərində olan araq şüşəsi ilə Zərərçəkmiş şəxs vurmuşdur. Hazırda əməlindən səmimi peşmandır və zərərçəkmiş şəxslə barışmışlar. Zərərçəkmiş şəxəsin ondan şikayət və tələbi yoxdur. Qeyd edilənlərin nəzərə alınaraq barəsində olan iş üzrə icraata xitam verilməsini və məsuliyyətdən azad edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, lakin məhkəmənin hazırlıq iclasında ərizə verərək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdıqlarını, şikayət və tələbinin olmadığını, ona vurulmuş ziyanın ödənildiyini göstərərək, işə onun iştirakı olmadan baxılmasını və məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə işə Zərərçəkmiş şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona istinad olunan əməli törətməsi özünün etirafedici ifadəsindən başqa zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspert rəyi və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə qeyri- rəsmi ər arvad münasibətləri olmuş və həmin münasibətdən bir övladı doğulmuşdur. 05 avqust 2025-ci il tarixdə ünvan 1 ünvanında yerləşən qardaşının keçmiş arvadı Şahid2 evində doğum günü münasibəti ilə təşkil edilmiş məclisdə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs zarafat etmiş, buna görə aralarında mübahisə baş vermiş və dalaşmışlar. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs nə ilə vurduğunu görməmişdir. Həmin vaxt orada o, Vəfa, Famil və Ruslan olmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təhqiqat zamanı verdiyi ifadəsində göstərmişdir ki, rəsmi iş yeri olmadığı üçün usta işləyir, hal-hazırda isə Xankəndi şəhərində tikintidə işləyir. O, rəsmi olaraq boşandığı üçün 2018-ci il tarixdən ünvan 2 ünvanda yaşayan Şahid1 ilə qeyri-rəsmi evlənmiş, həmin evlilikdən xx.xx.2019-cu il tarixdə oğlu X5 anadan olmuş, o, mütəmadi olaraq Yevlax şəhərinə gəlib Şahid1 evində qaldığı üçün yenidən xx.xx.2025-ci il tarixdə Yevlax şəhərinə gəlmişdir. xx.xx.2025-ci il tarixdə onlar Şahid1 qohumu Şahid2 yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində həm oğlu Əli Ramazanovun, həm də Şahid2 xx.xx.2025-ci il tarixdə olacaq ad gününü qeyd etmək üçün məclis təşkil etmişlər. Həmin məclisdə o, Şahid1, Şahid2 və Şahid2 qeyri rəsmi ər-arvad münasibətlərində yaşadığı və onların əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs da iştirak etmişdir. Onlar evin birinci mərtəbəsində yemək yeyib spirtli içki qəbul etmiş, həmin vaxt o, Təqsirləndirilən şəxsla həmişə olduğu kimi zarafat etdikdə sonuncu Təqsirləndirilən şəxs spirtli içki qəbul etdiyi üçün onun zarafatına əsəbləşib onunla mübahisə etmiş, mübahisə zamanı stolun üzərindən araq şüşəsini götürüb onun başına zərbə vurmuş, buna cavab olaraq o da Ruslanın burun nahiyəsinə bir dəfə zərbə vurmuşdur. Təqsirləndirilən şəxs sonra onu qucağına alıb yerə yıxıb qolunu dişləmiş, Şahid2 ilə Şahid1 isə onları sakitləşdirən zaman Şahid2 yıxılmış və ayağından xəsarət almışdır. Bundan sonra o evdən çıxıb Yeganənin yaşaydığı Yevlax şəhəri E.Məmmədov küçəsi ev 56 ünvanına getmişdir. Sonradan baş nahiyəsində qanaxma olduğu üçün polis əməkdaşları təcili tibbi yardım çağırıb onu Yevlax rayon Mərkəzi xəstəxanasına aparmışlar. Münaqişə həyətin daxilində baş verdiyi üçün həmin yerə kənar şəxslərin gəlməmişlər və həmin hadisə 3-5 dəqiqə davam etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid2 təhqiqat zamanı Zərərçəkmiş şəxs ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan 05 avqust 2025-ci il tarixli, 890 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs orta dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X9 tərəfindən verilmiş 12 avqust 2025-ci il tarixli, 429 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət-sol alın qabarının yaraları, sol əlin üst səthinin şişkinliyi, sağ əlin arxa səthinin sıyrığı küt alətin (alətlərin) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 05 avqust 2025-ci il tarixə uyğun gəlir, adətən kənar şəxs tərəfindən yetirilən zaman törənir. Qeyd olunan xəsarət səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. İşdə olan Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Əməliyyat və Statistik informasiya İdarəsi tərəfindən icra edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş məhkəməyədək sadələşdirilmiş icraat zamanı əməli törətməsi tam sübuta yetirilir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını göstərərək, Təqsirləndirilən şəxs barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək, Zərərçəkmiş şəxs ilə barışdıqlarını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını göstərərək məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsini, onun və Zərərçəkmiş şəxs ərizələrində göstərdikləri halları və digər iş materiallarını nəzərə alaraq aşağıdakı əsaslara görə hesab edir ki, tərəflərin barışması ilə əlaqədar işin icraatına xitam verilməlidir. İş materialları ilə müəyyən olunur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət əməli törətmişdir. İctimai təhlükəli əməli törətdikdən sonra Zərərçəkmiş şəxs ilə barışmışlar. Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını göstərərək işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə zərərçəkmiş şəxsin barışmasını əsas tutaraq məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsini mümkün hesab edir və belə nəticəyə gəlir ki, tərəflərin barışması nəticəsində işin icraatına xitam verilməsi zərərçəkmiş şəxsin və başqa şəxslərin mənafelərini və hüquqlarını pozmur və ictimai mənafelərə zidd deyildir, eyni zamanda həmin cinayət təqibi üzrə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 37.5-ci maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən olunmur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinəəsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Göründüyü kimi iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla işin icraatına xitam verilməsi mümkün sayılır. Müdafiəçi, Yevlax şəhər Vəkil Bürosunun vəkili X2 məhkəmə dövrü üçün 6 saat hüquqi yardıma görə 55 (əlli beş) manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 37.4, 321, 344-347, 356, 358 və 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2ci maddəsinə əsasən xitam verilsin və o cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 55 (əlli beş) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunu vəkili X2 ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar