Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-122/2020 29.10.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, tərcüməçi X17, müdafiəçi- Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs X3 iştirakları ilə, xx.xx.1962-ci ildə İran İslam Respublikasının Meşkin şəhərində anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, İran İslam Respublikasının Aslandüz rayonunun Hacılı kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2, 234.1 və 318.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X7 İran İslam Respublikası ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı bir ədəd şəffaf rəngli sellofan bükümdə şəxsi istehlak miqdarından artıq, cəmi 6,29 qram miqdarında narkotik vasitə olan tiryəki əynindəki şalvarın sağ yan cibində saxlamış, xx.xx.2020-ci il tarixdə saat 23:00 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, İran İslam Respublikasının Xəlilkəndi ərazisindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq Fizuli rayonunun Fin qəsəbəsi istiqamətinə keçmiş, üzərində həmin narkotik vasitə olan tiryəki Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirib qaçaqmalçılıq etmiş, xx xxxxx 2020-ci il tarixdə saat 23:00 radələrində Yevlax şəhəri B.İmanov küçəsində X7 qanunsuz narkotik dövriyyəsində şübhəli şəxs kimi saxlanılıb Yevlax rayon polis şöbəsinə gətirilərək xx.xx.2020-ci il saat 23:35-dən xx.xx.2020-ci il saat 00:15-dək müddətdə müdafiəçinin, tərcüməçinin iştirakı və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində üzərində olan həmin 6,29 qram miqdarında narkotik vasitə olan tiryək aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X7 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2, 234.1 və 318.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, narkotik vasitələrdən mütəmadi olaraq istifadə edir. Azərbaycan Respublikasına sonuncu dəfə birinci Qarabağ müharibəsi zamanı gəlmişdir. xx.xx.2020-ci il tarixdə İran İslam Respublikasında olduğu zaman tanımadığı şəxsdən bir büküm narkotik vasitə olan tiryək almış, həmin tiryəkdən bir miqdar istifadə etdikdən sonra qalanını istifadə etmək üçün üzərində saxlamışdır. Ailəsində gərginlik və problemləri olduğu üçün Azərbaycan Respublikasına keçmək qərarına gəlmişdir. O, Azərbaycan Respublikasına keçmək istəyini İranda narkotik satan Mazan və Cahana da demiş, onlar da ona Azərbaycan Respublikasına keçdikdən sonra külli miqdarda narkotik vasitə göndərəcəklərini bildirmişdir. O, Mazan və Cahanla razılaşmış, Azərbaycan Respublikasının sərhədini qanunsuz yolla keçməmişdən qabaq Yevlax şəhərində tanışı olan, Mazanın və Cahanın da tanıdığı Elşad adlı şəxsə zəng etmiş, ona gələcəyini bildirmişdir. xx.xx.2020-ci il tarixdə saat təxminən 23:00 radələrində üzərində olan narkotik vasitə tiryəklə birlikdə Azərbaycan Respublikası Fizuli rayonu sərhəddindən sərhədi qanunsuz keçərək Azərbaycan Respublikası ərazisinə daxil olmuş, sərhədi keçdikdən sonra Elşada İran mobil nömrəsiylə zəng etmiş və sərhədi keçdiyini bildirmişdir. Elşad onu gözlədiyi yerdən avtomobil ilə götürmüş və Yevlax şəhərinə gətirmişdir. xx.xx.2020-ci il tarixdə o, Elşadla birlikdə Elşadın yaşadığı evə çatmışdır. Elşadın yaşadığı evdə onun ailə üzvləri də olmuş, xx.xx.2020-ci il tarixdə Elşad onun üçün “Azercell” ***-***-**-** saylı mobil nömrə almış və onu həmin nömrə ilə “whats app” sosial şəbəkəsindən qeydiyyatdan keçirmiş, o həmin mobil nömrə ilə dəfələrlə Elşadla telefon əlaqəsi saxlamışdır. xx.xx.2020-ci il tarixdə axşam saatlarında Elşad Bakı şəhərində olarkən Elşada zəng edərək ona narkotik vasitə olan tiryək göndərməsini xahiş etmiş, Elşad qısa müddətdə ona bir nəfər şəxslə narkotik vasitə göndərəcəyini demişdir. O da razılaşmış, lakin Elşad onu aldatmış və ona narkotik vasitə olan tiryək göndərməmişdir. O, xx.xx.2020-ci il tarixdə və xx.xx.2020-ci il tarixlərdə dəfələrlə Elşadla telefon əlaqəsi saxlamış, X22 Respublikasında yaşayan Mazan və Cahanın narkotik vasitəni qoyduqlarını və həmin narkotik vasitəni götürməli olduğunu bildirmiş, Elşad nə qədər axtarsa da narkotik vasitəni tapa bilməmişdir. Bundan sonra onun Elşadla telefon əlaqəsi olmamışdır. xx.xx.2020-ci il tarixdə saat təxminən 23 radələrində o, Yevlax şəhərində yol ilə gedərkən polis əməkdaşları ona yaxınlaşmış, ona onlarla birlikdə polis şöbəsinə getməyini təklif etmiş, o da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmiş, polis şöbəsində vəkilin, tərcüməçinin və polis əməkdaşlarının iştirakı və videoçəkilişlə üstünə baxış keçirilmiş, baxış zamanı onun əynindəki qara rəngli şalvarının sağ yan cibindən özü qəbul etmək üçün saxladığı 1 ədəd siqaret qutusunun içərisində şəffaf rəngli sellofan torbaya bükülmüş bükülünün içərisində narkotik vasitə olan tiryəki aşkar edib götürmüşlər. Törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 ifadəsində bildirmişdir ki, 2020-ci il aprel ayının 14-də İran İslam Respublikası vətəndaşı X3 Azərbaycan Respubikası dövlət sərhədini qanunsuz yolla keçdiyini və üzərində narkotik vasitə ilə birlikdə Yevlax şəhəri B.İmanov küçəsində olması barədə məlumat daxil olmuş, bu barədə rəhbərliyə məlumat verilməklə “Əməliyyat tədbirlərinin” keçirilməsi barədə qərar qəbul edildikdən sonra əməliyyat müvəkkili Şahid1 ilə birlikdə təxminən saat 23:00 radələrində Yevlax şəhər B.İmanov küçəsinə getmişlər, Həsəni orada gördükdən sonra Həsənə yaxınlaşıb özünü təqdim etmiş, Həsənə polis şöbəsinə getməyi təklif etmiş, Həsən də etiraz etməyib onlarla polis şöbəsinə getmişdir. Polis şöbəsində təhqiqatçi tərəfindən tərcüməçi və vəkil dəvət edilib, Həsənə hüquq və vəzifələrini izah edildikdən sonra tərcüməçi və vəkilin iştirakı və video çəkilişlə Həsənin üzərinə baxış keçirmişlər. Baxış zamanı Həsənin əynindəki qara rəngli şalvarının sağ yan cibindən siqaret qutusunun içərisində 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükülü, qara rəngli sellofan torbadan müxtəlif geyimlər və kəlbətin aşkar edilmişdir. Sorğu zamanı Həsən bükülünün içərisindəkinin narkotik vasitə olan tiryək olduğunu, həmin tiryəki İran İslam Respublikasında tanımadığı şəxsdən alaraq Azərbaycan Respublikası sərhədini qanunsuz yolla, üzərindən aşkar olunmuş narkotiklə birlikdə keçdiyini, kəlbətini isə sərhəd xətlərini kəsmək üçün götürdüyünü bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin kriminalistik-tədqiqatlar qrupunun baş inspektor kriminalisti vəzifəsində işləyən Şahid3 ifadəsində bildirmişdir ki, xx xxxxx 2020-ci il tarixdə ona İran İslam Respublikasının vətəndaşı X4 narkotik vasitə istifadəsində şübhəli şəxs kimi Yevlax rayon polis şöbəsinin təhqiqatçısı Səddam Əsgərovun xidməti iş otağına gətirilməsi və onun üzərində şəxsi axtarış və götürmə keçirilməli olduğu barədə məlumat verilmiş, o da Səddamın xidməti iş otağına gelmiş, saat 23:35 radələrində vəkilin də iştirakı ilə “Samsung” markalı videokamera ilə videoçəkiliş aparmağa başlamış, şəxsi axtarış və götürmə keçirilən zaman Həsənin əynindəki qara rəngli şalvarının sağ yan cibindən siqaret qutusunun içərisində 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükülü, sumkasından bir ədəd kəlbətin və müxtəlif geyim əşyaları aşkar edilmişdir. Sorğu zamanı Həsən bükülünün içərisindəkinin narkotik vasitə olan tiryək olduğunu, həmin tiryəki İran İslam Respublikasında tanımadığı şəxsdən alaraq Azərbaycan Respublikası sərhədini qanunsuz yolla, üzərindən aşkar olunmuş narkotiklə birlikdə keçdiyini, kəlbətinin isə dövlət sərhədini keçərkən simləri kəsmək üçün götürdüyünü bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, X7 həmin tarixdə saat 23:00-da şübhəli şəxs qismində tutulmuşdur.(iş vər. 25-26); şəxsi axtarış və götürmə haqqında xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, X3 üzərində şəxsi axtarış aparılarkən onun əynindəki qara rəngli şalvarın sağ yan cibindən aşkar olunmuş 1 ədəd siqaret qutusundakı şəffaf rəngli sellofan bükülünün içərisindən narkotik maddə olan tiryəkə bənzər kütlə və ona məxsus qara rəngli sellofan torbadan narkotik vasitə qəbul etmək üçün kustar üsulla hazırlanmış üzərində “fanta” əmtəə nişanı yazılmış 1 ədəd politilen qab və bir ədəd kəlbətin aşkar olunaraq götürülmüşdür.(iş vər. 31-38); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin xx xxxxx 2020-ci il tarixli 20/639a nömrəli arayışından görünür ki, X2 götürülmüş, bir ədəd sellofan kəsiyində təmiz çəkisi 6,29 qram olan maddə narkotik vasitə-tiryəkdir. (opium) (tədqiqata istifadə olundu 0,03 qram, qalıq 6,26 qram) (iş vər. 44-45); Yevlax Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs X7 barəsində 3 ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablanmışdır. (iş vər. 67-68); “ifadənin yerində yoxlanılması haqqında” xx xxxxx 2020-ci il tarixli protokoldan və əlavə olunmuş fotocədvəldən görünür ki, təqsirləndirilən şəxs X3 istintaq zamanı vermiş olduğu ifadəsi yerində yoxlanılarkən, o, İran İslam Respublikasının Xəlilkəndi ərazisindən Azərbaycan Respublikasının dövlət sərhədini Fizuli rayonunun Fin qəsəbəsi istiqamətinə qanunsuz olaraq keçdiyi ərazini göstərmişdir. (iş vər. 71-80); məhkəmə kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli 17/266 nömrəli rəyindən görünür ki, üzərində “...X3 üstündə şəxsi axtarış və götürmə zamanı aşkar edilmiş...” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi -6,260 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. Tiryəkin təmiz çəkisi -6,260 qram, tədqiqata sərf edildi - 0,100 qram, 6,160 qram təşkil etmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 71,94 manatdır. (iş vər. 92-93); maddi sübut kimi tanınma haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, X16 Hoseinoğlundan aşkar edilmiş tədqiqatdan sonra qalan təmiz çəkisi 6,160 qram olan tiryək və 01 ədəd üzərində “fanta” sözü yazılmış qurğu maddi sübut kimi tanınmış və saxlanılması üçün Yevlax rayon polis şöbəsinə təhvil verilmişdir. (iş vər. 94); maddi sübut kimi tanınma haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, X1ra rəngli sellofan torbasından aşkar olunmuş bir ədəd metaldan olan kəlbətin maddi sübut kimi tanınmış və saxlanılması üçün Yevlax rayon polis şöbəsinə təhvil verilmişdir. (iş vər. 152); məhkəmə narkoloji ekspertizasının xx xxxx 2020-cu il tarixli 507 nömrəli rəyindən görünür ki, X16 Hoseinoğlunda narkotik vasitələrdən istifadə edir Tərkibində narkotik vasitə olan tiryək alkaloidlərindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (iş vər. 124 ); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X14 ünvanlanmış tələbnaməyə xx.xx.2020-cu il tarixli cavabdan görünür ki, X7 əvvəllər məhkum olunmamışdır.( iş vər. 85); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X7 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X3 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206,2, 234.1 və 318.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxs X3 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2) cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. X3 əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, X5 cəza təyin edilərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar X5 məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X3 Cinayət Məcəlləsinin206.2, 234.1 və 318.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs Bozorgi X6 Məcəlləsinin 206.2, 234.1 və 318.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirinəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxx 2020-ci il tarixdən hesablanmalı (CPM-158.2.1. 158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli,cəzasının çəkdikdən sonra Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarılmalı (CM-52.1), X5 narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə-tiryək qalığı, kəlbətin və kustar üsulla hazırlanmış qurğu məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat, tərcüməçiyə hər iş saatı üçün 0,35 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2, 195.1.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəsazına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən X5 təyin edilmiş cəzaları qismən toplamaqla üzərində qəti olaraq 03 (üç) il 06 (altı) ay müdətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-ci maddəsinə əsasən X7 cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablansın. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. İş üzrə maddi sübut olan və Yevlax rayon polis şöbəsində saxlanılan 6,160 qram çəkidə narkotik vasitə-tiryək, üzərində “fanta” sözü yazılmış narkotik vasitə qəbul etmək üçün kustar üsulla hazırlanmış 1 ədəd qurğu və 1 ədəd kəlbətin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik məbləğində ekspertiza xərci X2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ 34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs X5 Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaqda göstərdiyi 85 saat, məhkəmədə göstərdiyi 25 saat hüquqi yardımın ödənilməsi və tərcüməçiyə 110 saata görə ödəniləcək haqq Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 660 (altı yüz altmış) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, 38 (otuz səkkiz) manat 50(əlli) qəpik tərcüməçi X19 ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Hakim GünayCavadova
Məhkəmə qərarları › İş №1(039)-122/2020
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-122/2020
29.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver