Məhkəmə qərarları › İş №1(039)-122/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-122/2022

21.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-122/2022 21.06.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxxxx 1970-ci il tarixdə Yevlax rayonu, İsmayılabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Yevlax rayonu, İsmayılabad kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Yevlax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 20:00 radələrində qonşusu Şahid yaşadığı evin həyətində Yevlax rayonu, İsmayılabad kəndində yerləşən evinin həyətində Zərərçəkmiş şəxsla aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı stolun üzərində olan stəkanla Zərərçəkmiş şəxs baş nahiyəsindən stəkanla vuraraq sonuncuya “sağ təpə qabarının cərrahi tikişə olan əzilmiş yarası” ilə müşayiət edilən bədən xəsarəti yetirərək Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vuran xəsarət yetirməklə, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Yevlax rayonu, İsmayılabad kəndində yaşayır. Zərərçəkmiş şəxs onun qonşusudur. 02 iyun 2022ci il tarixdə Zərərçəkmiş şəxs onu Yevlax şəhərinə nəvələrini görməyə getməsini xahiş etdiyini və bunun müqabilində onun idarə etdiyi avtomobilə yeddi manatlıq benzin tökəcəyinə söz vermişdir. Səhəri gün axşam saatlarında kənd ərazisində olan kafedə pivə içən zaman Məhərrəmin ona yaxınlaşaraq pulunu istəmişdir. O, Məhərrəmə hal hazırda yeddi manatının olmadığını və beş manat verə biləcəyini bildirmişdir. Lakin Məhərrəmin onunla razılaşmadğı üçün, yeddi manat pulu Məhərrəmə vermişdir. xx.xx.2022-ci il tarixdə bir qədər spirtli içki içmişdir. Evinə qayıdan zaman Məhərrəmin qonşusu Rəşadın evində olduğunu görmüş və Rəşadın evinə getmişdir. Orda Məhərrəmdən nə üçün pulu ondan aldığını maraqlandığında aralarında sözlü mübahisə yaranmışdır. Mübahisə zamanı stolun üzərində olan stəkanı götürüb Məhərrəmin baş nahiyəsindən vurmuş və sonradan Rəşadın köməkliyi ilə oradan uzaqlaşmışdır. Hazırda əməlindən səmimi olaraq peşmandır və zərərçəkmiş şəxslə barışmışdır. Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Yevlax rayonu, İsmayılabad kəndində yaşayır. 02 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ondan avtomobilinə yeddi manatlıq benzin tökəcəyinə söz verib onu Yevlax şəhərinə aparmasını xahiş etmiş və o, Nazimlə razılaşmışdır. Nazimin ona yeddi manatı sabah yəni 03 iyun 2022-ci il tarixdə verə biləcəyini bildirmişdir. 03 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs kənd ərazisində pivə içdiyini görüb ona yaxınlaşaraq pulunu istəmişdir. Bu zaman Təqsirləndirilən şəxs ona pivə içdiyini, ona pul versə pivəyə pulunu olmayacağını demişdir. Narazılıq etdikdən sonra Təqsirləndirilən şəxs ona benzin alması üçün yeddi manatı vermişdir. 04 iyun 2022-ci il tarixdə axşam saat 22 radələrində dostu Şahid məxsus həyətdə olan zaman, Təqsirləndirilən şəxs oraya gəlmiş və ondan nə üçün pulu istədiyini demişdir. Buzaman aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Nazim ilkin olaraq ona kəllə atmış və o, kəllə zərbəsindən yayınmışdır. Bundan sonra stolun üzərində olan stəkanı götürüb onun baş nahiyəsindən vurmuş və zərbənin təsirindən yerə oturmuşdur. Dostu Şahid onları aralamışdır. Hazırda Nazim ondan üzr istəmiş və o, Nazimlə barışmışdır. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, əməli törtəmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını və ona dəymiş ziyanın ödənildiyini bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun uşaqlıq dostudur. 04 iyun 2022-ci il tarixdə Zərərçəkmiş şəxs onun evind olmuşdur. Evin həyətində oturub birlikdə çay içən zaman qonşusu Təqsirləndirilən şəxs onlara gəlmişdir. Nazim gəldikdən sonra bir neçə metr aralanıb heyvanlarını rahatlamağa getmişdir. Bu zaman Nazimlə Məhərrəmin mübahisə etdiklərini eşitmişdir. Sonra isə stəkan qırılmasının səsinin gəlmiş və geri çevrilən zaman Nazimin Məhərrəmi başından vurduğunu görmüşdür. Dərhal onların yanına gəlmiş və Nazimi qucaqlayıb oradan aralaşdırmışdır. Sonra Məhərrəmin başından qan axdığını görüb onun müalicəsi üçün təcili tibbi yardım dəvət etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilən məhkəmətibbi ekspertizasının 06 iyun 2022-ci il tarixli 378 nömrəli rəyindən görünür ki, 1980-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər-sağ təpə qabarının cərrahi tikişə ehtiyacı olan əzilmiş yarası küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2022-cil tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs məhkəməyə rəsmi qaydada ərizə verərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, onun barəsində olan cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Eləcə də Təqsirləndirilən şəxs da məhkəməyə ərizə təqdim edərək Zərərçəkmiş şəxs ilə barışdığını nəzərə alaraq barəsində olan cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3- cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Odur ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. (CPM-nin 193.2) Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 321.2.1, 344, 349, 358 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə CM-nin 73-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcinin olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 3 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Məhkəmə iclasının qərarından 20 gün müddətində Yevlax rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar