Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-122/2023 21.09.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1975-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Yevlax şəhəri Xəqani küçəsi ev 30-da qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, qəsdən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq özünün istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda 0,773 qram çəkidə narkotik vasitə - heroin əldə edərək əynindəki şalvarının sağ yan cibində bir ədəd ağ rəngli polietilen bükümdə saxlamış, Yevlax rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs kimi 08 aprel 2023-cü il tarixdə Yevlax şəhəri H.Aslanov küçəsində saxlanılıb Yevlax rayon polis şöbəsinə gətirilərək, onun üzərində həmin tarixdə saat 17:50 dəqiqədən saat 18:20 dəqiqəyədək olan müddət ərzində müdafiəçinin iştirakı ilə, videoçəkilişlə aparılmış şəxsi axtarış zamanı əynindəki şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli polietilen bükümdə qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı həmin narkotik vasitə - heroin aşkar olunaraq götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə xx.xx.2016-cı il tarixdə Yevlax rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 2017-ci ildə azadlığa çıxmışdır. Son vaxtlar o, narkotik vasitə olan heroindən istifadə etməyə başlamışdır. 2023-cü il aprelin 8-də günorta saatlarında Yevlax şəhəri H.Aslanov küçəsi ilə yaşadığı evə tərəf gedərkən yerdə bir ədəd sellofan bükülü görmüş, o, həmin sellofan bükülünü götürüb içərisinə baxmış və içərisində narkotik vasitə olan heroin olduğunu görmüşdür. O, narkotik vasitə istifadəçisi olduğu üçün həmin bükülüdəki heroini özü istifadə etmək üçün götürüb əynindəki şalvarın sağ yan cibinə qoyaraq saxlamışdır. Həmin axşam yəni 2023-cü il aprelin 8-də saat təxminən 17 radələrində Yevlax şəhəri H.Aslanov küçəsində olarkən Yevlax rayon polis şöbəsinin polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitə istifadə etməkdə və üzərində saxlamaqda şübhəli olduğunu deyərək onu Yevlax rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində təhqiqatçı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli olduğunu bildirərək onu tutmuşdur. O, Yevlax şəhər Vəkil Bürosunun vəkillərinin siyahısı ilə tanış olaraq Zaur Məmmədovu özünə vəkil seçmiş, həmin vəkil polis şöbəsinə dəvət edilərək ona təqdim olunmuşdur. Təhqiqatçı hüquq və vəzifələrini izah etmiş və üzərində axtarışa başlamışdır. Bir nəfər polis əməkdaşı kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Etiraf etmişdir ki, narkotik vasitələrdən istifadə edir, bükülüdə olan üzərində aşkar olunan narkotik maddə olan heroindir. Həmin gün günorta saatlarında yerdən tapmış və sonra istifadə etmək üçün cibində saxlamışdır. Əməlindən peşman olduğunu bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin NMQ-nin baş əməliyyat müvəkkül vəzifəsində işləyən Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində saxlaması barədə 08 aprel 2023-cü il tarixdə Yevlax rayon polis şöbəsinin əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. O, daxil olmuş məlumatı həmin gün raportla Yevlax rayon polis şöbəsinin rəhbərliyinə məruzə etmişdir. Rəhbərlik tərəfindən Elçinin barəsində müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. Bundan sonra o, Elçinin barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmişdir. Yevlax rayon polis şöbəsinin 08 aprel 2023-cü il tarixli əmri ilə onun, Yevlax rayon polis şöbəsinin PPXB-nün polis nəfəri Şahid2 və Yevlax rayon polis şöbəsinin təhqiqat bölməsinin baş təhqiqatçısı, polis mayoru X3 iştirakı ilə əməliyyat-axtarış qrupu yaradılmışdır. Yevlax rayon polis şöbəsinin CAB-nin rəisi, polis polkovnik-leytenantı X5 həmin qrupun rəhbəri təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində o, polis əməkdaşı Nofəllə birlikdə Yevlax şəhəri H.Aslanov küçəsində Elçinin yolun kənarı ilə getdiyini görmüşlər və ona yaxınlaşmışlar. O, Elçinə qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olduğunu, saxlanılaraq üzərinə baxış keçirilməsi üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etdiyini, üzərinə baxış keçirilməli olduğunu izah etmişdir. Elçin üzərinə baxış keçirilməsinə heç bir etirazının olmadığını demişdir. Bundan sonra o, polis əməkdaşı Nofəllə birlikdə Təqsirləndirilən şəxs Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirərək X4a təhvil vermişlər. O, Elçinin gətirilməsi barədə raport yazmışdır. X2 tərtib etdiyi sənədlər əsasında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuşdur. Elçin Yevlax şəhər Vəkil Bürosunun vəkili Zaur Bərxudarov tərəfindən hüquqlarının müdafiə edilməsini istədiyini bildirmişdir. Bundan sonra X7 rayon polis şöbəsinə dəvət edilmişdir. Xidməti iş otağında Səddam Əsgərov onun, Şahid2 və Zaur Bərxudarovun iştirakı ilə Elçinin üzərində şəxsi axtarış aparmışdır. X9 hüquq və vəzifələrini izah etmişdir. O və digər iştirakçılar özlərini təqdim etmişlər. Yevlax rayon polis şöbəsinin kriminalistik tədqiqatlar qrupunun baş inspektoru polis mayoru Sirac Fərəcov “Panasonic” markalı kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Şəxsi axtarış zamanı Elçin əynindəki şalvarın cibində olan bir ədəd sellofan bükülünü təqdim edərək bükülünün içərisində narkotik vasitə heroin olduğunu, heroini xx.xx.2023-cü il tarixdə günorta saatlarında Yevlax şəhəri H.Aslanov küçəsində yerdən tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. X4 bükülünü açmış, o, bükülüdə heroinə bənzər kütlənin olduğunu görmüşdür. Səddam Əsgərov həmin kütləni kağız sellofan bükümlə birlikdə elektron tərəzidə çəkmiş, çəkisi 1,0 qram olmuşdur. X4 həmin kütləni sellofan bükümlə birlikdə ağ rəngli zərfə qoymuş və zərfin açıq yerini yapışdırmış və üzərində qeydiyyat aparmışdır. Elçin və müdafiəçisi Zaur Bərxudarov zərfin üzərinə imza çəkmişlər. Səddam Əsgərov zərfə bir neçə ədəd “zərflər üçün №85” möhürü yapışdırmışdır. Səddam Əsgərov zərfdə qablaşdırdığı maddənin heroin olub-olmadığını müəyyən etmək üçün ekspertizaya təqdim olunacağını bildirmişdir. Bundan sonra Elçinin üzərinə keçirilmiş şəxsi axtarış başa çatmışdır. Səddam Əsgərov protokol tərtib etmiş və protokolu iştirakçılara oxumuşdur. O, protokolun doğruluğunu digər iştirakçılarla birlikdə imzası ilə təsdiq etmişdir. Şahid1 həmçinin, ifadəsində Elçinin üzərindən aşkar edilmiş heroini hər hansı bir şəxsdən alması, narkotik vasitənin satışı ilə məşğul olması barədə ona məlumat daxil olmadığını, sorğu zamanı Elçinin həmin heroini yerdən tapdığını, narkotik vasitə istifadəçisi olduğunu və həmin heroini özü istifadə etmək üçün əldə etdiyini bildirdiyini, Elçinin hər hansı bir şəxsə narkotik satması barədə onun məlumatının olmadığını, onun üzərindən aşkar edilmiş heroini satmaq məqsədinin olması barədə ona məlumat daxil olmadığını bildirmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş Yevlax rayon X10 patrul xidməti bölüyü polis nəfəri Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində saxlaması barədə 08 aprel 2023-cü il tarixdə Yevlax rayon polis şöbəsinin əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. O, daxil olmuş məlumatı həmin gün raportla Yevlax rayon polis şöbəsinin rəhbərliyinə məruzə etmişdir. Rəhbərlik tərəfindən Elçinin barəsində müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. Bundan sonra o, Elçinin barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmişdir. Yevlax rayon polis şöbəsinin 08 aprel 2023-cü il tarixli əmri ilə onun, Yevlax rayon polis şöbəsinin NMQ-nin baş əməliyyat müvəkküli polis kapitanı Şahid1 və Yevlax rayon polis şöbəsinin təhqiqat bölməsinin baş təhqiqatçısı, polis mayoru X3 iştirakı ilə əməliyyat- axtarış qrupu yaradılmışdır. Yevlax rayon polis şöbəsinin CAB-nin rəisi, polis polkovnik-leytenantı X5 həmin qrupun rəhbəri təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində o, polis əməkdaşı Teymurla birlikdə Yevlax şəhəri H.Aslanov küçəsində Elçinin yolun kənarı ilə getdiyini görmüşlər və ona yaxınlaşmışlar. O, Elçinə qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olduğunu, saxlanılaraq üzərinə baxış keçirilməsi üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etdiyini, üzərinə baxış keçirilməli olduğunu izah etmişdir. Elçin üzərinə baxış keçirilməsinə heç bir etirazının olmadığını demişdir. Bundan sonra o, polis əməkdaşı Teymurla birlikdə Təqsirləndirilən şəxs Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirərək X4a təhvil vermişlər. O, Elçinin gətirilməsi barədə raport yazmışdır. X2 tərtib etdiyi sənədlər əsasında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuşdur. Elçin Yevlax şəhər Vəkil Bürosunun vəkili Zaur Bərxudarov tərəfindən hüquqlarının müdafiə edilməsini istədiyini bildirmişdir. Bundan sonra X7 rayon polis şöbəsinə dəvət edilmişdir. Xidməti iş otağında Səddam Əsgərov onun, Şahid1 və Zaur Bərxudarovun iştirakı ilə Elçinin üzərində şəxsi axtarış aparmışdır. X9 hüquq və vəzifələrini izah etmişdir. O və digər iştirakçılar özlərini təqdim etmişlər. Yevlax rayon polis şöbəsinin kriminalistik tədqiqatlar qrupunun baş inspektoru polis mayoru Sirac Fərəcov “Panasonic” markalı kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Şəxsi axtarış zamanı Elçin əynindəki şalvarın sol yan cibindən bir ədəd sellofan bükülünü təqdim edərək bükülünün içərisində narkotik vasitə heroin olduğunu, heroini xx.xx.2023-cü il tarixdə günorta saatlarında Yevlax şəhəri H.Aslanov küçəsində yerdən tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. X4 bükülünü açmış, o, bükülüdə heroinə bənzər kütlənin olduğunu görmüşdür. Səddam Əsgərov həmin kütləni kağız sellofan bükümlə birlikdə elektron tərəzidə çəkmiş, çəkisi 1,0 qram olmuşdur. X4 həmin kütləni sellofan bükümlə birlikdə ağ rəngli zərfə qoymuş və zərfin açıq yerini yapışdırmış və üzərində qeydiyyat aparmışdır. Elçin və müdafiəçisi Zaur Bərxudarov zərfin üzərinə imza çəkmişlər. Səddam Əsgərov zərfə bir neçə ədəd “zərflər üçün №85” möhürü yapışdırmışdır. Səddam Əsgərov zərfdə qablaşdırdığı maddənin heroin olub-olmadığını müəyyən etmək üçün ekspertizaya təqdim olunacağını bildirmişdir. Bundan sonra Elçinin üzərinə keçirilmiş şəxsi axtarış başa çatmışdır. Səddam Əsgərov protokol tərtib etmiş və protokolu iştirakçılara oxumuş, o, protokolun doğruluğunu digər iştirakçılarla birlikdə imzası ilə təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi başlanması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* №-li cinayət işi başlanılması və icraatına qəbul edilməsi qərara alınmışdır. (iş vər.01); Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:30-da şübhəli şəxs qismində tutulmuşdur.(iş vər.20-21); Şəxsi axtarış və götürmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli şalvarın sağ yan cibində, bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünün içərisində narkotik maddə olan heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür (müvafiq CD disk əlavə olunub).(iş vər. 27-35); Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 17/337 nömrəli rəyindən görünür ki, “şübəli şəsx Təqsirləndirilən şəxs üstündə şəxsi axtarış və götürmə zamanı aşkar olunmuş bir ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə.” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi- 0,773 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Heroinin təmiz çəkisi- 0,773 qram tədqiqata sərf edildi- 0,050 qram, qalıq- 0,723 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 69.10 manatdır. (iş vər.41-43); Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, saat 15.50-də Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (iş vər. 69-70); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-cü maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci ildə Nizami Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş və cəzası başa çatmışdır. (iş vər.73-74); Maddi sübut kimi tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqindən sonra qalan çəkisi 0,723 qram miqdarında narkotik vasitə olan heroin və “axtarış və götürmə istintaq hərəkətini” əks etdirən kompakt disk iş üzrə maddi sübut kimi tanınmış, 0,723 qram miqdarında narkotik vasitə-heroin saxlanılması üçün Yevlax rayon polis şöbəsinə təhvil verilmiş, kompakt disk isə cinayət işinin materiallarına əlavə edilmişdir.(iş vər.84); Məhkəmə narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1034 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Hal-hazırda narkotik abstinensiya (narkotik vasitələri aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. (iş vər.103); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi əvvəlki cinayət əməllərinə görə məhkumluğu ödənilsə də, islah olunmayaraq yenidən cinayət əməli törətməsini şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi əməl cəmiyyət tərəfindən mənfi qarşılanır və belə şəxslərin azadlıqda qalması cəmiyyətdə mənfi emosiyalar doğurur. Şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər alternativ cəzaya münasibətdə isə məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hazırkı işin hallarına əsasən Təqsirləndirilən şəxs yalnız maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını çəkməklə islah oluna bilər ki, bununla da Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunan cəzanın məqsədinə çatmaq mümkündür. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edirki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən (müəyyən edilməmişdir) və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 21 sentyabr 2023-cü il tarixdən hesablanmalı (CPM-158.2.1. 158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs iş üzrə maddi sübut kimi tanınan narkotik vasitənin olan heroinin qalığı məhv edilməli, kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 08 aprel 2023-cü il tarixdən 10 aprel 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rеjimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 21 sentyabr 2023-cü il tarixdən hesablansın. Barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməklə Təqsirləndirilən şəxs məhkəmə zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Yevlax Rayon Polis şöbəsində saxlanılan 0,723 qram narkotik vasitə olan heroini hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. “Axtarış və götürmə istintaq hərəkətini” əks etdirən kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə 69 (altmış doqquz) manat 10 (on) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ 34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 8 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №1(039)-122/2023
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-122/2023
21.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver