Məhkəmə qərarları › İş №1(039)-123/2020

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-123/2020

23.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-123/2020 23.09.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1989-cu il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 1(039)-77/2018 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Yevlax şəhəri, Ş.Qurbanov küçəsi, 46 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarda əldə etmiş və saxlamışdır, belə ki, o, qanunsuz narkotik vasitə dövriyyəsində şübhəli şəxs kimi xx xxxx 2020-ci il tarixdə, saat 15:10 radələrində, Yevlax şəhəri, Ş.Qurbanov küçəsində saxlanılıb Yevlax Rayon Polis Şöbəsinə gətirilərək, saat 15:30 radələrində, üzərində aparılmış şəxsi axtarış zamanı əlindəki tünd göy rəngli bir ədəd sellofan torbanın içərisindən şəxsi istehlak miqdarından artıq miqdarda 1 kq 660 qram çəkidə həmin narkotik vasitə qurudulmamış marixuana aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək söyləmişdir ki, ara-sıra narkotik vasitə olan marixuanadan istifadə edir. xx xxxx 2020-ci il tarixdə, səhər saatlarında Yevlax rayonu Yuxarı Qarxun kəndi ərazisindən keçən Kür çayından balıq tutmaq üçün sahilə getmişdir. Çayın kənarı ilə sahil boyu gedərkən yerdə göy rəngli bir ədəd sellofan torbanın olduğunu görmüşdür. Torbanı açıb içinə baxmış və bu zaman torbanın içində yaş halda marixuananın olduğunu görmüşdür. Marixuana istifadəçisi olduğundan qərara gəlmişdir ki. Torbanı özü ilə götürüb aparsın və sonradan həmin marixuanadan istifadə etsin. Oradan çıxıb şəhərə qayıdaraq Yevlax şəhəri, Ş.Qurbanov küçəsi ilə piyada yaşadığı evə tərəf gedərkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib onu rayon polis şöbəsinə dəvət etmişlər. Buna etiraz etməmiş və onlarla birlikdə polis şöbəsinə getmişdir. Orada ona bildirilmişdir ki, video çəkilişlə üzərinə baxış keçiriləcəkdir. Buna etiraz etməmişdir. Polis əməkdaşları ona müdafiəçi təqdim etmişlər. Bundan sonra baxış başlanmış və o, əlindəki göy torbanı təqdim etmişdir. Polis əməkdaşlarının sualına cavab olaraq bildirmişdir ki, bükülüdəki narkotik vasitə olan marixuanadır, Kür çayının sahilindən tapmış və öz istifadəsi üçün saxlamışdır. Bu barədə protokol tərtib edilmiş, protokol ona elan edilmiş və protokolu imzalamışdır. Əməlindən peşman olduğunu bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Şahid2 ifadəsində bildirmişdir ki, Yevlax rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımış, onunla hər hansı bir ədavəti olmamışdır. xx xxxx 2020-ci il tarixdə Yevlax Rayon Polis Şöbəsində olan zaman Təqsirləndirilən şəxs narkotik vasitələr saxlaması barədə məlumat daxil olmuşdur. Yevlax Rayon Polis Şöbəsinin CAB əməliyyat müvəkkili Şahid1 şöbə rəhbərliyinə raportla müraciət etdikdən sonra əməliyyat qrupu yaradılmış və o, yaradılmış qrupa daxil edilmişdir. Təxminən saat 15:00-da, əməliyyat qrupunun digər üzvləri ilə birlikdə Yevlax şəhəri, Ş.Qurbanov küçəsi istiqamətində getmiş və Təqsirləndirilən şəxs orada olduğunu müəyyən etmişlər. Təqsirləndirilən şəxs yaxınlaşaraq ona narkotik vasitələr saxlamaqda şübhəli olduğunu, polis şöbəsinə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs buna etiraz etmədən onlarla birlikdə Yevlax Rayon Polis Şöbəsinə getmişdir. Şöbənin inzibati binasında Təqsirləndirilən şəxs müdafiəçi təqdim edilmiş və üzərinə video çəkiliş aparılmaqla baxış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əlindəki göy rəngli torbanı təqdim etmişdir. Torbadakı bitki kütləsinin qurudulmamış marixuana olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin maddə narkotik vasitə olan marixuanadır, sellofan torbanı həmin gün səhər saatlarında Kür çayının kənarından tapmışdır. Aşkar edilmiş narkotik vasitə marixuana tərəzidə çəkilmiş, sonra isə qablaşdırılaraq ekspertizaya təqdim olunması üçün möhürlənərək götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş və şəxsi axtarışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması, habelə daha sonra ifadə verməsini özündə əks etdirən video yazılara baxış keçirilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əlindəki göy rəngli bir ədəd torba aşkar olunması müəyyən edilmişdir. Həmçinin baxış zamanı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı üzərində narkotik vasitə saxlaması barədə etirafedici ifadə verməsi müəyyən edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin Şəki Regional Bölməsinin xx xxxx 2020-ci il tarixli 17/427 saylı ekspert rəyində qeyd olunur ki, təqdim olunmuş, üzərinə yapışdırılmış vərəqədə “Təqsirləndirilən şəxs üzərinə baxış zamanı tünd göy rəngli sellofan torbanın içərisində olan narkotik...” sözləri yazılmış tünd-göy rəngli sellofan torbanın içərisindəki, təmiz çəkisi - 1 kq 660 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə -qurudulmamış marixuanadır. (səh. 41) Məhkəmə-narkoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 658 saylı rəyində qeyd olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (səh.114) Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmədə və saxlamada təqsirli olması özünün etirafı, şahid ifadəsi, ekspertiza rəyləri ilə tam sübuta yetirilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, habelə törətdiyi əməldə peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cinayətlərin residivini cəzasını ağırlaşdıran hal kimi nəzərə alır və ona, müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmayan cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab edir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş və Yevlax Polis Şöbəsində saxlanılan 1,659.95 kq çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalıdır. Ekspertiza tədqiqatının dəyəri 35.97 manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Müdafiəçi istintaq zamanı 45 saat dövlət hesabına göstərdiyi hüquqi yardıma görə 270 manat və məhkəmə zamanı dövlət hesabına göstərdiyi 12 saat hüquqi yardıma görə 72 manat miqdarında haqq ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M Е T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətdə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməklə Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Maddi sübut Yevlax Rayon Polis şöbəsində saxlanılan 1 kiloqram 659.95 qram çəkidə narkotik vasitə qurudulmamış marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ ******************** коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesaba keçirilsin. Göstərilən hüquqi yardıma görə istintaq dövrü üçün 270 manat və məhkəmə dövrü üçün 72 manat, cəmi 342 (üç yüz qırx iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Sədrlik edən : Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar