Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-123/2021 01.09.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, 09.03.1995-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Yevlax şəhəri Q.Əşrəfbəy küçəsi ev 9, mənzil 51 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzərəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitə dövriyyəsində şübhəli şəxs kimi Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən Yevlax şəhəri Q.Əşrəfbəy küçəsində 30 aprel 2021-ci il tarixdə saxlanılıb, üzərində həmin gün saat 18:55-dən 19:25-dək olan müddətdə müdafiəçi-vəkilin iştirakı və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, əynindəki şalvarının sol yan cibində iki ədəd sellofan bükümündə saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda 0,751 qram narkotik vasitə-heroin və şəxsi istehlak miqdarından artıq miqdarda 0,431 qram psixotrop maddə-metamfetamin aşkar olunaraq götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, bir müddətdir ki, heroin və metamfetamin istifadə edir. Üzərindən aşkar olunmuş heroini və metamfetamini 29 aprel 2021-ci il tarixdə Yevlax şəhəri Xəqani küçəsində olarkən, yolun kənarındakı dəmir qutudan tapmışdır. O, heroini və metamfetamini şalvarının cibində saxlamışdır. 30 aprel 2021-ci il tarixdə saat 18 radələrində yaşadığı binanın yaxınlığında olmuşdur. Həmin vaxt Yevlax rayon polis şöbəsinin əməkdaşları onu saxlayıb, üstündə şəxsi axtarış aparılmalı olduğunu demişlər. O, polis əməkdaşlarının üzərində şəxsi axtarış aparmasına etiraz etməmişdir. onu polis şöbəsinə aparmışlar və şəxsi axtarış aparılarkən o, könüllü şəkildə cibində saxladığı heroini və metamfetamini polislərə təqdim etmişdir. Onun barəsində Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə yeni cinayət işi başlanılıb. Həmin cinayət işi üzrə üzərindən aşkar olunmuş heroin və metamfetamin ona məxsus olsa da, o, həmin vasitələri satış məqsədilə əldə etməyib. Törətdiyi əməldən peşman olmasını və məhkəmədən barəsində yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, saxlaması və istehlakı ilə məşğul olması barədə ona 30 aprel 2021-ci il tarixdə məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra o, Təqsirləndirilən şəxs barəsində əməliyyat tədbirlərinin keçirilməsi, üzərində şəxsi axtarış aparılması barədə qərar qəbul etmişdir. Yevlax rayon polis şöbəsinin 30 aprel 2021-ci il tarixli əmri ilə onun, əməliyyat müvəkkili Şahid2, baş təhqiqatçı Faiq Cəfərovun iştirakı ilə əməliyyat-axtarış qrupu yaradılmışdır. Saat 18 radələrində o, polis əməkdaşı Şahid2la birlikdə polis şöbəsindən çıxıb Yevlax şəhəri Q.Əşrəfbəy küçəsinə getmişdir. Saat 18:15 radələrində o, Talehin həmin küçədə yaşadığı evin qarşısında olduğunu görmüş və onlar Talehə yaxınlaşmışlar. O, Talehə qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, saxlaması və istifadəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatının daxil olduğunu, Talehin saxlanılıb üzərində şəxsi axtarış aparılması üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etdiyini demiş, üzərində şəxsi axtarış aparılacağını izah etmişdir. Taleh üzərində şəxsi axtarış aparılmasına etiraz etmədiyini demişdir. Talehin üzərində şəxsi axtarış aparılması məqsədi ilə o, Şahid2la birlikdə Talehi Yevlax rayon polis şöbəsinin inzibati binasına aparıb baş təhqiqatçı Faiq Cəfərova təhvil vermişlər. Müdafiəçinin iştirakı və video çəkilişlə Talehin üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Taleh əynindəki şalvarının sol yan cibindən bir ədəd dəmir qutu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Dəmir qutunun içərisində bir ədəd sellofan və bir ədəd kağız bükümün olduğu məlum olmuşdur. Bir ədəd sellofan bükümün metamfetaminə bənzər maddənin olduğu məlum olmuşdur. Digər bir ədəd kağız bükümün içərisindən bir ədəd sellofan büküm çıxmış və həmin bükümdə heroinə bənzər maddənin olduğu məlum olmuşdur. Taleh həmin maddələrin birinin metamfetamin, digərinin heroin olduğunu, metamfetamin və heroini bir gün əvvəl Yevlax şəhəri ərazisində küçədən tapıb əldə etdiyini, istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 30 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 aprel 2021-ci il tarixdə saat 18:15-də şübhəli şəxs qismində tutulmuşdur.(iş vər. 18-19); şəxsi axtarış və götürmə haqqında 30 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən onun əynindəki şalvarın sol yan cibindən bir ədəd siqaret kağızına bükülmüş bükümdə heroinə və bir ədəd sellofana bükülmüş bükümdə metamfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. (iş vər. 24-29); məhkəmə kimyəvi ekspertizasının 01.05.2021-ci il tarixli, 17/319 nömrəli rəyindən görünür ki, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üstündən aşkar edilərək aşkar olunaraq götürülmüş...” sözləri yazılmış zərfin içərisindəki gümüşü-ağ rəngli kağıza bükülmüş 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi -0,751 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi- 0,431 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetaminin təmiz çəkisi-0,431 qram, tədqiqata sərf edildi-0,050 qram, qalıq-0,381 qram. Heroinin təmiz çəkisi-0,751 qram, tədqiqata sərf edildi-0,050 qram, qalıq-0,701 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 71,94 manatdır. (iş vər. 39-41); maddi sübut kimi tanınma haqqında 01.05.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqindən sonra xalis çəkisi 0,381 qram olan metamfetamin və 0,701 qram miqdarında narkotik vasitə-heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Yevlax rayon Polis Şöbəsinə təhvil verilmişdir. (iş vər. 50-51); qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 may 2021-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (iş vər. 68-69); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 25.05.2021-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.( iş vər. 90); məhkəmə narkoloji ekspertizasının 04.06.2021-ci il tarixli, 652 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən və narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. ( iş vər.108); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar X2 məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər alternativ cəzaya münasibətdə isə məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hazırkı işin hallarına əsasən Təqsirləndirilən şəxs yalnız maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını çəkməklə islah oluna bilər ki, bununla da Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunan cəzanın məqsədinə çatmaq mümkündür. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edirki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət cəzasından çıxılmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli, cəzaçəkmə müddətinin başlanğıcı 01 sentyabr 2021-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasını çəkdiyi müddət ərzində barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli, iş üzrə maddi sübut kimi tanınan heroinin və metamfetaminin qalığı məhv edilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli, müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və AzərbaycanRespublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 30 aprel 2021-ci il tarixdən 02 may 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rеjimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 01 sentyabr 2021-ci il tarixdən hesablansın. Barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməklə Təqsirləndirilən şəxs məhkəmə zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Yevlax rayon Polis şöbəsində saxlanılan 0,381 qram miqdarında psixotrop maddə metamfetamin və 0,701 qram miqdarında narkotik vasitəheroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ34CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 14 (on dörd) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 84 (səksən dörd) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №1(039)-123/2021
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-123/2021
01.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver