Məhkəmə qərarları › İş №1(039)-123/2022

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-123/2022

20.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-123/2022 20.07.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1978-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, açıq məhkəmə iclasında, Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi çəkisi 7,86 qram narkotik vasitə olan qurudulmuş marixuananı və qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi çəkisi 1,239 qram psixotrop maddə olan metamfetamini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edərək üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə, saat 04:20 radələrində Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Yevlax şəhəri, H.Əliyev prospektində polis əməkdaşları tərəfindən saxlanılan zaman o, üzərində saxladığı həmin narkotik vasitəni və psixotrop maddəni yerə atmış, polis əməkdaşı Təqsirləndirilən şəxs yerə atdığı narkotik vasitəni və psixotrop maddəni yerdən götürüb Təqsirləndirilən şəxs polis şöbəsinə gətirib üzərində həmin gün saat 05:10-dən saat 05:40-dək olan müddət ərzində müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi-axtarış zamanı o, polis əməkdaşları tərəfindən saxlanılan zaman yerə atdığı bir ədəd kibrit qutusunda və bir ədəd sellofan torbada satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxladığı ümumi çəkisi 7,86 qram narkotik vasitə olan qurudulmuş marixuananı və ümumi çəkisi 1,239 qram psixotrop maddə olan metamfetaminı göstərərək ona məxsus olmasını təsdiqləmiş və həmin marixuana və metamfetamin qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək söyləmişdir ki, 2021-ci ilin sentyabr ayından Zəngilan rayonunda yeni tikilən binalarda fəhlə kimi işləməyə başlamış və gündəlik olaraq orada olan yataqxanada qamışdır. 26 fevral 2022-ci il tarixdə səhər saatlarında Zəngilan rayonunda küçə ilə gedərkən yolun kənarından içində bir kibrit qutusu və bir ədəd sellofan büküm olan sellofan torba tapmışdır. Kibrit qutusuna açdıqda içində qurudulmuş marixuana, sellofan bükülünün içində isə “patı” deyilən metamfetamin olduğunu görmüşdür. Ara sıra narkotik və pisixotrop maddələr qəbul etdiyi üçün qərara almışdır ki, tapdığı maddələri gələcəkdə istifadə etmək üçün üstündə saxlasın. 28 fevral 2022-ci il tarixdə, təxminən saat 04:00-da, Yevlax şəhərindən işlədiyi Zəngilan rayonuna getmək məqsədi ilə Yevlax şəhəri, H.Əliyev prospektində avtomobil gözləyərkən ona tərəf bir neçə polis əməkdaşlarının gəldiyini görmüdür. Üzərində narkotik və psixotrop maddələr olduğundan və polis əməkdaşlarının onu saxlayacağından qorxduğundan üstündə saxladığı, içində marixuana olan kibrit qutusunu və içində metamfetamin olan sellofan bükülünü yerə atmışdır. Polis əməkdaşları bunu görüb ona yaxınlaşmış və yerə atdıqlarını da götürüb onu Yevlax Rayon Polis Şöbəsinə aparmışlar. Polis şöbəsinin inzibati binasında ona müdafiəçi təqdim edilmiş və video çəkilişlə onu sorğu sual etmişlər. Etiraf etmişdir ki, kibrit qutusunda olan maddə qurudulmuş marixuana və sellofan bükümdə olan maddə isə metamfetamindir, Zəngilan rayonunda yerdən tapmış və öz istifadəsi üçün üzərində saxlamışdır. Əməlindən peşman olduğunu bildirərək ona həbslə bağlı olmayan cəzanın təyin edilməsini xahiş etmişdir. Şahid2 bildirmişdir ki, Yevlax RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyir. 28 fevral 2022-ci il tarixdə işdə olan zaman, şöbənin CAB-nın əməliyyat müvəkkili X2 şəhəri, T.Məmmədov küçəsi, ev 29 ünvanında yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması barədə məlumat daxil olmuşdur. Rəhbərliyin müvafiq əmri ilə əməliyyat qrupu yaradılmış və o, əməliyyat qrupuna daxil edilmişdir. Əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Yevlax şəhəri, H.Əliyev prospektindədir. Saat təxminən 04:00-da əməliyyat müvəkkili Nuğay Qurbanov və polis nəfəri Sənan Qarayevlə birlikdə həmin ünvana getmişlər. Həmin prospektdə Yevlax şəhər Bələdiyyəsinin inzibati binasının qarşısında Təqsirləndirilən şəxs görüb ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs onları gördükdə cibindən əşya çıxarıb yerə atmışdır. Ona yaxınlaşaraq özlərini təqdim etmiş və onun yerə atdığı bir ədəd kibrit qutusunu və sellofan bükülünü yerdən götürmüşlər. Təqsirləndirilən şəxs tərəflərindən Yevlax Rayon Polis Şöbəsinin inzibati binasına dəvət edilmişdir. Şöbənin inzibati binasında ona müdafiəçi təqdim edilmiş və video çəkiliş aparılmaqla ona suallar verilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, yerə atdığı kibrit qutusu və bükülü ona məxsusdur, kibrit qutusunun içində olan ot mənşəli kütlə qurudulmuş marixuanadır, bükülüdə olan kütlə isə metamfetamindir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını özündə əks etdirən video yazıya baxış keçirilmiş, Təqsirləndirilən şəxs bir ədəd kibrit qutusunun və sellofan bükülünün ona məxsus olduğunu, kibrit qutusunda olan kütlənin qurudulmuş marixuana, sellofan bükülünün içində olan kütlənin isə metamfetamin olduğunu etiraf etmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin X1 28 fevral 2022-ci il tarixli 17/199 aylı ekspert rəyində qeyd olunur ki, üzərində “Təqsirləndirilən şəxs məxsus narkotik vasitə oxşar kibrit qutusunda olan ....” sözləri və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 7,56 qram və 0,30 qram ümumi təmiz çəkiləri – 7,86 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi -1.239 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. (səh.40-41) Məhkəmə-narkoloji ekspertizasının 21 may 2022-ci il tarixli 695 saylı rəyində qeyd olunur ki, narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabioidlərdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. (səh.88) Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik və psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlamada təqsirli olması özünün etirafı, şahidin ifadəsi, ekspertiza rəyləri ilə tam sübuta yetirilmişdir və buna görə ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, belə ki, ilk dəfə az ağır cinayət törətməsini, himayəsində iki azyaşlı övladının olmasını, törətdiyi əməldən peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilən cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs üzərində eyni zamanda narkotik və psixotrop maddələr üzərində saxlamasını, onların miqdarını nəzərə alaraq hesab edir ki, ona müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza tətbiq edilərsə, bu, onun islah olunmasına xidmət etməyəcək, bu səbəbdən ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiqdir. Təqsirləndirilən şəxs cəzasının əvvəli həbsə alındığı 20 iyul 2022-ci il tarixdən hesablanmalı, şübhəli şəxs kimi saxlanıldığı müddət təyin ediləcək cəzadan çıxılmalıdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilməli, yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş və X3 saxlanılan 7,76 qram narkotik vasitə olan qurudulmuş marixuana və 1.189 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalıdır. Ekspertiza tədqiqatının dəyəri 103.65 manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Müdafiəçi qız dövlət vəsaiti hesabına göstərdiyi hüquqi yardıma məhkəmə zamanı 5 saat hesablanmaqla hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M Е T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 28 fevral 2022-ci il tarixdən 01 mart 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməklə Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 20 iyul 2022-ci il tarixdən hesablansın . Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Maddi sübut - X3 saxlanılan 7,76 qram narkotik vasitə olan qurudulmuş marixuana və 1.189 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 103 (bir yüz üç) manat 65 (altmış beş) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ ******************** коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesabına köçürülsün. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən : Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar