Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-123/2023 11.10.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Nazım oğlunun, onun müdafiəçisi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Sadəddin oğlunun iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki olaraq ünvan 2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Nazım oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, açıq məhkəmə iclasında, Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Nazım oğluna qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq 01 (bir) ədəd ağ rəngli sellofan torbada şəxsi istehlak miqdarından artıq, cəmi 465 qram miqdarında narkotik vasitə olan kustar üsulla hazırlanmış qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib saxlamış, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Yevlax rayon Polis Şöbəsinin polis əməkdaşları tərəfindən Yevlax şəhəri, Fizuli küçəsində qanunsuz narkotik dövriyyəsində şübhəli şəxs kimi saxlanılıb Yevlax rayon polis şöbəsinə gətirilərək orada saat 13:20-dən 13:45-dək olan müddət ərzində müdafiəçinin iştirakı ilə və video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi-axtarış nəticəsində onun əlində olan həmin narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı ilk olaraq ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək söyləmişdir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan mütəmadi olaraq istifadə edir. 05 aprel 2023-cü il tarixdə, səhər saatlarında Kür çayının Yevlax şəhərindən keçən hissəsində olarkən orada 01 ədəd ağ rəngli sellofan torba olduğunu görüb onu götürmüşdür. Həmin torbanın içində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu görmüş və həmin marixuanadan gələcəkdə istifadə etmək üçün torbanı özündə saxlamışdır. Oradan çıxıb Yevlax şəhəri, Fizuli küçəsi ilə gedərkən, günorta saatlarına yaxın vaxtda, polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və onun narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onlarla birlikdə polis şöbəsinə getməsini təklif etmişlər. Buna etiraz etməyərək polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində, xidməti otaqlardan birində ona vəkil təqdim edilmiş və onun razılığı əsasında video çəkilişlə üstünə şəxsi axtarış keçirilmişdir. Həmin zaman əlində olan sellofan torbanı təqdim etmiş və polis əməkdaşının sualına cavab olaraq etiraf etmişdir ki, torbanın içində olan narkotik vasitə qurudulmuş marixuananıdır, Kür çayı sahilində tapmış və öz istifadəsi üçün üzərində daşımışdır. Həmin narkotik vasitə tərəzidə çəkilmiş və qablaşdırlaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs ifadəsini dəyişərək bildirmişdir ki, qeyd edilən tarixdə saxlanılarkən əlində, içində narkotik vasitə olan hər hansı sellofan torba olmamışdır. Polis əməkdaşlarının təzyiqi nəticəsində onların təqdim etdiyi, içində narkotik vasitə olan torbanın ona məxsus olduğunu bildirmişdir. Polis əməkdaşlarının təzyiqindən qorxduğundan həmin zaman vəkilə bu barədə heçnə bildirməmişdir. Daha sonra polis əməkdaşlarından prokurorluq orqanlarına şikayət etmək istəmiş, lakin bu fikirindən yayınmışdır. Barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Şahid1 bildirmişdir ki, Yevlax RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Yevlax şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, daşınması, saxlanması və istehlakı ilə məşğul olması barədə 05 aprel 2023-cü il tarixdə Yevlax rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat barədə həmin gün raportla Yevlax RPŞ rəhbərliyinə məruzə etmiş və bu məlumat əsasında müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə əmr verilmişdir. Həmin gün Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmiş və əməliyyat qrupunun digər üzvü polis baş serjantı Şahid2 ilə birlikdə Yevlax şəhəri, Fizuli küçəsinə getmişlər. Saat təxminən 12:00-da Təqsirləndirilən şəxs əlində sellofan torba ilə bu küçə ilə piyada getdiyini görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs bildirmişlər ki, qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə məlumat daxil olmuşdur və bu səbəbdən o, Yevlax RPŞ-yə dəvət olunur. Təqsirləndirilən şəxs buna etiraz etməmiş və onlarla birlikdə Şöbəyə getmişdir. Təhqiqatçının xidməti otağında Təqsirləndirilən şəxs vəkil təqdim edilmiş və video çəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Təhqiqatçının sualına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, əlində olan sellofan tora ona məxsusdur və torbanın içində narkotik vasitə olan qurudulmuş marixuana vardır, həmin sellofanı səhər saatlarında Kür çayının sahilindən tapmış və öz istifadəsi üçün götürmüşdür. Torbanın içində olan narkotik vasitə tərəzidə çəkilmiş və qalaşdırılaraq ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs saxlanılarkən .üzərində şəxsi axtarış aparılarkən hər hansı bir etiraz etməmiş, səmimi olaraq əməlini etiraf etmişdir. Bu zaman ona hər hansı şəxs tərəfindən təzyiq göstərilməmiş, hədələr olmamışdır. Şahid2 bildirmişdir ki, Yevlax RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyir. 05 aprel 2023-cü il tarixdə, Yevlax RPŞ-nn rəhbərliyinin əmri əsasında, Yevlax şəhər sakini Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədi ilə yaradılmış əməliyyat qrupuna üzv kimi daxil edilmişdir. Həmin gün, əməliyyat qrupunun digər üzvü, əməliyyat qrupunun digər üzvü Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs olacağı ehtimal edilən Yevlax şəhəri, Fizuli küçəsinə getmişlər. Günorta saatlarına yaxın vaxtda Təqsirləndirilən şəxs həmin küçədə tərəflərindən saxlanılmış və Yevlax Rayon Polis Şöbəsinə dəvət olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən əlində sellofan torba olmuşdur. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlarla birlikdə Polis Şöbəsinin inzibati binasına getmişdir. Polis Şöbəsində müdafiəçinin iştirakı ilə video çəkilişlə onun üzərinə baxış keçirilərkən Təqsirləndirilən şəxs əlində olan həmin ağ rəngli sellofan torbada narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsi aşkar edilmişdir. Təhqiqatçının sualına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kütlə narkotik vasitə olan marixuanadır, onu həmin gün Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində çayın kənarından tapmış və öz istifadəsi üçün saxlamışdır. Təqsirləndirilən şəxs saxlanılarkən, habelə Yevlax RPŞ-nin inzibati binasında ona qarşı hər hansı zor tətbiq edilməmiş, təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs səmimi olaraq etiraf etmişdir ki, narkotik vasitə ona məxsusdur, öz istifadəsi üçün saxlamışdır. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs üzərində 05 aprel 2023-cü il tarixdə aparılmış şəxsi axtarışı özündə əks etdirən video yazılara baxış keçirilmiş, Təqsirləndirilən şəxs üzərində bükülülərin aşkar olunması müəyyən edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin X1 01 noyabr 2022-ci il tarixli 17/817 aylı ekspert rəyində qeyd olunur ki, üzərinə “05 aprel 2023-cü il tarixdə Yevlax şəhər sakini Təqsirləndirilən şəxs Nazım oğlunun üzərindən aşkar edilmiş kütlə” sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd kağız bağlamanın içərisindəki 01 (bir) ədəd ağ rəngli sellofan torbada, təmiz çəkisi - 465 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qurudulmuş marixuana 28 noyabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı). Qalıq 464.90. (səh. 45-46) Məhkəmə-narkoloji ekspertizasının 23 may 2023-cü il tarixli 905 saylı rəyində qeyd olunur ki, narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən və heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. (səh. 148) Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(039)-43/2022 saylı hökmündən müəyyən olunur ki, həmin hökmlə Təqsirləndirilən şəxs Nazım oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Nazım oğluna təyin edilmiş cəzalar tamamilə toplanmaqla üzərində qəti olaraq 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.(səh.139- 146) Yevlax rayon icra və probasiya şöbəsinin 02 avqust 2023-cü il tarixli, 45/2 nömrəli məktubunda qeyd edilir ki, Təqsirləndirilən şəxs Nazım oğluna Yevlax Rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəzadan 01 il 03 ay 28 gün çəkmiş, 01 il 01 ay 28 gün çəkilməmiş olaraq qalmışdır. Təqsirləndirilən şəxs ilk olaraq məhkəmə iclasında özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilsə də, sonradan təqsirli olmadığını bildirmiş, ona qarşı polis əməkdaşları tərəfindən təzyiqlər olduğu üçün istintaq zamanı bu əməli etiraf etdiyini söyləmişdir. Halbuki, Təqsirləndirilən şəxs 05 aprel 2023-cü il tarixdə Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs kimi saxlanılarkən üzərində narkotik vasitənin olmadığını, polis əməkdaşlarının ona təzyiq göstərməsi nəticəsində polis əməkdaşları tərəfindən təqdim edilmiş narkotik vasitənin özünə məxsus olduğunu etiraf etdiyini bildirmişdir. Məhkəmə iclası zamanı həmin təzyiqin nədən ibarət olmasını dəqiq olaraq bildirməmişdir. Təqsirləndirilən şəxs istintaq zamanı təqsirini tam olaraq etiraf etmişdir. Bu, istintaq zamanı verdiyi ifadələrlə yanaşı, onun üzərinə şəxsi axtarış aparılmasını özündə əks etdirən video çəkilişlə də təsdiqini tapmışdır. Bundan başqa Təqsirləndirilən şəxs ona qarşı polis əməkdaşı tərəfindən qanunsuz təzyiqlərin olması barədə müdafiəçisinə, habelə hər hansı müvafiq orqana müraciət etməmişdir. Beləliklə, məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olmaması barədə ifadəsi özünümüdafiə xarakteri daşıyır, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli olması şahidlərin ifadələri, saxlanılarkən aparılmış video çəkilişlərlə, ekspertiza rəyləri ilə tam sübuta yetirilmişdir və buna görə ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən, Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilən cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, ona qeyd edilən maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsi onun islah olunmasına kifayət etməyəcək, buna görə də Təqsirləndirilən şəxs həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs istintaq dövründə şübhəli şəxs kimi saxlanıldığı 2 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılmalıdır. Cinayət Məcəlləsi: Maddə 67.1. Hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Maddə 68.1. Cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə: 68.1.1-1. azadlığın məhdudlaşdırılmasının iki günü Yevlax Rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli, 1(039)-43/2022 nömrəli hökmü ilə təyin edilmiş cəzanın 11 oktyabr 2023-cü il tarixə çəkilməmiş qalan 11 ay 19 gün azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1 maddəsinə uyğun olaraq 2 günə 1 gün hesablanaraq 05 ay 24 gün azadlıqdan məhrum etmə cəzası müəyyən edilməklə hazırkı cəzaya Cinayət Məcəlləsinin 67.1 maddəsinə uyğun olaraq qismən birləşdirilərək üzərində qəti cəza müəyyən edilməlidir. Təqsirləndirilən şəxs barədə seçilmiş qətimkan tədbiri dəyişdirilməklə barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından həbs edilməli, həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı və cəzasının əvvəli həbsə alındığı 11 oktyabr 2023-cü il tarixdən vaxtdan hesablanmalıdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş və X2 saxlanılan 464.90 qram miqdarında narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalıdır. Ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Müdafiəçi Sadəddin oğlu dövlət vəsaiti hesabına göstərdiyi hüquqi yardıma məhkəmə zamanı 12 saat hesablanmaqla hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M Е T D İ: Təqsirləndirilən şəxs Nazım oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. İstintaq müddətində şübhəli şəxs kimi saxlanıldığı 2 gün müddət təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən təyin edilmiş cəzaya Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(039)-43/2022 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 11 ay 19 gün azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə uyğun olaraq 2 günə 1 gün hesablanaraq 05 ay 24 gün azadlıqdan məhrum etmə cəzası müəyyən edilməklə hazırkı cəzaya qismən birləşdirilərək qəti olaraq üzərində 01 (bir) il 03 (üç) ay azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 11 oktyabr 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs Nazım oğlu yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Maddi sübut - X2 saxlanılan 464.90 qram miqdarında narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri - 51 (əlli bir) manat 06 (altı) qəpik Təqsirləndirilən şəxs Nazım oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ ******************** коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesaba köçürülsün. Təqsirləndirilən şəxs Nazım oğluna dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi Sadəddin oğluna ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən : Toğrul Əliyev
Məhkəmə qərarları › İş №1(039)-123/2023
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-123/2023
11.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver