Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-123/2025 23.09.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Babayeva Aybəniz Elman qızının sədrliyi, Quliyeva Ülkər Fikrət qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Mərhum təqsirləndirilən şəxsin hüquqi varisi X2 iştirakları ilə, xx.xx.1993-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməmiş, məhkumluğu olmayan, Mingəçevir şəhəri, X.Şuşinski küçəsi ev 28A-da qeydiyyatda olmaqla və yaşamış, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş şəxs, mərhum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Mərhum Təqsirləndirilən şəxs 25 may 2025-ci il tarixdə saat 16 radələrində Yevlax rayonu Aran qəsəbəsi ərazisində, “Boz” dağ adlanan ərazidə torpaq yolda «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi olmadan idarə etdiyi LTZ T-40 markalı, 21T077 dövlət qeydiyyat nişanlı traktor ilə torpaq yolun yoxuş hissəsində yüklü olan pikap tipli “QAZ 2410” markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobili kəndir qoşqu vasitəsi ilə dartıb aparan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol hərəkəti üçün təhlükəsiz şərait yaratmadan, diqqətini daim dəyişən yol şəraitindən və traktorun idarə olunmasından ayıraraq yolun yoxuş olmasını nəzərə almayaraq, traktorun hərəkətinin təhlükəsizliyini təmin edə biləcəyindən əmin olmayaraq, yoxuşlu yol şəraitində traktorun idarə olunmaz vəziyyətə düşməsinə səbəb olan hərəkət təhlükəsizliyini təmin etməyərək, idarəetməni itirərək traktorun yol ilə geriyə doğru idarə olunmaz vəziyyətdə hərəkət etdirərək traktorun aşmasına və nəticədə traktorda sərnişin qismində əyləşmiş xx.xx.1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs çanaq sümüklərinin sınığı xəsarəti ilə müşayət edilən, sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş az ağır dərəcəli bədən xəsarətləri almasına səbəb olmuşdur. Bununla da, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin hüquqi varisi-qardaşı X4 və təqsirləndirilən şəxsin müdafiəçisi-Yevlax Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyə ərizə ilə müraciət edərək CM-in 263-1.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə ölməsini nəzərə alaraq, həmin cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-1-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişlər. Məhkəmə iclasında dövlət ittihamçısı Dövlət ittihamçısı təqsirləndirilən şəxs öldüyündən və onun yaxın qohumu olan hüquqi varisi-qardaşı X2 və müdafiəçisi-Yevlax Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə xahiş etdiklərindən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsinə etiraz etməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, hadisə günü, 25 may 2025-ci il tarixdə qardaşı ilə aldıqları 1 baş iribuynuzlu heyvanı gətirmək üçün Həsən adlı şəxsin “QAZ 2410” markalı avtomobilinə yükləmişlər. Lakin bir neçə kilometr sonra “Boz” dağ adlanan ərazidə torpaq yolda Həsənə məxsus olan “QAZ 2410” markalı avtomobil diki qalxa bilməmiş və sönmüşdür.Qardaşı Məmməd kömək çağırmaq üçün getmiş, bir neçə saat sonra avtomobili dartıb çəkməsi üçün kəndir və həmkəndliləri Firdovsini ora göndərmişdir. Firdovsi öz traktoru ilə gəlmiş, qardaşının göndərdiyi kəndirin bir tərəfini Həsənin avtomobilinə, digər tərəfini isə özünün idarə etdiyi traktora bağlamışdır. Lakin Firdovsinin idarə etdiyi traktor avtomobili dikə doğru dartarkən bir müddətdən sonra geri doğru hərəkət edərək aşmış və Firdovsi traktorun altında qalaraq sıxılıb həlak olmuş, o özü isə xəsarət almışdır. Hazırda heç bir şikayət və ya tələbi yoxdur. Təqsirləndirilən şəxs vəfat etdiyi üçün cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 25 may 2025-ci il tarixdə o, 1 baş iribuynuzlu camış heyvanını gətirmək üçün sifarişlə tutduğu Həsən adlı şəxs özünə məxsus olan “QAZ 2410” markalı avtomobili ilə 25 may 2025-ci il tarixdə saat 06 radələrində qardaşı Zərərçəkmiş şəxsla birlikdə “Goran” buxdası adlanan əraziyə getmişdir. Lakin bir neçə kilometr sonra Həsənə məxsus olan “QAZ 2410” markalı avtomobil yolsuzluq şəraitində olan diki qalxa bilməmiş və sönmüşdür. Buna görə də o, “QAZ 2410” markalı avtomobili dartıb çıxartması üçün kömək çağırmaq məqsədi ilə Mingəçevir şəhərindən 20 metr uzunluğunda diametrin xatırlamadığı qalın kəndir almış və həmin kəndiri həmkəndlisi olan, həmin əraziyə öz “NİVA” markalı avtomobili ilə gedən həmkəndlisi Elşən adlı şəxsə vermişdir ki, kəndiri aparıb qardaşı Nicata versin. Bundan sonra o, həmkəndlisi Firdovsinin yaşadığı evin həyətinə gedərək Firdovsiyə 60 manat pulu olduğunu deyərək Firdovsidən avtomobili sahədən çıxartmasını xahiş etmiş və 60 manat pulu Firdovsiyə vermişdir. Firdovsi 60 manat pulu götürdükdən sonra “QAZ 2410” markalı avtomobili dartaraq çıxartmaq üçün avomobilin qaldığı əraziyə getmişdir. Lakin onun başqa işləri olduğu üçün o, həmin yerə getməmişdir. Təxminən 2-3 saat sonra o, traktorun aşdığını, qəza baş verdiyini bilmiş və həmin əraziyə getmişdir. O, həmin əraziyə çatdıqda Firdovsinin meyitinin traktorun altında olduğunu, həmçinin qardaşı Nicatın yaralı vəziyyətdə traktorun altında olduğunu “QAZ 2410” markalı avtomobilin sürücüsü Həsənin isə hadisə yerində FHN-nin əməkdaşlarına köməklik etməyə çalışdığını görmüşdür. Onun baş verən hadisə ilə bağlı məlumatları qardaşı Nicatın dediklərindən ibarətdir. Belə ki, qardaşı Nicat hadisədən sonra ona bildirmişdir ki, hadisə baş verən zaman o, Firdovsinin idarə etdiyi traktorda Firdovsinin yanında əyləşmiş, traktor diki qalxan zaman, dikin sonuna yaxınlaşdıqda anidən traktor sönmüş və geriyə doğru hərəkət etmişdir. Bu zaman Firdovsi traktoru saxlamaq üçün traktoru sola doğru döndərmək istəmiş, lakin traktora qoşulu olan yer deşmək üçün istifadə edən qurğu torpağa batdığından traktor geriyə doğru aşmış, nəticədə Firdovsi və qardaşı traktorun altında qalmışdırlar. İş materiallarına əlavə edilmiş: “Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə CM-in 236.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və ibtidai istintaqın aparılması üçün icraata qəbul edilmişdir (iş vər.01); “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi Yevlax rayonu Aran qəsəbəsi boz dağın ətəyində yerləşən hissəsində baş vermişdir (iş vər.5-25); Məhkəmə-Tibbi Ekspertizasının xx.xx.2025-ci il tarixli, 315 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər- çanaq sümüklərinin sınığı küt alətin-alətlərin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2025-ci il tarixə uyğun gəlir, qərarın təsviri hissəsində göstərilən şəraitdə yetirilməsi istisna edilmir. Qey olunan xəsarətlər sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə az ağır zərər vuran xəsarətlərə aid edilir (iş vər.70); Məhkəmə-Tibbi Ekspertizasının xx.xx.2025-ci il tarixli, 26 saylı rəyindən görünür ki, mərhum Təqsirləndirilən şəxs meyitində aşkar edilmiş xəsarətlər-ənsə nahiyəsinin əzilmiş yarası, sol çiyin qurşağının, sol kürək və sol körücükaltı nahiyənin yanıq yaraları. Bu xəsarətlərdən əzilmiş yara küt alətin, yanıq yaraları isə yüksək hərarətli mayenin təsirindən törənmişdir, həyatidir, ölüm baş verməmişdən az əvvəl törənmişdir, ölümlə birbaşa səbəbli əlaqəsi yoxdur, adətən dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. Mərhumun ölümünə səbəb kömression asfiksiya- döş qəfəsinin və qarının bərk cisimlər arasında qalaraq sıxılması olmuşdur. Hər iki gözün ağlı qişasına, ağ ciyərlərin və ürəyin səthinə nöqtəvari qansızma, ürəkdə qanın duru vəziyyəti, daxil üzvlərin doluqanlılığı, həmçinin stranqulyasiya şırımı bu növ ölümün təstiq edici əlamətlərindəndir. Erkən meyit əlamətləri onu göstərirki, ölüm meyitin müayinəsindən 2-4 saat əvvəl baş vermişdir (iş vər.70); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 iyul 2025-ci il tarixli, 8/1558 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən LTZ T-40 markalı, 21T077 dövlət qeydiyyat nişanlı traktorun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs LTZ T-40 markalı traktoru sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən QAZ-2410 markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 82 manatdır (iş vər. 82-85); Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ölüm haqqında şəhadətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Yevlax şəhərində ölmüşdür; Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.1, 177.2.3 və 69.3-cü maddəsi ilə təqsirli bilinərək 11 (on bir) ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (i.v.111); “Təqsirləndirilən şəxsin hüquqi varisi qismində tanınma haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X4 təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs hüquqi varisi qismində tanınmışdır (iş vər.153-154); Maddi sübut kimi tanınma haqqında 18 avqust 2025-ci il tarixli qərardan görünür ki, “LTZ T-40 markalı, 21T077 dövlət qeydiyyat nişanlı traktor və “QAZ 2410” markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmışdır (iş vər.131-141); Mərhum Təqsirləndirilən şəxs qardaşı X4 ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qardaşı Firdovsi vəfat etdiyinə görə qardaşının barəsində bəraətverici əsaslar olmadan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs vəfat etdiyi üçün onun barəsində olan cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etmir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respulikası Cinayət Proslessual Məcəlləsinin “sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsindən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, mərhum Təqsirləndirilən şəxs törətmiş olduğu (yuxarıda qeyd edilən) əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi vardır. Bununla yanaşı, məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmə istintaqında dindirilmiş və tədqiq edilmiş şəxslərin (zərərçəkmiş şəxsin və şahidin) ifadələri ilə yanaşı, aşağıda göstərilən: istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və işin mahiyyəti üzrə əhəmiyyətili olan digər sənədləri də sübut növləri kimi qəbul edir: Bununla da, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi qənaətinə gəlinmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq, işin bütün hallarını nəzərə alaraq hesab edir ki, qanunvericiliyin tələblərinə və aşağıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs CMin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinin icraatına təqsirləndirilən şəxs öldüyündən xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 41.3-cü maddəsinə əsasən Dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Dövlət ittihamçısı bəraətverici əsaslar olmadıqda təqsirləndirilən şəxs barəsində ittihamdan müdafiə tərəfinin razılığı ilə imtina edir. Xüsusi ittihamçı ittihamı müdafiə etməkdə davam edərsə, təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsi barədə dövlət ittihamçısının mövqeyi cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala məhkəmədə baxılmasının davam etdirilməsinə mane olmur. 41.4-cü maddəsinə əsasən Məhkəmə baxışı başlananadək məhkəmə cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs haqqında cinayət təqibindən imtina edilməsi məsələsinin həll olunmasını dövlət ittihamçısına təklif edə bilər. 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir; 106-1.1-ci maddəsinə əsasən ölmüş təqsirləndirilən (şübhəli) şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi hesab olunur. Şəxs təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüşdürsə, onun yaxın qohumlarının da həmin şəxsin hüquqi varisi qismində tanınmaq hüququ vardır və bu Məcəllənin təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi ilə bağlı müddəaları onlara da şamil olunur; 106-1.3-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan bu Məcəllənin 106-1.1-ci maddəsində göstərilən şəxsin öldüyü vaxtdan 3 (üç) gün müddətində onun yaxın qohumlarına şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə yazılı bildiriş göndərir və ya təqdim edir. Həmin bildirişdə şəxsin ölməsi ilə əlaqədar cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsinin bəraətverici əsas hesab edilmədiyi barədə müvafiq izah da verilir. Ölmüş şəxsin yaxın qohumu cinayət təqibinə xitam verilənədək və ya bu Məcəllənin 282.1-1-ci maddəsində nəzərdə tutulmuş halda müvafiq istəyini bildirdikdə onun hüquqi varis qismində tanınması barədə qərar qəbul edilir; 106-1.4-cü maddəsinə əsasən ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar bu Məcəllənin 106-1.3-cü maddəsində nəzərdə tutulan bildirişin göndərildiyi və ya təqdim edildiyi gündən 20 (iyirmi) gün sonra çıxarılır. 321.1-ci maddəsinə əsasən Məhkəmə baxışı zamanı məhkəmə tərəfindən həll edilən bütün məsələlər üzrə qərar çıxarır. 321.2.1-ci maddəsinə əsasən cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya onun dayandırılması barədə Müşavirə otağında ayrıca sənədlər şəklində tərtib edilən və məhkəmənin bütün tərkibi tərəfindən (cinayət işinə təkbaşına baxıldığı halda hakim tərəfindən) imzalanan aşağıdakı qərarlar çıxarılır. İş üzrə maddi sübut hesab edilən “LTZ T-40 markalı, 21T077 dövlət qeydiyyat nişanlı traktor və “QAZ 2410 yük” markalı ** BK *** dövlət qeydiyyat nişanlı, pikap tibli avtomobil sahiblərinə qaytarılmalı, təqsirləndirilən şəxsin ölməsi nəzərə alınaraq məhkəmə ekspertizasının dəyəri 85 (səksən beş) manat məhkəmə məsrəfi (ekspertiza xərci) dövlət büdcəsi vəsaiti hesabına tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülməli CPM-132), kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı, (CPM-198.1.), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat olmaqla, ümumilikdə 55 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Qeyd olunanlara əsasən və CPM-in 39, 43, 305, 344-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Mərhum Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə cinayət təqibinə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldüyündən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-1-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilsin. İş üzrə maddi sübut olan LTZ T-40 markalı, 21T077 dövlət qeydiyyat nişanlı traktor təqsirləndiilən şəxsin hüquqi varisi X3 və “QAZ 2410 yük” markalı ** BK *** dövlət qeydiyyat nişanlı, pikap tibli avtomobil Şahid1 qaytarılsın. Qərardan elan edildiyi vaxtdan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Təqsirləndirilən şəxs ölməsi nəzərə alınaraq, 85 manat məhkəmə məsrəfi (ekspertiza xərci) dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Göstərilən hüquqi yardıma görə cəmi 55 (əlli beş) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Qərar apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Hakim: Aybəniz Babayeva
Məhkəmə qərarları › İş №1(039)-123/2025
Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-123/2025
23.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver