Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-124/2020 17.09.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Cabbarov Məhəmməd Mövsüm oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittihamçı İSMAYİLOV NAMİQ MUSA OĞLU şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İSMAYİLOV NAMİQ MUSA OĞLU xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək CABBAROV MƏHƏMMƏD MÖVSÜM OĞLU Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilib cəzalandırılması barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Cabbarov Məhəmməd Mövsüm oğlu ondan müxtəlif dövlət orqanlarına əsassız şikayətlər edərək, işgüzar nüfuzuna, şərəf və ləyaqətinə böyük zərbələr vurmuşdur. Məhkəmə tərəfindən iclasın vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış xüsusi ittihamçı bunun səbəbləri barədə məhkəməni əvvəlcədən məlumatlandırmadan hazırlıq iclasına təkrarən gəlməmişdir. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul olunmasından imtina edilməlidir. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 299.8-ci maddəsinə görə xüsusi ittihamçının üzrlü səbəblər olmasını əvvəlcədən bildirmədən məhkəmənin hazırlıq iclasına təkrar gəlməməsi ittihamdan imtinaya bərabər tutulur və xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina barədə qərar çıxarır. Həmin Məcəllənin 302.1.8-ci maddəsinə görə isə şikayəti vermiş şəxsin məhkəmənin hazırlıq iclasına üzrlü səbəblər olmadan təkrarən gəlməməsi hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtinaya əsas verir. İş materialları ilə təsdiq olunur ki, xüsusi ittihamçı məhkəmənin hazırlıq iclasına üzrlü səbəblər olmadan təkrarən gəlməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.8 və 302.2.3-cü maddələrinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 300.1.3, 302.2.3 və 384.1.8-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDI: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs CABBAROV MƏHƏMMƏD MÖVSÜM OĞLU Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittihamçı İSMAYİLOV NAMİQ MUSA OĞLU şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-124/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-124/2020
17.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver