Məhkəmə qərarları › İş №1(039)-124/2021

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-124/2021

07.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-124/2021 07.09.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1983-cü il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Yevlax Rayon Məhkəməsinin 1(039)- 188/2017 saylı, 01.11.2017-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 10 iyul 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Yevlax şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, qəsdən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq özünün istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda 425,00 qram miqdarında tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuana əldə edərək əynindəki gödəkcənin içərisində bir ədəd sellofan torbada saxlayaraq daşımış, Yevlax rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs kimi 24 may 2021-ci il tarixdə saat 21:20 radələrində Yevlax şəhəri, H.Əliyev prospektində saxlanılıb Yevlax rayon polis şöbəsinə gətirilərək, onun üzərində saat 22:00 dəqiqədən saat 22:30 dəqiqəyədək olan müddət ərzində müdafiəçinin iştirakı ilə, video çəkiliş tətbiqi ilə aparılmış şəxsi axtarış zamanı əynindəki gödəkcənin içərisindən qəsdən satış məqsədi olmadan əldə edib bir ədəd sellofan torbada saxlayaraq daşıdığı şəxsi istehlak miqdarından artıq miqdarda 425,00 qram miqdarında narkotik vasitə - qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı, ona elan olunmuş ittiham üzrə özünü ilk olaraq təqsirli bilməsə də, sonradan özünü təqsirli bilərək söyləmişdir ki, uzun müddətdir narkotik vasitələrdən mütəmadi olaraq istifadə edir. Təxminən 2021-ci ilin may ayında Kür çayının yaxınlığında yerləşən meşəyə gedərək narkotik vasitə axtarmağa başlamış və bir müddət sonra yabanı halda bitən iki ədəd çətənə bitkisi aşkar etmişdir. Bu bitkiləri kökündən çıxarıb meşədə olan sökük bir tikilinin içində qurutmaq üçün sərmişdir. 24 may 2021-ci il tarixdə, təxminən saat 16:00-da həmin yerə gedərək artıq qurumuş bitkinin yarpaqlarını toplayıb torbaya qoymuş və torbanı əynindəki gödəkcənin içində, alt hissəsinə qoyub gizlətmişdir. Oradan çıxıb piyada Yevlax şəhərinin mərkəzi istiqamətində getmişdir. H.Əliyev prospekti ilə gedərkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu polis şöbəsinə dəvət etmişlər. Buna etiraz etməmiş və onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində müdafiəçinin iştirakı ilə video çəkilişlə onun üstünə baxış keçirilmişdir. Bu zaman əynindəki gödəkcənin altında gizlətdiyi bir ədəd sellofan torbadakı qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Etiraf etmişdir ki, bükülüdə olan qurudulmuş marixuana, ona məxsusdur, özü istifadə etmək üçün cibində saxlamışdır. Əsəbi olduğundan əvvəlki iclasda bildirmişdir ki, saxlanılarkən ona qarşı zor tətbiq edilmişdir. Əməlindən peşman olduğunu bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Şahid2 bildirmişdir ki, Yevlax RPİ CAB-nın əməliyyat müvəkkili vəzifəsində işləyir. 24 may 2021-ci il tarixdə əməliyyat məlumatı əsasında yaradılmış əməliyyat qrupunun üzvü olaraq narkotik vasitələrin saxlanılmasında şübhəli olunan Təqsirləndirilən şəxs adlı şəxsin saxlanılmasında iştirak etmişdir. Qrupun üzvləri Yevlax şəhəri, Heydər Əliyev prospektində Təqsirləndirilən şəxs yaxınlaşaraq onu polis şöbəsinə dəvət etmişdir. Rəşxan buna etiraz etməmiş və onlarla birlikdə şöbəyə getmişdir. Şöbədə ona müdafiəçi təqdim edilmiş və video çəkiliş aparılmaqla onun üzərinə baxış keçirilmişdir. Bu zaman onun əynindəki gödəkcənin içində 01 ədəd sellofan torba aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin torba onundur və içində narkotik vasitə olan maddə qurudulmuş marixuanadır öz istifadəsi üçün saxlamışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman, habelə onun üzərinə baxış keçirilərkən ona qarşı hər hansı bir zor tətbiq edilməmiş, ona təzyiq göstərilməmişdir. Narkotik vasitə tərəzidə çəkilmiş və sonra ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Şahid3 bildirmişdir ki, 24 may 2021-ci il tarixdə Yevlax Rayon Polis Şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman video çəkiliş onun tərəfindən aparılmışdır. Bu zaman Rəşxanın əynində olan gödəkcənin içindən torba aşkar edilmişdir, bu torbanın içində isə qurudulmuş bitki aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdi ki, torbanın içində olan bitki qurudulmuş marixuanadır, ona məxsusdur. Təqsirləndirilən şəxs vəsatəti üzrə məhkəmə iclasında ifadə vermiş şahid X1 bildirmişdir ki, Təqsirləndirilən şəxs Yevlax şəhər kimi tanıyır, lakin onunla hər hansı bir münasibəti olmamışdır. 24 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs saxlanılmasında, daha sonra isə üzərinə baxış keçirilərkən iştirak etməmişdir. Ümumiyyətlə nə həmin gün, nə digər günlərdə onu polis şöbəsində görməmiş, ona qarşı hər hansı zor tətbiq etməmiş, ona təzyiq göstərməmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını özündə əks etdirən video yazıya baxış keçirilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynindəki gödəkcənin altında 01 ədəd sellofan torbanın aşkar olunması müəyyən edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin X2 25 may 2021-ci il tarixli 17/374 saylı ekspert rəyində qeyd olunur ki, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş .....” sözləri yazılmış zərfin içindəki 01 (bir) ədəd şəffaf sellofan torbanın içərisindəki 01 (bir) ədəd rəngli sellofan torbada, təmiz çəkisi -425.00 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. (səh.47) Məhkəmə-narkoloji ekspertizasının 24 iyul 2021-ci il tarixli 867 saylı rəyində qeyd olunur ki, Təqsirləndirilən şəxs Arif oğlu narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (səh.212) Yevlax Rayon Məhkəməsinin 01.11.2017-ci il tarixli hökmünün surəti ilə təsdiq olunur ki, Azərbaycan Respublikası CM-nin 234-ci i maddələri ilə təqsirli bilinib, qəti olaraq 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (səhş 100-103) Tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs 10 iyul 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Maddə 65.2. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Maddə 83.1. Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Maddə 83.3. Aşağıdakı hallarda məhkumluq ödənilmiş hesab olunur: 83.3.3. az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə; Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmədə və saxlamada təqsirli olması özünün etirafı, şahidlərin ifadəsi, video çəkilişlə, ekspertiza rəyləri ilə tam sübuta yetirilmiş və ona cinayət qanunvericiliyinin tələblərinə uyğun cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, törətdiyi əməldə peşman olmasını (himayəsində üç yetkinlik yaşına çatmamış uşağının olmasını bildirsə də, bunun təsdiqi olaraq sənəd təqdim edilməmişdir) Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cinayətlərin residivini cəzasını ağırlaşdıran hal kimi nəzərə alır və ona, müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmayan cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab edir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəza çəkdiyi müddətdə barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, yaşadığı yer üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş və X4 saxlanılan 424.95 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalıdır. Ekspertiza tədqiqatının dəyəri 34.55 manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Müdafiəçi, Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi məhkəmə dövrü üçün 96 manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM Е T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 24 may 2021-ci il tarixdən hesablansın . Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Maddi sübut - Yevlax Rayon Polis şöbəsində saxlanılan 424.95 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri - 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ ******************** коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesaba keçirilsin. Dövlət hesabına göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 96 manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Hüquq Bürosunu vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Sədrlik edən : Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar