Məhkəmə qərarları › İş №1(039)-124/2022

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-124/2022

20.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-124/2022 20.07.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi Yevlax rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı ilə 03 noyabr 191987-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, barəsində 12 may 2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, ünvan 3-də qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli yolla talamaqla təkrar oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 13 dekabr 2021-ci il tarixdə saat 22 radələrində qəsdən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Zərərçəkmiş şəxs3nun yaşadığı Yevlax şəhəri, Qanboy Quliyev küçəsi, ev 3 A, mənzil 16-nın qarşısında yerləşən Zərərçəkmiş şəxs3 saxlanc yeri kimi istifadə etdiyi dəhlizdən sonuncuya məxsus olan 90 manat dəyərində 01 ədəd elektirik laqondasını, 1 ədəd 165 manat dəyərində perforatoru və 01 ədəd “Mars” markalı 200 manat dəyərində 28-lik velosipedi gizli yolla talamaqla zərərçəkmiş şəxs Ceyhun Abdulazadəyə cəmi 455 (dörd yüz əlli beş) manat məbləğində ziyan vurmaqla qəsdən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talamaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən 25 dekabr 2021-ci il tarixdə saat 19 radələrində qəsdən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 1 ünvanında yerləşən evin həyətinə darvazanın üzərindən aşmaqla qanunsuz daxil olaraq evin həyətində yerləşən avtomobil və digər avadanlıqların saxlanılması üçün nəzərdə tutulmuş saxlanc yeri hesab edilən qarajın dəmir qapısını açaraq ora qanunsuz daxil olub oradan 180 (yüz səksən) manat dəyərində 01 ədəd “STEL SPORT” markalı 26-lıq velosipedi gizli yolla talamaqla Zərərçəkmiş şəxs2 cəmi 180 (yüz səksən) manat məbləğində ziyan vurmaqla qəsdən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talamaqla təkrar oğurluq etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs təkrarən 24 aprel 2022-ci il tarixdə saat 10:30 radələrində qəsdən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Zərərçəkmiş şəxs1 məxsus ünvan 2 ünvanında yerləşən yaşayış evinin həyətinə darvazanın üzərindən aşmaq yolu ilə qanunsuz daxil olduqdan sonra həyətdə yerləşən yaşayış sahəsi hesab edilən evin pəncərisinin şüşəsini çıxararaq oradan evin yataq otağına daxil olmuş və yataq otağındakı çarpayının üzərindəki döşəyi qaldırıb orada olan Zərərçəkmiş şəxs1 məxsus olan 1 ədəd ağ rəngli zərfin içərisində saxlanılan 150 (yüz əlli) manat pulu, Azərbaycan manatının ekvialenti ilə 2420 (iki min dörd yüz iyirmi) manat dəyərində olan 100000 (yüz min) Rusiya rublunu və Azərbaycan manatının ekvialenti ilə 851 manat dəyərində olan 500 (beş yüz) ABŞ dolları pulu qəsdən gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 3421 (üç min dörd yüz iyirmi bir) manat məbləğində ziyan vurmaqla qəsdən yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talamaqla təkrar oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, ünvan 3 ünvanında qeydiyyatdadır və həmin evdə yaşayır. Onunla qonşu küçədə, yəni S.Ruhulla küçəsində yaşayan taksi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs1 tanıyır. Zərərçəkmiş şəxs1 və arvadı Tünzalənin hər gün mütəmadi olaraq Yevlax şəhər Mərkəzi Bazarına getdiklərini, saat 14 radələrindək evə gəlmədiklərini və həmin evdə başqa heç kimsənin yaşamadığını bilmişdir. Buna görə də bir neçə gün Zərərçəkmiş şəxs1la arvadı Tünzalənin evdən dəqiq olaraq eyni saatlarda çıxdıqlarını və eyni saatda geri qayıtdıqlardan küçədə dayanaraq tam əmin olduqdan sonra həmin evdən oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2022-ci il tarixdə saat 07 radələrində S.Ruhulla küçəsində dayanaraq Zərərçəkmiş şəxs1la arvadı Tünzalənin evdən çıxdıqlarından əmin olduqdan sonra küçədə, Zərərçəkmiş şəxs1 evinin qarşısında gözləməyə başlamışdır. Təxminən saat 10:30 radələrində küçədə heç kimsənin olmadığından əmin olduqdan sonra Zərərçəkmiş şəxs1 evinin göy rəngli dəmir həyət qapısından aşaraq evin həyətinə daxil olmuşdur. Evin həyətinə daxil olduqdan sonra evin həyətində yerləşən bir mərtəbəli evin eyvanına daxil olmuş və oradan sağ tərəfdə olan otağın qapısının üzərində qıfıl olduğunu gördüyündən üzərində olan vintaçanla həmin otağın pəncərəsinin şüşələrinin bərkidildiyi mismarları əyərək pəncərənin şüşələrini çıxardaraq kənara qoymuş və otağa daxil olmuşdur. Otağa daxil olduqdan sonra otaqa olan çarpayının üzərindəki döşəyi qaldırmış və döşəyin altında zərf olduğunu görmüşdür. Zərfə baxdıqda içərisində Azərbaycan manatı, Rusiya rublu və ABŞ dolları olduğunu görmüşdür. Həmin zərfin içərisində olan pulları götürərək cibinə qoymuş və otağı axtarmağa başlamışdır. Həmin otaqdan oğurlaya biləcəyi başqa bir əşya tapa bilmədiyidən həmin otağın pəncərəsindən çıxmışdır. Həmin otaqdan çıxdıqdan sonra otaqdan sonra yerləşən otağa daxil olmaq istəmiş, lakin otağın qapısının qıfıl ilə bağlı olduğunu görmüşdür. Eyvanda olan masanın üzərinə baxdıqda masanın üzərində açar oldğunu görmüş və həmin açarla qıfılı açmaq istəmişdir. Həmin açarın qıfıla uyğun olduğunu görərək qapını açaraq digər otağa daxil olmuşdur. Ancaq həmin otaqdan pul və ya qızılzinət əşyası tapa bilmədiyindən otaqdan çıxmış və evin həyət qapısını açaraq küçədə heç kimsənin olmadığından əmin olduqdan sonra küçəyə çıxmışır. Oradan yaşadığı küçəyə gedərək Zərərçəkmiş şəxs1 evindəki çarpayının üzərində olan döşəyin altından götürdüyü pulu saymışdır. Götürdüyü pulun 150 (yüz əlli) manat, 100000 (yüz min) Rusiya rublu və 500 (beş yüz) ABŞ dolları olduğunu bildikdən sonra birbaşa Yevlax şəhər avtovağzalının yaxıblığına Bakı-Qazax magistral yoluna gedərək üzü Bakı şəhəri istiqamətinə yolun kənarında dayanmış və Bakı şəhərinə gedən tanımadığı “Mercedes” markalı taksi ilə Bakı şəhərinə getmişdir. Bakı şəhərinə çatdıqdan sonra kütlənin çox olduğu metro stansiyalarının yaxınlığına getmiş və orada səyyari olaraq valyuta dəyişən şəxslərə 500 (beş yüz) ABŞ dolları pulu və 100000 (yüz min) Rusiya rublunu verərək qarşılığında Azərbaycan manatı almış, valyuta dəyişən şəxsə verdiyi 500 (beş yüz) ABŞ dollarının qarşılığında 850 (səkkiz yüz əlli) manat pul və 100000 (yüz min) Rusiya rublunun qarşılığında isə 2000 (iki min) manat pul almışdır. Həmin pulu Bakı şəhərində qaldığı 10 gün müddətində tanımadığı kafe-restoranlarda xərcləmişdir. May ayının 6-da Yevlax şəhərinə qayıtmışdır. Oğurluq hadisəsini tək törətmişdir. Zərərçəkmiş şəxs1 evindən başqa əvvəllər də oğurluq etmişdir. 13 dekabr 2021-ci il tarixdə axşam saat 22 radələrində Yevlax şəhəri, Q.Quliyev küçəsi ilə piyada gəzərək oğurluq edə biləcəyi ev axtarmış və Q.Quliyev küçəsində yerləşən binaya daxil olmuşdur. Evlərin qarşısından oğurlaya biləcəyi hər hansı bir əşyanın olub-olmadığına baxmış, binanın ikinci mərtəbəsinə çıxmış, orada olan dəhlizin qapısını açıb içəri baxmış və sakitçilik olduğunu görmüşdür. Səs salmadan içəri daxil olmuş, orada olan bir ədəd velosipedi, bir ədəd laqondanı və bir ədəd perforatoru götürmüşdür. Əşyaları götürdükdən sonra binadan çıxmış və evə gəlmişdir. Həmin günün səhəri oğurlamış olduğu velosipedi Yevlax şəhərində yerləşən bazara aparmış və orada tanımadığı şəxsə 80 manata satmışdır. Bir neçə gün sonra 80 manatı xərclədiyi üçün digər oğurlamış olduğu laqondanı da apararaq Yevlax şəhərində yerləşən bazarda 35 manata tanımadığı şəxsə satmışdır. Həmin yerdən oğurlamış olduğu perforator onun yaşadığı ünvan 4 ünvanda olmuşdur. Bir ədəd velosiped, bir ədəd laqonda və bir ədəd perforator oğurlayan zaman və oğurlamış olduğu əşyaları binadan çıxardan zaman onu heç kim görməmişdir. Yevlax şəhəri, Q.Quliyev küçəsində yerləşən binanın ikinci mərtəbəsindəki dəhlizdən bir ədəd velosipedi, bir ədəd laqondanı və bir ədəd perforatoru oğurlayan zaman bu barədə heç kimsənin məlumatı olmamış, ona heç kimsə köməklik göstərməmiş və ya hər hansı bir şəxslə əlbir olmamışdır. Həmin oğurluğu təkbaşına etmişdir. 25 dekabr 2021-ci il tarixdə saat 19 radələrində Yevlax şəhəri, F.İsayev küçəsi ilə piyada gəzən zaman oğurluq edə bilcəyi ev axtarmış, F.İsayev küçəsində yerləşən kimə məxsus olduğunu bilmədiyi evin darvazasının örtülü olduğunu görmüşdür. Evin həyətinin qapısına, yəni darvazaya yaxınlaşmış və əl qapısını açmaq istəmiş, lakin qapı bağlı olduğu üçün aça bilməmişdir. Daha sonra darvazadan sallaşaraq evin həyətinə baxmış və həyətdə heç kimin olmadığını görmüşdür. Evin həyətinin qapısının, yəni darvazının üzərindən aşaraq evin həyətinə daxil olmuş, evin həyətində qaraj olduğunu görmüş, qarajın dəmirdən olan qapısını özünə tərəf çəkərək açmış, qarajın qapısını açan zaman içərisində 01 ədəd velosiped olduğunu görmüşdür. Velosipedi oğurlamağ qərar vermiş, velosipedi qarajdan çıxardaraq evin həyətinə girmiş olduğu qapının yanına aparmış, velosipedi darvazanın yanında arxa təkərini yerə qoyaraq dikinə yuxarı qaldırmış və darvazaya söykəmişdir. Bunu darvazanın üzərinə çıxdıqdan sonra velosipedi götürə bilmək üçün etmişdir. Daha sonra divarın üzərinə çıxmış və oradan küçəyə baxmış, küçədə heç kimin olmadığını dəqiqləşdirdikdən sonra velosipedin ön təkərindən tutaraq qaldırmış və velosipedi küçə tərəfdən yerə qoymuşdur. Ddaha sonra özü yerə düşmüş və velosipedi götürüb sürərək həmin yerdən uzaqlaşmışdır. Səhəri gün oğurlamış olduğu velosipedi Yevlax şəhərində yerləşən bazara aparmış və orada tanımadığı şəxsə 100 manata satmışdır. Məhkəmədən əməlini səmimi etiraf edib səmimi peşman olmasını, Zərərçəkmiş şəxs1 vurmu olduğu ziyanı ödəməsini, Zərərçəkmiş şəxs1 ondan heç bir şikayət və tələbinin olmamasını, digər zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanı yaxın vaxtda ödəyəcəyini və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq, barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, hazırda ondan heç bir şikayət və tələbinin olmadığını, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanında arvadı Şahid ilə birlikdə yaşayır. Ona məxsus olan “Opel” markalı ** DC *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Yevlax şəhər Mərkəzi Bazarında taksi fəaliyyəti ilə məşğuldur. Arvadı Şahid isə Yevlax şəhər Mərkəzi Bazarında göy-göyərti alveri ilə məşğuldur. O, arvadı Şahid ilə birlikdə gündəlik olaraq saat 07 radələrində yaşadığı evdən çıxaraq Yevlax şəhər Mərkəzi Bazarına gedir və saat 14 radələrinədək Yevlax şəhər Mərkəzi Bazarında qaldıqdan sonra yaşadıqları evə qayıdırlar. Həmin müddət ərzində yaşadıqları evdə heç kimsə olmadığından ev nəzarətsiz qalır. Bəzən evdə olmadıqları müddətdə oğlu Samir Süleymanov evin həyətində baxdıqları toyuqlara yem vermək üçün onun evinə gəlir. xx.xx.2022-ci il tarixdə saat 07 radələrində hər zaman olduğu kimi arvadı Şahid ilə birlikdə yaşadığı evdən çıxmış və Yevlax şəhər Mərkəzi Bazarına getmişdir. Evdən çıxan zaman evin giriş qapısının kilidini və evin həyət qapısının asma qıfılını açarla bağlamışdır. xx.xx.2022-ci il tarixdə saat 14 radələrində arvadı Şahid ilə birlikdə yaşadığı küçəyə, fərdi yaşayış evinin qarşısına gəldikdə evin həyət qapısının açıq vəziyyətdə olduğunu görmüş və evdən oğurluq olmasında şübhələnmişdir. Evin həyətinə daxil olaraq evə yaxınlaşmış evin yataq otağı kimi istifadə etdiyi otağın qapısının bağlı olduğunu, lakin qapının sağ tərfində olan pəncərənin şüşələrinin yerindən sökülərək kənara qoyulduğunu aşkar etmişdir. Buna görə də dərhal DİN-in “102” xidmətinə müraciət etmiş, DİN-in “102” xidmətinə müraciət etdikdən sonra ilk olaraq pullarını saxladığı yataq otağına daxil olmuş və yataq otağında olan çarpayının üzərindəki döşəyin altında saxladığı pullarının yerində olub-olmadığını müəyyənləşdirmək üçün döşəyi qaldıraraq baxmışdır. Lakin döşəyin altına baxdıqda döşəyin altında 1 ədə ağ rəngli zərfin içərisində saxladığı 150 (yüz əlli) manat pulunun, 100000 (yüz min) Rusiya rublu pulunun və 500 (beş yüz) ABŞ dolları pulunun oğurlandığını aşkar etmişdir. İş üzrə zərərçəkmiş şəxs X3 məhkəməyə teleqram ünvanlayaraq Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın ödənilmədiyini, hazırda Təqsirləndirilən şəxs şikayətçi olduğunu, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs X3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 2020-ci ilin yay aylarında oğlu Muhammed Bayramlıya 310 manata 26-lıq velosiped almışdır. Həmin velosipedi xx.xx.2021-ci il tarixdə yaşadığı evin həyətində yerləşən qarajda saxlamışdır. Həmin gün, xx.xx.2021-ci il tarixdə təxminən saat 17 radələrində evdən çıxmış və həmin günün axşamı, təxminən saat 20 radələrində evə qayıtmışdır. xx.xx.2021-ci il tarixdə səhər satlarında evin həyətində olan köməkçi tikiliyə-qaraja baxan zaman velosipedin qarajda olmadığını görmüşdür. Ona məlum olmuşdur ki, velosipedi qarajdan oğurlanmışdır və həmin oğurluq hadisəsi 25 dekabr 2021-ci il tarixdə gündüz saat 17 radələrindən saat 20 radələrinə qədər olan müddət ərzində olmuşdur. Həmin müddət ərzində bütün ailə üzvləri ilə birlikdə Goranboy rayonnunda olmuş və həmin vaxt evdə heç kim olmamışdır. “STEL SPORT” markalı 26-lıq velosipedindən başqa heç bir əşyası oğurlanmamışdır və velosipedin oğurlanması nəticəsində ona 310 (üç yüz on) manat dəyərində maddi ziyan dəymişdir. İş üzrə Zərərçəkmiş şəxs3 məhkəməyə teleqram ünvanlayaraq Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın ödənildiyini, hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanında ailəsi ilə birlikdə yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir. Evinin içərisi dar olduğu üçün bir neçə əşyasını dəhlizə yığmışdır. xx.xx.2021-ci il tarixdə axşam saat 23 radələrində evə gedən zaman dəhlizdə ona məxsus “Mars” markalı olan 28-lik velosipedin oğurlanmış olduğunu aşkar etmişdir. Daha sonra dəhlizə baxdıqda bir ədəd laqondanın və bir ədəd perforatorun oğurlanmış olduğunu aşkar etmişdir. Ona məxsus olan oğurlanmış velosipedin 560 manat dəyərində, laqonda 90 manat dəyərində, perforator isə 165 manat dəyərində olmuşdur. Həmin əşyaların oğurlanması nəticəsində ona ümumilikdə 815 (səkkiz yüz on beş) manat dəyərində maddi ziyan dəymişdir. İş üzrə Şahid məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmidir. Məhkəmə işə şahid şəxs Şahid iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, ünvan 7 ünvanında əri Zərərçəkmiş şəxs1la birlikdə yaşayır. Əri Zərərçəkmiş şəxs1 özünə məxsus olan “Opel” markalı avtomobillə Yevlax şəhər Mərkəzi Bazarında taksi fəaliyyəti ilə məşğul olur. Özü isə Yevlax şəhər Mərkəzi Bazarında göy-göyərti alveri ilə məşğuldur. Əri Zərərçəkmiş şəxs1la birlikdə gündəlik olaraq saat 07 radələrində yaşadığı evdən çıxaraq Yevlax şəhər Mərkəzi Bazarına gedir. Saat 14 radələrinədək Yevlax şəhər Mərkəzi Bazarında qaldıqdan sonra yaşadıqları evə qayıdır. Həmin müddət ərzində yaşadığı evdə heç kim olmadığından ev nəzarətsiz qalır. Bəzən evdə olmadıqları müddətdə oğlu Samir Süleymanov evin həyətində baxdıqları toyuqlara yem verməsi üçün onun evimə gəlir. xx.xx.2022-ci il tarixdə saat 07 radələrində hər zaman olduğu kimi əri Zərərçəkmiş şəxs1la birlikdə yaşadığı evdən çıxmış və Yevlax şəhər Mərkəzi Bazarına getmişdir. Evdən çıxan zaman evin giriş qapısının kilidini və evin həyət qapısının asma qıfılını açarla bağlamışdır. xx.xx.2022-ci il tarixdə saat 14 radələrində ərim Zərərçəkmiş şəxs1la birlikdə yaşadığı küçəyə, fərdi yaşayış evinin qarışısan gəldikdə evin həyət qapısının açıq vəziyyətdə olduğunu görmüş və evdən oğurluq olmasında şübhələnmişdir. Evin həyətinə daxil olaraq evə yaxınlaşdıqda evin yataq otağı kimi istifadə etdiyi otağın qapısının bağlı olduğunu, lakin qapının sağ tərfində olan pəncərənin şüşələrinin yerindən sökülərək kənara qoyulduğunu aşkar etmişdir. Buna görə də əri Zərərçəkmiş şəxs1 dərhal DİN-in “102” xidmətinə müraciət etmişdir. DİN-in “102” xidmətinə müraciət etdikdən sonra ilk olaraq pullarını saxladıqları yataq otağına daxil olmuş və yataq otağında olan çarpayının üzərindəki döşəyin altında saxladığı pullarının yerində olub-olmadığını müəyyənləşdirmək üçün döşəyi qaldıraraq baxmışdır. Lakin döşəyin altına baxdıqda döşəyin altında 1 ədə ağ rəngli zərfin içərisində saxladığı 150 (yüz əlli) manat pulunun, 100000 (yüz min) Rusiya rublu pulunun və 500 (beş yüz) ABŞ dolları pulunun oğurlandığını aşkar etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən məhkəmə əmtəəşünaslıq ekspertizasının 24 fevral 2022-ci il tarixli 9/585 nömrəli rəyindən görünür ki, analoji malların markası, modeli, orta texniki göstəricilərinə əsasən ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd işlək vəziyyətdə olan “Mars” markalı 28-lik velosipedin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin dekabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 200 (iki yüz) manat müəyyən edilir. Qərarda göstərilən 02 ədəd mallar haqqında ətraflı məlumat (markası, modeli, texniki göstəriciləri və s.) olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən məhkəmə əmtəəşünaslıq ekspertizasının 17 fevral 2022-ci il tarixli 9/586 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd “Stels Sport” markalı 26 ölçülü velosipedin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin dekabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 180 (bir yüz səksən) manat müəyyən edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən "xxxx" ASC-nin Yevlax filalının 18 may 2022-ci il tarixli YVL-28/2022 nömrəli məktubundan görünür ki, xx.xx.2022ci il tarixdə 1 ABŞ dollarının alışı 1,6970 manat, satışı 1,7020 manat, 1 Rusiya rublunun alışı 0,0157 manat, satışı 0,0242 manat olmuşdur. xx.xx.2022-ci il tarixdə 1 ABŞ dollarının alışı 1,6970 manat, satışı 1,7020 manat, 1 Rusiya rublunun alışı 0,0165 manat, satışı 0,0253 manat olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3, 66.5-ci maddələri ilə 04 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə 05 il 06 ay azadlıqdan məhrum etmə cəzası təyin edilib. xx.xx.2018-ci il tarixdə Xəzər rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-də dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci il tarixli qanun tətbiq edilərək Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsi xaric edilərək, 05 il azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2020-ci ildə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhər İHB-nın şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 10 may 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxs qismində tutma protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Yevlax rayon Məhkəməsinin 12 may 2021-ci il tarixli 4(039)-102/2022 saylı qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 10 may 2022-ci il tarixdən hesablanmışdır. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa zərərçəkmiş şəxslərin və şahid ifadələri, ekspert rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məclləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsüf olunmuşdur və o, törətdiyi cinayətə görə cəza almalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. Ona görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi, onun barəsində CM-nin 62 və ya 70-ci maddəsinin tətbiq olunması üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Ədalətli cəza ilk növbədə CM-nin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən peşman olmasını, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 ilə barışıq əldə edərək, zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanı ödəməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CMnin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə məhkum edilməsinə baxmayaraq yenidən qəsdən cinayət törətməsi CM-nin 18.1.1-ci maddəsinə əsasən residiv kimi qiymətləndirilməli və CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün hesab etməyərək onu Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 10 may 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan 01 ədəd perforatorun Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 (bir yüz) manat təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxsdn tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə köçürülməlidir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. (CPM-nin 193.2) İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356- 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 10 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İşdə olan 100 (bir yüz) manat ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. İş üzrə maddi sübut olan 01 ədəd perforatorun Zərərçəkmiş şəxs3 qəbz əsasında qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia verilməmişdir. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 6 (altı) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar