Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-124/2023 26.10.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş məhkumluğu ödənilməmiş və götürülməmiş, Kəlbəcər rayonu, Qılınclı kəndində qeydiyyatda olmaqla Yevlax şəhəri, Aran Mehmanxanasında məskunlaşmış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 02 aprel 2022-cü il tarixdə gecə saat 02:00 radələrində özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Zərərçəkmiş şəxs məxsus Yevlax şəhəri H.Əliyev prospektində yerləşən Aran mehmanxanasının binasının birinci mərtəbəsində yerləşən ərzaq mağazasının qapsının kilidini zor tətbiq etməklə sındırmaq yolu ilə qanunsuz olaraq mağazaya daxil olub səhər saatlarınadək olan müddət ərzində saxlanc yeri hesab edilən həmin mağazanın içərisindən hər biri 500 manat olmaqla ümumi dəyəri 1000 manat olan 2 ədəd “Üğur-600” markalı soyuducuların mühərriklərini, 1 ədəd 200 manat dəyərində “BK-1500” markalı kondisonerin mühərrikini, 1 ədəd 200 manat dəyərində “Canon İ-SENSVS MF-3010” markalı kserokopiya aparatını, 1 ədəd 950 manat dəyərində iki qapılı «Kola» markalı soyuducunun mühərrikini, 1 ədəd 950 manat dəyərində bir qapılı «Kola» markalı soyuducunun mühərrikini, 1 ədəd 50 manat dəyərində elektron tərəzini, 1 ədəd 400 manat dəyərində “Merkuri-111” markalı kassa aparatını, 1 ədəd 350 manat dəyərində “Mitsubishi Pajero” markalı avtomobilin işlək vəziyyətdə olan radiatorunu, 1 ədəd 300 manat dəyərində “Mitsubishi Pajero” markalı avtomobilin işlək vəziyyətdə olan işə salıcı qurğusunu (starterini), hər biri 7 manat olmaqla ümumi dəyəri 42 manat olan 6 ədəd şüşə çaynikləri, bir qutusunun dəyəri 15 manat olmaqla hər qutusunun içərisində 6 ədəd 100 qramlıq rumkalar olan ümumi dəyəri 75 manat olan cəmi 5 qutu rumkaları, hər biri 5 manat olmaqla ümumi dəyəri 25 manat olan 5 ədəd fənərləri, hər biri 3 manat olmaqla ümumi dəyəri 30 manat olan 10 ədəd qaz yandırmaq üçün çaxmaqları, hər biri 1 manat 50 qəpik olmaqla ümumi dəyəri 15 manat olan 10 ədəd dəmir qaşıqları, hər biri 1 manat 50 qəpik olmaqla ümumi dəyəri 15 manat olan 10 ədəd dəmir çəngəlləri, hər biri 5 manat olmaqla ümumi dəyəri 15 manat olan 3 ədəd böyük dəmir qaşıqları, hər biri 5 manat olmaqla ümumi dəyəri 15 manat olan dəmir 3 ədəd makkaşları, 1 ədəd 120 manat dəyərində 8 pilləli isidici yağ radiatorunu, 1 ədəd 20 manat dəyərində “Pioner” markalı səsgücləndiricini, 1 ədəd 17 manat dəyərində pena-üz sabununu, hər biri 1 manat 80 qəpik olmaqla ümumi dəyəri 18 manat olan 10 ədəd kişi üçün üz kremlərini, hər biri 4 manat olmaqla ümumi dəyəri 16 manat olan 4 ədəd qaralüllə markalı odekalonları, hər biri 2 manat olmaqla ümumi dəyəri 6 manat olan 3 ədəd “Bayram” markalı kremləri, hər biri 5 manat olmaqla ümumi dəyəri 30 manat olan 6 ədəd uşaq toplarını, hər topu 8 manat olmaqla ümumi dəyəri 16 manat olan 2 top dəmir banka qapaqlarını, hər biri 1 manat 50 qəpik olmaqla ümum dəyəri 30 manat olan 20 ədəd 200 qramlıq çay stəkanlarını, hər biri 5 manat olmaqla ümumi dəyəri 10 manat dəyərində 2 ədəd elektron hesablayıcı aparatları, 1 ədəd 3 manat dəyərində taxta metrəni, hər biri 60 qəpik olmaqla ümumi dəyəri 12 manat olan 20 ədəd lüstur lampalarını, 1 ədəd 15 manat dəyərində «Sonprul» markalı elektirik rozetkasını, hər biri 1 manat olmaqla ümumi dəyəri 5 manat dəyərində 5 ədəd elektrik vilkalarını, 1 ədəd 7 manat 50 qəpik dəyərində elektirik uzadıcı-traynikini, hər biri 7 manat olmaqla ümumi dəyəri 210 manat dəyərində 30 ədəd «dollar» markalı kişi üçün ətirləri, hər biri 60 qəpik olmaqla ümumi dəyəri 10 manat 80 qəpik olan 18 ədəd qalın yorğan saplarını, hər biri 2 manat olmaqla ümumi dəyəri 40 manat olan otağı havalandırmaq üçün 20 ədəd ətirləri, hər biri 3 manat olmaqla ümumi dəyəri 60 manat olan 20 ədəd «Palit» markalı saç rəngi qutularını, hər biri 2 manat olmaqla ümumi dəyəri 40 manat olan 20 ədəd yapışqan sarğıları, hər biri 30 qəpik olmaqla ümumi dəyəri 15 manat olan 50 ədəd «Super Rover» markalı saat batareya daşlarını, hər biri 30 qəpik olmaqla ümumi dəyəri 15 manat olan 50 ədəd «Super Rover» markalı pult batareya daşlarını, hər qutusu 2 manat 40 qəpik olmaqla ümumi dəyəri 24 manat olan 10 qutu «Ynthia» markalı şamları, hər biri 50 qəpik olmaqla ümumi dəyəri 25 manat olan 50 ədəd böyük şamları, hər biri 1 manat 50 qəpik olmaqla ümumi dəyəri 30 manat olan 20 ədəd salfet kağızları qutusunu, hər biri 1 manat 50 qəpik olmaqla ümumi dəyəri 30 manat olan 20 ədəd 3-dənəlik salfet qutularını, 1 ədəd 15 manat dəyərində nəm salfeti, hər biri 1 manat olmaqla ümumi dəyəri 15 manat olan 15 ədəd dırnaqtutanları, hər biri 1 manat dəyərində ümumi dəyəri 36 manat olan 36 ədəd böyük ölçülü saç yığanları (broşka), hər biri 70 qəpik olmaqla ümumi dəyəri 25 manat 20 qəpik olan 36 ədəd kiçik ölçülü saçyığanları (broşka), hər biri 5 manat olmaqla ümumi dəyəri 10 manat olan 2 ədəd alışqan doldurmaq üçün qaz balonlarını, hər biri 3 manat olmaqla ümumi dəyəri 18 manat olan 6 ədəd şam qablarını, hər biri 2 manat olmaqla ümumi dəyəri 10 manat olan 5 ədəd say şotkalarını, 1 ədəd 10 manat dəyərində say çöpünü, hər biri 2 manat olmaqla ümumi dəyəri 10 manat olan 5 ədəd uşaq üçün kauçuk materialdan olan su qablarını, hər biri 20 qəpik olmaqla ümumi dəyəri 20 manat olan 100 ədəd 18 vərəqli nazik üzlü dəftərləri, hər biri 3 manat 40 qəpik olmaqla ümumi dəyəri 51 manat olan 15 ədəd 40 vərəqli şəkil üçün dəftərləri, hər qutusu 3 manat olmaqla ümumi dəyəri 60 manat olan 20 qutu «Glottio» markalı rəngli karandaşları, hər biri 2 manat 20 qəpik olmaqla ümumi dəyəri 22 manat olan 10 ədəd «Qama» markalı plastilin qutularını, hər biri 1 manat 50 qəpik olmaqla ümumi dəyəri 15 manat olan 10 ədəd gündəlikləri, hər biri 3 manat olmaqla ümumi dəyəri 15 manat olan 5 ədəd kitab formalı dəftərləri, hər biri 3 manat olmaqla ümumi dəyəri 15 manat olan 5 ədəd dominoları, hər biri 1 manat 50 qəpik olan 15 manat dəyərində olan 10 qutu «Rapira» markalı lezvaları, hər biri 1 manat 50 qəpik olmaqla ümumi dəyəri 15 manat olan 10 qutu «Sputnik» markalı lezvaları, hər biri 1 manat 50 qəpik olmaqla ümumi dəyəri 15 manat olan 10 qutu «Derbi» markalı lezvaları, 1 ədəd 55 manat dəyərində «EURONET-HD+» markalı müşahidə kamerasının aparatını, hər biri 2 manat olmaqla ümumi dəyəri 10 manat olan 5 ədəd motosiklet modelli stolüstü saatları, hər biri 2 manat 50 qəpik olmaqla ümumi dəyəri 75 manat olan 30 ədəd «Colqate» markalı diş pastalarını, hər biri 5 manat olmaqla ümumi dəyəri 50 manat olan 10 ədəd qapı kilidlərini, 1 ədəd ümumi dəyəri 100 manat olan otaq taxta qapısını, hər biri 1 manat 50 qəpik olmaqla ümumi dəyəri 30 manat olan balaca formalı 20 ədəd «Fairy» markalı qab şampunlarını, hər biri 1 manat 70 qəpik olmaqla ümumi dəyəri 51 manat olan 30 ədəd paltar sabunlarını, 1 ədəd 7 manat dəyərində yolka işığını, hər biri 300 manat olmaqla ümumi dəyəri 1200 manat olan 4 ədəd 2,50x2,70 ölçüdə olan mağazanın aliminum pəncərələrini, 120 manat dəyərində olan 100 metr uzunluqda elektirik kabelini, 1 ədəd 35 manat dəyərində 5 litr su tutumlu aliminum materialdan elektirik çaydanını, 1 ədəd 70 manat dəyərində dəmir çarpayını, 1 ədəd 6 manat dəyərində 10 litr su tutumlu aliminum ləyəni, hər biri 1 manat 20 qəpik olmaqla ümumi dəyəri 12 manat olan 10 ədəd ağcaqanad məhvedici aparatı, 1 ədəd 7 manat dəyərində balaca ölçülü aliminum setka qabı, 1 ədəd 5 manat dəyərində 200 qram su tutan aliminum stəkanı, 250 manat dəyərində mağazanın tavanının lambirinlərini, 1 ədəd 70 manat dəyərində 042721-166980 kodlu üzərində sərinləyicisi olan çılçırağı (lüstür), 1 ədəd 250 manat dəyərində köhnə formada olan işlək vəziyyətdə olan 54 diaqonallı «Samsunq» markalı televizoru, 1 ədəd 70 manat dəyərində «Super-Max» markalı krosnu aparatını çanağı ilə birlikdə, hər biri 2 manat 50 qəpik olmaqla ümumi dəyəri 25 manat olan parlaq dəmirdən olan 10 ədəd qayçıları, hər bir topu 5 manat olmaqla ümumi dəyəri 20 manat olan 4 top qırmızı və qara lentləri, hər biri 2 manat 40 qəpik olmaqla ümumi dəyəri 12 manat olan 5 qutu “Astara” markalı siqaretləri qəsdən gizli yolla talayaraq Zərərçəkmiş şəxs cəmi 8379 manat 50 qəpik xeyli miqdarda maddi ziyan vuraraq qəsdən saxlanc yerinə qanunsuz daxil olaraq özgənin xeyli miqdarda ziyan vurmaqla əmlakını gizli yolla talamaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək bildirmişdir ki, 02 aprel 2023-cü il tarixdə saat təxminən 02 radələrində təkcə mağazanın qarşısına gəlmiş orada heç kimin olmadığından əmin olduqdan sonra mağazanın giriş qapısına vurulmuş qıfılı çəkib sındıraraq açmış və mağazaya daxil olmuş və otaqdan Nərimana məxsus işlənməmiş topları, bir neçə ədəd qutuda rəngli karandaşları, qutuda plastilini, bir neçə ədəd elektirik qoşquların, xeyli sayda məişət şamlarını, bir neçə ədəd pult qidalandırıcılarını, stoüstü saatları, şüşə çaynikləri, işlənmiş vəziyyətdə olan 3-4 ədəd böyük formada soyuducuların mühərriklərini, avtomaşın radiatorunu və startiorunu mağzadan çıxardıb daşıyaraq mehmanxananın arxa otağına yığmış, sonra mağazanın qıfılını yerinə bərkitmişdir. Səhər açılmış yuxudan durub tanıdığı taksi sürücüsü olan Asifə zəng edib mehmanxananın arxasına gəlməsini demişdir, az sonra Asif idarə etdiyi avtomaşınla mehmanxananın arxasına gəlmişdir. O, oğurladığı radiatoru, startioru və digər metalları maşının yük yerinə yığaraq tanıdığı Samir adlı şəxsin metal qəbul etdiyi sexə apararaq özünün olduğunu deyərək 30 manata satmış, həmin puldan 2 manatını taksi pulu olaraq Asifə vermiş, Asif çıxıb getmişdir. Bundan sonra səhər saatlarında mehmanxanaya qayıtmış, oğurladığı 3 ədəd topu, xeyli sayda şamı, avtomobil formalı stolüstü saatları, bir neçə qutu rəngli karandaşları, 3 ədəd çaynikləri torbaya yığıb mehmanxananın arxasında yerləşən küçədə mağaza işlədən Mətanət adlı şəxsin mağazasına getmiş, həmin əşyaları Mətanətə göstərərək özünə məxsus olduğunu və pul lazım olduğu üçün satdığını demiş, Mətanət mallara baxıb ümumilikdə 24 manata alacağını demiş, o, da razı olub həmin malları Mətanətə satmışdır. O, həmin pulları xərcləmiş, 4 aprel 2023-cü il tarixdə səhər saatlarında tanıdığı taksi sürücüsü olan Asifə zəng edib mehmanxananın arxasına gəlməsini demişdir, az sonra Asif idarə etdiyi avtomaşınla mehmanxananın arxasına gəlmişdir. O, əvvəlcədən oğurladığı soyuducuların mühərriklərini və digər malları avtomaşının yük yerinə yığaraq tanıdığı İlham adlı şəxsin metal qəbul etdiyi sexə aparmış və orada özünün olduğunu deyərək İlhamın oğlu Səddama satmış, həmin puldan 2 manatını Asifə taksi pulu olaraq vermiş, Asif çıxıb getmişdir. Qalan pulu isə özü xərcləmişdir. xx.xx.2023-cü il tarixdə axşam saatlarında polis əməkdaşları onu saxlamış və ondan Nərimanın mağazasından oğurluq edib-etmədiyini soruşmuş, o, Nərimanın mağazasından oğurluq etdiyini etiraf etmiş və əməlindən peşman olduğunu bildirmişdir. İttiham aktında qeyd olunan sayda cəmi 8379 manat 50 qəpik dəyərərində əşyanı oğurlamadığını, sadəcə işlənməmiş topları, bir neçə ədəd qutuda rəngli karandaşları, qutuda plastilini, bir neçə ədəd elektirik qoşqularını, xeyli sayda məişət şamlarını, bir neçə ədəd pult qidalandırıcılarını, stoüstü saatları, şüşə çaynikləri, işlənmiş vəziyyətdə olan 3-4 ədəd böyük formada soyuducuların mühərriklərini, avtomaşın radiatorunu və startiorunu oğurladığını bir daha qeyd etmişdir. Hazırda törətdiyi əməldən səmimi peşman olduğunu, bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Yevlax şəhər Aran mehmanxanasının 1-ci mərtəbəsində ərzaq və gündəlik təlabat malları mağazası vardır. Təxminən 5-6 ay olar xəstəliyinə görə mağazada işləyə bilmədiyindən mağazanı bağlamış, içərisində 15000 manatdan çox dəyərdə malı olmuşdur. 01 aprel 2023-cü il tarixdə mağazaya baş çəkərkən malların yerində olduğunu görsə də, 06 aprel 2023-cü il tarixdə saat 11 radələrində mağazaya baxmağa getmiş, görmüşdür ki, mağazanın qapısına vurduğu qıfıl açıqdır. Qapını açıb içəriyə daxil olanda mağazaya oğru girdiyini bilmiş və bundan sonra polis şöbəsinə gedib şikayət etmişdir. Sonra polis əməkdaşları ilə birlikdə mağazaya gedərək baxış keçirmişlər, baxış zamanı müəyyən etmişdir ki, mağazadan 1000 manat dəyərində işlənmiş vəziyyətdə olan Üğur-600 markalı 2 ədəd soyuducuların mühərriklərini, 200 manat dəyərində 1 ədəd BK-1500 markalı kondisanerin mühərrikini, 200 manat dəyərində Canon İ-SENSVS MF-3010 markalı kserokopiya aparatını, 1850 manat dəyərində iki qapılı «Kola» markalı soyuducun mühərrikini, 950 manat dəyərində bir qapılı «Kola» markalı soyuducunun mühərrikini, 50 manat dəyərində elektron tərəzini, 400 manat Merkuri-111 markalı kassa aparatını, 350 manat dəyərində idarə etdiyi Pajero markalı avtomobilinin işlək vəziyyətdə olan radyatorunu, 300 manat dəyərində startiyorunu, 6 ədəd hər biri 7 manata olan ümumi dəyəri 42 manat olan üzəri naxışlı şüşə çaynikləri, hər biri 15 manata olan ümumi dəyəri 75 manat olan 5 blok hər blokunda 6 ədəd olmaqla 100 qramlıq rumkaları, 25 manat dəyərində 5 ədəd fənəri, 30 manat dəyərində 10 ədəd qaz yandıran çaxmaqları, 15 manat dəyərində 10 ədəd qaşıqları, 15 manat dəyərində 10 ədəd çəngəlləri, 15 manat dəyərində 3 ədəd böyük qaşıqları, 15 manat dəyərində 5 ədəd makkaçları, 120 manat dəyərində 1 ədəd 8 pilləli istidici yağ radyatorunu, 20 manat dəyərində pianer markalı səsgücləndiricini, 17 manat dəyərində üz sabununu, 18 manat dəyərində 10 ədəd kişi üzü üçün üz kremini, 8 manat dəyərində 4 ədəd qaralüllə adikalonunu, 6 manat dəyərində 3 ədəd Bayram kremini, 30 manat dəyərində 6 ədəd topu, 16 manat dəyərində 2 blok dəmir banka qapağını, 30 manat dəyərində 20 ədəd 200 qramlıq çay stəkanını, 10 manat dəyərində 2 ədəd elektron hesablayıcı apparatını, 3 manat dəyərində 1 ədəd taxta metrəni, 12 manat dəyərində 20 ədəd listur lampasını, 15 manat dəyərində «Sonprul» elektirik razetklarını, 5 manat dəyərində 5 ədəd vilkaları, 7,50 qəpik dəyərində elektirik traniklərini, 210 manat dəyərində 30 ədəd «Dollar» markalı kişi üçün duxuları, 10 manat dəyərində 18 ədəd qalın yorqan saplarını, 40 manat dəyərində 20 ədəd otağı havalandırmaq üçün duxiləri, 60 manat dəyərində 20 ədəd «Palit» markalı saç rəngini, 40 manat dəyərdə 20 ədəd yapışqan sarğıları, 15 manat dəyərində «Super Rover» markalı 50 ədəd saat daşlarını, 15 manat dəyərində «Super Rover» markalı 50 ədəd pult daşlarını, 24 manat dəyərində balaca formada «Ynthia» markalı 10 paçka şamları, 25 manat dəyərində 50 ədəd boyük şamları, 30 manat dəyərində 20 ədəd salfetləri, 30 manat dəyərində 20 ədəd 3-dənəlik salfetləri, 15 manat dəyərində nəm salfetləri, 15 manat dəyərində 15 ədəd dırnaqtutaları, 36 manat dəyərində 36 ədəd iri formada saç yığanları (proşka), 25 manat dəyərində xırda formada 36 ədəd saçyığanları, 10 manat dəyərində alışqan doldurmaq üçün 2 ədəd qaz balonunu, 18 manat dəyərində 6 ədəd şam qablarını, 10 manat dəyərində 5 ədəd say şotkalarını və 10 manat dəyərində say çöplərini, 10 manat dəyərində 5 ədəd uşaq üçün kalçuk materialından olan su qablarını, 20 manat dəyərində 100 ədəd 18 vərəqli nazik üzlü dəftərləri, 50 manat dəyərində 15 ədəd 40 vərəqli şəkil dəftərlərini, 60 manat dəyərində, «Glottio» markalı 20 paçka karandaşları, 22 manat dəyərində 10 ədəd «Qama» markalı plastilinləri, 15 manat dəyərində 10 ədəd gündəlikləri, 15 manat dəyərində 5 ədəd kitab formalı dəftərləri, 6 manat dəyərində daminoları, 15 manat dəyərində 10 ədəd «Rapira» markalı lezvaları, 15 manat dəyərində 10 ədəd «Sputnik» markalı lezvaları, 15 manat dəyərində 10 ədəd «Derbi» markalı lezvaları, 55 manat dəyərində 1 ədəd «EURONET- HD+» markalı müşahidə kamerasını, 10 manat dəyərində 5 ədəd motosklet formasında saatları, 75 manat dəyərində 30 ədəd «Colqate» markalı diş pastalarını, 50 manat dəyərində 10 ədəd qıfılları, 100 manat dəyərində taxta qapını, 30 manat dəyərində 20 ədəd balaca formalı «Feri» markalı qab şanpunlarını, 50 manat dəyərində 30 ədəd paltar sabunlarını, 7 manat dəyərində 1 ədəd yolka işığını, 1200 manat dəyərində mağazanın içərisindən çölə doğru olan 2,50 sm eni, 2,70 sm hündürlüyündə 4 ədəd aliminum pəncərələri, 120 manat dəyərində 100 metir kabeli, 35 manat dəyərində 5 litir su tutan 1 ədəd aliminum elektirik çaydanını, 70 manat dəyərində dəmir çarpayını, 6 manat dəyərində 10 litir su tutan aliminum ləyəni, 12 manat dəyərində 10 ədəd ağcaqənəd öldürən aparatı, 7 manat dəyərində balaca ölçülü aliminum setka qabı, 5 manat dəyərində 1 ədəd 200 qram su tutan aliminum stəkanı, 250 manat dəyərində difara vurulmuş lanbirinləri, 70 manat dəyərində 1 ədəd 042721-166980 kodlu üzərində sərinləyicisi olan çılçıraqı (lüster), 250 manat dəyərində köhnə formada olan işlək vəziyyətdə olan 54 diaqanallı «Samsunq» markalı televizoru, 70 manat dəyərində «Super-Max» markalı krosnu aparatını qazanı ilə birlikdə, 25 manat dəyərində 10 ədəd parlaq dəmirdən olan qayçıları, 20 manat dəyərində 4 paçka qırmızı və qara lentləri və 12 manat dəyərində 5 paçka Astara markalı siqaretləri oğurlanıbdır. Sonra o, mağazasından kimin oğurluq etdiyini axtarmış və bilmişdir ki, mağazadan oğurluğu mehmanxanada məskunlaşıb yaşayan Təqsirləndirilən şəxs törətmişdir. Hazırda İlhamın ona dəymiş ziyanı ödəmədiyini, ondan şikayətçi olduğunu və ona ziyanın ödənilməsində köməklik edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Ağdam rayon məcburi köçkünüdür, özünə məxsus Vaz-2106 markalı, ** FV *** nömrəli avtomaşını vardır. O, Yevlax şəhər Aran mehmanxanasında məskunlaşıb yaşayan Təqsirləndirilən şəxs tanıyır, aralarında heç bir ədavəti olmamışdır. 2023-cü ili aprel ayının əvvəllərində dəqiq yadında qalmayan tarixdə səhər saatlarında İlham ona zəng edib idarə etdiyi avtomaşınla yaşadığı mehmanxananın arxa tərəfinə gəlməsini demiş, o, da həmin yerə getmiş, İlham mehmanxananın otağından 1 ədəd avtomobil radyatorun, startiyorun və digər metalı onun avtomobilinin yük yerinə yığaraq ona Yevlax şəhəri K.Sabitov küçəsində metal qəbul edən Samirin sexinə sürməsin demişdir o, avtomobilə yüklədiyi malların özünə məxsus olduğunu və pul lazım olduğu üçün satdığını bildirdi. O, avtomaşını Samirin sexinə sürmüş, İlham apardığı metalları Samirə satdı və ona daşıma pulu olaraq 2 manat pul vermiş, o, sonra İlhamı şəhərdə düşürüb evə getmişdir. Sonradan digər günlərdə İlham ona zəng edib idarə etdiyi avtomaşınla yaşadığı mehmanxananın arxa tərəfinə gəlməsini demiş, o, da həmin yerə getmiş, İlham mehmanxananın otağından 2 ədəd soyuducu mühərriki və 1 ədəd torbanın içərisində metal avtomobilinin yük yerinə yığaraq ona Yevlax şəhəri fəaliyyətini dayandırmış İşıq idarəsinin yaxınlığında İlham adlı şəxsin metal qəbulu sexinə sürməsin demişdir o, avtomobilə yüklədiyi malların özünə məxsus olduğunu və pul lazım olduğu üçün satdığını bildirdi. O, İlhamın metal qəbulu məntəqəsinə sürmüş malları İlham orada satımış və ona daşıma pulu olaraq 2 manat pul vermiş, İlham orada qalmış o, evə getmişdir. Sonradan bilmişdir ki, İlham həmin malları Nərimanın mağazasından oğurlayıb satıbdır. O, həmin malları İlhamın oğurlayıb satmasını bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Yevlax şəhəri K.Sabitov küçəsində metal qəbul və işlənmiş materialları qəbul etməklə məşğuldur. Təqsirləndirilən şəxs tanıyır, düşəndə sexdəki metalları avtomaşına yükləyərkən fəhlə kimi ona kömək etmişdir. 2023-cü ilin aprelin əvvəllərində İlham sexə gəlmiş, özü ilə BK-1500 markalı kondisanerin mühərrikin və digər metallar gətirərək özünə məxsus olduğunu və pul lazım olduğu üçün satdığını bildirdi. O, həmin metalları çəkərək metal hesabına ona 60 manat pul vermiş, İlham pulu alıb getmişdir. O, İlhamın ona satdığı metalları digər metallarla birlikdə Bakı şəhərinə göndərdiyi üçün təqdim edə bilməmiş, həmçinin İlhamın oğurluq mal satdığından məlumatsız olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Yevlax şəhərində fəaliyyətini dayandırmış “işıq idarəsinin” yaxınlığında atasına aid metal qəbulu sexi var. O, da düşəndə atasına kömək edir. Təqsirləndirilən şəxs tanıyır, lazım gəldikdə sexdəki metalları avtomaşına yükləyərkən İlham fəhlə kimi ona kömək etmişdir. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində İlham sexə gəlmiş, özü ilə 3 ədəd soyuducunun mühərrikini gətirərək özünə məxsus olduğunu və pul lazım olduğu üçün satdığını bildirdi. O, həmin mühərrikləri çəkərək metal hesabına ona 60 manat pul vermiş, İlham pulu alıb getmişdir. O, İlhamın ona satdığı mühərrikləri digər metallarla birlikdə Bakı şəhərinə göndərdiyi üçün təqdim edə bilməmiş, həmçinin İlhamın oğurluq mal satdığından məlumatsız olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs müraciəti əsasında fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.3-cü maddələri ilə ********* saylı cinayət işi başlanılmışdır (iş vər.01-02); “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs baxışın keçirildiyi yer Yevlax şəhəri H.Əliyev prospektində keçmiş “Aran mehmanxanasının birinci mərtəbəsində yerləşən mağazasından bir otaqdan ibarət olan mağazasından oğurlanmış əşyaların yerlərini yeri göstərmişdir (iş vər.05-08); “Baxış və gütürmə haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs tərəfindən baxış keçirilərkən onun mağazasından oğurlanmış 3 ədəd top, 8 qutu rəngli karandaş, 1 qutu plastilin, 2 ədəd üç gözlü elektikik qoşqusu, 4 ədəd iki gözlü elektitik qoşqusu, 56 ədəd məişət şamı. 9 dəst olmaqla 18 ədəd “Super Pover” markalı qidalandırıcı, 2 ədəd stolüstü saat və 3 ədəd şüşə çaynikləri ona məxsus olduğunu bildirmişdir. (iş vər.12-14); Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:25-da şübhəli şəxs qismində tutulmuşdur (iş vər.32-33); Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 14 aprel 2023-cü il tarixdən hesablanmışdır. (iş vər. 75-77); “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Yevlax şəhər Aran mehmanxanasının 1-ci mərtəbəsində yerləşən, Zərərçəkmiş şəxs məxsus olan mağazasından oğurlanan əşyalar olduğunu bildirmişdir ( iş vər. 78-80); Maddi sübut kimi tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 3 ədəd top, 8 qutu rəngli karandaş, 1 qutu plastilin, 2 ədəd üç gözlü elektirik qoşqusu, 4 ədəd iki gözlü elektirik qoşqusu, 56 ədəd məişət şamı, 9 dəst olmaqla 18 ədəd «Super Pover» markalı qidalandırıcı, 2 ədəd stoüstü saat və 3 ədəd şüşə çayniklər maddi sübut kimi tanınması və saxlanılması üçün Yevlax rayon polis şöbəsinə təhvil verilmişdir.(iş vər.81-82); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə CM-nin 29, 177.2.3 maddəsi ilə cinayət işinə xitam verilmiş və cəzası 8 ilə endirilmiş və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (iş vər.89); Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinatət əməlini törətməkdə təqsirli bilinib 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (iş vər.99-107); "xxxx" MMC-nin ƏQ-281/2023 saylı xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, 2 ədəd “Üğur-600” markalı soyuducuların mühərriklərinin, 1 ədəd “BK-1500” markalı kondisonerin mühərrikini, 1 ədəd “Canon İ-SENSVS MF-3010” markalı kserokopiya aparatının, 1 ədəd iki qapılı «Kola» markalı soyuducunun mühərrikinin, 1 ədəd bir qapılı «Kola» markalı soyuducunun mühərrikinin, 1 ədəd elektron tərəzinin, 1 ədəd “Merkuri-111” markalı kassa aparatının, 1 ədəd “Mitsubishi Pajero” markalı avtomobilin işlək vəziyyətdə olan radiatorunun, 1 ədəd “Mitsubishi Pajero” markalı avtomobilin işlək vəziyyətdə olan işə salıcı qurğusunun, 6 ədəd şüşə çayniklərin, 5 qutu bir qutusunun dəyəri 15 manat olmaqla hər qutusunun içərisində 6 ədəd 100 qramlıq rumkaların, 5 ədəd fənərlərin, 10 ədəd qaz yandırmaq üçün çaxmaqların, 10 ədəd dəmir qaşıqların, 10 ədəd dəmir çəngəllərin, 3 ədəd böyük dəmir qaşıqların, 3 ədəd dəmir makkaşların, 1 ədəd 8 pilləli isidici yağ radiatorunuq, 1 ədəd “Pioner” markalı səsgücləndiricinin, 1 ədəd pena-üz sabununun, 10 ədəd kişi üçün üz kremlərinin, 4 ədəd qaralüllə markalı odekalonların, 3 ədəd “Bayram” markalı kremlərin, 6 ədəd uşaq toplarının, 2 top dəmir banka qapaqlarının bir topunun, 20 ədəd 200 qramlıq çay stəkanlarının, 2 ədəd elektron hesablayıcı aparatların, 1 ədəd taxta metrənin, 20 ədəd lüstur lampalarının birinin, 1 ədəd «Sonprul» markalı elektirik rozetkasının, 5 ədəd elektrik vilkalarının, 1 ədəd elektirik uzadıcı-traynikinin, 18 ədəd qalın yorğan saplarının, 20 ədəd otağı havalandırmaq üçün ətirlərin, 20 ədəd «Palit» markalı saç rəngi qutularının, 20 ədəd yapışqan sarğıların, 50 ədəd «Super Rover» markalı saat batareya daşlarının, olan, hər biri 30 qəpik olmaqla ümumi dəyəri, 50 ədəd «Super Rover» markalı pult batareya daşlarının, 10 qutu «Ynthia» markalı şamların, 50 ədəd böyük şamların birinin, 20 ədəd salfet kağızların qutusunun, 20 ədəd 3-dənəlik salfet qutularının, 15 ədəd dırnaqtutanların birinin, 36 ədəd böyük ölçülü saç yığanların (broşka) birinin, 36 ədəd kiçik ölçülü saçyığanların (broşka) birinin alışqan doldurmaq üçün qaz balonlarının birinin qiyməti olmaqla ümumi dəyəri 10 manat, 6 ədəd şam qablarının, 5 ədəd say şotkalarının, 1 ədəd say çöpünün, 5 ədəd uşaq üçün kauçuk materialdan olan su qablarının birinin, 100 ədəd 18 vərəqli nazik üzlü dəftərlərin birinin, 15 ədəd 40 vərəqli şəkil üçün dəftərlərin birinin, 20 qutu «Glottio» markalı rəngli karandaşların hər qutusunun, 10 ədəd «Qama» markalı plastilin qutularının birinin, 10 ədəd gündəliklərin birinin, 5 ədəd kitab formalı dəftərlərin birinin, 5 ədəd dominoların birinin, 10 qutu «Rapira» markalı lezvaların bir qutusunun, 10 qutu «Sputnik» markalı lezvaların, 10 qutu «Derbi» markalı lezvaların bir qutusunun, 1 ədəd«EURONET-HD+» markalı müşahidə kamerasının aparatının, 5 ədəd motosiklet modelli stolüstü saatların, 30 ədəd «Colqate» markalı diş pastalarının, 10 ədəd qapı kilidlərin, 1 ədəd otaq taxta qapısının, balaca formalı 20 ədəd «Fairy» markalı qab şampunlarının, 30 ədəd paltar sabunlarının, 1 ədəd yolka işığının, 4 ədəd 2,50x2,70 ölçüdə olan mağazanın aliminum pəncərələrinin, 100 metr uzunluqda elektirik kabelinin, 1 ədəd 5 litr su tutumlu aliminum materialdan elektirik çaydanının, 1 ədəd dəmir çarpayının, 1 ədəd 10 litr su tutumlu aliminum ləyənin, 10 ədəd ağcaqanad məhvedici aparatın, 1 ədəd balaca ölçülü aliminum setka qabın, 1 ədəd 200 qram su tutan aliminum stəkanın qiyməti 5 manat, mağazanın tavanının lambirinlərinin qiyməti 250 manat, 1 ədəd 042721- 166980 kodlu üzərində sərinləyicisi olan çılçırağı (lüstür), 1 ədəd köhnə formada olan işlək vəziyyətdə olan 54 diaqonallı «Samsunq» markalı televizorun, 1 ədəd «Super-Max» markalı krosnu aparatını çanağı ilə birlikdə, parlaq dəmirdən olan 10 ədəd qayçıların birinin, 4 top qırmızı və qara lentlərin bir topunun, 5 qutu “Astara” markalı siqaretlərin. xx.xx.2023-cü il tarixə real bazar dəyəri 8379.35 manat təşkil edir. ( iş vər. 110-123); Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham dəyişdirilərək o, Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə dəqiqləşdirilmiş məzmunda yernidən ittiham elan edilməsi qərara alınmışdır. (iş vər.144-145); Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsində ona dəymiş ziyanın ödənilmədiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir; Məhkəmə Təqsirləndirilən şəxs ifadələrində göstərdiyi xüsusatlarla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs mağazasından ittiham aktında qeyd olunan sayda cəmi 8379 manat 50 qəpik dəyərərində əşyanı oğurlamaması, sadəcə işlənməmiş topları, bir neçə ədəd qutuda rəngli karandaşları, qutuda plastilini, bir neçə ədəd elektirik qoşqularını, xeyli sayda məişət şamlarını, bir neçə ədəd pult qidalandırıcılarını, stoüstü saatları, şüşə çaynikləri, işlənmiş vəziyyətdə olan 3-4 ədəd böyük formada soyuducuların mühərriklərini, avtomaşın radiatorunu və startiorunu oğurladığını göstərməsi onun özünü müdafiə və törətdiyi cinayət əməli üzrə məsuliyyətini yüngülləşdirmək üçün özünümüdafıə xarakterli hallar olmaqla iş materialları, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri inkar edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs əməlində onun cəzasını yüngülləşdirən halın müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmasını, üzərindən məhkumluğunun götürülmədiyi və ödənilmədiyi halda yenidən qəsdən cinayət törətməsini, yəni cinayətin residivini cəzasını ağırlaşdıran hal kimi nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az olmamalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi əməl cəmiyyət tərəfindən mənfi qarşılanır və belə şəxsin azadlıqda qalması cəmiyyətdə mənfi emosiyalar doğurur. Şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər alternativ cəzaya münasibətdə isə məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hazırkı işin hallarına əsasən Təqsirləndirilən şəxs yalnız maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını çəkməklə islah oluna bilər ki, bununla da Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunan cəzanın məqsədinə çatmaq mümkündür. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən (müəyyən edilməmişdir) və ağırlaşdıran hallar (residiv müəyyən edilmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 14 aprel 2023-cü il tarixdən hesablanmalı (CPM-158.2.1.158.6), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, iş üzrə maddi sübut kimi tanınan 3 ədəd top, 8 qutu rəngli karandaş, 1 qutu plastilin, 2 ədəd üç gözlü elektirik qoşqusu, 4 ədəd iki gözlü elektirik qoşqusu, 56 ədəd məişət şamı, 9 dəst olmaqla 18 ədəd «Super Pover» markalı qidalandırıcı, 2 ədəd stoüstü saat və 3 ədəd şüşə çayniklərin sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi habelə, 1 ədəd kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı (CPM- 198.1.), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rеjimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 14 aprel 2023-cü il tarixdən hesablansın. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan 3 ədəd top, 8 qutu rəngli karandaş, 1 qutu plastilin, 2 ədəd üç gözlü elektirik qoşqusu, 4 ədəd iki gözlü elektirik qoşqusu, 56 ədəd məişət şamı, 9 dəst olmaqla 18 ədəd «Super Pover» markalı qidalandırıcı, 2 ədəd stoüstü saat və 3 ədəd şüşə çayniklərı sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi, 1 ədəd kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 5 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №1(039)-124/2023
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-124/2023
26.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver