Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-125/2021 25.08.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Yevlax şəhəri Q.B.Zakir küçəsi döngə 1, ev 21 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət 139-1.1 və 320.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaraşov X48 (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2020-ci il tarixli, 255 saylı qərarı; 29 avqust 2020-ci il tarixli 310 saylı qərarı; 28 sentyabr 2020-ci il tarixli, 359 saylı qərarı; 28 oktyabr 2020-ci il tarixli, 427 saylı qərarı; 19 noyabr 2020-ci il tarixli, 450 saylı qərarı; 08 dekabr 2020-ci il tarixli, 488 saylı qərarı ilə Azərbaycan Respublikasının ərazisində tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə zidd olaraq Yevlax rayonu və ona ətraf rayonlarda yaşayan X244, X117, Şahid12 və qeyriləri daxil olmaqla ümumilikdə 360 nəfər şəxsin karantin rejimi dövründə ölkə ərazisində qanunsuz olaraq sərbəst hərəkət etmələrinə imkan yaratmaq üçün həmin şəxslərin adlarına saxta əmək müqavilələri bağlamaq məqsədilə Şahid3, Şahid8, Şahid1, Şahid2 adlarına olan “asan imza”larını əldə edərək, 2020-ci ilin avqust ayının 5-dən başlayaraq 2021-ci ilin yanvar ayının 24-ə qədər olan müddət ərzində ayrı-ayrı vaxtlarda tamah və sair şəxsi niyyətlə işəgötürən kimi Şahid3 adına işçilər olaraq X12, X245, X118, Novruzova Günəş Zilfiqar qızını, X84, X510 oğlunu, Nurədinova Aysel Vidadi qızını, X85, X21, Rüstəmova Camalə Kərəm qızını, X51, X120, X301, X174, X86, X87, X4, X52, Quliyeva Hicran Vaqif qızını, Həsənova Şərafət Nağı qızını, X121, Həsənov Rəşad Maxsud oğlunu, X176, X122, Məmmədov Bəxtinur Araz oğlunu, X177, X247, X124, X22, X178, X302, X88, X53, X23, X24, İsmayılov Cahid Keyfiyyət oğlunu, X461 oğlunu, X5, X126, X13, X54, X248, X127, X26, X366 ayrı-ayrı vaxtlarda iki dəfə olmaqla, X55, X128, Quliyeva Atlas İsrəfil qızını, X179, X89, Şükürova Arzu Böyükkişi qızını, X517 qızını, X130, Şahid11, X131, X91 ayrı-ayrı vaxtlarda iki dəfə olmaqla, X6, X181 ayrı-ayrı vaxtlarda iki dəfə olmaqla, Kərimov Ulfan Sahib oğlunu, X304, X27, X182, X367, X183, Qasımov Əbülfət Aslan oğlunu, Mustafayeva Çiçək Baba qızını, Məmmədov Ramiz Tahir oğlunu, X185, X186, Musayev Firdovsi Feyzi oğlunu, Həsənli Səfər Fədai oğlunu, Hacılı Könül Bayram qızını, Şahid9, X133, X7, X307, X452, X187, X188,X189, Kərimov Sadiq Aybulud oğlunu, X250, Rzayev Elşad Elşən oğlunu, Məmmədova Asiman Qalib qızını, Haqverdiyeva Aysu Akif qızını, X28, X56, X14, X15, X308, X390 qızını, X191, X136, Şahid16, X251, X58, X16, X309, X137, X138, X369, X252, X192, X59, Şahid14, X193, X370, X194, X195, X60, X29, X196, X30, X253, X61, X17, X310, X139, X1, X62, X197, X198, X311, X31, X63, X140, X199, X141, X200, X92, X8, X254 eyni gündə iki dəfə olmaqla, X32, X255, İsmayılova Gülnar Elşən qızını ayrı-ayrı vaxtlarda iki dəfə olmaqla, X312, işəgötürən kimi Şahid1 adına işçilər olaraq Elman Səfərovu, X256, X257, X94, X142, X2, X313, Yunusov Nofəl Məcid oğlunu, Qarayev Əvəz Cavanşir oğlunu, X143, X417, X202, X203, X144, X315, X33, X95, X96, X258, X18, X204, X316, X97, X64, X145, X259, X317, X98, X49, X318, X509, Quliyev Şakir Zakir oğlunu, X9, X205, X371, X99, X146, X65, X100, X260, X206, X320, X66, X321, Qarayeva Günel Qurban qızını, Rüstəmova Xədicə Abbasəli qızını, Orucov Elçin Əliağa oğlunu, Əliyev Vasif Asif oğlunu, Misirli Əyyub Rauf oğlunu, X208, X101, X261, X323, X262, X209 eyni gündə üç dəfə olmaqla, X35, X67, X354 qızını, Əliyeva Mehparə Alay qızını, X102, X264, X10, X210, X211, X324, X265, X68, Şahid6, X266, X69, X147, X267, X148, X212, Baxşalıyeva Zöhrə İsmayıl qızını, Nəsibli Tural Qurbanəli oğlunu, X373, X213, X149, işəgötürən kimi Şahid8 Kərim oğlununun adına işçilər olaraq X268, X38, Əliyeva Aysel Arazxan qızını, X150, X325, X104, X105, X106, Ağayeva Turanə İmanverdi qızını, X19, X269, X151, X71, X215, X152, X153, X154, X326, X155, X156, X20, Şahid2, Babazadə Aynur Tərlan qızını, X217, X453, X327, X72, X157, X39, X107, Quliyev Hilal Arif oğlunu, Nuriyev Zamiq İlham oğlunu, Rzayev Bəxtiyar Oktay oğlunu, X158, X270, X212, X271, X272, X329, işəgötürən kimi Şahid2 adına işçilər olaraq X219, X73, Bənicəlali Naib Əziz oğlunu, X108, X109, Əliyeva Nilufər Əli qızını, Süleymanova Atlas Abdulla qızını, Bəkirova Ayşən Elsevər qızını, Hüseynov Yusif Məmməd oğlunu, X274, X375, X41, X221, X275, Hacıyeva Vüsalə Güloğlan qızını, İsmayılov Ramil Zaməddin oğlunu, X76, Cəfərov Vüqar Musa oğlunu, X222, X77, X110, X42, X43, X160, X331, X223, Quliyev Əli Dilən oğlunu, Abdullayeva Elmira Bayram qızını, X276, X224, X111, Abdullayeva Aybəniz Əli qızını, X277, X278, X78, X45, Əliyeva Gülnar Məzahir qızını, X225 ayrı-ayrı günlərdə üç dəfə olmaqla, X113, X79, X114, X332, Məmmədov Şahin Dunay oğlunu, Hüseynova Xatirə Mirzağa qızını, X377, X81, X280, X333, X378, X334, X82, X162, X281, X163, X226, X282, Mehtizadə Rəfiqə Elnur qızını, X283, X335, Atakişiyeva Savad Sayədin qızını, X227, X228, X336, Qarayev Saqi Vilayət oğlunu, Quliyev Fərid Faiq oğlunu, Şahbazova Zeynəb Əziz qızını, X285, X165, X230, X83, X286, X337 ayrı-ayrı vaxtlarda iki dəfə olmaqla, X231, X166, X380, X115, X47, X167, X168 ayrı-ayrı vaxtlarda iki dəfə olmaqla, Həsənova Dünya Əziz qızını, Mirzəyeva Süsən Murad qızını, X233, X234, X287, X116, X169, Allahverdiyeva Şahanə Nəcəf qızını, Əliyeva Aynur Alim qızını, X235, X288 da daxil olmaqla ümumilikdə 360 nəfər şəxsin ad, soyad, ata adını faktiki olaraq heç bir yerdə işləmədikləri halda işçi kimi həmin şəxslərin özlərinin xəbərləri olmadan Şahid3, Şahid8, Şahid1, Şahid2 adlarına olan “asan imza”lar vasitəsilə sonuncular tərəfindən işə götürülmələri adı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə saxtakarlıq etməklə qanunsuz hazırlayıb daxil etmiş və bununla da Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində tətbiq olunan xüsusi karantin rejiminin tələblərini pozaraq Koronavirus (COVİD-19) xəstəliyinin qəsdən йайылмасы цчцн реал тящлцкя йаратмışdır. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 2020-ci ilin avqust ayında tanıdığı, taksi faəliyyəti ilə məşğul olan Şahid2 ona müraciət edərək, karantin vaxtı ölkə ərazisində sərbəst hərəkət etməsi üçün ona köməklik göstərməyini xahiş etmişdir. Bu səbəbdən o, İqbala “asan imza” açdırmasını bildirmişdir. İqbal asan imza açdıraraq yenidən onun yanına gəlmişdir. O, İqbalı elekton hökümət portalında ölkə ərazisində sərbəst hərəkət edə bilməsi üçün qeydiyyatdan keçirtmişdir. O, bunun qarşılığında İqbaldan 10 manat pul almışdır. Belə ki, İqbal asan imza alan zaman sahibkar kimi fəaliyyət göstərən şəxs olur. Bundan sonra İqbal dəfələrlə öz müştərilərini qeydiyyatdan keçirtmək üçün ya onun yanına gətirmiş, ya da onların şəxsiyyət vəsiqələrinin şəkilini çəkərək “whatsapp” vasitəsilə ona atmışdır. O da həmin şəxsləri, yəni İqbalın müştərilərini İqbalın adına olan asan imza vasitəsi ilə elektron əmr ilə İqbalın işçisi kimi, yəni xadiməçi, çilingər və s. qaydada işə götürmüşdür. Bu zaman həmin şəxslər İqbalın işcisi kimi qeydiyyata düşmüşdür. Bundan sonra da o, həmin şəxsləri elekton hökümət portalından qeydiyyatdan keçirdərək “icazə.gov.az” saytında icazələrini almışdır. Belə ki, həmin şəxslər ilk öncə rəsmi işə götürülərək elektron hökümət portalından keçməli idilər ki, daha sonra “icazə.gov.az” sayıtında rəsmi iş yerləri olduqları üçün pandemiya vaxtı ölkə ərazisində sərbəst hərəkət etmək hüququ verilsin. O, İqbalı qeydiyyatdan keçirdikdən sonra İqbal ilə birlikdə taksi fəaliyyəti ilə məşğul olan digər iş yoldaşları onun yanına gəlmişdir. Belə ki, Yevlax şəhər avtovağzalının dispeçeri Nicat dəqiq tarix yadında qalmayan ayrı-ayrı vaxtlarda Şahid3, Şahid8 və Şahid1 onun yanına göndərmişdir. Həmin hadisə 2020-ci ilin avqust ayından başlayaraq davam etmişdir. Həmin taksi sürücüləri ayrı-ayrı vaxtlarda ona müraciət etmişdir. Lakin dəqiq tarix onun yadında qalmamışdır. O, İqbal ilə eyni qaydada həmin şəxslərə də “asan imza” almalarını dediyi üçün onlar asan imza almış və daha sonra onun yanına gəlmişdirlər. O, onları elektron hökümət portalında qeydiyyatdan keçirdərək icazələrini almış və daha sonra onlar müştərilərini onun yanına göndərmiş, bəzi hallarda özlərini onun ofisinə gətirmiş və yaxud da həmin şəxslərin şəxsiyyət vəsiqələrinin sürətlərini “whatsapp”la onun mobil telefonuna göndərmiş və o, həmin şəxsləri elekton hökümət portalından qeydiyyatdan keçirdərək “icazə.gov.az” saytında icazələrini almışdır. Onlar Bakı şəhərinə çatdıqdan sonra ona məlumat vermiş və yenidən həmin şəxsləri elektron hökümət portalına daxil olaraq elektron əmr ilə işdən çıxarmışdır. Bunun qarşılığında taksi sürücüləri hər bir müştəriyə görə 5-10 manat ona ödəniş etmişdirlər. Bu hadisə dəfələrlə olmuş və o, həmin şəxslərin müştərilərini karantin müddəti ərzində onların adına elektron əmr ilə işə götürüb, işdən çıxarmışdır. O, etdiyi əməldən peşmandır, karantin rejimi ilə əlaqədar olaraq maddi sıxıntısı olduğu üçün həmin əməli törətmişdir. Hazırda törətdiyi əməldən peşman olduğunu bildirərək, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olur. O, 2020-ci ilin avqust ayının əvvələrində Təqsirləndirilən şəxs, özünün və müştərilərinin Bakıya getməsi üçün karantin postundan keçə bilmələrinə köməklik göstərməyini xahiş etmişdir. Ruhin isə buna görə əvvəlcə adına asan imza açdırmalı olduğunu demişdir. O da Mahir aptekin yanındakı Bakcell mağazasından öz adına xatırlamadığı asan imza nömrəsi alaraq yenidən Ruhinin yanına getmiş və asan imzanı Ruhinə vermişdir. Ruhin ona “narahat olma sənin adını öz şirkətimə, elektron icazə sisteminə qeydiyyata saldıracam, lakin bunun üçün mənə 30 manat pul verməlisən” demişdir. O da Ruhinlə razılaşmış və Ruhinin iş otağında onu öz şirkətinə işə götürməsi üçün 30 manat pul vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona deməsinə görə o, öz şirkətinin adına onunla əmək müqaviləsi bağlanmasına dair elektron müqavilə bildirişini sistemə daxil etmişdir. Ruhin ona “bundan sonra Bakı şəhərinə rahat gedib-gələ bilərsən, sən karantin postundan rahat keçəcəksən” demişdir. Lakin Ruhin onu konkret olaraq şirkətində hansı statuslu işçi kimi işə götürməsini deməmişdir. O, bundan sonra Bakı şəhərinə rahat gedib-gəlmiş, yəni karantin günlərində Bakı şəhərinə karantin postundan rahat keçmişdir. Həmin vaxt onun asan imzası Ruhində qalmışdır. Ruhin asan imzanın onda qalacağını demişdir. Ruhin həmin asan imza ilə Bakıya gedən sərnişinlərin adını elektron icazə sisteminə daxil edəcəyini və bundan sonra Bakı şəhərinə adamları rahat aparıb gətirə biləcəyini demişdir. O, bundan sonra təxminən 5 nəfər adlarını bilmədiyi şəxsin şəxsiyyət vəsiqələrini həmin şəxslərdən alıb aparıb Ruhinə vermişdir. Ruhin şəxsiyyət vəsiqələrinin şəklini telefonla çəkmişdir. Bundan sonra o, həmin adamları Bakı şəhərinə aparmışdır. Amma adamların adları yadında deyil. O, yuxarıda qeyd etdiyi kimi adamların adlarının elektron icazə sisteminə daxil edilməsi üçün Ruhinə bir nəfər adam üçün 10 manat pul vermişdir. Yəni ümumilikdə Ruhinə ayrı-ayrı vaxtlarda 50 manat pul vermişdir. Həmin pulları 2020-ci ilin avqust ayında Yevlax rayonu ərazisində məhkəməyə yaxın bir yerdə Ruhinə vermişdir. Amma pulu verdiyi günü dəqiq xatırlamır. O, onun adına olan asan imza ilə işə götürülmüş şəxsləri tanımır, o, həmin şəxslərlə əmək müqaviləsi bağlamamış və onları işə götürməmişdir. Bütün bunları Təqsirləndirilən şəxs onun məlumatı olmadan xəbərsiz olaraq onun adından etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində bildirmişdir ki, özü Bakı şəhərində, valideynləri isə Yevlax rayonunda yaşayır, ona görə də tez-tez Yevlax rayonuna gəlib-gedir. Karantin başlayandan sonra o, Yevlax rayonuna qayıda bilməsi üçün Yevlax şəhər avtovağzalında tanıdığı şəxslərlə əlaqə yaratmış və həmin şəxslər Yevlax şəhərində Təqsirləndirilən şəxs rəsmi olaraq icazə verə bildiyini demişdirlər. O, tanıdığı taksi sürücüsü işləyən Quludan Ruhinin nömrəsini almışdır. O, istifadəsində olan nömrə ilə Ruhinə zəng edərək danışmışdır. Danışıq zamanı o, Ruhindən Yevlax şəhərindən Bakı şəhərinə özünün gedib qayıtmağı üçün ona rəsmi icazə ala biləcəyini soruşmuşdur. Bu zaman Ruhin ona rəsmi olaraq icazə almağı üçün “asan imza” açdırmaq lazım olduğunu demişdir. O, bu səbəbdən adına asan imza almışdır. O, asan imza nömrəsini hazırda xatırlamır. Yevlax şəhərində xəstəxanadan gələn yolda Ruhin ilə görüşmüş və asan imzasını Ruhinə vermişdir. Ruhin, asan imzanın onda qalacağını demişdir. Ruhin, onun adını icazə portalına daxil edəcəyini, Bakı şəhərindən Yevlax rayonuna maneəsiz, qanuni olaraq gəlib gedəcəyini demişdir. O da bunun müqabilində Ruhinə 10 manat pul vermişdir. Bu hadisə 2020-ci ilin noyabr ayının əvvəllərində baş vermişdir. Ruhin 10 manat pulu ondan alandan sonra Bakıdan Yevlaxa rahat gedib gələ biləcəyini, ona problem olmayacağını, özü də qanuni sənədləşmə aparacağaını demişdir. Ruhin onun Bakıdan Yevlaxa karantin vaxtlarında asan gedib gələ biləcəyini necə həll edəcəyini deməmişdir. Bundan sonra o, iki dəfə karantin vaxtlarında Bakı şəhərindən Yevlax rayonuna gəlibgetmişdir. Onu karantin postunda saxlamış, şəxsiyyət vəsiqəsinə baxıb Yevlax rayonu istiqamətinə Bakıdan buraxmışdırlar. O elə bilmişdir ki, onun qanuni olaraq gəlib-getmək hüququ vardır. O, bundan sonra Ruhinlə bir daha görüşməmişdir. Onun asan imzası da Ruhində qalmışdır. O, onun adına olan asan imza ilə işə götürülmüş şəxsləri tanımır, o, həmin şəxslərlə əmək müqaviləsi bağlamamış və onları işə götürməmişdir. Bütün bunları Təqsirləndirilən şəxs onun məlumatı olmadan xəbərsiz olaraq onun adından etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, taksi fəaliyyəti ilə məşğul olur. O, 2020-ci ildə karantin vaxtlarında Təqsirləndirilən şəxs ayrı-ayrı şəxslərin Bakıya getməsi üçün karantin postundan keçə bilmələrinə köməklik göstərdiyini eşitmişdir. O da Ruhinin yanına gedib onunla görüşmüşdür. Ruhin ona karantin vaxtında ayrı-ayrı şəxslərin Bakı şəhərinə maneəsiz daxil olması üçün əvvəlcə adına “asan imza” açdırmalı olduğunu demişdir. O da Mahir aptekin yanından Bakcell mağazasından öz adına asan imza nömrəsi alaraq yenidən Ruhinin yanına getmiş və asan imzanı Ruhinə vermişdir. Ruhin ona “narahat olma sənin adını asan imza ilə elektron icazə sistemi vasitəsi ilə qeydiyyata saldıracam, lakin bunun üçün mənə 30 manat pul verməlisən” demişdir. O da Ruhinlə razılaşmışdır. Dəqiq ay yadında deyil, 2020-ci ilin yay aylarında Ruhin onun adını icazə portalına daxil etdiyi üçün vəkillər kontoru olan tərəfdə Ruhinə 30 manat pul vermişdir. Ruhin ondan 30 manatı alıb adını icazə portalına saldıracağını, bundan sonra Bakıya gedib-gələ biləcəyini demişdir. O da bundan sonra karantin vaxtlarında 15-20 dəfə Bakı şəhərinə gedib gəlmişdir. Karantin postunda onu saxlayan zaman o, şəxsiyyət vəsiqəni göstərmiş, polislər baxıb onun icazəsi olduğuna görə onu Bakı şəhərinə buraxırmışlar. O, karantin dövründə təxminən 15-20 nəfər adları yadında qalmayan adamların Bakı şəhərinə getməsi üçün şəxsiyyət vəsiqələrinin şəkillərini “whatsapp”la Ruhinə göndərmişdir. Ruhin də həmin şəxslərin adlarını elektron icazə portalına daxil etməklə ona həmin şəxslərin Bakıya gedə biləcəklərini bildirmişdir. Ruhin həmin adamların adlarını elektron icazə sisteminə necə daxil etməsini o, dəqiq bilməmişdir. Ruhin sonradan ona yazışmalarını whatsapda silməyi demiş və o, yazışmalarını silmişdir. Sonradan o, gedib asan imzasını Ruhindən götürmüşdür. O, adına olan asan imza vasitəsilə heç bir şəxslə əmək müqaviləsi bağlamamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X289 ifadəsində bildirmişdir ki, o, əvvələr avtobus sürücülərinin yanında konduktor işləmişdir. 2020-ci ilin avqust ayında qonşusu Camalə Rüstəmova ona Bakı şəhərinə getmək istədiyini bildirdikdən sonra o, Camalənin şəxsiyyət vəsiqəsinin şəklini çəkərək, “whatsapp”la avtobus sürücüsü işləyən Asif adlı şəxsə göndərmişdir. Lakin həmin whatsapp yazışmaları onun telefonunda qalmamış və silinmişdir. O, Camalənin şəxsiyyət vəsiqəsinin fotoşəklini Asifə, ona Bakı şəhərinə getməsi üçün icazə alsın deyə atmışdır. Asifin icazəni necə almasını o, dəqiq bilməmişdir. 23 avqust 2020-ci ildə Asif mikro avtobusu ilə Cəmaləni Bakı şəhərinə aparmışdır. Asifin, Camalənin şəxsiyyət vəsiqəsinin surətini Ruhin adlı şəxsə göndərməsi ona sonradan məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, o, Bakı şəhərinə sərnişindaşıma fəaliyyəti ilə məşğul olur. O, 2020-ci ilin may ayında, Təqsirləndirilən şəxs adlı şəxsin Yevlax rayon qeydiyyatı olan şəxslərin Bakı şəhərinə getmələri üçün karantin postundan keçməsinə görə adlarını elektron portala daxil etmək işi ilə məşğul olduğunu eşitmişdir. Qonşusu Mənsur tanışı Cəmalənin, onun bacısı və xalası qızının şəkillərini “whatsapp”la ona göndərmiş o, da həmin şəkilləri Təqsirləndirilən şəxs telefonuna “whatsapp” vasitəsilə atmışdır. O, Ruhinə şəkilləri atandan sonra “whatsapp”la da “bu adamlar Bakıya getmək istəyirlər” yazmışdır. Ruhin də bir müddət sonra ona “whatsapp”da “hazırdır Bakıya keçə bilərlər” yazmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X117 ifadəsində bildirmişdir ki, o, 20.08.2020-ci il tarixdə Bakı şəhərinə getmişdir. Həmin vaxtları o, tanıdığı Kənan adlı şəxsə zəng edərək Bakı şəhərinə getmək istədiyini və ona icazə almağın mümkün olubolmadığını soruşmuşdur. Bu zaman Kənan ona Samir adlı taksi sürücüsünü tanıdığını və Samirdən soruşa biləcəyini demişdir. Bundan sonra Kənan ona zəng edərək şəxsiyyət vəsiqəsinin sürətini ona göndərməyini, onun da taksi sürücüsü olan Samir adlı şəxslə göndərəcəyini bildirmişdir. O, bu səbəbdən şəxsiyyət vəsiqəsinin sürətini “whatsapp”la Kənana göndərmişdir. Bundan sonra o, tanışı ilə birlikdə Bakı şəhərinə getmiş, Bakının girişindəki postda onun şəxsiyyət vəsiqəsini yoxlamışlar və onun icazəsi olduğu müəyyən oldunduğu üçün Bakı şəhərinə maneəsiz getmişdir. O, buna görə heç kimə pul verməmişdir. O, Şahid3 tanımır. O, Şahid3 ilə əmək müqaviləsi bağlamamışdır. Şahid19 məhkəməyə teleqram göndərərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş, Şahid19 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Aysel Nürəddinova onun tanışıdır. Aysel ona 2020-ci ilin avqust ayında zəng edərək Bakı şəhərinə getməyin mümkün olub-olmadığını soruşmuşdur. Bu zaman o, qohumu və dostu olan taksilik faəliyyəti ilə məşğul olan Samirə zəng edərək bir nəfər şəxsin Bakı şəhərinə getməyinin mümkün olub-olmadığını soruşmuş, Samir bunun mümkün olduğunu və həmin şəxsin şəxsiyyət vəsiqəsini ona göndərməyini demişdir. O da Ayselə zəng edərək şəxsiyyət vəsiqəsinin şəkilini ona göndərməsini dediyi üçün Aysel “whatsapp”la şəxsiyyət vəsiqəsini ona, o da eyni qaydada Samirə göndərmişdir. Samirin Ayselə rəsmi olaraq icazə aldığını düşünmüşdür. X672 ilə Bakı şəhərinə getməmişdir. O, Şahid3 hansı qaydada icazə aldığını bilməmiş və bu barədə hər hansı bir məlumatı olmamışdır. Şahid19 məhkəməyə teleqram göndərərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Şahid19 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Aysel Nürəddinova onun tanışıdır. Aysel 2020-ci ilin avqust ayında ona zəng edərək Bakı şəhərinə getməyin mümkün olub-olmadığını soruşmuşdur. Bu zaman o, qohumu və dostu olan taksilik faəliyyəti ilə məşğul olan Samirə zəng edərək bir nəfər şəxsin Bakı şəhərinə getməyinin mümkün olub-olmadığını soruşmuş, Samir bunun mümkün olduğunu və həmin şəxsin şəxsiyyət vəsiqəsini ona göndərməyini demişdir. O da Ayselə zəng edərək şəxsiyyət vəsiqəsinin şəklini ona göndərməsini dediyi üçün Aysel “whatsapp”la şəxsiyyət vəsiqəsini ona, o da eyni qaydada Samirə göndərmişdir. Samirin Ayselə rəsmi olaraq icazə aldığını düşünmüşdür. X672 ilə Bakı şəhərinə getməmişdir. O, Şahid3 hansı qaydada icazə aldığını bilməmiş və bu barədə hər hansı bir məlumatı olmamışdır. Şahid3 məhkəməyə teleqram göndərərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş, Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, taksi sürücülüyü ilə məşğul olmaq üçün öz adına VÖEN açdırmış, həmçinin də 2020-ci ilin aprel-may aylarında asan imza almışdır. Onun asan imzadan anlayışı olmadığı üçün həmin asan imzanı özünə lazım olanda istifadə etməsi üçün Yevlax şəhərində qiymətləndirmə fəaliyyəti ilə məşğul olan Ruhinə vermişdir. O, Camalə Rüstəmovanı əvvəllər tanımamışdır. Təxminən 2020-ci ilin noyabr ayında Yevlax rayonunda Əmək müfəttişliyindən Məhiyəddin adlı şəxs zəng edib, ona məxsus asan imza ilə Camalə Rüstəmova arasında elektron əmək müqaviləsi bağlandığını demişdir. O da ona bu barədə məlumatının olmadığını demişdir. O, Camalə ilə əlaqə saxlamış və sonuncu ona e-sosial portalında onunla bağladığı əmək müqaviləsinin rekvizitlərini göstərmişdir. O da Camaləyə onun bu məsələdən xəbəri olmadığını demişdir. Onlar da şikayət edəcəklərini demişdirlər. Bundan sonra o, Camalənin, qohumlarının, qonşularının Mənsur adlı şəxsin vasitəsilə Asif adlı şəxslə birlikdə sonuncunun mikroavtobusu ilə Bakı şəhərinə getdiklərini dəqiqləşdirmişdir. O, Asifi tapmamış, bundan sonra Camalənin qardaşı Kamillə birlikdə Ruhinin yanına getmişdir. Ruhin ona bildirmişdir ki, vəsiqəni kimsə ona gətirib verib və o da sistemə qeydiyyata alib. Ruhin onun adına Camalə ilə əmək müqaviləsi bağlandığına sistemə girib baxmışdır. O, Kamilin yanında Ruhinə niyə onun asan imzasından istifadə etdiyini demişdir. Ruhin isə həmin vaxt onun asan imzası əlində olduğundan onun adı ilə sənədləşdirdiyini demişdir. O, bundan sonra Ruhinlə heç nə danışmamış, asan imzasını Ruhindən götürmüşdür. O, ancaq Təqsirləndirilən şəxs onun asan imzasını aktivləşdirməsi üçün icazə vermişdir. Onun adına hər hansı bir şəxslə müqavilə bağlaması üçün Təqsirləndirilən şəxs icazə verməmişdir. O, X170 işə götürməmişdir. Camalə ilə onun arasında heç bir əmək müqaviləsi bağlanmamışdır. Onun adından əmək müqaviləsini onun xəbəri olmadan Ruhin onun asan imzası ilə bağlamışdır. O, onun adına olan asan imza ilə işə götürülmüş şəxsləri tanımır, o, həmin şəxslərlə əmək müqaviləsi bağlamamış və onları işə götürməmişdir. Bütün bunları Təqsirləndirilən şəxs onun məlumatı olmadan xəbərsiz olaraq onun adından etmişdir. Şahid4 məhkəməyə teleqram göndərərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş, Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2020-ci ilin avqust ayında o, 8 nəfərlik “Mercedes Vito” markalı avtomobili idarə etmişdir. O, taksilik fəaliyyəti ilə məşğul olduğu üçün özünə asan imza nömrəsi alaraq rəsmi qaydada elektron icazə sistemi vasitəsi ilə qeydiyyatdan keçərək Bakı şəhərinə gedib-gələ bilmişdir. O, Yevlax rayonunda yaşayan qiymətləndirmə işi ilə məşğul olan Ruhin adlı şəxsin adamları Bakıya getmək üçün portala qeydiyyat etdiyini eşitmişdir. O, Ruhini vergi işçisi kimi tanımışdır. Avtovağzalda sərnişinlərin yığılmasınada köməklik göstərən Mənsur ona zəng edərək Bakıya getmək istəyən şəxslərin olduğunu demişdir. O, Ruhinin mobil telefonuna zəng edərək ona taksi sürücüsü olduğunu və Bakı şəhərinə aparmaq üçün onlara rəsmi olaraq, qanuni qaydada icazə almağın mümkün olub-olmadığını soruşmuş və Ruhin ona bunun mümkün olduğunu və bunun üçün həmin şəxslərin şəxsiyyət vəsiqələrinin sürətlərini çəkib ona göndərməyini demişdir. Bu zaman o, Mənsura həmin şəxslərin şəxsiyyət vəsiqələrini ona göndərməsini demişdir. X299 və digər iki nəfərin şəxsiyyət vəsiqəsinin şəklini “whatsapp”la ona göndərmişdir. O da həmin şəkilləri “whatsapp”la Ruhinə göndərmişdir. O, Ruhinə şəkli atanda zəng edib, Bakıya getmək üçün qeydiyyata saldıra biləcəyini soruşmuşdur. Ruhin də ona narahat olmamasını, həmin şəxsləri portala qeydiyyata saldıracağını və Bakıya rahat gedəcəklərini demişdir. O, Ruhindən bunun qanuni olub-olmadığını soruşduqda Ruhin tam qanuni olduğunu, icazə aldığı şəxslərin rahatlıqla postdan keçə bildiklərini demişdir. Ruhin bunun üçün ona 10 manat da pul verməli olduğunu demişdir. O, Ruhin ilə razılaşmış və ona pulu Bakıdan qayıtdıqdan sonra verəcəyini demişdir. O, Camalə və onunla birlikdə gedən adamları Bakı şəhərinə aparmış, onlar şəxsiyyət vəsiqələrini polis əməkdaşlarına təqdim etmiş və icazələri olduğu üçün postdan keçmişdirlər. Bundan sonra o, Ruhinə daha şəxsiyyət vəsiqəsi göndərməmişdir. Ruhinin də Camalənin adını Bakıya getmək üçün necə rəsmiləşdirməsini də bilməmişdir. Camalə Rüstəmovanın adına kiminləsə əmək müqaviləsi bağlanması barədə onun məlumatı olmamışdır. O, ancaq X300 şəxsiyyət vəsiqəsinin şəkilini göndərmişdir. Həmin vaxt eşitdiyinə görə bir neçə sürücü Ruhinə müraciət etmiş, Ruhin də Yevlax sakinlərinin Bakıya getməsi üçün onların adlarını icazə portalına saldırmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “şübhəli şəxsin tutulması haqqında” 15 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:00-da cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (iş vər. 172); Yevlax Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3(üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 15 iyun 2021-ci il tarixdən hesablanmışdır. (iş vər. 201-203); AZ-İİİ seriyalı 626743 nömrəli və AZ-İV seriyalı 053100 nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs 02.05.2014-cü il təvəllüdlü və 19.01.2018-ci il təvəllüdlü uşaqları vardır. (iş vər. 273, 275); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 06.07.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(iş vər. 248) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1 və 320.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, əməlindən səmimi peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti təkrar törətməsini CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Belə ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməllərinin obyekti həyat və sağlamlığın təhlükəsizliyini və dövlət idarəçiliyi sahəsində idarəetmə qaydalarını təmin edən ictimai münasibətlərdir ki, bu növ cinayətlər də birbaşa qəsdlə törədilir. Həmin cinayətlərin ictimai təhlükəlilik dərəcəsi isə respublikada tətbiq olunmuş xüsusi karantin rejimində insanların həyat və sağlamlığı üşün real təhlükə yaratmaqda və həmin cinayətlərin təkrar törədilməsində özünü göstərir. Şəxsin təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan digər alternativ cəzaya münasibətdə isə məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hazırkı işin hallarına əsasən Təqsirləndirilən şəxs yalnız maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını çəkməklə islah oluna bilər ki, bununla da Cinayət Məcəlləsinin 41.2ci maddəsində qeyd olunan cəzanın məqsədinə çatmaq mümkündür. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 139-1.1 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 139-1.1 və 320.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, təyin olunmuş cəzalar qismən toplanmaqla ona qəti cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 15 iyun 2021-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və AzərbaycanRespublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaqla üzərində qəti olaraq 01 (bir) il müdətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 15 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 12 (on iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №1(039)-125/2021
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-125/2021
25.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver