Məhkəmə qərarları › İş №1(039)-125/2023

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-125/2023

18.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-125/2023 18.10.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ X8 Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs X3 və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1991-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Yevlax şəhəri F.Kərimov küçəsi ev 116-da qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, açıq məhkəmə iclasında Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs X4 qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, qəsdən satış məqsədi ilə qanunsuz olaraq 01 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 0,24 qram olan narkotik vasitə qurudulmuş marixuananı, 12 (on iki) ədəd gümüşü, ağ-qara rəngli kağıza bükülmüş bükümlərdə müvafiq olaraq ayrı-ayrılıqda təmiz çəkiləri 0,046 qram, 0,030 qram, 0,039 qram, 0,043 qram, 0,030 qram, 0,051 qram, 0,026 qram, 0,024 qram, 0,045 qram, 0,025 qram, 0,031 qram, 0,042 qram olmaqla ümumi təmiz çəkisi 0,432 qram olan narkotik vasitə heroini və 01 (bir) ədəd sarı rəngli sellofan bükümdə təmiz çəkisi 1,331 qram olan psixotrop maddə - metamfetamini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edərək üzərində saxlamış, 17 aprel 2023-cü il tarixdə saat 22:30 radələrində X5 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Yevlax şəhəri, F.Kərimov küçəsində Yevlax rayon polis şöbəsinin polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax rayon polis şöbəsinə gətirilib həmin günü saat 23:10-dan 23:40-dək müdafiəçinin iştirakı ilə və video çəkilişlə orada onun üzərinə keçirilmiş şəxsi-axtarış nəticəsində X3 qəsdən satış məqsədi ilə əynində olan qara rəngli gödəkcənin sağ yan cibindəki qara rəngli portmanatın içərisində saxladığı 01 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 0,24 qram olan narkotik vasitə qurudulmuş marixuana, 12 (on iki) ədəd gümüşü, ağqara rəngli kağıza bükülmüş bükümlərdə müvafiq olaraq ayrı-ayrılıqda təmiz çəkiləri 0,046 qram, 0,030 qram, 0,039 qram, 0,043 qram, 0,030 qram, 0,051 qram, 0,026 qram, 0,024 qram, 0,045 qram, 0,025 qram, 0,031 qram, 0,042 qram olmaqla ümumi təmiz çəkisi 0,432 qram olan narkotik vasitə heroin və 01 (bir) ədəd sarı rəngli sellofan bükümdə təmiz çəkisi 1,331 qram olan psixotrop maddə-metamfetamin aşkar olunub götürülmüşdür. Təqsirləndirilən şəxs Dilavər Bayramov məhkəmə iclası zamanı, ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək il olaraq söyləmişdir ki, arabir narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. 12 aprel 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nərimanov rayonu ərazisində tanımadığı İran vətəndaşından özü istifadə etmək üçün 60 manata narkotik vasitə olan qurudulmuş marixuana, narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin almış və üzərində Yevlax şəhərinə gətirmişdir. Həmin maddələri öz istifadəsi üçün almış, onları satmaq niyyəti olmamışdır. Yevlax şəhərində heroini gələcəkdə özüm istifadə etmək üçün 12 ədəd büküm halına gətirmiş, marixuana 1 bükümdə, metamfetamində bir bükümdə olmaqla saxlamışdır. 17 aprel 2023-cü il tarixdə saat təxminən 22:00-da Yevlax şəhəri, F.Kərimov küçəsində təkcə durarkən oraya gələn polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək onu rayon polis şöbəsinə dəvət etmişlər. Buna etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Yevlax RPŞ-nin inzibati binasına getmişdir. Polis şöbəsində ona müdafiəçi təqdim edilmiş və video çəkiliş aparmaqla üzərində şəxsi axtarış aparılmışdır. Baxış zamanı əynindəki gödəkcənin cibində olan pul qabında saxladığı narkotik vasitə olan 12 ədəd bükümdə heroin, 1 bükümdə narkotik vasitə olan marixuana və 1 bükümdə metamfetamin aşkar edilmişdir. Suallara cavab olaraq bildirmişdir ki, bükümlərdən 12 ədədi heroin, 1 ədəd bükümdə metamfetamin və 1 bükümdəkinin isə marixuanadır onları 12 aprel 2023-cü il tarixdə Bakı şəhəri Nərimanov rayonu ərazisində tanımadığı İran vətəndaşından özü istifadə etmək üçün 60 manata aldığını etiraf etmişdir. Lakin, Dilavər Bayramov sonradan bildirmişdir ki, 17 aprel 2023-cü il tarixdə saxlanılıb Yevlax RPŞ-nin inzibati binasına gətirildikdən sonra ona müdafiəçi təqdim edilmədən və video çəkiliş aparılmadan öncə polis əməkdaşları onun üzərində şəxsi axtarış aparmış və bu zaman həqiqətən üzərində olan bir bükümdə heroin və bir bükümdə marixuana aşkar edilmişdir. Polis əməkdaşı Şahid1 həmin iki bükümü ondan götürüb içində daha 11 büküm heroin və bir büküm metamfetamin olan pul qabına qoyub ona təqdim edib tələb etmişdir ki, pul qabını cibinə qoysun və video çəkiliş zamanı etiraf etsin ki, həmin maddələr ona məxsusdur. Buna etiraz etdikdə isə Şahid1 və orada olan digər polis əməkdaşları onu hədələmişlər. Hədələrdən qorxduğundan buna razılıq vermişdir. Sonradan ona müdafiəçi təqdim edilmiş və video çəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmıdır. Bu zaman polis əməkdaşlarının tələb etdiyini kimi cibində olan pul qabını çıxarıb təqdim etmiş və etiraf etmişdir ki, pul qabında olan bükülülərdəki narkotik vasitə və psixotrop maddədir, özünə məxsusdur. Həmçinin qorxusu olduğundan polis əməkdaşlarının bu əməli barədə ona təqdim edilmiş müdafiəçiyə, daha sonra isə heç bir orqana müraciət etməmişdir. Hər bir halda heç kimə narkotik maddə satmamış, belə bir niyyəti də olmamışdır. Əməlini Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1 maddəsinə tövsif etməklə himayəsində azyaşlı övladlarının olduğunu nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş etmişdir. Şahid1 Rəfael oğlu bildirmişdir ki, Yevlax rayon polis şöbəsinin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 17 aprel 2023-cü il tarixdə saat təxminən 22:00-da Yevlax şəhər sakini X3 narkotik vasitələrin satışı ilə məşğul olması, həmin zaman onun Yevlax şəhəri, F.Kərimov küçəsində olması və üzərində də narkotik vasitə olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat barədə dərhal rəhbərliyə raportla müraciət etmiş və bununla bağlı əməliyyat qrupunun yaradılması və müvafiq əməliyyat tədbirlərinin həyata keçirilməsi barədə əmr imzalanmıdır. Əməliyyat qrupunun digər üzvü, şöbənin PPXB-nin polis nəfəri Şahid2 ilə birlikdə Yevlax şəhəri, F.Kərimov küçəsinə getmiş və Dilavər Bayramovun küçədə durduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs izah etmişlər ki, üzərində narkotik vasitə olması barədə şübhələr vardır və bu şübhələri yoxlamaq üçün o, Yevlax RPŞ-nin inzibati binasına dəvət olunur. Dilavər Bayramov buna etiraz etməmiş və onlarla birlikdə Yevlax RPŞ-nin inzibati binasına getmişdir. Təhqiqatçının xidməti otağında Təqsirləndirilən şəxs müdafiəçi təqdim edilmiş və bildirilmişdir ki, video çəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçiriləcəkdir. Dilavər Bayramov buna da etiraz etməmişdir. Şəxsi axtarış zamanı Dilavər Bayramov gödəkcəsinin cibinə olan pul qabını təqdim etmişdir. Pul qabının içinə baxış keçirdikdə qabdan 14 ədəd bükülü aşkar edilmişdir. Həmin bükülülərdən 12 ədədinin içində narkotik vasitə olan heroinə bənzər, bir ədədindən narkotik vasitə olan marixuanaya bənzər, bir ədədində isə psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar edilmişdi. Dilavər Bayramov bildirmişdir ki, 12 bükümün içində olan maddə heroin, birinin içində olan maddə marixuana, birinin içində olan isə metamfetamindir, həmin maddələri Bakı şəhərindən, tanımadığı İran vətəndaşından öz istifadəsi üçün almışdır. Həmin kütlələr tərəzidə çəkilmiş və ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Dilavər Bayramov saxlanılarkən, Yevlax RPŞ-nin inzibati binasına gətirilərkən, habelə inzibati binanın özündə ona qarşı hər hansı hədə, güc tətbiqi olunmamışdır, onunla ümumiyyətlə təklikdə söhbət etməmişdir. Şahid2 bildirmişdir ki, Yevlax RPŞ-nin PPXB-nün polis nəfəri vəzifəsində işləyir. 17 aprel 2023-cü il tarixdə Yevlax şəhər sakini X1 əməliyyat qrupunun üzvü kimi, əməliyyat qrupunun digər üzvü Şahid1 Rəfael oğlu ilə birlikdə iştirak etmişdir. Dilavər Bayramov heç bir etiraz etmədən onlarla birlikdə Yevlax RPŞ-nin inzibati binasına getmişdir. Ona müdafiəçi təqdim edilmiş və video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, əynində olan gödəkcənin cibindən pul qabı çıxarıb təqdim etmişdir. Həmin pul qabının içində isə cəmi 14 ədəd bükülü aşkar edilmişdir. Dilavər Bayramov bildirmişdir ki, bükülülərdən 12 ədədində heroin, bir ədədində marixuana, bir ədədində isə metamfetamin var, öz istifadəsi üçün Bakı şəhərindən almışdır. Dilavər Bayramov saxlanılarkən, Yevlax RPŞ-nin inzibati binasına gətirilərkən yolda, inzibati binada xidməti otaqda baş əməliyyat müvəkkili Şahid1lə təklikdə söhbət etməmişdir. Təqsirləndirilən şəxs hər hansı təzyiq göstərilməmiş, hədə qorxu edilməmiş, barəsində güc tətbiq edilməmişdir. Məhkəmə iclası zamanı Dilavər Bayramovun üzərinə baxış keçirilməsini əks etdirən video yazıya baxış keçirilmiş və həmin yazıda Dilavər Bayramovun əynindəki gödəkcənin cibində olan pul qabının içərisindən özünün etiraf etdiyi 12 ədəd (9 ədəd ağ, 3 ədəd qara rəngli) bükümdə heroin, 1 bükümdə narkotik vasitə olan marixuana və 1 bükümdə metamfetamin aşkar olunması təsdiqini tapmışdır. Məhkəmə-kimyəvi ekspertizasının 18 аprel 2023-cü il tarixli 17/359 saylı rəyində qeyd olunur ki, tədqiqata təqdim olunmuş üzərində “X3” üzərindən aşkar edilmiş 12 ədəd qara və ağ rəngli bükülülər və sarı rəngli sellofana bükülmüş bir ədəd bükülü və ağ rəngli yazılı kağıza bükülmüş heroinə, marixuanaya və metamfetaminə bənzər kütlələr. ” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki: - 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi- 0,24 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. - 12(on iki) ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri- 0,046qr., 0,030qr., 0,039qr., 0,043qr., 0,030qr., 0,051 qr., 0,026qr., 0,024qr., 0,045qr., 0,025qr., 0,031 qr. və 0,042qr., ümumi çəkiləri- 0,432 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. - 01 (bir) ədəd sarı rəngli sellofan bükümdə, təmiz çəkisi- 1,331 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Marixuana (kannabis) və heroin 28 noyabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı) .(səh. 43-44) Məhkəmə-kimyəvi ekspertizasının 28 sentyabr 2023-cü il tarixli 17/705 saylı rəyində qeyd olunur ki, tədqiqata təqdim olunmuş üzərində “Ekspert rəyi №17/359 verildiyi tarix “18” aprel 2023-cü il material № HK-1/818 , ekspertizani təyin etmiş orqan Yevlax RPŞ, maddi sübutlar” 01 ədəd bükümdə qurudulmuş marixuana, 01 ədəd bükümdə metamfetamin 12 ədəd bükümdə metamfetamin, 12 ədəd bükümdə, heroinlər ... X6. ekspert Ə.Əsədullayev” yazısı və imza 01 ( bir) ədəd MEM-nə məxsus kağız paketin içərisindəki 12 (on iki) ədəd kağız bükümlərdə , ayrı-ayrılıqda təmiz çəkiləri- 0,036qr., 0,020qr., 0,041qr., 0,016qr., 0,014r., 0,035qr., 0,015qr., 0,021qr. və 0.032 qr., ümumi çəkiləri- 0,312 qram (ilkin təhqiqat zamanı təmiz çəkiləri –0,046qr., 0,030qr., 0,039qr., 0,043qr., 0,030qr., 0,051 qr., 0,026qr., 0,024qr., 0,045qr., 0,025qr., 0,031 qr. və 0,042qr., ümumi çəkiləri- 0,432 qram) olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Heroin 28 noyabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı) Məhkəmə-narkoloji ekspertizasının 30 may 2023-cü il tarixli 944 saylı rəyində qeyd olunur ki, psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (səh.115) Təqsirləndirilən şəxs Dilavər Bayramov ilk olaraq məhkəmə iclasında özünü ona qarşı irəli sürülmüş ittihamda qismən təqsirli bilərək, polis şöbəsində üzərində şəxsi axtarış zamanı aşkar edilmiş ona məxsus pul qabında həqiqətən 14 büküm narkotik vasitə və psixotrop maddə olduğunu etiraf etsə də, sonradan üzərində yalnız bir bükülü heroin və bir bükülü marixuana olduğunu bildirmiş, ona qarşı polis əməkdaşları tərəfindən təzyiqlər olduğu üçün istintaq zamanı bu əməli etiraf etdiyini söyləmişdir. Məhkəmə iclası zamanı həmin təzyiqin nədən ibarət olmasını dəqiq olaraq bildirməmişdir. Halbuki, Dilavər Bayramov istintaq zamanı satış məqsədinin olmadığını bildirsə də, 14 bükümdə olan narkotik vasitə və psixotrop maddənin ona məxsus olduğunu etiraf etmişdir. Bu, istintaq zamanı verdiyi ifadələrlə yanaşı, onun üzərinə şəxsi axtarış aparılmasını özündə əks etdirən video çəkilişlə də təsdiqini tapmışdır. Məhkəmə iclası zamanı Dilavərin Bayramov üzərində bir büküm heroin və bir büküm marixuana olduğunu qeyd etməklə, polis əməkdaşlarının içində heroin olan həmin bükülünü də götürüb ona məxsus olmayan pul qabının içinə qoyduğunu bildirmişdir. Təqsirləndirilən şəxsin bu dəlilini yoxlamaq məqsədi ilə ekspertiza təyin edilmiş və ekspert rəyinə görə 12 bükümdə olan heroinin tərkibinə görə eyni olduğu müəyyən edilmişdir. Bundan başqa Dilavər Bayramov ona qarşı polis əməkdaşı tərəfindən qanunsuz təzyiqlərin olması barədə müdafiəçisinə, habelə hər hansı müvafiq orqana müraciət etməmişdir. Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək qeyd edir ki, təqsirləndirilən şəxs Dilavər Bayramov yalnız narkotik vasitə və psixotrop maddə saxlamada özünü təqsirli bilərək, narkotik vasitə və psixotrop maddələri satmaq niyyətinin olmadığını qeyd etsə də, məhkəmə bunu özünü müdafiə xarakteri daşımaqla daha ağır cinayət məsuliyyətindən yayınmaq cəhdi kimi qiymətləndirir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndində qeyd edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə, mövcud sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Dilavər Bayramovun üzərindən aşkar edilərək götürülmüş maddələrin müxtəlif növdə, yəni marixuana, metamfetamin və heroin olması, heroinin xırda bağlamalarda olmaqla təxmini eyni çəkiyə malik olması onun satış niyyətini təsdiq edir, bununla da Dilavər Bayramovun Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə, yəni satış məqsədi ilə qanunsuz olaraq narkotik maddə və psixotrop vasitələri əldə edərək saxlamaqda təqsirli olması mövcud sübutlarla, şahidlərin ifadələri, ekspertiza rəyləri və video görüntü ilə tam təsdiq olunur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyası həddində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Dilavər Bayramov barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, himayəsində üç yetkinlik yaşına çatmayan övladlarının olmasını cəzasını yüngülləşdirən hal kimi, habelə ağırlaşdıran halların olmamasını nəzərə alır və ona, müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab edir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzasının əvvəli faktiki saxlanıldığı vaxtdan heablanmalıdır. Cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, yaşadığı yer üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Yevlax Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalan 0,22 qram narkotik vasitə olan qurudulmuş marixuana, cəmi çəkisi 0,312 qram narkotik vasitə olan heroin, çəkisi 1,281 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalıdır. Ekspertiza tədqiqatının dəyəri, 172.75 manat ekspertiza xərci Dilavər Bayramovdan tularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ 34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilməlidir. Müdafiəçi dövlət vəsaiti hesabına göstərdiyi hüquqi yardıma məhkəmə zamanı 12 saat hesablanmaqla hər iş saatı üçün 72 manat miqdarında haqq ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M Е T D İ: Təqsirləndirilən şəxs X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il 6 (ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli faktiki saxlanıldığı gündən, yəni 17 aprel 2023-cü il tarixdən hesablansın . Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. X5 yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Maddi sübut – Yevlax Rayon Polis şöbəsində saxlanılan 0,22 qram narkotik vasitə olan qurudulmuş marixuana, cəmi çəkisi 0,312 qram narkotik vasitə olan heroin, çəkisi 1,281 qram psxotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri – 172 (bir yüz yetmiş iki) manat 75 (yetmiş beş) qəpik məbləğində ekspertiza xərci X2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ 34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesaba köçürülsün. Göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Hüquq Bürosunu vəkili Müdafiəçi ödənilsin Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar