Məhkəmə qərarları › İş №1(039)-125/2024

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-125/2024

10.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-125/2024 10.07.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxxx 1996-cı ildə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, Mingəçevir şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtarmamış, Mingəçevir şəhəri V.Hüseynov küçəsi ev 2/45, mənzil 18-də qeydiyyatda olmaqla, Yevlax rayonu Əkşəm kəndində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, 04 aprel 2024-cü il tarixdən həbsdə olan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq ayrı-ayrı bükümlərdə təmiz çəkiləri 6,16 qram və 41,26 qram olmaqla cəmi 47,42 qram qurudulmuş marixuananı, 3 ədəd sellofan bükümlərdə və 1 ədəd kağız bükümdə olmaqla uyğun olaraq ayrı-ayrılıqda təmiz çəkiləri - 0,175 qram, 0,382 qram, 0,958 qram və 0,137 qram olmaqla ümumi çəkiləri 1,652 qram psixotrop maddə olan metamfetamini əldə edərək əlində olan sellofan torbada saxlamış, Yevlax rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 04 aprel 2024-cü il tarixdə saat 18:00 radələrində Yevlax rayonu Havarlı kəndi ərazisində Təqsirləndirilən şəxs qanunsuz narkotik dövriyyəsində şübhəli şəxs kimi saxlanılıb Yevlax rayon polis şöbəsinə gətirilərək həmin günü saat 18:50-dən 19:50-dək olan müddət ərzində Yevlax RPŞ-də müdafiəçinin iştirakı ilə və video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi-axtarış nəticəsində onun əlində olan sellofan torbanın içərisindən qəsdən satış məqsədilə əldə edib saxladığı 2 ədəd bükümlərdə təmiz çəkiləri 6,16 qram və 41,26 qram olmaqla cəmi 47,42 qram qurudulmuş marixuana, 3 ədəd sellofan bükümlərdə və 1 ədəd kağız bükümdə olmaqla uyğun olaraq ayrı-ayrılıqda təmiz çəkiləri - 0,175 qram, 0,382 qram, 0,958 qram və 0,137 qram ümumi çəkiləri 1,652 qram psixotrop maddə olan metamfetamin və 1 ədəd işlək vəziyyətdə üzərində cüzi miqdrda qurudulmuş marixuana hissəcikləri olan elektron tərəzi aşkar edilərək qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs X5 məhkəmə iclası zamanı ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, o, Mingəçevir şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. O, narkotik vasitə olan qurudulmuş marixuana istifadəçisidir. 2024-cü il aprelin 3-dən 4-nə keçən gecə saat təxminən 01 radələrində Abşeron rayonu Xırdalan qəsəbəsində yerləşən H.Əliyev parkının yaxınlığında yolun kənvarında 1 ədəd sellofan torba olduğunu görmüş və həmin sellofan torbanı götürüb içərisinə baxdıqda sellofan torbanın içərisində 1 ədəd elektron tərəzi, 2 ədəd ayrı-ayrı bükümlərdə narkotik vasitə qurudulmuş marixuana və 3 ədəd sellofan bükümlərdə, 1 ədəd kağız bükümdə metamfetamin oğlduğunu görüb özü istifadə etmək üçün götürüb özündə saxlamış, həmin gecə Xırdalan qəsəbəsində qalmış, səhəri gün isə yaşadığı Yevlax rayonuna gəlmişdir. xx.xx.2024-cü il tarixdə saat təxminən 18 radələrində Yevlax rayonu Havarlı kəndi ərazisində Yevlax rayon polis şöbəsinin polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitə istifadə etməkdə və üzərində saxlamaqda şübhəli olduğunu deyərək onu Yevlax rayon polis şöbəsinə dəvət etmişlər, o ad etiraz etməyərək poliş əməkdaşları ilə birlikdə Yevlax rayon Polis Şöbəsinə gəlmişlər. Polis şöbəsində təhqiqatçı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli olduğunu bildirərək onu tutmuşdur. O, Yevlax şəhər Vəkil Bürosunun vəkillərinin siyahısı ilə tanış olaraq Sevda Bəkirovanı özünə vəkil seçmişdir. Bundan sonra təhqiqatçı X9 rayon polis şöbəsinə dəvət etmiş və ona təqdim etmişdir. Təhqiqatçı hüquq və vəzifələrini izah etmiş və üzərində axtarışa başlamışdır. Bir nəfər polis əməkdaşı kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Təhqiqatçı üzərində olmuş qanunsuz əşyaları çıxararaq təqdim etməyini təklif etmişdir. Həmin vaxt o, əlində olan sellofan torbanı təqdim edərək torbanın içərisində bükümlərdə olan qurudulmuş marixuananı, metamfetamini və elektron tərəzini təqdim etmişdir. O, bükülüdə narkotik vasitə olan qurudulmuş marixuana və psixotrop maddə olan metamfetamin olduğunu və tapdığını bildirmişdir. Polis əməkdaşları bükülülərin içərisindəki kütlələrə baxaraq narkotik vasitə olan qurudulmuş marixuanaya və psixotrop maddə olan metamfetaminə bənzədiyini demişlər. Təhqiqatçı tətrindən həmin kütlələr elektron tərəzidə çəkmiş, sonra isə həmin kütlələri sellofan bükülülərlə birlikdə və elektron tərəzini ağ rəngli zərfə qoymuşdur. Təhqiqatçı zərfin açıq yerini yapışdırmış və üzərində qeydiyyat aparmış, o, və müdafiəçisi Sevda Bəkirova zərfin üzərini imzalamışlar. Təhqiqatçı tərtib etdiyi protokolu oxumuş, protokol düzgün olduğu üçün protokolu imzalamışdır. Üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuananı və psixotrop maddə olan metamfetamini özü istifadə etmək üçün saxlamış və narkotik vasitələrin satışı ilə məşqul olmamışdır. Özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilir. Törətdiyi həmin cinayət əməlinə görə səmimi peşmandır. Qeyd edilənlərin nəzərə alınaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri özünün qismən etirafı, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, Yevlax rayon Polis Şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində saxlaması barədə 04 aprel 2024-cü il tarixdə Yevlax rayon polis şöbəsinin əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Yevlax rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid1 daxil olmuş məlumatı həmin gün raportla Yevlax rayon polis şöbəsinin rəhbərliyinə məruzə etmişdir. Rəhbərlik tərəfindən Pərvinin barəsində müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. Bundan sonra Şahid1 Pərvinin barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmişdir. Yevlax rayon polis şöbəsinin 04 aprel 2024-cü il tarixli əmri ilə onun, Yevlax rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid1 və Yevlax rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X4 iştirakı ilə əməliyyat-axtarış qrupu yaradılmışdır. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində əməliyyat müvəkkili Şahid1la birlikdə Yevlax rayonu Havarlı kəndi ərazisində Pərvinin bir nəfər şəxslə piyada hərəkət etdiyini görmüşlər və onlara yaxınlaşmışlar. Şahid1 Pərvinə qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olduğunu, saxlanılaraq üzərinə baxış keçirilməsi üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etdiyini, üzərinə baxış keçirilməli olduğunu izah etmişdir. Pərvin üzərinə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmiş və bundan sonra Pərvini və adını sonradan bildiyi İlqar adlı şəxsi Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirərək X6a təhvil vermişlər. Pərvinin gətirilməsi barədə raport yazılmış və X6 tərtib edilmiş sənədlər əsasında Pərvini şübhəli şəxs qismində tutmuşdur. Pərvin Yevlax şəhər Vəkil Bürosunun vəkili Sevda Bəkirova tərəfindən hüquqlarının müdafiə edilməsini istədiyini bildirmişdir. Bundan sonra X13 rayon polis şöbəsinə dəvət edilmişdir. Xidməti iş otağında Rüstəm Həsənov onun, Hikmət Yusubovun və Sevda Bəkirovanın iştirakı ilə Pərvinin üzərində şəxsi axtarış aparmışdır. X11 hüquq və vəzifələrini izah etmişdir. O və digər iştirakçılar özlərini təqdim etmişlər. Yevlax rayon polis şöbəsinin kriminalistik tədqiqatlar qrupunun baş inspektoru polis mayoru Sirac Fərəcov “Panasonic” markalı kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Şəxsi axtarış zamanı Pərvin əlində olan sellofan torbanı təqdim edərək sellofan torbanın içərisində narkotik vasitə qurudulmuş marixuana, psixotrop maddə olan metamfetamin və elektron tərəzi olduğunu, həmin narkotik vasitə qurudulmuş marixuananı, psixotrop maddə olan metamfetamini və elektron tərəzini 2024-cü il aprelin 3-dən 4-nə keçən gecə Abşeron rayonu Xırdalan qəsəbəsində yerləşən H.Əliyev prakının yaxınlığında yolun kənarından tapdığını və özü istifadə etmək üçün saxladığını bildirmişdir. X6 sellofan torbanı açmış, o, sellofan torbanın içərisində olan bükümlərdə qurudulmuş marixuanaya və psixotrop maddə olan metamfetaminə bənzər kütlənin və 1 ədəd elektron tərəzinin olduğunu görmüşdür. Rüstəm Həsənov həmin kütlələri sellofan bükülülərlə birlikdə elektiron tərəzidə çəkmiş, daha sonra həmin kütlələri sellofan bükülülərlə birlikdə ağ rəngli zərfə qoymuş və zərfin açıq yerini yapışdırmış və üzərində qeydiyyat aparmışdır. Pərvin və müdafiəçisi Sevda Bəkirova zərfin üzərin imzalamışlar. Rüstəm Həsənov zərfə bir neçə ədəd “zərflər üçün №85” möhürü yapışdırmışdır. Rüstəm Həsənov zərfdə qablaşdırdığı kütlələrin qurudulmuş marixuana və metamfetamin olub-olmadığını müəyyən etmək üçün ekspertizaya təqdim olunacağını bildirmiş, protokol tərtib etmiş və protokolu iştirakçılara oxumuşdur. O, protokolun doğruluğunu digər iştirksçılarla birlikdə imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Espertiza Mərkəzinin X7 05 aprel 2024-cü il tarixli 3-16-16-2-17/341 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Yevlax rayon sakini Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qururdulmuş marixuanaya bənzər kütlə.” Yazısı, adlar və imzalar olan 01 (bir) ədəd zərfin içərisindəki üzəri yapışqan lentlə sarınmış 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi - 6.16 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Yevlax rayon sakini Təqsirləndirilən şəxs əlindəki sellofan torbadan aşkar edilmiş qururdulmuş marixuanaya bənzər kütlə.” yazısı, adlar və imzalar olan 01 (bir) ədəd sellofan torbanın içərisindəki üzəri yapışqan lentlə sarınmış 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi - 41.26 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır (marixuananın ümumi çəkisi – 47.42 qram, tədqiqata sərf edildi – 0.20 qram (hər ob. 0.10 qr.), qalıq – 47.22 qram). Tədqiqata təqdim olunmuş, üzərində “Yevlax rayon sakini Təqsirləndirilən şəxs üzərindən götürülmüş psixotrop maddəyə bənzər kütlələr.” Yazısı, adlar və imzalar olan 01 (bir) ədəd zərfin içərisindəki 03 (üç) ədəd şəffaf sellofan bükümdə bə 01 (bir) ədəd kağız bükümdə, uyğun olaraq ayrı-ayrılıqda təmiz çəkiləri – 0.175 qr., 0.382 qr., 0.958 qr. və 0.137 qr., ümumi çəkiləri – 1.652 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir (metamfetaminlərin ümumi çəkisi – 1.652 qr., cəmi tədqiqata sərf edildi – 0.200 qr. (hər ob. 0.050 qr.), qalıq – 1.452 qr.) İşdə olan Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Espertiza Mərkəzinin X7 04 iyun 2024-cü il tarixli 3-16-16-2-17/484 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Yevlax rayon sakini Təqsirləndirilən şəxs üzərindəki torbadan götürülmüş elektron tərəzi.” yazısı, adlar və imzalar olan 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd elektron tərəzinin üzərində cüzi miqdarda qurudulmuş marixuana hissəcikləri vardır. Qurudulmuş marixuana hissəcikləri cüzi miqdarda olduğundan təmiz çəkisini müəyyən etmək və təqdim olunmuş qurudulmuş marixuanalarla müqayisəli tədqiqatını (eynilik) aparmaq mümkün olmamışdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri narkoloji dispanserinin 04 iyun 2024-cü il tarixli 994 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Hal-hazırda narkotik abstinensiya (narkotik vasitələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndinin ikinci hissəsində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməməsi ilə bağlı verdiyi ifadəsini məhkəmə özünü müdafiə kimi qiymətləndirir və nəzərə alır. Мəhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən şahid ifadələri və ekspert rəyləri biri-digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və buna görə də ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hal hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən icra edilmiş tələbnamədən və Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ğci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşdə olan Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, məhkum Təqsirləndirilən şəxs 07 oktyabr 2022-ci il tarxdə cəzasının icrası ilə bağlı qeydiyyata alınmışdır. Məhkuma təyin olunmuş azadlığın məhdudlaşdırırlması cəzasının 1 il 5 ay 27 günü icra olunmuş, 11 ay 29 günü icra olunmamış qalmışdır. İşdə olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmiş və həbsə alınmasının əvvəli 04 aprel 2024-cü ildən hesablanmışdır. Məhkəmə, məhkəmə iclası zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Yevlax rayon Polis Şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 47,22 qram qurudulmuş marixuana, 1,452 qram psixotrop maddə olan metamfetamin və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə haqqında istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə cəmi 138.20 (bir yüz otuz səkkiz manat iyirmi qəpik) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxs X2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Müdafiəçi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə dövrü üçün 27 manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş qalan 11 (on bir) ay 29 (iyirmi doqquz) gün azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-1 maddəsinə əsasən 05 (beş) ay 29 (iyirmi doqquz) gün azadlıqdan mərhum etmə cəzasına bərabər tutulmaqla CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilərək ona qəti olaraq 03 (üç) il 02 (iki) ay müddətə azadlıqdan mərhumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli 04 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Yevlax rayon Polis Şöbəsində saxlanılan tədqiqata sərf olunduqdan sonra qalıq çəkisi 47,22 qram qurudulmuş marixuana, 1,452 qram psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə haqqında istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə cəmi 138.2 (bir yüz otuz səkkiz manat iyirmi qəpik) məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar