Məhkəmə qərarları › İş №1(039)-126/2020

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-126/2020

22.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-126/2020 22.10.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1975-ci ildə Yevlax rayonu Duzdaq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 mənzil 10 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxso ğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2020-ci ilin may ayının əvvələrində, qayınanası X1 Yevlax şəhəri H.Rəcəbov küçəsində yerləşən 7 nömrəli ünvandakı evinin həyətində qanunsuz olaraq tərkibində narkotik maddə olan xeyli miqdarda 04 (dörd) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərini əkib, aqrotexniki qaydada qulluq edərək xx xxxx 2020-ci il tarixədək yetişdirib kultivasiya etmiş, hündürlüyü 60 sm, təmiz çəkisi- 78,06 qram olan 01 ədəd çətənə bitkisi və hündürlükləri 07 sm, 09 sm və 10 sm, ümümi təmiz çəkiləri- 0,27 qram olan 03 ədəd çətənə bitkisinin şitilləri xx xxxx 2020-ci il tarixdə Yevlax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saat 10:30-dan 10:50-dək olan müddətdə aqronomun iştirakı və video çəkilişlə keçirilmiş baxış zamanı qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, hərdən narkotik vasitə olan marixuana istifadə edir. Təxminən 2020-ci ilin mart ayının əvvəllərində Yevlax şəhərində yerləşən “İstisu” mehmanxanasının yaxınlığından kağız bükülüdə narkotik vasitə olan çətənə bitkisinin toxumlarını tapmış, həmin toxumları kağıza bükülmüş şəkildə özündə saxlamış, 2020-ci ilin may ayının əvvəllərində həmin toxumları qayınanası X1 yaşadığı evin həyətində əkmiş, iyun ayının əvvəllərinə kimi əkmiş olduğu toxumlara qulluq etmiş, yəni toxumları əkdiyi yerə mütəmadi olaraq su və peyin vermiş, toxumlardan 4 ədəd çətənə bitkisi yetişmiş, 2020-ci ilin iyun ayının 11 -də saat təxminən 10:30 radələrində əkmiş olduğu çətənə bitkilərinə qulluq etmək üçün qayınanası X1 yaşadığı ünvan 3 ünvanına gedən zaman polis əməkdaşları onu saxlamış, onunla birlikdə qayınanası X1 razılığı və aqronomun iştirakı ilə videoçəkilişlə qayınanasının yaşadığı ünvan 3 ünvanına baxış keçirilmiş, baxış zamanı onun əkmiş olduğu 4 ədəd çətənə bitkisi qayınanası X1 yaşadığı evin həyətindən aşkar olunmuşdur. Hazırda törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək, məhkəmədən barəsində yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin ictimai təhlükəsizlik bölməsinin polis sahə rəisi Şahid2 ifadəsində bildirmişdir ki, xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs qayınanası Aybəniz Əfəndiyevanın həyətində narkotik tərkibli çətənə bitkiləri əkib-becərməklə məşğul olması barədə məlumat daxil olmuş, bu barədə rəhbərliyə məlumat verilmiş, əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul edildikdən sonra polis mayoru X7, polis leytenantı Şahid1 və polis baş serjantı Şahid3 ilə birlikdə xx xxxx 2020-ci il tarixdə saat 10 radələrində ünvan 3 ünvanına getmiş, Təqsirləndirilən şəxs orada olduğunu görərək ona yaxınlaşmış və özlərini təqdim etmiş, Elsevərə narkotik tərkibli çətənə bitkilərini əkib-becərməkdə şübhəli olduğunu bildirmişlər.Daha sonra onlar ünvan 3 ünvanının qapısını döymüş, qapıya bir qadın çıxaraq özünün X3 olduğunu və Təqsirləndirilən şəxs qayınanası olduğunu bildirmişdir. X2 həyət sahəsinə baxış keçirilməsinin vacibliyi bildirilən zaman Aybəniz Əfəndiyeva həyətyanı sahəsinə baxış keçirilməsinə etirazı olmadığını demiş və bu barədə ərizə yazmışdır. Bundan sonra Təqsirləndirilən şəxs, qayınanası X1, aqronom X5 və polis əməkdaşlarının iştirakı ilə video çəkiliş vasitəsilə X1 həyətyanı sahəsinə baxış keçirilmiş, baxış zamanı həyətyanı sahədən 4 ədəd çətənə bitkisi aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin ictimai təhlükəsizlik bölməsinin polis nəfəri Şahid3 Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş şahid, Yevlax rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, xx xxxx 2020-ci il tarixdə polis şöbəsində olarkən ünvan 1 mənzil 10-da yaşayan Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qayınanası Aybəniz Əfəndiyevanın həyətində narkotik tərkibli çətənə bitkiləri əkibbecərməklə məşğul olması barədə məlumat daxil olmuş, o, bu barədə rəhbərliyə məlumat vermiş, əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul etdikdən sonra Yevlax rayon Polis Şöbəsinintəhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru, X7, polis sahə rəisipolis mayoru Şahid2 və sahə polis nəfəri, polis baş serjantı Şahid3 ilə birlikdə xx xxxx 2020-ci il tarixdə saat 10 radələrində ünvan 3 ünvanına getmiş, ünvana çatar-çatmaz bir neçə metrlikdə Təqsirləndirilən şəxs orada olduğunu görərək ona yaxınlaşmış və özünü təqdim etmiş, Elsevərə narkotik tərkibli çətənə bitkilərini əkib-becərməkdə şübhəli olduğunu bildirmiş, əraziyə aqronom X6 dəvət etmiş, daha sonra onlar ünvan 3 ünvanının qapısını döymüş, qapıya bir qadın çıxaraq özünün X3 olduğunu, Təqsirləndirilən şəxs qayınanası olduğunu bildirmiş, X2 həyət sahəsinə baxış keçirilməsinin vacibliyi bildirilən zaman Aybəniz Əfəndiyeva həyətyanı sahəsinə baxış keçirilməsinə etirazı olmadığını demiş və bu barədə ərizə yazmışdır.Bundan sonra Təqsirləndirilən şəxs, qayınanası X1, aqronom X5 və adlarını qeyd etdiyi polis əməkdaşlarının iştirakı ilə video çəkiliş vasitəsilə X1 həyətyanı sahəsinə baxış keçirilmiş, baxış zamanı həyətyanı sahədən 4 ədəd çətənə bitkisi aşkar edilmişdır. Təqsirləndirilən şəxs həmin çətənə bitkilərinin toxumlarını 2020-ci ilin mart ayında “İstisu” mehmanxanasının yaxınlığından tapdığını, daha sonra toxumları gətirib 2020-ci ilin may ayının əvvəllərində qayınanası X1 həyətyanı sahəsində yetişdirdikdən sonra istifadə etməsi üçün əkdiyini, çətənə bitkilərini əkməsindən heç kimin xəbərinin olmadığını, əkdikdən sonra çətənə bitkilərinə qulluq etdiyini bildirmişdir. Aqronom, Təqsirləndirilən şəxs əkmiş olduğu çətənə bitkilərinə aqrotexniki qaydada qulluq edildiyini təsdiqləmişdir. Daha sonra Təqsirləndirilən şəxs əkmiş olduğu çətənə bitkiləri köklərindən çıxarılmış, ekspertizaya göndərilməsi üçün kisəyə və zərfə qoyulmaqla qablaşdırılaraq 85 saylı möhürlə möhürlənmiş, polis şöbəsində bu barədə protokol tərtib edilmiş, iştirakçılardan irad və təklif daxil olmamış, protokolun doğruluğunu imzalarla təsdiq edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “hadisə yerinə baxış keçirilməsi və maddi sübutların götürülməsi haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, baxışın keçirildiyi hadisə yeri ünvan 3 ünvanında yerləşən, X1 yaşadığı evin həyətyanı torpaq sahəsidir. Baxış zamanı, həyətyanı torpaq sahəsinin daxilində, iki mərtəbəli evlə üzbəüz yerləşən tərəvəz əkilmiş dirlik sahəsində aqrotexniki qaydada qulluq edilib yetişdirilmiş, narkotik tərkibli bitkiyə bənzər 4 ədəd bitki kolları aşkar olunaraq götürülmüşdür. (iş vər.17-19); cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 10:30-da şübhəli şəxs qismində tutulmuşdur.(iş vər. 30-31); məhkəmə bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli 17/360 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs qaynanası...X1 evinin həyətində əkib-becərdiyi..” sözləri yazılmış sintetik kəsənin içərisində, hündürlüyü 60 sm,təmiz çəkisi- 78,06 qram olan 01(bir) ədəd bitki əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kanabis) bitkisidir. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs qaynanası...X1 evinin həyətində əkib-becərdiyi..” sözləri yazılmış zərfin içərisində, hündürlükləri 07 sm, 09 sm və 10 sm, ümumi təmiz çəkiləri- 0,27 qram olan 03 (üç) ədəd bitki şitilləri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləridir. X12 tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli rəyə əsasən 01 (bir) ədəd çətənə (kannabis) bitkisinə və 03 (üç) ədəd çətənə (kannabis) bitkisinin şitillərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 34,55 manatdır. (iş vər. 44-46); qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxx 2020-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (iş vər. 67-68); maddi sübut kimi tanınma haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, hadisə yerindən götürülmüş, 1 ədəd çətənə bitkisi və 3 ədəd çətənə bitkisinin şitilləri iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Yevlax rayon polis şöbəsinə təhvil verilmişdir. (iş vər. 69); məhkəmə narkoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 667 nömrəli rəyindən görünür ki,Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (iş vər. 93 ); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X4 ünvanlanmış tələbnaməyə xx.xx.2020-cu il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir.( iş vər. 77); AZE seriyalı 11254087 nömrəli, AZE seriyalı 11971148 nömrəli, AZE seriyalı 11254009 nömrəli və AZE seriyalı 11484877 nömrəli şəxsiyyət vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2007-ci il təvəllüdlü Elmira, xx.xx.2008-ci il təvəllüdlü İnci, xx.xx.2010-cu il təvəllüdlü Aişə və xx.xx.2015-ci il təvəllüdlü Mustafa adlı uşaqları var.(iş vər. 66) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində dörd azyaşlı uşağın olmasını (CM- 59.1.4), törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini (CM-59.2) cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini düzgün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanmalı,təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik bitki kolları məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM- 198.1.), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və AzərbaycanRespublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesablanmaqla 4 gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 23:00-dan saat 07:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Yevlax rayon polis şöbəsində saxlanılan iş üzrə maddi sübut 01 ədəd çətənə bitkisi və 03 ədəd çətənə bitkisinin şitilləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 34 (otuz dörd) manat, 55 (əlli beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Məmmədov Fərhad Möhübbət oğlunun ibtidai istintaqda göstərdiyi 41 (qırx bir) saat, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 18 (on səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 246 (iki yüz qırx altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Məmmədov Fərhad Möhübbət oğluna, 108 ( bir yüz səkkiz) manat isə Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim GünayCavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar