Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-126/2021 01.09.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxxx 1990-cı il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Şəki Ağır Cinayətlər Məhkəməsinin 02 iyun 2011-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 152, 29.120.1 maddələri ilə təqsirli bilinib, 07 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 11 sentyabr 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki olaraq Yevlax rayonu Xaldan kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, 15 aprel 2021-ci il tarixdə Yevlax rayon Xaldan kəndində yerləşən yaşadığı evin həyətyanı sahəsindəki yarımçıq tikilidə və torpaq sahəsində qəsdən qanunsuz olaraq xeyli miqdarda 07 ədəd çətənə bitkilərini əkib həmin vaxtdan 17.05.2021-ci il tarixədək aqrotexniki qaydada qulluq etməklə kultivasiya etmiş, 17 may 2021-ci il tarixdə saat 16:05-də DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı evinin həyətyanı sahəsinə və həyətyanı sahəsindəki yarımçıq tikiliyə onun razılıq ərizəsi əsasında video çəkilişlə keçirilmiş baxış zamanı həmin tərkibində narkotik maddələr olan ümumi təmiz çəkiləri – 85 qram olmaqla xeyli miqdarda 07 ədəd çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək söyləmişdir ki, təxminən 2020-ci ilin sentyabr ayında yaşadığı kənddən keçən su kanalının ətrafında yabanı halda bitən çətənə bitkilərini görmüş və onlardan yığaraq öz istifadəsi üçün saxlamışdır. Belə ki, ara-sıra narkotik vasitələrdən istifadə edir. Yığdığı bitkilərin toxumlarını 2021-ci ilin aprel ayının ortalarına, faktiki olaraq yaşadığı Yevlax rayonu, Xaldan kəndindəki evin həyətində olan yarımçıq tikilidə 02 ədəd və torpaq sahəsində iki yerdə müvafiq olaraq 02 və 03 ədəd əkmiş və onlara qulluq etmiş, belləyib sulamışdır. 17 may 2021-ci il tarixdə, təxminən saat 15:00-da polis əməkdaşları onun yaşadığı evə gələrək özlərini Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin əməkdaşları kimi təqdim etmiş və bildirmişlər ki, onun tərəfindən çətənə bitkilərinin əkilməsi barədə məlumat daxil olmuşdur, bu səbəblə yaşadığı evin həyətinə baxış keçirilməlidir. Buna etiraz etməmiş və çətənə bitkiləri əkdiyi yerləri könüllü olaraq polis əməkdaşlarına göstərmişdir. Bu zaman video çəkiliş də aparılmışdır. Bu barədə protokol tərtib edilmiş və həmin kollar götürülmüşdür. Əməlindən peşman olduğunu, himayəsində azyaşlı uşağının olduğunu bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Şahid1 bildirmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 17 may 2021-ci il tarixdə əməkdaşı olduğu şöbəyə Yevlax rayonu, Xaldan kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik tərkibli çətənə kolları əkməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bunun əsasında əməliyyat qrupu yaradılmış, o özü, habelə şöbənin əməkdaşları Şahid2 və Şahid3 qrupa daxil edilmişlər. Əməliyyat qrupunun üzvləri və aqronom Vüqar Mahmudovla birlikdə həmin ünvana getmişlər. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirməli olduqlarını bildirmiş və o, buna etiraz etməmişdir. Video çəkilişlə oraya baxış keçirilən zaman həyətdə olan yarım tikilidən və iki müxtəlif kolların içindən ümumilikdə 7 ədəd narkotik tərkibli çətənə kolları aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, çətənə kolları ona məxsusdur, özü əkmiş, diblərini belləyib sulamaqla qulluq etmişdir. Çətənə kolları maddi sübut kimi ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Şahid3 bildirmişdir ki, Azərbaycan Respublikası DİN BNMİ-nin QBRŞ-nin operator vəzifəsində işləyir. Əməliyyat qrupunun üzvü kimi 17 may 2021-ci il tarixdə Yevlax rayonu Xaldan kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı iştirak etmişdir. Bu zaman həmin həyətyanı sahədən müxtəlif yerlərdən cəmi 7 ədəd narkotik tərkibli çətənə kolları aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs bildirmişdir ki, bu kolları özü əkib və onlara qulluq etmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsi əks olunduğu video yazıya baxış keçirilmiş və həmin yazıda təqsirləndirilən şəxsin və şahidlərin bildirdikləri hallar təsdiqini tapmışdır. Məhkəmə-bioloji ekspertizasının 18 may 2021-ci il tarixli 16/468 sаylı rəyində qeyd olunur ki, tədqiqata təqdim olunmuş üzərində “vətəndaş Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin həyətyanı torpaq sahəsindən götürülmüş 7 (yeddi) ədəd......” sözləri yazılmış 1 (bir) ədəd kisə bağlamada, ümumi sayı 7 (yeddi) ədəd, ümumi təmiz çəkisi - 85 qram olan bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kanabis) bitkiləridir. Aqronom mütəxəssis Eşqin Xudatovun 18 may 2021-ci il tarixli rəyinə əsasən 07 (yeddi) ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. (səh. 53-54) Məhkəmə-narkoloji ekspertizasının 02 iyun 2021-ci il tarixli 632 saylı rəyində qeyd olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən suiistifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. (səh.111) Şəki Ağır Cinayətlər Məhkəməsinin 02.06.2011-ci il tarixli hökmünün surəti ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152 və 29.120.1-ci maddələri ilə təqsirli bilinib, qəti olaraq 07 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (səhş 139- 148) Tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs 11 sentyabr 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət Məcəlləsi: Maddə 65.2. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Maddə 83.1. Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Maddə 83.3. Aşağıdakı hallarda məhkumluq ödənilmiş hesab olunur: 83.3.4. ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə; Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə, yəni qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmədə təqsirli olması özünün etirafı, şahidlərin ifadələri, video çəkilişlə, ekspertiza rəyləri ilə tam sübuta yetirilmiş və ona cinayət qanunvericiliyinin tələblərinə uyğun cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, habelə törətdiyi əməldə peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cinayətlərin residivini cəzasını ağırlaşdıran hal kimi nəzərə alır və ona, müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmayan cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab edir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəza çəkdiyi müddətdə barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, yaşadığı yer üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş və X3 saxlanılan 85 qram çəkidə 07 ədəd narkotik tərkibli çətənə kolları hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalıdır. Ekspertiza tədqiqatının dəyəri 30.4 manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Müdafiəçi, Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi məhkəmə dövrü üçün 90 manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddəsi). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM Е T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 01 sentyabr 2021-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Maddi sübut - Yevlax Rayon Polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş 7 ədəd, ümumi çəkisi 85 qram çətənə bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri - 30 (otuz) manat 40 (qırx) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ ******************** коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi ödənilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Hökmdən 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №1(039)-126/2021
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-126/2021
01.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver