Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-126/2022 05.08.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1994-cü tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, qəsdən qanunsuz olaraq zavod üsulu ilə istehsal edilmiş, yivli odlu silah hesab edilən 5,6 mm kalibrli, “33940” nömrəli üzərində konstruktiv dəyişiklik edilərək lüləsi kustar üsulla kəsilmiş, qundağı dəstək formasında uyğunlaşdıraraq ilkin təyinatın dəyişdirilmiş “Toz-8” modelli, sürüşkən çaxmaqlı tək-tək atılan yivli odlu idman-ov tüfəngini və həmin tüfəngdə istifadə etmək üçün 7 ədəd istifadəyə yararlı 5,6 mm kalibirli döyüş sursatı olan patronları istintaqa məlum olmayan mənbədən, gündə və saatda əldə edərək yaşadığı ünvan 1 saylı evdə saxlamış, xx.xx.2022-ci il tarixdə saat saat 17 radələrində Təqsirləndirilən şəxs həmin silahı və döyüş sursatı olan patronları saxladığı evdən götürüb Yevlax şəhəri Q.Quliyev küçəsinə üzərində saxlayıb gəzdirməklə daşımış, xx.xx.2022-ci il tarixdə saat 17:15-də Təqsirləndirilən şəxs yivli odlu silahı və həmin silaha aid istifadəyə yararlı döyüş sursatı hesab edilən patronları əldə edib üzərində daşıyaraq gəzdirməsində şübhəli bilindiyinə görə Yevlax şəhəri Q.Quliyev küçəsində gəzərkən polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib üzərində həmin gün saat 18:00-dən saat 18:40-dək olan müddət ərzində müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində əynindəki gödəkcənin içəri hissəsində saxladığı sellofanın içərisindən qanunsuz olaraq gəzdirdiyi həmin ov tüfəngi və tüfəngdə istifadə etmək üçün patronlar aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək söyləmişdir ki, ara-sıra Yevlax rayonu ərazisindən keçən Kür çayında balıq tutur. 18 mart 2022-ci il tarixdə yenə də Kür çayının Yevlax rayonu ərazisindən keçən hissəsində balıq tutub evə qayıdarkən bir ədəd sellofan torba görüb götürmüşdür. Torbanın içinə baxdıqda orada 1 ədəd lüləsi kəsilmiş formada ov tüfəngi və 7 ədəd patron olduğunu görmüşdür. O, həmin silahla əynindəki gödəkcənin içəri hissəsində gizlədərək gələcəkdə ov etmək üçün evə aparmışdır. 21 mart 2022-ci il tarixdə belə qərara gəlmişdir ki, həmin silahı aparıb Yevlax Rayon Polis Şöbəsinə təhvil versin. Axşam saatlarında sellofan torbada saxladığı tüfəngi və patronları əynindəki gödəkcənin içəri tərəfində gizlədərək Yevlax şəhəri, Q.Quliyev küçəsi ilə piyada gedərkən ona tərəf bir neçə mülki formada şəxs yaxınlaşmış və özlərini polis əməkdaşları kimi təqdim etmişlər. Üstündə silah və patronlar olduğundan həyacanlanmışdır. Ona görə onu polis şöbəsinə aparmışdırlar. Polis şöbəsində ona müdafiəçi təqdim edilmiş, onun razılığı ilə video çəkilişlə üstünə baxış keçirilmişdir. Baxış zamanı əynində olan gödəkcənin içəri hissəsində sellofan torbada saxladığı “Toz-8” tüfəngini və 7 ədəd patronu çıxarıb təqdim etmişdir. Əməlindən peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Şahid X1 bildirmişdir ki, Yevlax RPŞ CAB əməliyyat müvəkkili vəzifəsində işləyir. 21 mart 2022-ci il tarixdə ona, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs üzərində “Toz-8” modelli ov tüfənginin olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə şöbənin rəhbərliyə raportla müraciət etmiş və bu müraciət əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Yevlax şəhəri, Q.Quliyev küçəsindədir. Əməliyyat qrupunun üzvü, PPXB-nin polis nəfəri Şahid1 ilə birlikdə saat təxminən 17:00-da həmin ünvana getmişlər. Bu zaman Təqsirləndirilən şəxs Q.Quliyev küçəsi ilə Mərkəzi poçt istiqamətində getdiyini görmüşlər. Onun getdiyi istiqamət Yevlax RPŞ inzibati binasının yerləşdiyi istiqamət olmamışdır. Ona yaxınlaşaraq özlərini təqdim etmiş və polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs müdafiəçi təqdim edilmiş və video çəkilişlə üzərinə baxış keçirmişdir. Baxış zamanı o, əynindəki gödəkcənin içəri hissəsindən bir ədəd sellofan torba çıxarıb masanın üzərinə qoymuşdur. Oradan “Toz-8” modelli lülləsi kəsilmiş tüfəng və 7 ədəd 5,6 mm patronlar aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin tüfəngi və patronları üç gün öncə Kür çayının Yevlax rayonu ərazisindən keçən hissəsində yerləşən köhnə körpünün yaxınlığında tapmışdır. Şahid1 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını özündə əks etdirən video yazıya baxış keçirilmiş, onun üzərində şəxsi axtarış aparılan zaman əynindəki gödəkcənin altında sellofana bükülmüş vəziyyətdə olan kəsilmiş qoşa lülə odlu silah və 7 ədəd 5,6 mm patronun olunması müəyyən edilmişdir. Məhkəmə ballistik ekspertizanın 22 mart 2022-ci il tarixli 17/258 nömrəli rəyində qeyd edilir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 1(bir) ədəd silah, zavod üsulu ilə istehsal edilmiş 5.6 mm kalibrli “33940” nömrəli “TOZ-8 modeli, sürüşkən çaxmaqlı tək-tək atılan yıvli odlu idman-ov tüfəngi, lakin konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lüləsi kustar üsulla kəsilmiş, qundağı isə dəstək formasına uyğunlaşdırılmış, ilkin təyinatı dəyişdirilmiş tüfəng kəsiyidir, yivli odlu silah hesab edilir. Tədqiqata təqdim edilmiş 07 (yeddi) ədəd predmet , zavod üsulu ilə istehsal edilmiş, 5.6 mm kalibrli (TOZ-8, TOZ-16, TOZ-17, TOZ-8M, TOZ-18 və s) tüfənglərində, (Marqolin, TOZ-35) təlim-məşq tapançalarda, (GSG-5, AR-7 və s) karabinlərində və sair silahlarda istifadə etmək üçün nəzərdə tutulmuş patronlardır, istifadəyə (atəşə) yararlıdırlar. (səh. 41) Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə, yəni yivli odlu silah və onun patronlarını saxlaması, daşıması və gəzdirməsində təqsirli olması özünün etirafı, şahidin ifadəsi, şəxsin üstünə baxış keçirilməsi ilə bağlı video yazı, ekspertiza rəyləri ilə tam sübuta yetirilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs həmin silahı və patronları polis şöbəsinə təhvil vermək üçün üzərində saxladığını bildirsə də, mövcud sübutlarla bu təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, onun bu ifadəsi özünü müdafiə etmək xarakteri daşıyır. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır, ilk dəfə az ağır cinayət törətməsini cəzasını yüngülləşdirən hal kimi, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növü ilə bağlı qeyd edir ki, o, törətmiş olduğu cinayət əməlindən peşman olduğunu bildirsə də, məhkəmədən qaçıb gizlənməyə cəhd etmişdir ki, bununla da həmin əməldən peşmanlıq hissi keçirmədiyini nümayiş etdirmişdir. Buna görə də, ona həmin maddədə nəzərdə tutulmuş azadlıqdan məhrum etməyə alternativ cəzanın təyin edilməsi onun islah olunmasına xidmət etməyəcək. Bu səbəbdən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiqdir. Cəzasının əvvəli həbsə alındığı tarixdən hesablanmalıdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş və X2 saxlanılan 01 ədəd zərfdə qablaşdırılmış tədqiqata təqdim edilmiş, bir ədəd 5.6 mm kalibrli, 33940 “Toz-8” modelli tüfəng və 7 ədəd 5.6 mm kalibirli patronlar hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası DİN-nin Təchizat İdarəsinə təhvil verilməlidir. Ekspertiza tədqiqatının dəyəri 30.60 manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Müdafiəçi, Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi2 məhkəmə dövrü üçün 24 manat və vəkil Müdafiəçi1 məhkəmə dövrü üçün 36 manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M Е T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib, 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 21 mart 2022-ci il tarixdən 23 mart 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın, Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 05 avqust 2022-ci il tarixdən hesablansın . Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Maddi sübut, Yevlax rayon polis şöbəsində saxlanılan, 5.6 mm kalibrli, 33940 “Toz-8” modelli tüfəng və 7 ədəd 5.6 mm kalibirli patronlar hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikası DİN-nin Təchizat İdarəsinə təhvil verilsin. Ekspertiza tədqiqatının dəyəri 30 (otuz) manat 60 (altmış) qəpik Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Dövlət hesabına göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 24 (iyirmi dörd) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunun vəkili Müdafiəçi2 və 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunun vəkili Müdafiəçi1 ödənilsin Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Sədrlik edən : Toğrul Əliyev
Məhkəmə qərarları › İş №1(039)-126/2022
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-126/2022
05.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver