Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-126/2023 14.09.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair həmin cinayət işi xx.xx.2023-cü il tarixdə məhkəmənin icraatına daxil olmuş, cinayət işi üzrə məhkəmə hazırlıq iclası 13 iyul 2023-cü il tarixə təyin edilməklə, daha sonra 20 iyul 2023-cü il və 14 sentyabr 2023-cü il tarixlərinə təxirə salınmaqla cinayət prosesi tərəflərinin iştirakı ilə irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanması üçün ilkin dinləmələr aparılmışdır. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq özünün istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda 11,79 qram çəkidə kustar üsulla hazırlanmış narkotik maddə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib əynindəki cins şalvarın sağ yan cibində, bir ədəd şəffaf sellofana bükülmüş bükülünün içərisində saxlamış, Yevlax rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs kimi 09 fevral 2023-cü il tarixdə saat 19:00 radələrində, Yevlax rayonu, Qaraməmmədli kəndində saxlanılıb Yevlax rayon polis şöbəsinə gətirilərək, onun üzərində həmin tarixdə saat 20:25-dan saat 20:55-dəqiqəyədək olan müddət ərzində müdafiəçinin iştirakı ilə, video çəkilişlə aparılmış şəxsi axtarış zamanı əynində cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda 11,79 qram çəkidə kustar üsulla hazırlanmış narkotik maddə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Həmin cinayət işi üzrə ibtidai istintaq Azərbaycan Respublikası DİN-in Yevlax rayon Polis X2 müstəntiqi, polis mayoru X7 tərəfindən aparılaraq tamamlanmış, cinayət işi (ibtidai istintaq zamanı cinayət işinin nömrəsi ********* olmuşdur) üzrə ittiham aktı 03 iyul 2023-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmənin hazırlıq iclası zamanı Müdafiəçi vəsatət təqdim edərək, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs müdafiə hüquqlarının pozulduğunu, habelə digər qanun pozuntularına yol verildiyini qeyd edərək bildirmişdir ki, cinayət işi materiallarının 14-cü səhifəsində "qanuni nümayəndə qismində tanınma haqqında", 16-cı səhifəsində "Qanuni nümayəndə qismində təyin edilmiş şəxsə hüquq və vəzifələrinin izah edilməsi haqqında", 17-ci səhifəsində "Şübhəli şəxsin tutulması haqqında", 26-cı səhifəsində "Tutma haqqında protokolda", 28-ci səhifəsində "Şübhəli şəxsin CPM - nin 90 -cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələr barədə", 29-cu səhifəsində "Şübhəli şəxsə tutulması barədə protokolun və hüquq və vəzifələri barədə bildirişin verilməsi haqqında", 38-ci səhifəsində "Şübhəli şəxsə etiraz edilə bilən şəxslər barədə məlumatların bildirilməsi haqqında”, 56-cı səhifəsində "Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında", 62-ci səhifəsində "Təqsirləndirilən şəxsi dindirmə protokolunda", 83-cü səhifəsində "Təqsirləndirilən şəxsin ekspertiza təyin olunmasına dair qərarla tanış edilməsi haqqında", 143-cü səhifəsində "Təqsirləndirilən şəxs ərizəsində", 145-ci səhifəsində "Təqsirləndirilən şəxsi dindirmə protokolu" prosessual sənədlərində, habelə 176-cı səhifəsində olan "Qəbz"də olan imzalar ona məxsus olmamış, habelə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılarkən və ibtidai istintaqın gedişatının bəzi mərhələlərində yetkinlik yaşına çatmasa da onun barəsində keçirilmiş cinayət prosessual hərəkətlərdə qanuni nümayəndəsinin iştirakı təmin edilməmişdir. Qanuni nümayəndə kimi cəlb edilmiş İsa Əhmədovun Təqsirləndirilən şəxs münasibətdə atalığı qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilməmişdir. Məhkəmə iclasında Dövlət ittihamçısı məhkəməyə vəsatətlə müraciət edərək bildirmişdir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq 11,79 qram şəxsi istehlak miqdarından artq miqdarda kustar üsulla hazırlanmış narkotik maddə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib qanunsuz olaraq şəffaf sellafon bükümdə olmaqla üzərində saxlaması ilə bağlı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmənin hazırlıq iclası zaman müəyyən edilmişdir ki, cinayət işi üzrə məhkəməyədək icraat zamanı bir sıra kobud qanun pozuntularına yol verildiyindən məhkəmə tərəfindən cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməli və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Belə ki, iş üzrə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi vəsatət verərək bildirmişdir ki, cinayət işinin materiallarınnın bir neçə səhifəsində onun imzaları özü tərəfindən icra edilməyərək saxtalaşdırılmışdır. İş üzrə 20 iyul 2023-cü il tarixdə rayon məhkəməsinin hakimi tərəfindən məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, ekspertin 23 avqust 2023-cü il tarixli rəyi ilə məlum olmuşdur ki, ekspertizaya təqdim edilmiş, 1 (039)-126/2023 nömrəli cinayət işinin 1-ci cildinin 14-cü səhifəsində olan xx.xx.2023-cü il tarixli qanuni nümayəndə qismində tanınma haqqında qərarda “Müdafiəçi" qrafasındakı imza, 15-16-cı səhifələrində olan xx.xx.2023-cü il tarixli qanuni nümayəndə qismində təyin edilmiş şəxsə hüquq və vəzifələrinin izah edilməsi haqqında protokolun 2-ci vərəqəsində “Müdafiəçi" qrafasındakı imza, 17-ci səhifəsində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərarda “Müdafiəçi" qrafasındakı imza, 25-26-cı səhifələrində olan xx.xx.2023-cü il tarixli tutma haqqında protokolun 2- ci səhifəsində “Müdafiəçi” qrafasındakı imza, 27-28-ci səhifələrində olan şübhəli şəxsin CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələr barədə protokolun 2-ci səhifəsində “Müdafiəçi” qrafasındakı imza, 29-cu səhifəsində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsə tutulması barədə protokolun və hüquq və vəzifələri barədə bildirişin verilməsi haqqında protokolda “Müdafiəçi” qrafasındakı imza, 38-ci səhifəsində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsə etiraz edilə bilən şəxslər barədə məlumatların bildirilməsi haqqında protokolda “Müdafiəçi” qrafasındakı imza, 55-56-cı səhifələrində olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarın 2-ci səhifəsində “Müdafiəçi" qrafasındakı imza, 60-62-ci səhifələrində olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsi dindirmə protokolunun 3-cü vərəqəsində “Müdafiəçi" qrafasındakı imza, 143-cü səhifəsində olan xx.xx.2023-cü il tarixli Təqsirləndirilən şəxs ərizəsində "Müdafiəçi" qrafasındakı imza, 144-145-ci səhifələrində olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsi dindirmə protokolunun 2-ci səhifəsində “Müdafiəçi”. qrafasındakı imza, 176(a)-cı səhifəsində olan qəbzdə “Müdafiəçi" qrafasındakı imza - Müdafiəçi tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Bu səbəbdən CPM-nin 303.3.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməli və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməli, habelə CPM-nin 307.1-ci maddəsinə əsasən yol verilmiş qanun pozuntularına görə müstəntiq Elton Kərimov barəsində xüsusi qərardad çıxarılmalı, Müdafiəçi barəsində isə Vəkillər Kollegiyasına yazılı məlumat verilməlidir. Hazırki cinayət işi üzrə rayon məhkəməsinin 1(039)-126/2023 saylı 20 iyul 2023-cü il tarixli qərarı ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və müvafiq rəy alınmışdır. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə hazırlıq iclasının gedişatında tədqiq edilmiş: X5 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, xx.xx.2005-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığı üçün onun himayəsindədir, o oğlu Təqsirləndirilən şəxs qanuni nümayəndəsi qismində tanımağını xahiş edir (iş vər.12); AA seriyalı, ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 doğulduğu tarix xx.xx.1977-ci ildir (iş vər.11); Yevlax rayon Qaraməmmədli kənd inzibati nümayəndəliyi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-T seriyalı 074241 №li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2005-ci il təvəllüdlü Təqsirləndirilən şəxs atası X10 anası X3r (iş vər.14); Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi qismində tanıma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X5 Təqsirləndirilən şəxs qanuni nümayəndəsi qismində tanınması qərara alınmışdır (iş vər.14); Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 4/1302 nömrəli rəyindən görünür ki, 1) Ekspertizaya təqdim edilmiş, 1(039)-126/2023 nömrəli cinayət işinin 1-ci cildinin 15-16-cı səhifələrində olan xx.xx.2023-cü il tarixli qanuni nümayəndə qismində təyin edilmiş şəxsə hüquq və vəzifələrinin İzah edilməsi haqqında protokolun 1-ci səhifəsinin aşağı hissəsində soldan 3-cü imza, 25-26-cı səhifələrində olan xx.xx.2023-cü il tarixli tutma haqqında protokolun 1-ci səhifəsinin aşağı hissəsində soldan 3-cü imza, 27- 28-ci səhifələrində olan şübhəli şəxsin CPM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələr barədə bildirişin 1-ci səhifəsinin aşağı hissəsində soldan 3-cü imza, 41-ci səhifəsində olan xx.xx.2023-cü il tarixli ekspertiza teyin edilməsi barədə şübhəli şəxsi tanış etmə barədə protokolunda "Bekirova Sevda” qrafasındakı imza, 51-ci səhifəsində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsə etiraz edilə bilən şəxslərin dairəsinin bildirilməsi haqqında protokolda “Müdafiəçi” qrafasındakı imza, 52-53-cü səhifələrində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsi dindirmə protokolun 2-ci səhifəsində “Müdafiəçi" qrafasındakı imza, 57-58-ci səhifələrində olan təqsirləndirilən şəxsin CPM-in 91-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələri barədə bildirişin 2-ci səhifəsində “Müdafiəçi” qrafasındakı imza, 59-cu səhifəsində olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarın və bildirişin surətlərinin verilməsi haqqında protokolda “Müdafiəçi” qrafasındakı imza, 63-64-cü səhifələrində olan 11,02.2023-cü səhifələrində olan təqsirləndirilən şəxsin barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçmək haqqında qərarın 2-ci səhifəsində “Müdafiəçi” qrafasındakı imza, 83-cü səhifəsində olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin ekspertiza təyin olunmasına dair qərarla tanış edilməsi haqqında protokolda “Müdafiəçi" qrafasındakı imza, 97-ci səhifəsində olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında protokolda "Müdafiəçi” qrafasındakı imza, 106-107-ci səhifələrində olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarın 2-ci səhifəsində “Müdafiəçi” qrafasındakı imza, 108-109-cu səhifələrində olan təqsirləndirilən şəxsin CPM-in 91-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələri barədə” bildirişin 2-ci səhifəsində “Müdafiəçi” qrafasındakı imza, 110-cu səhifəsində olan xx.xx.2023- cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarın və bildirişin surətlərinin verilməsi haqqında protokolda “Müdafiəçi” qrafasındakı imza, 111-ci səhifəsində olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsə etiraz edilə bilən şəxslər barədə məlumatların bildirilməsi haqqında” protokolda “Müdafiəçi” qrafasındakı imza, 112-114-cü səhifələrində olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsi dindirmə protokolunun 3-cü səhifə-sində “Müdafiəçi” qrafasındakı imza, 115- 116-cı səhifələrində olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçmək haqqında qərarın 2-ci səhifəsində “Müdafiəçi” qrafasındakı imza, 117-ci səhifəsində olan xx.xx.2023-cü il tarixli ibtidai istintaqın qurtarması barədə məlumat verilməsi haqqında” protokolda “Müdafiəçi” qrafasındakı imza, 119-cu səhifəsində olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsi və müdafiəçini cinayət işinin materialları ilə tanış etmə barədə protokolda “X6" qrafasındakı imza, 147-ci səhifəsində olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin ekspertiza təyin olunmasına dair qərarla tanış edilməsi haqqında protokolda “Müdafiəçi” qrafasındakı imza, 150-ci səhifəsində olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında protokolda “Müdafiəçi" qrafasındakı imza, 164-cü səhifəsində olan xx.xx.2023cü il tarixli, ibtidai istintaqın qurtarması barədə məlumat verilməsi haqqında protokolda “X6” qrafasındakı imza, 165-ci səhifəsində olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsi və müdafiəçini cinayət işinin materialları ilə tanış etmə barədə protokolda “Müdafiəçi" qrafasındakı imza, 176(b)-cı səhifəsində olan qəbzdə “Sevda Bekirova" qrafasındakı imza - X6 tərəfindən icra olunmuşdur. 2) Ekspertizaya təqdim edilmiş, 1 (039)-126/2023 nömrəli cinayət işinin 1-ci cildinin 14-cü səhifəsində olan xx.xx.2023-cü il tarixli qanuni nümayəndə qismində tanınma haqqında qərarda “Müdafiəçi" qrafasındakı imza, 15-16-cı səhifələrində olan xx.xx.2023-cü il tarixli qanuni nümayəndə qismində təyin edilmiş şəxsə hüquq və vəzifələrinin izah edilməsi haqqında protokolun 2-ci vərəqəsində “Müdafiəçi" qrafasındakı imza, 17-ci səhifəsində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərarda “Müdafiəçi" qrafasındakı imza, 25-26-cı səhifələrində olan xx.xx.2023-cü il tarixli tutma haqqında protokolun 2-ci səhifəsində “Müdafiəçi” qrafasındakı imza, 27-28-ci səhifələrində olan şübhəli şəxsin CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələr barədə protokolun 2-ci səhifəsində “Müdafiəçi” qrafasındakı imza, 29-cu səhifəsində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsə tutulması barədə protokolun və hüquq və vəzifələri barədə bildirişin verilməsi haqqında protokolda “Müdafiəçi” qrafasındakı imza, 38-ci səhifəsində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsə etiraz edilə bilən şəxslər barədə məlumatların bildirilməsi haqqında protokolda “Müdafiəçi” qrafasındakı imza, 55-56-cı səhifələrində olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarın 2-ci səhifəsində “Müdafiəçi" qrafasındakı imza, 60- 62-ci səhifələrində olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsi dindirmə protokolunun 3-cü vərəqəsində “Müdafiəçi" qrafasındakı imza, 143-cü səhifəsində olan xx.xx.2023-cü il tarixli Təqsirləndirilən şəxs ərizəsində "Müdafiəçi" qrafasındakı imza, 144-145-ci səhifələrində olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsi dindirmə protokolunun 2-ci səhifəsində “Müdafiəçi”. qrafasındakı imza, 176(a)-cı səhifəsində olan qəbzdə “Müdafiəçi" qrafasındakı imza - Müdafiəçi tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə hazırlıq iclası zamanı təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi vəsatətə münasibət bildirməklə qeyd edilən nöqsanlarla razılaşmış, vəsatətin qismən - cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması, habelə qanun pozuntularına yol vermiş şəxslər barəsində tədbir görülməsi hissəsində təmin edilməsini xahiş etmişlər. Məhkəmə vəsatətin dəlillərini araşdırıb, müdafiə tərəfinin münasibətini nəzərə alaraq belə qənaətə gəlir ki, vəsatət qismən təmin edilməlidir. Sadalananlara əsasən məhkəmə hazırki cinayət işi üzrə yuxarıda qeyd olunan prosessual sənədlərdəki müdafiəçinin imzalarının yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən deyil məhz başqa şəxs tərəfindən icra olunmasını, habelə yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin qanuni nümayəndəsi qismində cinayət prosesində iştirak etməyə buraxılan şəxsin - X5 CPM-nin müddəalarına zidd qanuni nümayəndə kimi tanınmasını Təqsirləndirilən şəxs müdafiə hüquqlarının pozulması kimi qiymətləndirir. Məhkəmə həmçinin qeyd edir ki, X5 yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs münasibətdə atalığı Ailə qanunvericiliyinin tələbinə uyğun müəyyən edilmədiyi halda onun təqsirləndirilən şəxsin qanuni nümayəndəsi qismində tanınması CPM-nin tələblərinin kobud şəkildə pozulmasıdır. Belə ki, yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin doğum haqqında şəhadətnaməsindən də görünür ki, həmin sənəddə uşağın atasının soyadının əvəzinə ananın soyadı, uşağın atasının və babasının adı isə uşağın anasının göstərişi üzrə yazılmışdır. Ailə Məcəlləsinin: 46.3. Uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. 45.1. Uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Cinayət Prosessual Məcəlləsinin: 85.3-cü maddəsinə əsasən cinayət işi üzrə ibtidai istintaqı aparan müstəntiq istintaq və ya digər prosessual hərəkətləri qanuni və vaxtında aparmağa borcludur. 86.3-cü maddəsinə əsasən cinayət təqibini həyata keçirən təhqiqatçı səlahiyyətləri daxilində istintaq və ya digər prosessual hərəkətləri qanuni və vaxtında aparmağa borcludur. 90.10-cu maddəsinə əsasən yetkinlik yaşına çatmayan və fəaliyyət qabiliyyəti olmayan şübhəli şəxsin hüquqlarını onun əvəzinə bu Məcəllədə nəzərdə tutulmuş qaydada qanuni nümayəndəsi həyata keçirir. 91.9-cu maddəsinə əsasən yetkinlik yaşına çatmayan və ya fəaliyyət qabiliyyəti olmayan təqsirləndirilən şəxsin hüquqlarını onun əvəzinə bu Məcəllədə nəzərdə tutulmuş qaydada qanuni nümayəndə həyata keçirir. 100.4-cü maddəsinə əsasən 14 yaşdan 18 yaşadək olan zərər çəkmiş şəxs, mülki iddiaçı, şübhəli və ya təqsirləndirilən şəxs, yaxud mülki cavabdeh məhdud fəaliyyət qabiliyyətlidir. Həmin şəxslərin cinayət prosesinin iştirakçıları qismində öz hüquqlarını müstəqil həyata keçirmək imkanları bu Məcəllədə nəzərdə tutulmuş hallarda onların qanuni nümayəndələrinin razılığı ilə məhdudlaşdırılır. 100.5-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli və ya təqsirləndirilən şəxsin, habelə mülki cavabdehin cinayət-prosessual fəaliyyət qabiliyyəti cinayət prosesi üzrə icraat həyata keçirildiyi an üçün müəyyən edilir. 100.6-ci maddəsinə əsasən yetkinlik yaşına çatmamış və ya 14 yaşına çatmış cinayət prosesi iştirakçısının cinayət-prosessual fəaliyyət qabiliyyətini cinayət prosesini həyata keçirən orqan müvafiq hüdudlarda tanıyır. 101.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli, yaxud təqsirləndirilən şəxsin, habelə mülki cavabdehin valideynləri, övladlığa götürənləri, qəyyumları və ya himayəçiləri olmadıqda, cinayət prosesini həyata keçirən orqan tərəfindən qəyyumluq və himayəçilik orqanı həmin şəxsin qanuni nümayəndəsi qismində təyin edilir. 101.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan öz qərarı ilə müvafiq olaraq fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli, yaxud təqsirləndirilən şəxsin, habelə mülki cavabdehin valideynlərindən, övladlığa götürənlərdən, qəyyumlardan, yaxud himayəçilərdən yalnız birini onun qanuni nümayəndəsi qismində cinayət prosesində iştirak etməyə buraxır. 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır; 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir; 303.3 və 303.3.3-cü maddəsinə əsasan məhkəməyədək icraatın etiraz edilməli və ya özü-özünə etiraz etməli olan şəxs tərəfindən aparılması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) ibarət kobud pozuntulara yol verildikdə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır; 300.1 və 300.1.5-ci maddələrinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edir; 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarmaqla yanaşı, həmçinin təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığına dair qərar çıxarır; 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun diqqəti isə CPM-in 84.3-cü maddəsinin tələblərinə əməl etməyə cəlb edilməlidir. Belə ki, həmin maddəyə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı bu Məcəllənin müddəalarının icrası və tətbiqinə həmin iş üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında da öz əksini tapmışdır. Konvensiyanın 6cı maddəsinin tələbinə görə hər kəs, onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi Milli məhkəmələrə tövsiyə edir ki, aşağı məhkəmədə işə baxan hakim apardığı məhkəmə icraatının 6-cı maddəyə uyğunluğunu təmin etməyə görə cavabdehlik daşıdığı üçün yuxarı məhkəmənin onun səhvlərini düzəldəcəyinə arxayın olmamalıdır. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, ********* nömrəli cinayət işi üzrə ibtidai araşdırma aparmış Yevlax rayon Polis şöbəsinin Təhqiqat Bölməsinin baş təhqiqatçısı polis mayoru X8 və həmin şöbənin İstintaq Bölməsinin müstəntiqi polis mayoru X7 məhkəməyədək icraat zamanı CPM-in 303-cü maddəsində nəzərdə tutulan kobud pozuntuya yol verdikləri üçün cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, təqsirləndirilən şəxsin barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, ibtidai araşdırma zamanı CPM-in tələblərinin kobud surətdə pozulmasına yol vermiş Yevlax RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi X7 və Təhqiqat Bölməsinin baş təhqiqatçısı X8 barəsində xüsusi qərar çıxarılmalıdır. Qeyd olunanlara əsasən və CPM-in 300 və 303-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyi üçün yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və qərarın təsviri hissəsində göstərilənlərə əməl edilməsi üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Yevlax Rayon Polis X2 müstəntiqi, polis mayoru X7 və Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis mayoru X4 yol verdiyi qanun pozuntuları ilə bağlı tədbirlər görülməsi üçün çıxarılmış xüsusi qərarın surəti Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinə göndərilsin. Görülmüş tədbirlər barəsində qərarın surəti daxil olduğu vaxtdan 30 gündən gec olmayaraq Yevlax Rayon Məhkəməsinə məlumat verilsin. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №1(039)-126/2023
Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-126/2023
14.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver