Məhkəmə qərarları › İş №1(039)-126/2025

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-126/2025

08.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-126/2025 08.10.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci ildə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Gəncə hərbi məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 331.2, 332.2.1, 332.3-cü maddələri ilə təqsirli bilinərək 09 (doqquz) il 01 (bir) ay 25 (iyirmi beş) gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə üzərində 06 (altı) il 01 (bir) ay 25 (iyirmi beş) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad edilmiş, qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilməmiş və götürülməmiş, Bakı şəhəri B.Çobanzadə küçəsi ev 33, mənzil 20-də qeydiyyatda olmaqla, Yevlax şəhəri B.İmanov küçəsi ev 56-da yaşayan, Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmiş, 24 iyun 2025-ci il tarixdən həbsdə olan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq 1 ədəd sellofan torbada 470 qram xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edərək həmin sellofan torbada olmaqla üzərində saxlamış, 24 iyun 2025-ci il tarixdə saat 18:30-da Yevlax RPŞ-nin polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Yevlax şəhəri Kür çaynın sahilində qanunsuz narkotik dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq orada həmin gün saat 18:30-dan 18:36-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üstünün yoxlanılması nəticəsində onun əlində olan sellofan torbanın içərisindən həmin 470 qram xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat təxminən Yevlax şəhəri ərazisindən keçən Kür çaynın sahilində tapdığı içərisində qurudulmuş marixuana olan sellofan torbanı əlinə götürərək aparan zaman polis əməkdaşları onu saxlamışlar. Üzərinə polis əməkdaşları tərfindən baxış keçirilmiş və əlində olan sellofan torbadan 470 qram marixuana aşkar edilərək götürülmüşdür. Həmin narkotik vasitəni tapmış və özü istifadə etmək üçün saxlamışdır. Polis şöbəsində də müdafiəçinin iştirakı ilə izahatı ilə alınmış və narkotik vasitənin ona məxsus olduğunu etiraf etmişdir. Saxlanılan zaman və polis şöbəsində heç bir təziqə məruz qalmamışdır. Hazırda əməlindən səmimi peşmandır. Ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə özünün etirafedici ifadəsi, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Yevlax Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması barədə məxfi mənbədən daxil olmuş məlumata əsasən 24 iyun 2025-ci il tarixdə Yevlax şəhəri Kür çayının sahilində Təqsirləndirilən şəxs yaxınlaşmışlar, özlərini ona təqdim etmişlər və üzərində narkotik vasitə olub-olmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs da əlində olan sellofan torpanın içərisində qurudulmuş marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə çəkiliş aparılmaqla baxış keçirilmiş və sonra onu polis şöbəsinə gətirib təhvil vermişlər. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, Yevlax Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 24 iyun 2025-ci il tarixdə Yevlax RPŞ-nin CAB-ə Yevlax şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə əməliyyat məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əməkdaş tərəfindən rəhbərliyə məruz olunmuşdur. Həmin məlumatın yoxlanılması, şəxsin saxlanılması, üzərinə baxış keçirilməsi və əməlin həqiqi olubolmaması ilə bağlı əməliyyat qrupu yaradılmış və o da həmin qrupun tərkibinə daxil edilmişdir. xx.xx.2025-ci il tarixdə, saat 18:30 radələrində Təqsirləndirilən şəxs Yevlax şəhərində Kür çayının sahilində yaxınlaşaraq özlərini təqdim etmişlər və saxlanılma səbəbini izah etmişlər. Əməkdaş tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş narkotik vasitə, psixotrop maddə və digər maddənin olub-olmaması barədə sual vermişdir. Təqsirləndirilən şəxs sağ əlində gəzdirdiyi sellofan torbanı təqdim edərək, içində narkotik vasitə olan marixuana olduğunu bildirmiş və həmin sellofan torbaya videoçəkilişlə baxış keçirilmişdir. Həmin kutlə spesifik iyinə və görünüşünə görə narkotik vasitə marixuanaya oxşadığı üçün ekspertizaya təqdim edilməsi üçün tərəflərindən qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, onun üzərindən qanunla dövriyyəsi qadağan olunmuş digər predmet aşkar edilməmişdir. Sənədləşmə işləri başa çatdıqdan sonra Təqsirləndirilən şəxs tərəflərindən rayon polis şöbəsinə gətirilərək təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan şübhəli şəxsin tutulması haqqında 24 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmn tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan Azərbaycan Respublikası Məhkəmə X2 Regional Bölməsi tərəfindən verilmiş 25 iyun 2025-ci il tarixli, 17/470 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd sellofan torbanın işərisindəki digər 01 ədəd sellofan torbada, təmiz çəkisi 470 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudilmuş marixuanadır (tədqiqata səfr edildi 0,20 qr., qalıq 469,80 qram). İşdə olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay həddində qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 24 iyun 2025-ci il tarixdən hesablanmışdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri narkoloji dispanserinin 09 avqust 2025-cü il tarixli, 1262 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olmuşdur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən icra olunmuş tələbnamədən və işdə olan digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin xx.xx.2016-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 331.2, 332.2.1, 332.3-cü maddaləri ilə təqsirli bilinərək CMnin 68.1.1, 66.3 və 66.5-ci maddələri nəzərə alınmaqla 09 il 01 ay 25 gün azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən hökm dəyişdirilmədən saxlanılmış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2020-ci il tarixli Qanununun tətbiq edilməsinə dair məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizə təmin edilərək, Gəncə Hərbi Məhkəməsinin 20 aprel 2016-cı il tarixli, 1-1(095)-042/2016 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 331.2, 332.2.1 və 332.3-cü maddələri ilə təqsirli bilinib, CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Hüseynov Hüseyn Şahin oğlunun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 331.2-ci maddəsi və Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinin tətbiqinə dair müddəalar hökmdən xaric edilmiş, Azərbaycan Respublikası CM-nin 332.2.1-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzasının müddəti 2 (iki) il 6 ay (altı) ay həddində, Azərbaycan Respublikası CM-nin 332.3-cü maddəsi ilə azadlıqdan məhrum etmə cəzasının müddəti 7 (yeddi) il həddində, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Hüseynov Hüseyn Şahin oğlunun cəzasının isə qəti olaraq 7 (yeddi) il 3 (üç) ay həddində müəyyən edilməsi, Hüseynov Hüseyn Şahin oğlunun şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 10 (on) ay 5 (beş) gün müddətin ona təyin edilmiş qəti cəzadan çıxılması və üzərində qəti olaraq 6 (altı) il 1 (bir) ay 25 gün (iyirmi beş) gün azadlıqdan məhrum etmə cəzasının saxlanılması qərara alınmışdır. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən şahid ifadələri və ekspert rəyləri biri-digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və buna görə də ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hal hesab edir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzacəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına, ailəsinin şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. Məhkəmə, məhkəmə iclası zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Yevlax rayon Polis Şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 469,80 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə haqqında istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 3 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə 34.55 (otuz dörd manat əlli beş qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Müdafiəçi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə dövrü göstərdiyi 5 (beş) saat hüquqi yardıma görə 55 (əlli beş) manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli 24 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Yevlax rayon Polis Şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 469,80 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə haqqında istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 3 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 34.55 (otuz dörd manat əlli beş qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Məhkəmə dövrü üçün göstərilən 5 (beş) saat hüquqi yardıma görə 55 (əlli beş) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar