Məhkəmə qərarları › İş №1(039)-127/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-127/2020

23.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-127/2020 23.09.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi X3 Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxxxxx 1991-ci il tarixdə Yevlax rayonu, Tanrıqulular kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkumluğu olmayan, Yevlax rayonu, Tanrıqulular kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına xx xxxxxxxx 2020-ci il tarixdə Yevlax rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 12:30 radələrində Yevlax rayonu, Tanrıqulular kəndində, öz yaşadığı evin həyətində aralarında ailə münasibətləri zəminində, oğlu Süleyman Rəhimovun doğum günü hədiyyəsi almağa maddi imkanının olmamasını bildirməsi səbəbindən yaranmış münaqişə zamanı arvadı Zərərçəkmiş şəxs əli və ayağı ilə bədəninin müxtəlif nahiyələrindən vuraraq xəsarət yetirərək ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, təxminən 7 ildir ki, Zərərçəkmiş şəxs ilə evlidirlər. Birgə nikahlarından bir övladları var. Ancaq Nəzakətlə münasibətləri yaxşı olmadığından, 2020-ci ilin may ayından etibarən Nəzakətdən ayrı yaşayır. Belə ki, Nəzakət anası Sevda ilə birlikdə yaşayır. xx xxxxxx 2020-ci il tarixdə saat 12:30 radələrində Zərərçəkmiş şəxs onun evinə gələrək, oğlu Süleyman Rəhimovun xx xxxxxx 2020-ci il tarixdə doğum gününün olduğunu və Süleymana hədiyyə almaq lazım olduğunu bildirmişdir. O, da pulunun olmadığını dediyi üçün Nəzakətlə aralarında münaqişə baş vermişdir. Münaqişə zamanı əsəbləşdiyi üçün yumruq və təpik zərbələri ilə Nəzakəti vuraraq döymüşdür. Nəzakətlə aralarında baş verən münaqişə öz evinin həyətində baş vermişdir və münaqişə zamanı yanlarında heç kimolmamışdır. Hazırda etdiyi əməldən səmimi olaraq peşmandır və zərərçəkmiş şəxslə barışmışdır. Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsini və işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2013-cü ildə Yevlax rayonu, Tanrıqulular kənd sakini Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşlar. Onların birgə nikahlarından bir azyaşlı oğlu var. İslamla münasibətləri yaxşı olmadığından 2020-ci ilin may ayının 3-dən etibarən İslamdan ayrılaraq anası Sevdanın evində yaşamağa başlamışdır. xx xxxxxx 2020-ci il tarixdə oğlu X1 doğum günü olduğundan, həmkəndlisi Günay adlı qadına tort sifariş vermişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 12:30 radələrində Günaya sifariş verdiyi tortun pulunu verməkdən ötəri Günayın evinə gedərkən İslamın yaşadığı evin həyətinə daxil olmuş və İslama oğlu Süleymana doğum günü münasibəti ilə hədiyyə almaq lazım olduğunu demişdir. İslam pulunun olmadığını dedikdə aralarında münaqişə baş vermişdir. Münaqişə zamanı Təqsirləndirilən şəxs əli ilə onun boğaz nahiyyəsindən tutaraq boğmağa cəhd etmiş və bədəninin müxtəlif nahiyələrindən əli ilə vurmuşdur. O, zərbənin təsirindən yerə yıxılmış və yerə yıxıldıqdan sonra İslamın təpik zərbələri ilə onun bədəninin müxtəlif nahiyələrindən vurmağa başlamışdır. Buna görə də İslamın evinin həyətindən çıxaraq anası Sevda Məsimovanın evinə getmiş və baş verən hadisə ilə bağlı anası Sevda Məsimovaya məlumat vermiş, anası Sevda Məsimova “DİN-nin 102” xidməti-zəng mərkəzi sisteminə müraciət etmişdir. Təqsirləndirilən şəxsla aralarında baş verən münaqişə zamanı yanlarında heç kim olmamışdır. Münaqişələri təxminən 5-10 dəqiqə davam etmiş və İslamın öz yaşadığı evin həyətində baş vermişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxslə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını və ona dəymiş ziyanın ödənildiyini bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilən məhkəmətibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 541 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər-aktiv və passiv hərəkətlərin məhdudluğu ilə müşaiəti olunan sol dirsək oynağının qançırı, dərialtı hematoması küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər səhhətin qısa müddətə pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Yevlax rayon İHB-nın Tanrıqulular kənd inzibati dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs X4 məhkəməyə rəsmi qaydada ərizə verərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, onun barəsində olan cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Odur ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. (CPM-nin 193.2) Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 321.2.1, 344, 349, 358 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcinin olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X3 göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X5 ödənilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Məmmədov Fərhad Möhübbət oğlunun göstərdiyi 15 (on beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Məmmədov Fərhad Möhübbət oğluna ödənilsin. Məhkəmə iclasının qərarından 20 gün müddətində Yevlax rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar