Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-127/2021 26.08.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1963-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Yevlax rayonu Xaldan kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Manafova X2 (COVİD-19) xəstəliyinə dair verdiyi testin nəticəsinin pozitiv olmasına dair 16.04.2021-ci ildə məlumatlı olmasına baxmayaraq, xəstəliyə yoluxması səbəbindən yaşadığı evdən kənara çıxmayaraq evdə müalicə almalı olmasına dair ona səlahiyyətli dövlət orqanın nümayəndəsi tərəfindən şifahi xəbərdarlıq edildiyi halda, ona edilmiş xəbərdarlığa məhəl qoymayaraq Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində tətbiq olunan xüsusi karantin rejiminin tələblərini pozaraq 20 aprel 2021-ci il tarixdə istintaqa məlum olmayan nəqliyyat vasitəsi ilə yaşadığı Yevlax rayon Xaldan kəndindəki evindən çıxaraq Yevlax şəhəri Nizami prospekti 40 ünvanına gəlmiş, 20 aprel 2021-ci il tarixdə saat 11:00 radələrində polis əməkdaşları tərəfindən həmin yerdə olması müəyyən edilmiş və bununla o, yoluxduğu Koronavirus (COVİD-19) xəstəliyinin qəsdən yayılması üçün real təhlükə yaratmışdır. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Yevlax rayonu Xaldan kəndində yaşayır. O, 15.04.2021-ci il tarixdə səhhətində narahatçılıq hiss etdiyi üçün Yevlax rayon Mərkəzi Xəstəxanasına müraciət etmiş, həmin gün Yevlax rayon Mərkəzi Xəstəxanasında ondan “Covid-19” virusunun yoxlanılması üçün analiz (yaxma) götürülmüş, analizin nəticəsi olaraq onda 16.04.2021-ci il tarixdə pozitiv cavab aşkarlanmış və həmin cavaba dair onun özünə məxsus ***-***-**-** saylı mobil nömrəyə mesaj şəklində məlumat göndərilmiş, həmin məlumatda ona ailə üzvləri ilə birlikdə 14 gün müddətində həkim nəzarəti ilə ev izolyasında olmağı və qaydaları pozduğu təqdirdə inzibati və ya cinayət məsuliyyətinə cəlb olunacağı bildirilmişdir. 20.04.2021-ci il tarixdə saat 10 radələrində o, “Covid-19” virusuna qarşı dərman preparatları almaq üçün yaşadığı Yevlax rayonu Xaldan kəndindən çıxıb Yevlax şəhərinə gəlmiş, Yevlax şəhərində olan zaman saat təxminən 11 radələrində Yevlax şəhəri Nizami prospektində polis əməkdaşları ona yaxınlaşmış, polis əməkdaşları ondan hansı səbəbə görə karantin rejimi qaydalarını pozduğunu və xəstəliyi ilə əlaqədar digər insanların sağlamlığı üçün real təhlükə yaratdığını soruşmuş, o da “Covid-19” virusuna qarşı dərman preparatlarının verilməsinə dair Yevlax rayon Mərkəzi Xəstəxanasına müraciət etdiyini lakin ona tibbi yardım göstərilmədiyini, bu səbəbdən də özü dərman preparatları almaq üçün Yevlax şəhərinə gəldiyini bildirmişdir. Bundan sonra o polis əməkdaşlarının müşayiəti ilə yaşadığı Xaldan kəndinə qayıtmış, bir neçə gün sonra o, müvafiq orqanlara məlumat verdikdən sonra Yevlax rayonu Xaldan kənd xəstəxanasında həkimlər onun yaşadığı evə gəlmiş və ona dərman preparatları gətirib vermişlər. O və ailə üzvləri həmin dərman preparatlarını istifadə etmiş, 2021-ci ilin aprel ayının sonlarında o, “Covid-19” virusundan sağalmışdır. Hazırda törətdiyi əməldən peşman olduğunu, İİ qrup əlil olduğunu bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin krimanalistik tədqiqatlar qrupunun baş inspektoru Şahid3 ifadəsində bildirmişdir ki, 20.04.2021-ci il tarixdə ona, polis əməkdaşlarının Yevlax şəhəri Nizami prospekti 40 ünvanında aktiv “Covid-19” virusuna yoluxmuş şəxs Yevlax rayonu Xaldan kənd sakini Təqsirləndirilən şəxs saxlamaları barədə məlumat daxil olmuş, məlumat əsasında o, saat 11 radələrində təhqiqat bölməsinin təhqiqatçısı Şahin Fətullayev ilə birlikdə qeyd olunan ünvana getmiş, Təqsirləndirilən şəxs yaxınlaşaraq ona özlərini təqdim etmiş, daha sonra Təqsirləndirilən şəxs iştirakı ilə video çəkilişlə hadisə yerinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs virusa yoluxduğunu, ailə üzvlərinin də həmin virusa yoluxması səbəbindən dərman preparatları almaq üçün Yevlax şəhərinə gəldiyini bildirmiş, bu barədə protokol tərtib edilmiş, bundan sonra Təqsirləndirilən şəxs polis müşayiəti ilə yaşadığı Yevlax rayon Xaldan kəndinə yola salınmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “hadisə yerinə baxış keçirilməsi” haqqında 20 aprel 2021-ci il tarixli protokoldan və ona əlavə olunmuş diskdən görünür ki, Təqsirləndirilən şəxs 20 aprel 2021-ci il tarixdə saat 11 radələrində Yevlax şəhəri Nizami prospekti 40 ünvanında küçədə dayanması vizual olaraq müşahidə olunmuş, polis əməkdaşları özlərini təqdim etdikdən sonra sosial məsafə gözləməklə Təqsirləndirilən şəxs ilə söhbət aparmışlar və onun karantin qaydalarını pozaraq yaşayış yerini tərk etdiyini müəyyən etmişlər.(iş vər.7-9); Yevlax rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin 21.04.2021-ci il tarixli arayışından görünür ki, Yevlax rayonu Xaldan sakini Təqsirləndirilən şəxs 16.04.2021-ci il tarixdə “Covid-19” virusu yoxlanılması üçün yaxma götürülmüş və 16.04.2021-ci il tarixdə “pozitiv” cavab aşkarlanmışdır. Ailə üzvləri ilə birlikdə vətəndaşa 14 gün müddətində həkim nəzərəti ilə ev izolyasiyasında olması bildirilmişdir. ( iş vər. 11); maddi sübut kimi tanınma haqqında 01.06.2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə hadisə yerinə baxış zamanı aparılmış videoçəkilişi özündə əks etdirən kompakt disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir; (iş vər.15); qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 20 iyul 2021-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir ( iş vər. 60-61); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 24.06.2021-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. (iş vər. 22); DSMF-nin Yevlax rayon Şöbəsi tərəfindən verilmiş 008163 nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs İİ qrup əlildir. (iş vər. 59). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət nəticəsində törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, İİ qrup əlil olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz cərimə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 139-1.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzası növündə cəza təyin edilməli, təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, hadisə yerinə baxış zamanı aparılmış videoçəkilişi özündə əks etdirən kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı, müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessaul Məcəllənin 344- 347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinib, 2500 (iki min beş yüz) manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hadisə yerinə baxış zamanı aparılmış videoçəkilişi özündə əks etdirən kompakt diskın cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Hökmün icrası Yevlax rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №1(039)-127/2021
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-127/2021
26.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver