Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-127/2022 06.09.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1985-ci il tarixdə Yevlax rayonu, Qoyunbinəsi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində 27 aprel 2022-ci il tarixdə «ev dustaqlığı» qətimkan tədbiri seçilmiş, Yevlax rayonu, Qoyunbinəsi kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 156.1 və 182.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 156.1 və 182.1-ci maddələri ilə təqsirləndirilir ona görəki, Yevlax rayon Mühafizə Şöbəsində polis nəfəri vəzifəsində, polis baş serjantı rütbəsində işləyərkən zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə qəsdən özgənin əmlakını hədə-qorxu ilə tələb etməklə ələ keçirmiş, zərərəçəkmiş şəxsin şəxsi həyat sirri olan məlumatları, belə məlumatları əks etdirən videoçəkiliş və fotoçəkiliş materiallarını qəsdən təkrarən qanunsuz toplayaraq yaymışdır. Belə ki, Təqsirləndirilən şəxs Yevlax rayon Mühafizə Şöbəsində polis nəfəri vəzifəsində, polis baş serjantı rütbəsində işləyən zaman 2021-ci ilin iyun ayının istintaqa məlum olmayaq günündə və saatında Yevlax rayon Mühafizə Şöbəsinə məxsus “Niva” markalı, ** PH *** dövlət qeydiyyat nömrə nişanlı xidməti avtomobillə Yevlax şəhəri, ərazisində xidmətdə olarkən həmin şöbədə mülki mühafizəçi vəzifəsində işləmiş Zərərçəkmiş şəxs Yevlax şəhərində fəaliyyət göstərən istintaqa məlum olmayan taksi sürücüsünün həyat yoldaşı ilə görüşməsi ilə bağlı danışdıraraq istifadəsində olmuş “SAMSUNG J 5 PRİME” markalı telefonla videogörüntüsünü qanunsuz çəkib Zərərçəkmiş şəxs şəxsi həyat sirri olan məlumatları qəsdən təkrarən qanunsuz toplayaraq X6 əməkdaşları arasında yaymışdır. Bundan başqa o, Yevlax rayon Mühafizə Şöbəsində polis nəfəri vəzifəsində, polis baş serjantı rütbəsində işləyən zaman 19 dekabr 2021-ci il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs ilə birlikdə yüngül həyat tərzi keçirən “Jalə” və “Afərim” adlı qadınları da ünvan 1 ünvanında kirayəyə götürdükləri evə getmiş, orada olarkən Zərərçəkmiş şəxs Jalə adlı qadınla yataqda uzanıqlı vəziyyətdə fotoşəkillərini qanunsuz çəkib sonuncunun şəxsi həyat sirri olan məlumatları qəsdən təkrarən qanunsuz toplamış, daha sonra 2021-ci ilin dekabr ayının sonlarında istintaqa məlum olmayan gündə və saatda Yevlax şəhəri, H.Əliyev prospekti, 134 a ünvanında yerləşən Yevlax rayon Mühafizə Şöbəsinin inzibati binasında xidmətdə olarkən həmin şöbədə mülki mühafizəçi vəzifəsində işləmiş Zərərçəkmiş şəxs barəsində rüsvayedici məlumatları yaymaq hədəsi ilə əmlakını ələ keçirmək məqsədilə sonuncunun Jalə adlı qadınla yataqda uzanıqlı vəziyyətdə fotoşəkillərini çəkərək mobil telefonunda saxladığını bildirib həmin fotoşəkilləri ona ikilikdə əlində olan mobil telefon vasitəsilə nümayiş etdirərək kollektiv arasında yayacağı ilə bağlı qəsdən hədə qorxu gəlib ondan 3800 manat pul tələb etmiş, 29 dekabr 2021-ci il tarixdə saat 21 radələrində Yevlax rayonu, Malbinəsi kəndində yerləşən “N” saylı hərbi hissənin yaxınlığındakı mağazanın yanında Zərərçəkmiş şəxsla görüşüb ondan 3800 manat məbləğində pulunu alaraq sonuncunun haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə qəsdən hədə-qorxu ilə tələb etməklə əmlakını ələ keçirmişdir. Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki kecmiş iş yoldaşı Zərərçəkmiş şəxs ilə birlikdə xidməti postları yoxlayarkən Elmin ona Yevlax şəhərində taksi fəaliyyəti ilə məşğul olan adını bilmədiyi bir nəfər şəxsin arvadı ilə münasibəti olduğunu bildirmiş,. Həmin danışıqlar onun telefonunda videoçəkiliş getdiyi üçün qeydə alınmışdır.. Çəkilişi qəsdən etməmişdir və həmin çəkilişdə özü də düşmüşdür.. Bundan təxminən 1 ay sonra dəqiq olaraq xatırlamadığı ayda və gündə saat təxminən 17-18 radələrində iş yoldaşı Ayaz Rəhimli ilə Yevlax rayonu, Malbinəsi kəndində yerləşən “Qüdrətin kafesi” deyilən yerdə oturub şam yeməyi yemişlər. Həmin vaxt telefonuna baxmış, telefonda Elminlə danışığının qeyd olunduğu videoya baxarkən Ayaz bunu eşitmişdir. Ayaz videonun nəyə aid olduğunu soruşmuş, o da Ayaza Elminlə arasında olan danışıqların qeydə alındığı video olduğunu bildirmişdir. Bu zaman Ayaz həmin videogörüntünü ona göndərməyini xahiş etmiş, o da Ayaza göndərmişdir. .. Bundan başqa, xx.xx.2021-ci il tarixdə evdə olarkən Zərərçəkmiş şəxs ona zəng edib Yevlax şəhərində kirayə tutduqları evə qız gətirmək istədiyini demişdir. xx.xx.2021-ci il tarixdə günorta saat 16 radələrində o, Elmin, Jalə və Afərim Yevlax şəhəri, H.Əliyev prospektində kirayə tutduqları evdə görüşmüşlər. . Elmin ona Jalə ilə şəklini çəkməsini xahiş etmiş, o da çəkmişdir. O, həmin şəkli telefonunda saxlamış, silməmiş, lakin heç kimə göndərməmişdir. Elminin videosunu və fotoşəkillərini özünün çəkdiyini etiraf etmiş, Elmindən aldığı pulu qaytarmışdır. Hazırda əməlini səmimi olaraq etiraf edir və əməlindən peşmandır. Məhkəmədən əməlindən səmimi olaraq peşman olmasını, himayəsində bir yetkinlik yaşına çatmayan və iki azyaşlı uşağının olmasını, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəməsini, zərərçəkmş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, ona qanunda nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2021-ci tarixdə iş yoldaşı Təqsirləndirilən şəxs ona zəng edib Oğuz rayonundan 2 nəfər xanım gələcəyini və onu da qonaq çağırdığını bildirmişdir. . Həmin qadınlardan birinin adı Jalə, digərinin adı isə Afərim olmuşdur. Evdə olarkən dördüdə spirtli içki olan araq və “GO” içkisini içmişlər. Daha sonra o, Jalə ilə yatmaq üçün yataq otağına keçmişdir. Spirtli içki qəbul etdiyi üçün yuxuya getmişdir.. Elsevər postları yoxlayıb növbəni təhvil verdikdən sonra geri qayıtmışdır. Elsevərlə birlikdə həmin 2 qadını Xaldan dairəsinə aparıb oradan Oğuz rayonuna yola salmışlar.. Elsevər ona şəkil göstərmiş, şəkilə baxan zaman Elsevərlə birlikdə qızlarla görüşən vaxt onun Jalə ilə yatdığı yerdə olan şəklini görmüşdür. Elsevərdən bu şəkli kimin çəkdiyini soruşmuş, Elsevər də özünün çəkdiyini bildirmişdir. Elsevərdən niyə belə bir hərəkət etdiyini soruşmuş və Elsevər də ona təxminən 8-9 ay bundan əvvəl komandir keçmək istəyəndə onu şöbənin rəisinə pislədiyi üçün etdiyini demişdir. . Həmin gün xidməti təhvil verib şöbədən çıxarkən Elsevər ona yaxınlaşıb “3800 manat pul üstündə olsun” demişdir. O da “nə pul?” deyə soruşmuş, Elsevər də ona “şəkilə görə, əgər verməsən şəxsi heyət əlimdədir, həmin şəkilləri kollektiv arasında yayacam” deyə cavab vermişdir. O, Elsevəri şöbədə olan “komandirlər otağı”na aparıb onunla razılaşdığını, lakin bu söhbətin kollektiv arasında yayılmayacağına söz verməsini xahiş etmişdir. Elsevər də nalayiq söyüş söyüb yaymayacağını və heç kimin bilməyəcəyini demişdir. O da iş yoldaşı Şahid1 banka borcunun olduğunu, ödəyə bilmədiyini, ona 3800 manat borc verməsini xahiş etmişdir. Tural da həmin gün ona 3800 manat borc pul vermişdir. 29 dekabr 2021-ci il tarixdə saat 21 radələrində Elsevər ona zəng edib Malbinəsi kəndində yerləşən hərbi hissənin yanındakı mağazanın yaxınlığına, 9-cu km deyilən yerə çağırmışdır. O da 3800 manat pulu üzərində götürüb həmin yerə getmiş və pulu Elsevərə vermişdir. Pulu verməmişdən öncə Elsevər ona şəkili təqdim etmişdir. O, Elsevərə telefonundan da şəkili silməsini tələb etmiş, Elsevər də telefondan sildiyini bildirmişdir. 05 fevral 2022-ci il tarixdə xidmətdə olarkən Elsevərin onu videoya çəkdiyini eşitmişdir. İş yoldaşı Şahid4 videonu ona göndərmiş, o da həmin videonu aparıb şöbənin rəisi Şəbuhi müəllimə göstərmişdir. Məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, və hazırda ondan heç bir şikayət və tələbinin olmadığını bildirərək, Təqsirləndirilən şəxs barəsində qanunda nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, .Mühafizə Şöbəsində xidmətdə olarkən iş yoldaşı Zərərçəkmiş şəxs ona yaxınlaşıb borcunun olduğunu və ona borc pul verməisini xahiş etmişdir. O da Elmindən nə qədər borcunun olduğunu soruşmuşdur. Zərərçəkmiş şəxs da ona 3800 manat borcunun olduğunu, ödədikdən sonra yenidən kredit götürüb bütün borclarını bağlayacağını demişdir. Zərərçəkmiş şəxs iş yoldaşı olduğu üçün ona 3800 manat pul borca vermişdir. Zərərçəkmiş şəxs 2022-ci ilin yanvar ayının axırlarında dəqiq olaraq xatırlamadığı gündə ona olan borcundan 3000 manatını qaytarmışdır. xx.xx.2022-ci il tarixdə Yevlax rayon Mühafizə Şöbəsində xidmətdə olarkən iş yoldaşlarından Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aralarında olan danışığı videogörüntüyə almasını, habelə Elsevərin Zərərçəkmiş şəxs yüngül həyat tərzi keçirən qadınla yataqda yatılı vəziyyətdə şəkillərini çəkdiyini və bundan sonra Elsevərin Elmindən 3800 manat pul tələb edib almasını eşitmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki,. Zərərçəkmiş şəxs dedikləri doğrudur, belə ki, o, 2021-ci ilin sentyabr-oktyabr aylarında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs videosunu çəkdiyini eşitmişdir. Təqsirləndirilən şəxs 2022-ci ilin yanvar ayının axırlarında xidmətdə olarkən yanına gəlmişdir. O, Elsevərdən Elmini çəkdiyi videonu ona da göstərməsini xahiş etmişdir. Elsevər əvvəlcə videonu sildiyini bildirmiş, daha sonra gülümsəyərək videonu ona göstərmişdir. O, Elsevərdən həmin videonu “bluetooth” proqramı vasitəsilə öz telefonuna köçürtmüşdür. Həmin videonu xx.xx.2022-ci il tarixdə manqa komandiri Şahid2 “whats app” mobil tətbiqi vasitəsilə göndərmiş və Şahid2 videonu mühafizə şöbəsinin rəisi Səbuhi İsmayılova göstərməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə Elmin ona zəng edərək Şahid2 videonu ona göstərdiyini, həmin videonu ona göndərməyini xahiş etmiş və rəisin yanına gedəcəyini bildirmişdir. O da “whats app” mobil tətbiqi vasitəsilə videonu Zərərçəkmiş şəxs göndərmişdir. Elmin ona Təqsirləndirilən şəxsla Yevlax şəhərində kirayə tutduqları evdə 2 qadınla görüşdüklərini, həmin qadınlardan adını bilmədiyi biri ilə yataqda yatılı vəziyyətdə olarkən Təqsirləndirilən şəxs onun fotoşəklini çəkdiyini, daha sonra həmin fotoşəkilə görə Təqsirləndirilən şəxs 4000 manata yaxın pul verdiyini, həmin pulu sələmə götürdüyünü, sələmi qaytara bilmədiyini, buna görə də rəisə baş verənləri məruzə edəcəyini demişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 və Şahid2 Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verdilər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Mühafizə İdarəsinin xx.xx.2022-ci il tarixli, Ə209ş/h-038-22 saylı əmrindən görünür ki, Təqsirləndirilən şəxs X5 xaric edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiqlənmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və ondan heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən 21 aprel 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Yevlax rayon Məhkəməsinin 23 aprel 2022-ci il tarixli 4(039)-87/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti istintaq müddətinin sonunadək yəni, 30 iyun 2022-ci il tarixədək müəyyən edilmiş və həbs etmənin əvvəli 21 aprel 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Yevlax rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli 4(039)-91/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Yevlax rayon İHB-nın Qoyunbinəsi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Yevlax şəhər İHB-nın Qoyunbinəsi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2016-cı il təvəllüdlü Qaryağdı adlı bir azyaşlı uşağ var. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin göstərilən əməli törətməkdə təqsirli olması özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 156.1 və 182.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Törətdiyi cinayətlərə görə təqsirləndirilən şəxsə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli № 15 Qərarının 24-cü bəndinə qeyd olunur ki, CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilərHəmin Qərarın 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “30” aprel 2021-ci il tarixli qərarına əsasən “30” aprel 2021-ci il tarixli qərarına əsasən 48-ci bəndinə əsasən cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Eləcə də təqsirkarın şərti məhkum olunması, ona təqsirli bilindiyi cinayətə görə CM-in Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi, cəzadan azad edilməsi hökmdə əsaslandırılmalıdır. Həmin qərarda cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Həmin qərarın 1-1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 182.1-ci maddəsinə görə bu maddə ilə cinayət məsuliyyətinin yaranması üçün hədənin məhz maddənin dispozisiyasında göstərilən məzmunda olması, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə və yaxud onların haqqında rüsvayedici məlumatları yaymaqla və ya onların əmlakının tələf edilməsi ilə hədələmədə ifadə olunması tələb olunur”. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanı şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Həmin Məcəlləinin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə vəzifələr qoya bilər. Sınaq müddəti ərzində təqsirləndirilən şəxslərin üzərinə onların davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı zərəçəkmiş şəxslə barışıq əldə edərək, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və himayəsində bir azyaşlı uşağının olmasını CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edeilməli və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb təqsirli bilindiyi CM-nin 182.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməsini və barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməyi məqsədə müvafiq hesab edir. Sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxsin üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. İş üzrə mülki iddia verilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi təqsirli bilinib, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxsun 21 aprel 2022-ci il tarixdən 23 aprel 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 04 (dörd) ay 16 (on altı) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 07 (yeddi) ay 14 (on dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş cəzaya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək, 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edeilsin və barəsində “başqa yere getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, hökmün icrası B.Bəkirovun yaşayış yeri üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. E.Şirinoovun Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 7 (yeddi) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 42 (qırx iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs hökmü aldığı vaxtdan 20 gün müddətinə). Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-127/2022
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-127/2022
06.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver