Məhkəmə qərarları › İş №1(039)-128/2020

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-128/2020

27.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-128/2020 27.10.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1992-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, barəsində xx xxxx 2020-ci il tarixdə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, C.Kərimov küçəsi, ev 125-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd göy rəngli sellofan torbada şəxsi istehlak miqdarından artıq cəmi 2 kq 145 qram miqdarında narkotik vasitə olan qurudulmamış marixuananı istintaqa məlum olmayan mənbədən əldə edib özündə saxlamış, xx xxxx 2020-ci il tarixdə saat 15:40-da Yevlax şəhəri, E.Məmmədov küçəsində Təqsirləndirilən şəxs qanunsuz narkotik dövriyyəsində şübhəli şəxs kimi saxlanılıb Yevlax rayon polis şöbəsinə gətirilərək saat 16:05-də müdafiəçinin iştirakı və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində üzərində olan həmin 2 kq 145 qram miqdarında narkotik vasitə olan qurudulmamış marixuana aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, 2014-cü il tarixdə Yevlax rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1 və 315.1-ci maddələri ilə təqsirli bilinərək 01 il müddətində azadlıqdan məhrum olunmuş, 2015-ci il fevralın 18-də Salyan rayon məhkəməsinin qərarı ilə 05 ay 13 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Son vaxtlar o, narkotik vasitə olan qurudulmuş marixuana istifadə etməyə başlamışdır. 2020-ci il iyunnun 26-da Yevlax şəhəri ərazisindən keçən «Kür» çayının sahilində gəzən zaman yabanı halında birmiş çətənə kolları görmüş və özü istifadə etmək üçün həmin kolların yarpaqlarından yığaraq həmin ərazidə kolluğun arasında gizlətmişdir. xx xxxx 2020-ci il tarixdə günorta saatlarında yığdığı yabanı halında bitmiş çətənə kolların yarpaqlarını gətirib yaşadığı evdə qurudub özü istifadə etmək üçün özü ilə göy rəngli sellofan torba götürərək qurudulmamış marixuananı gizlətdiyi yerə getmişdir. Həmin qurudulmamış marixuananı özü ilə apardığı sellofan torbaya yığaraq yaşadığı evə qayıdarkən Yevlax şəhəri, E.Məmmədov küçəsində Yevlax rayon polis şöbəsinin polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitə istifadə etməkdə və üzərində saxlamaqda şübhəli olduğunu deyərək, onu Yevlax rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində təhqiqatçı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli olduğunu bildirərək onu tutmuşdur. O, Yevlax şəhər Vəkil Bürosunun vəkillərinin siyahısı ilə tanış olaraq Fərhad Məmmədovu özünə vəkil seçmişdir. Bundan sonra təhqiqatçı Fərhadı Yevlax rayon polis şöbəsinə dəvət etmiş və ona təqdim etmişdir. Təhqiqatçı hüquq və vəzifələrini izah etmiş və üzərində axtarışa başlamışdır. Bir nəfər polis əməkdaşı kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Təhqiqatçı üzərində olmuş qanunsuz əşyaları çıxararaq təqdim etməyini təklif etmişdir. Həmin vaxt o, əlində içərisində narkotik vasitə qurudulmamış marixuana olan bir ədəd göy rəngli sellofan torbanı təqdim etmişdir. O, sellofan torbanın içərisində narkotik vasitə olan qurudulmamış yaş marixuana olduğunu, özü istifadə etmək üçün üzərində saxladığını demişdir. Polis əməkdaşları sellofan torbanın içərisindəki kütləyə baxaraq qurudulmamış yaş marixuanaya bənzədiyini demişlər. Təhqiqatçı qurudulmamış yaş marixuananı sellofan torba ilə birlikdə elektron tərəzidə çəkmiş və çəkisinin 2 kq 165 qram olduğu məlum olmuşdur. Təhqiqatçı qurudulmamış yaş marixuananı sellofan torbada qablaşdıraraq 85 nömrəli möhürlə möhürləmişdir. O və müdafiəçisi Fərhad Məmmədov imza etmişlər. Təhqiqatçı qurudulmamış marixuananı götürüb tərkibini müəyyən etmək üçün ekspertizaya göndərəcəyini demişdir. Təhqiqatçı tərtib etdiyi protokolu oxumuş, protokol düzgün olduğu üçün o, imzası ilə təsdiq etmişdir. Məhkəmədən əməlindən səmimi olaraq peşman olmasını və himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı şahid ifadələri, ekspert rəyləri və işüzrə toplanmış digər sübutlarla təsdiq olunur. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində saxlaması barədə xx xxxx 2020-ci il tarixdə Yevlax rayon polis şöbəsinin əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. O, Romanın şəxsiyyəti barədə məlumatları yoxlamış, sonuncunun xx xxxx 1992-ci il tarixdə Yevlax şəhərində doğulduğunu, Yevlax şəhəri, C.Kərimov küçəsi, ev 126da qeydiyyatda olduğunu və faktiki olaraq Yevlax şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 125-də yaşadığını müəyyən etmişdir. O, daxil olmuş məlumatı həmin gün raportla Yevlax rayon polis şöbəsinin rəhbərliyinə məruzə etmişdir. Rəhbərlik tərəfindən Romanın barəsində müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. Bundan sonra o, Romanın barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmişdir. Yevlax rayon polis şöbəsinin xx xxxx 2020-ci il tarixli Ə-316-195-20 saylı əmri ilə onun, Yevlax rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 və Yevlax rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X1 iştirakı ilə əməliyyat-axtarış qrupu yaradılmışdır. Yevlax rayon polis şöbəsinin CAB-nin rəisi, polis mayoru X4 həmin qrupun rəhbəri təyin edilmişdir. Saat 15:40 radələrində o, əməliyyat müvəkkili Şahid2la birlikdə Yevlax şəhəri, E.Məmmədov küçəsində olan zaman Romanın əlində göy rəngli sellofan torba yolun kənarı ilə getdiyini görmüş və ona yaxınlaşmışdır. O, Romana qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olduğunu, saxlanılaraq üzərinə baxış keçirilməsi üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmiş və üzərinə baxış keçirilməli olduğunu izah etmişdir. Roman üzərinə baxış keçirilməsinə heç bir etirazının olmadığını demişdir. Bundan sonra o, əməliyyat müvəkkili Şahid2la birlikdə Romanı Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirərək təhqiqatçı Mirzalı Əhmədzadəyə təhvil vermişlər. O, Romanın gətirilməsi barədə rəhbərliyə raport yazmışdır. Mirzalı Əhmədzadə onun tərtib etdiyi sənədlər əsasında Romanı şübhəli şəxs qismində tutmuşdur. Roman Yevlax şəhər Vəkil Bürosunun vəkili Fərhad Məmmədov tərəfindən hüquqlarının müdafiə edilməsini istədiyini bildirmişdir. Bundan sonra X8 rayon polis şöbəsinə dəvət edilmişdir. Xidməti iş otağında Mirzalı Əhmədzadə onun, Şahid2 və müdafiəçi Fərhad Məmmədovun iştirakı ilə Romanın üzərində şəxsi axtarış aparmışdır. X3 hüquq və vəzifələrini izah etmişdir. O və digər iştirakçılar özlərini təqdim etmişlər. Yevlax rayon polis şöbəsinin kriminalistik tədqiqatlar qrupunun baş inspektoru işləmiş X5 “Panasonic” markalı kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Şəxsi axtarış zamanı Roman əlindəki bir ədəd göy rəngli sellofan torbanı masanın üzərinə qoymuşdur. Roman sellofan torbada narkotik vasitə qurudulmamış marixuana olduğunu, marixuananı Yevlax şəhəri ərazisindən keçən «Kür» çayının sahilində yabanı halında bitən çətənə kollarının yarpaqlarından yığdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Mirzalı Əhmədzadə sellofan torbanı açmış, o, torbada tünd yaşıl rəngli kəskin spesifik iyə malik qurudulmamış yaş halında marixuanaya bənzər kütlənin olduğunu görmüşdür. Mirzalı Əhmədzadə qurudulmmamış marixuanaya bənzər maddəni sellofan torba ilə birlikdə elektron tərəzidə çəkmiş və çəkisinin 2 kq 165 qram olduğu məlum olmuşdur. Təhqiqatçı qurudulmamış marixuananı qablaşdıraraq üzərində qeydiyyat aparmış və üzərinə bir neçə ədəd “zərflər üçün №85” möhürü yapışdırmışdır. Mirzalı Əhmədzadə qablaşdırdığı maddənin narkotik vasitə qurudulmamış marixuana olub-olmadığını müəyyən etmək üçün ekspertizaya təqdim olunacağını bildirmişdir. Bundan sonra Romanın üzərinə keçirilmiş şəxsi axtarış başa çatmışdır. Mirzalı Əhmədzadə protokol tərtib etmiş və protokolu iştirakçılara oxumuşdur. O, protokolun doğruluğunu digər iştirksçılarla birlikdə imzası ilə təsdiq etmişdir. Romanın üzərindən aşkar edilmiş 2 kq 145 qram miqdarında narkotik vasitə-qurudulmamış marixuananı haradan əldə etdiyini bilməmişdir. Romanın üzərindən aşkar edilmiş qurudulmamış marixuananı hər hansı bir şəxsdən alması, narkotik vasitənin satışı ilə məşğul olması barədə ona məlumat daxil olmamışdır. Sorğu zamanı Roma qurudulmamış marixuananı Yevlax şəhər ərazisindən keçən «Kür» çayının sahilində yabanı halında bitən çətənə kollarının yarpaqlarından yığdığını, narkotik vasitə istifadəçisi olduğunu və həmin qurudulmamış marixuananı özü istifadə etmək üçün əldə etdiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən iş üzrə şahid Yevlax RPŞnin CAB-ın əməliyyat müvəkkili Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə Yevlax rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 ona Yevlax şəhəri, Ü.Hacıbəyov küçəsində yaşamış Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində saxlaması barədə Yevlax rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olduğunu, həmin məlumatı raportla Yevlax rayon polis şöbəsinin rəhbərliyinə məruzə etdiyini, rəhbərlik tərəfindən Romanın barəsində müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmiş, Şahid1 Romanın barəsində təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmişdir. Yevlax rayon polis şöbəsinin xx xxxx 2020-ci il tarixli əmri ilə onun, Şahid1 və təhqiqatçı Mirzalı Əhmədzadənin iştirakı ilə əməliyyat-axtarış qrupu yaradılmışdır. Saat 15:40 radələrində o, əməliyyat müvəkkili Şahid1la birlikdə Yevlax şəhəri, E.Məmmədov küçəsində olan zaman Romanın əlində göy rəngli sellofan torba yolun kənarı ilə getdiyini görmüşlər və ona yaxınlaşmışlar. Əməliyyat müvəkkili Şahid1 Romana qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olduğunu, saxlanılaraq üzərinə baxış keçirilməsi üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etdiyini, üzərinə baxış keçirilməli olduğunu izah etmişdir. Roman üzərinə baxış keçirilməsinə heç bir etirazının olmadığını demişdir. Bundan sonra o, əməliyyat müvəkkili Şahid1la birlikdə Romanı Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirərək təhqiqatçı Mirzalı Əhmədzadəyə təhvil vermişlər. Əməliyyat müvəkkili Şahid1 Romanın gətirilməsi barədə rəhbərliyə raport yazmışdır. X7 Səlimovun tərtib etdiyi sənədlər əsasında Romanı şübhəli şəxs qismində tutmuşdur. Roman Yevlax şəhər Vəkil Bürosunun vəkili Fərhad Məmmədov tərəfindən hüquqlarının müdafiə edilməsini istədiyini bildirmişdir. Bundan sonra X8 rayon polis şöbəsinə dəvət edilmişdir. Xidməti iş otağında Mirzalı Əhmədzadə onun, Tural Məcnunovun və müdafiəçi Fərhad Məmmədovun iştirakı ilə Romanın üzərində şəxsi axtarış aparmışdır. X3 hüquq və vəzifələrini izah etmişdir. O və digər iştirakçılar özlərini təqdim etmişlər. Yevlax rayon polis şöbəsinin kriminalistik tədqiqatlar qrupunun baş inspektoru işləmiş X5 “Panasonic” markalı kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Şəxsi axtarış zamanı Roman əlindəki bir ədəd göy rəngli sellofan torbanı masanın üzərinə qoymuşdur. Roman sellofan torbada narkotik vasitə qurudulmamış marixuana olduğunu, marixuananı Yevlax şəhəri ərazisindən keçən «Kür» çayının sahilində yabanı halında bitən çətənə kollarının yarpaqlarından yığdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Mirzalı Əhmədzadə sellofan torbanı açmış, o, torbada tünd yaşıl rəngli kəskin spesifik iyə malik qurudulmamış yaş halında marixuanaya bənzər kütlənin olduğunu görmüşdür. Mirzalı Əhmədzadə qurudulmmamış marixuanaya bənzər maddəni sellofan torba ilə birlikdə elektron tərəzidə çəkmiş və çəkisinin 2 kq 165 qram olduğu məlum olmuşdur. Təhqiqatçı qurudulmamış marixuananı qablaşdıraraq üzərində qeydiyyat aparmış və üzərinə bir neçə ədəd “zərflər üçün №85” möhürü yapışdırmışdır. Mirzalı Əhmədzadə qablaşdırdığı maddənin narkotik vasitə qurudulmamış marixuana olub-olmadığını müəyyən etmək üçün ekspertizaya təqdim olunacağını bildirmişdir. Bundan sonra Romanın üzərinə keçirilmiş şəxsi axtarış başa çatmışdır. Mirzalı Əhmədzadə protokol tərtib etmiş və protokolu iştirakçılara oxumuşdur. O, protokolun doğruluğunu digər iştirksçılarla birlikdə imzası ilə təsdiq etmişdir. Romanın üzərindən aşkar edilmiş 2 kq 145 qram miqdarında narkotik vasitəqurudulmamış marixuananı haradan əldə etdiyini bilməmişdir. Romanın üzərindən aşkar edilmiş qurudulmamış marixuananı hər hansı bir şəxsdən alması, narkotik vasitənin satışı ilə məşğul olması barədə ona məlumat daxil olmamışdır. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması haqqında protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi-axtarış aparılan zaman içərisində narkotik vasitəqurudulmamış marixuana olan göy rəngli sellofan torbanı özü çıxarıb könüllü olaraq təqdim etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən məhkəmə-kimyəvi ekspertizasının xx xxxx 2020-ci il tarixli 17/421 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərinə yapışdırılmış vərəqədə “Vət Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə” sözləri yazılmış sellofan torbanın içərisindəki təmiz çəkisi-2 kq, 145 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmamış marixuanadır. (Tədqiqata sərf edildi 0,05 qram, qalıq 2144,95 qram) İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan məhkəmənarkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli, 577 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən və Yevlax rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1 və 315.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək, aylıq qazancının 15 % dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzasına, CM-nin 315.1-ci maddəsil ilə təqsirli bilinərək 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzaları tamamilə toplamaq yolu ilə, habelə həmin Məcəllənin 68.1.3-cü maddəsinə əsasən islah işləri cəzasının azadlıqdan məhrum etmə cəzasının 1 (bir) gününə 3 (üç) gün hesabı ilə hesablanmaqla, üzərində qəti olaraq 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. xx xxxxxx 2015-ci il tarixdə Salyan rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qərarı ilə 05 (beş) ay 13 (on üç) gün vaxtından əvvəl şərti azad edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 622/2 saylı məktubdan görünür ki, Salyan rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 05 (beş) ay 13 (on üç) gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzasını xx xxxxxx 2015-ci il tarixdə çəkib qurtarmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İHB-nın 1 saylı X9 üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli cinayət törətməkdə şübhəli şəxs qismində tutma protokolundan görünür ki, həmin tarixdə saat 15:40-da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxx 2020-ci il tarixli təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlamaqla Azərbaycan Respublikasının CinayətMəcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadəsi, şəxsi axtarış protokolu və ekspertiza rəyləri ilə tamamilə sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, ona görə də o, həmin maddədə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. Ona görədə o, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzas ıilə cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 04 saylı qərarının 1-c ibəndində qeyd olunmuşdur ki, hərbir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdiyanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü-azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. AzərbaycanRespublikasınınCinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilməli, barəsində «həbs» qətimkan tədbiri seçilməli və dərhal məhkəmə iclası zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, xx xxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilməli və narkoloji kobinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı, onların qiyməti olmadıqda məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tətqiqatından sonra qalan 2144,95 qram narkotik vasitə qurudulmamış marixuana məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə keçirilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. (CPM-nin 193.2) İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək şübhəli şəxs kimi saxlanıldığı iki gün müddət onun cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilsin, barəsində «həbs» qətimkan tədbiri seçilsin və dərhal məhkəmə iclası zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edisin və narkoloji kobinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut, Yevlax rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, ekspertiza tədqiqatından sonra qalan, 2144,95 qram qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə keçirilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 14 (on dörd) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 84 (səksən dörd) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Məmmədov Fərhad Möhübbət qızının göstərdiyi 43 (qırx üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 258 (iki yüz əlli səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Məmmədov Fərhad Möhübbət oğluna ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar