Məhkəmə qərarları › İş №1(039)-128/2022

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-128/2022

19.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-128/2022 19.07.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasının katibi X2 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1973-cü il tarixdə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkum olunmamış, barəsində 18 aprel 2022-ci il tarixdə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Yevlax rayonu, Havarlı kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmişdir. Belə ki, o, 2022-ci ilin mart ayının əvvələrində Yevlax rayonu, Havarlı kəndində yerləşən özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikası qanunu ilə qadağan edilmiş və “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası qanunun 3-cü siyahısına əsasən xeyli miqdar hesab edilən 4 ədəd əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərini və 2 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkilərinin şitillərini əkib becərərək kultivasiya etmiş, 16 aprel 2022-ci il tarixdə saat 14:50-dən 15:30-dək olan müddətdə Yevlax RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Havarlı kəndində yaşadığı həmin evin həyətyanı sahəsinə keçirilmiş baxış nəticəsində oradan Təqsirləndirilən şəxs kultivasiya etdiyi xeyli miqdarda ümumi təmiz çəkisi 7,49 qram olan, 15 sm-dən 20 sm-dək uzunluqda 04 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri və ümumi təmiz çəkisi 0,26 qram olan, 5 sm-dən 9 sm-dək uzunluqda 02 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkilərinin şitilləri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, narkotik vasitə olan qurudulmuş marixunadan istifadə etmişdir. 2022-ci ilin mart ayının əvvələrində yaşadığı Yevlax rayonu, Havarlı kəndində özünə məxsus həyət evinin arxasında bir qədər əvvəl yerdən tapmış olduğu çətənə kollarının toxumlarını əkmişdir. Həmin çətənə toxumlarını əkməkdə məqsədi kollardan yığılan narkotik vasitədən özü üçün istifadə etmək olmuşdur. Əkmiş olduğu narkotik tərkibli kolları aqrotexniki qaydada qulluq edərək onları vaxtaşırı su və diblərini belləməklə peyin verərək qulluq etmişdir. Əkmiş olduğu toxumlardan 6 ədəd kolun əmələ gəldiyini həmin kollardan dördü daha inkişaflı, ikisi isə zəif inkişaf etmiş şitillər olmuşdur. xx.xx.2022-ci il tarixdə polis əməkdaşları onu saxlamış və onun yaşadığı həyət evinə baxış keçirmək istədiklərini bildirmişlər. O, polis əməkdaşlarına etiraz etməyərək baxışın keçirilməsinə ev sahibi olaraq ərizə yazmış və yaşadığı Yevlax rayonu, Havarlı kəndində yerləşən həyət evinə baxış keçirilmişdir. Baxış zamanı onun həyət evinin arxa hissəsindən ümumi sayı 6 (altı) ədəd narkotik tərkibli çətənə kolları aşkar olunmuşdur. Həmin toxumları torpağa eyni vaxtda əkmiş, lakin onlardan 4 ədəd daha cox inkişafda, 2 ədədi isə şitil halında nisbətən zəif olmuşdur. Yaşadığı həyət evinə polis əməkdaşları video çəkilişlə, aqronumun iştirakı ilə baxış keçirmişlər. Aşkar olunmuş çətənə kollarından istifadə etməmiş lakin əkmiş olduğu kolları öz şəxsi məqsədi üçün əkdiyni polis əməkdaşlarına demişdir. Məhkəmədən əməlindən səmimi olaraq peşman olmasını, əvvəllər məhkum olunmamasını və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq ona həbslə əlaqədar olmayan daha yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı şahid ifadələri, ekspert rəyləri və iş üzrə toplanmış digər sübutlarla təsdiq olunur. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin PPXB-nün polis nəfəri X4 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə Yevlax rayonu, Havarlı kəndində qeydiyyatda olan və yaşayan xx.xx.1973-cü il təvəllüdlü X3 yaşadığı evin həyətində narkotik vasitələri əkib becərməsi, qəbul etməsi barədə RPŞ-nə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında həmin gün CAB-nin əməliyyat Şahid1, əməliyyat müvəkkili Şahid2 və o, saat 14:50 radələrində Şükürün yaşadığı ünvana getmişlər. Şükürü yaşadığı evdən küçəyə səsləmişlər və Şükür bayıra çıxmışdır. Şükürə həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitki kollarını əkib-becərməsi barədə onlarda məlumat olduğunu və həyətyanı sahəsinə baxış keçirmək istədiklərini bildirmişlər. Eyni zamanda onlarla birlikdə aqranom Şahid4 iştirak etmişdir. Bundan sonra Şükür etiraz etməmiş və həqiqətən də yaşadığı evin həyətyanı sahəsində narkotik vasitələri əkməsini etiraf etmişdir. Daha sonra Şükür həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə ilə Yevlax RPŞ-nə müraciət etmiş və bundan sonra videoçəkiliş apararaq aqrononum iştirakı ilə Şükürün yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı Şükürün yaşadığı həyət evinin həyətyanı sahəsindən yaşadığı evin arxasından 6 ədəd yerə əkib becərdiyi ümumi sayı 6 ədəd olan narkotik tərkibli kol aşkar olunmuşdur. Aşkar edilmiş narkotik tərkibli bitkilər kökündən çıxardılmış və hündürlükləri ölçülmüş ən kiçik bitkinin hündürlüyü 5 sm, ən böyüyünün isə hündürlüyü 12 sm olmuşdur. Həmin bitkilər zərfə qablaşdırılmış zərfin üzərinə imza etmişlər və zərfin üzərinə möhür vurulmuş bu barədə protokol tərtib olunmuş və tərtib olunmuş protokol ucadan oxunmuş protokola imza etdiklərini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, Yevlax rayon X5 rəisi vəzifəsində işləyir. 16 aprel 2022-ci il tarixdə saat 13 radələrində Yevlax polis şöbəsinin əməkdaşları onu keçiriləcək tədbirdə aqronom-mütəxəssis kimi iştirak etmək üçün Yevlax rayonunun Havarlı kəndində yaşayan X3 yaşadığı evinin həyətinə dəvət etmişlər. Ona Azərbaycan Respublikası CPM-nin 96-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrim izah olunmuş, həmçinin Azərbaycan Respublikası CM-nin 300-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət elan edilmişdir. Polis əməkdaşları onun və kriminalistin video çəkilişi ilə həmin ünvanda yaşayan X3 həyətyani sahəsinə baxış keçirmişlər. Baxış zamanı X3 yaşadığı evinin həyətyanı sahəsində 6 ədəd spesfik iyli, ətrafı alaq otlarından təmizlənmiş, dibi yumşaldılıb suvarılmış, peyinlənmiş narkotik xassəli çətənə kollarına oxşar bitkilər aşkar olunmuşdur. Həmin bitkiləri nəzərdən keçirərkən müəyyən etmişdir ki, həmin bitki kollarına aqrotexniki qaydada qulluq olunmuş və kultivasiya edilmiş narkotik tərkibli çətənə bitkiləridir. Bu barədə elə baxış keçirilən müddətdə rəy yazıb vermişdir. Sorğu-sual zamanı Şükür Qəhramanov bitki kollarının narkotik tərkibli marixuana bitkisi olduğunu və 2022-ci ilin mart ayının əvvəllərində həmin toxumları özü istifadə etmək məqsədi ilə həyətyani sahəsində əkib-becərdiyini, sonra onu yetişdirmək məqsədi ilə kultivasiya etdiyini bildirmişdir. Polis əməkdaşları həmin 6 ədəd çətənə kollarını zərfə qoyaraq qablaşdırıb möhürləmiş bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş o, də digər iştirakçılarla birlikdə qablaşdırılmış zərfə və protokola imza etdiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş X3 istifadəsində olan Yevlax rayonu, Havarlı kəndində yerləşən evin həyətyanı sahəsinə baxış keçirilməsi və götürmə haqqında protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, Şükür Qəhramanov fərdi yaşayış evinin arxasından 6 ədəd yerə əkib becərdiyi ümumi sayı 6 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinə bənzər bitkilər aşkar edilərək kökündən çıxarılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən məhkəmə-kimyəvi ekspertizasının 16 aprel 2022-ci il tarixli 17/342 nömrəli rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən götürülmüş 6 ədəd kol.” sözləri yazılmış 01 (bir) ədəd zərfin içərisindəki, uzunluqları 15 sm-dən 20 smdək, nəm vəziyyətdə ümumi təmiz çəkiləri-7,49 qram olan 04 (dörd) ədəd bitki nümunələri əkib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Həmin zərfin içərisindəki, uzunluğu 5sm və 9 sm, nəm vəziyyətdə ümumi təmiz çəkiləri-0,26 qram olan 02 (iki) ədəd bitki şitilləri əkib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləridir. Aqronomun (mütəxəsisin) 16 aprel 2022-ci il tarixli rəyinə əsasən çətənə (kannabis) bitkisinə və şitillərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan məhkəmənarkoloji ekspertizasının 01 iyun 2022-ci il tarixli, 834 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olubb. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İHB-nın Havarlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2010-cu il təvəllüdlü Röya, 2012ci il təvəllüdlü Ramil və 2015-ci il təvəllüdlü Yaşar adlı üç azyaşlı uşağ var. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 16 aprel 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxs qismində tutma protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddələrində nəzərdə tutulan əməli törətməsi özünün etirafı, şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə, məhkəmə iclasında toplanmış sübutların toplusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 237.1-ci maddələri ilə düzgün tövsüf edilmişdir. O, həmin maddənin sanksiyası həddində təqsirli bilinib cəzalandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, ona düzgün olaraq CM-nin 237.1-ci maddəsi ilə ittiham verilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi, onun barəsində CM-nin 62 və ya 70-ci maddəsinin tətbiq olunması üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını, himayəsində üç azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 16 aprel 2022-ci il tarixdən 18 aprel 2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu bir gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan Yevlax rayon polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalan ümumi təmiz 7,63 qram narkotik tərkibli çətənə (kannabis) bitkiləri və şitilləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs narkoloji kabinetdə proflaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Yevlax rayon və Mingəçevir şəhər ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək yaşayış yeri olan Yevlax rayonu, Havarlı kəndində yerləşən evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulmalı, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülməlidir. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməlidir, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 16 aprel 2022-ci il tarixdən 18 aprel 2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu bir gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Yevlax rayon və Mingəçevir şəhər ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək yaşayış yeri olan Yevlax rayonu, Havarlı kəndində yerləşən evin ərazi hüdudlarını tərk etməmək, cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının əvvəli Yevlax rayon İcra və Probasiya Şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut olan, Yevlax rayon polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalan ümumi təmiz çəkisi 7,63 qram olan çətənə (kannabis) bitkiləri və şitilləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İşdə olan 34 (otuz dörd ) manat 55 (əlli beş) qəpik ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 3 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar