Məhkəmə qərarları › İş №1(039)-128/2025

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-128/2025

07.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-128/2025 07.10.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ X7 Əliyar oğlunun sədrliyi Kərimov Ramiz Həsən oğlunun katibliyi Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1994-cü il tarixdə Yevlax rayonu, Səmədabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Yevlax rayonu, Səmədabad kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı vətəndaşı olaraq 2013-cü ilin iyul ayından etibarən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməli olduğu halda həmin maddənin tələblərini pozaraq qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışlardan, habelə 2020-ci ilin sentyabr ayının 27-də başlayaraq 10 noyabr 2020-ci ildə başa çatmış “Vətən müharibəsi” dövründə növbəti hərbi çağırışdan boyun qaçırmaq niyyətilə ali təhsil almadığı halda Rusiya Federasiyası “MOSKVA SAHİBKARLİQ AKADEMİYASİ” Ali təhsil özəl müəssisəsinin “hüquqşünaslıq” ixtisası üzrə xx.xx.2023-cü il tarixdən əyani təhsil formasında təhsil almasına və təhsilini xx.xx.2025-ci ildə bitirəcəyinə dair üzərində möhür və imza olan rus dilində tərtib edilmiş xx.xx.2023-cü il tarixli MAN/3140 nömrəli saxta arayışı istintaqla müəyyən edilməyən vaxtda, yerdə və mənbədən əldə edərək bilə-bilə həmin saxta sənədi xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinə şəxsiyyəti istintaqla müəyyən edilməyən şəxsin vasitəsi ilə təqdim etməklə qəsdən bilə-bilə hüquq verən saxta sənəddən istifadə etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1997-ci ildə valideyinləri ilə birlikdə Rusiya Federasiyasına getmiş və həmin vaxtdan da orada yaşamışdır. 2011-ci ildə Movkva Vəkillik və Natoriyat Akademiyasına qəubl olmuş, 2012-ci ildə Azərbaycana gəlmiş və həmin Akademiyada təhsil almağı ilə bağlı arayışı Azərbaycan Respublikası Səfərbəylik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinə təqdim etmiş və buna görə ona hərbi xidmətdən möhlət hüququ verilmişdir. Həmin il Rusiya Federasiyasına qayıdıb getmiş, lakin həmin akademiyada təhsilini axıra kimi başa vura bilmədiyi üçün diplom ala bilməmişdir. Bundan sonra da ailəsi ilə birlikdə Rusiya Federasiyasında yaşamağa davm etmişdir. 2023-cü ildə hərbi xidmətdən yayınmaq üçün Rusiya Federasiyası “X3” ali təhsil özəl müəssisəsinin “hüquqşünaslıq” ixtisası üzrə güya xx.xx.2023-cü il tarixdən əyani təhsil formasında təhsil alması və təhsilini xx.xx.2025-ci il tarixdə bitirəcəyinə dair saxta arayış alaraq adını və soyadını unutduğu tanışı vasitəsi ilə Azərbaycan Respublikası Səfərbəylik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinə göndərmişdir. Həmin arayışı Rusiya Federasiyasında təsadüfən tanış olduğu adını və soyadını xatırlamadığı Rusiya Federasiyası vatəndaşından almışdır. Saxta arayışı həmin ərəfələrdə Azərbaycana gələn tanışlarından göndərmiş və həmin şəxsə xahiş etmiş ki, həmin arayışı aparıb Azərbaycan Respublikası Səfərbəylik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinə versin. Hazırda etdiyi əməldən sımimi olaraq peşmandır. Məhkəmədən əməlindən səmimi olaraq peşman olmasını və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahid ifadələri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2015-ci ilin avqust ayından SHXÇDX-nin Yevlax rayon şöbəsinin həqiqi hərbi xidmətə çağırış üzrə bölməsinin müfəttişi vəzifəsində işləyir. İlkin hərbi xidmətə qeydiyyata alındıqdan sonra hərbi xidmət üzrə çağırış məsələlərini onun işlədiyi bölmə həll edir. Təqsirləndirilən şəxs Fəxrəddin oğlu xx.xx.2012-ci il tarixdə ilkin hərbi qeydiyyatdan keçmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs hərbi həkim komissiyasından keçirilmiş və hərbi xidmətə yararlı hesab olunmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixdə Rusiya Federasiyasında kollec təhsili almasına dair arayış təqdim etmişdir və Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixədək möhlət hüququ verilmişdir. Təqsirləndirilən şəxs 2013-cu ilin iyul ayında çağırış üzrə müddətli həqiqi hərbi xidmətə yollanmalı olmuş, lakin Təqsirləndirilən şəxs qeydiyyatda olduğu Yevlax rayonu, Səmədabad kəndinin icra nümayəndəliyindən əldə edilmiş məlumata əsasən həmin ünvanda yaşamadığı və ailəsi ilə birlikdə Rusiya Federasiyasının Moskva şəhərində nümayəndəliyə məlum olmayan ünvanda yaşadığı müəyyən olunmuşdur. Bundan sonra çağırışçı Təqsirləndirilən şəxs çağırış üzrə gəlməkdən boyun qaçırdığına görə Yevlax RPŞ-ə müraciət olunmuşdur. Hər il Təqsirləndirilən şəxs çağırış üzrə gəlməkdən boyun qaçırması ilə bağlı Yevlax RPŞ-ə müraciət olunmasına baxmayaraq, müddətli həqiqi hərbi xidmətə göndərilməsi mümkün olmamışdır. xx.xx.2016-cı il tarixdə Təqsirləndirilən şəxs sərhəd keçmə məhdudiyyət siyahısında adı qeyd olunması üçün rəhbərliyə müraciət olunaraq adı həmin siyahıya daxil olunmuşdur. xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs qeydiyyatda olduğu Yevlax rayonu, Səmədabad kəndində yerləşən ünvanına bildiriş göndərilmişdir, lakin heç bir nəticə əldə oluna bilməmişdir. Təxminən 2023-cü ilin sonlarında özünü Təqsirləndirilən şəxs tanışı kimi bildirən bir nəfər tanımadığı şəxs Mahmudun Rusiya Federasiyasında ali təhsil almasına dair arayışı onun işlədiyi şöbəyə təqdim etmişdir. Həmin arayışda Təqsirləndirilən şəxs “X2” təhsil alması qeyd olunmuşdur. Həmin arayışın düzgünlüyünün yoxlanılması ilə əlaqədar rəhbərlik tərəfindən 30 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxsin qeyd olunan universitetdə təhsil alıbalmaması barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə müraicət olunmuşdur. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 19 fevral 2024-cü il tarixli cavab məktubunda isə Təqsirləndirilən şəxs “X2” təhsil almadığı göstərilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hərbi xidmətə çağırışdan boyun qaçırmasına hüquqi qiymət verilməsi üçün onun barəsində toplanmış material rayon prokurorluğuna göndərilmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla elan edilən iş üzrə şahid “X5” özəl ali təhsil müəssisəsinin rektoru Şahid2 Vitalievna ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Yevlax rayonu, Səmədabad kəndi ünvanında qeydiyyatda olan, xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Fəxrəddin oğlunu tanımır. Bu adı əvvəllər eşitməmişdir. O, Yevlax rayonu, Səmədabad kəndi ünvanında qeydiyyatda olan, xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Fəxrəddin oğlunun adına xx.xx.2023-cü il tarixli MAN/3140 nömrəli arayışı tərtib etməmişdir. Sertifikatın altında onun adının baş hərfləri var, amma imza onun deyil. Sertifikatda da səhvlər var, xarici dilə tərcümə var, ayrı-ayrı yerlərdə bakalavr və magistr pillələrinin proqram kodları səhv göstərilmişdir. Sertifikatın möhürü və imzası onun tərəfindən icra edilməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla elan edilən iş üzrə Şahid3 Vladimirovna Şahid2 Vitalievnanın ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli cinayət işinin başlanması barədə qərardan görünür ki, 55C-24.nömrəli material üzrə Azərbaycan Respublikası CM-nin 320.2 və 321.1-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanılmışdır. xx.xx.2024-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi barədə qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 320.2 və 321.1-ci maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir. “X5” Özəl ali təhsil müəssisəsinin 24-515 nömrəli, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “X5” Özəl ali təhsil müəssisəsində təhsil almır, həmçinin ona heç vaxt xx.xx.2023-cü il tarixli MAN/3140 nömrəli şəhadətnamə və heç bir sənəd verilməmişdir. Yevlax rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(039)-80/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti 03 (üç) ay həddində müəyyən edilmiş və həbsetmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu vaxtdan hesablanması qərara alınmışdır. xx.xx.2025-ci il tarixli cinayət təqibinə hissəvi xitam verilməsi və cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi barədə qərardan görünür ki, ********* nömrəli cinayət işində Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 321.1 və 321.2-ci maddələrinin tərkib əlamətləri olmadığından həmin xüsusatla bağlı cinayət işi üzrə icraata hissəvi xitam verilmiş və Yevlax rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(039)-80/2024 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş 03 (üç) ay müddətinə həbs qətimkan tədbirinin tətbiqinə xitam verilmiş və gələcəkdə istintaqa təqdim edilən zaman barəsində qətimkan tədbirinin seçilməsi məsələsinə baxılması qərara alınmışdır. xx.xx.2025-ci il tarixli cinayət işinin icraata götürülməsi barədə qərardan görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə istintaqın davam etdirilməsi üçün icraata qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Yevlax şəhər İHB-nın Səmədabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2014-cü il təvəllüdlü Sevil adlı bir azyaşlı uşağı var. Yevlax şəhər İHB-nın Səmədabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Belə ki, hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma CM-nin 320.1-ci maddəsi ilə cinayət hesab edilir. CM-nin 320.2-ci maddəsinə əsasən həmin Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə—min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digərcinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli № 15 Qərarının 24-cü bəndinə qeyd olunur ki, CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin Qərarın 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olmasını (CM-nin 59.1.4), törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-nin 59.2) cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 320.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. İş üzrə maddi sübut kimi tanınmış xx.xx.2023-cü il tarixli MAN/3140 nömrəli üzərində möhür və imza olan rus dilində tərtib edilmiş Təqsirləndirilən şəxs Fəxrəddin oğlunun Rusiya Federasiyası “MOSKVA SAHİBKARLİQ AKADEMİYASİ” Ali təhsil özəl müəssisəsinin “hüquqşünaslıq” ixtisası üzrə xx.xx.2023-cü il tarixdən əyani təhsil formasında təhsil alması və təhsilini xx.xx.2025-ci il tarixdə bitirəcəyinə dair saxta arayış cinayət işinin materialında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli 141 saylı Qərara əasaən vəkilin sərf etdiyi hər saat üçün 11 (on bir) manat miqdarında əmək haqqı ödənilməlidir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 5 (beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 5 (beş) saat hüquqi yardıma görə 55 (əlli beş) manat, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2- ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 1000 (bir min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. X4 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut xx.xx.2023-cü il tarixli MAN/3140 nömrəli üzərində möhür və imza olan rus dilində tərtib edilmiş Təqsirləndirilən şəxs Fəxrəddin oğlunun Rusiya Federasiyası “MOSKVA SAHİBKARLİQ AKADEMİYASİ” Ali təhsil özəl müəssisəsinin “hüquqşünaslıq” ixtisası üzrə xx.xx.2023-cü il tarixdən əyani təhsil formasında təhsil alması və təhsilini xx.xx.2025-ci il tarixdə bitirəcəyinə dair saxta arayış cinayət işinin materialında saxlanılsın. Təqsirləndirilən şəxs Fəxrəddin oğluna göstərdiyi cəmi 5 (beş) saat hüquqi yardıma görə Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına cəmi 55 (əlli beş) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. İş üzrə mülki iddia və ekspertiza xərcinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar