Məhkəmə qərarları › İş №1(039)-129/2021

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-129/2021

26.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-129/2021 26.08.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, onun qanuni nümayəndəsi, eyni zamanda Zərərçəkmiş şəxs2, müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1981-cü ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət 180.2.4-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə 30 may 2021-ci il tarixdə saat 17 radələrində, Yevlax şəhər İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında yerləşən Yevlax şəhəri H.Əliyev prospektindəki 52 nömrəli binanın yanında xx.xx.2017-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 azyaşlı olmasından istifadə edərək onun boğazındakı, sonuncunun anası Zərərçəkmiş şəxs2 məxsus 1,97 qram kütlədə olan 583/585 əyarlı 104 manat dəyərində olan qızıl boyunbağını əli ilə tutub dartmaqla Zərərçəkmiş şəxs1 fiziki ağrı yetirib ona həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə boyunbağını qırıb, özü ilə götürüb oradan qaçaraq açıq talamaqla zərərçəkmiş şəxs azyaşlı Zərərçəkmiş şəxs1 həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə onun anası Zərərçəkmiş şəxs2 104 manat məbləğində maddi ziyan vurmaqla qəsdən soyğunçuluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər və şahid ifadələri, ekspert rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, o, 30 may 2021-ci il tarixdə saat 17 radələrində Yevlax şəhər H.Əliyev prospekti ilə piyada gedən zaman Yevlax şəhər İcra Hakimiyyətinin yaxınlığından keçərkən, gözəllik salonun qarşısında iki azyaşlı uşağın “gizlən qaç” oynadıqlarını görmüşdür. O, adının sonradan Xanım olduğunu bildiyi azyaşlı qızın boğazında qızıl sepin olduğunu görmüş və maddi imkanı zəif olduğu üçün həmin sepi ələ keçirmək qərarına gəlmişdir. Azyaşlı oğlan gözlərini yumduğu üçün o, Zərərçəkmiş şəxs1 İcra Hakimiyyəti istiqamətində gizlənməsini deyərək onu həmin istiqamətə aparmış və yolun kənarındakı səkidən təxminən 15-20 metr uzaqlaşdıqdan sonra anidən qızın arxasından, yəni boyun nahiyəsindən qızılı iki əli ilə tutaraq əks istqamətə çəkmiş və qıraraq boğazından çıxartmışdır. O, həmin qızıl sepi ələ keçirdikdən sonra Yevlax şəhər İcra Hakimiyətinin qarşısındakı parkın içi ilə qaçaraq həmin yerdən uzaqlaşmışdır. O, dərhal həmin qızıl sepi tanıdığı, qızıl alqı-satqısı ilə məşğul olan Şahid evinə aparmışdır. O, Şahid həmin sepin övladına məxsus olduğunu və çox vacib pul lazım olduğu üçün satmaq istədiyini demişdir. Lakin Elçin evdə elektron tərəzisi olmadığı üçün qızılı çəkə bilməmiş və o, ilkin olaraq Elçindən 60 manat pul almış və pulun geri qalanını Elçin qızılı çəkdikdən sonra ona verəcəyini bildirmişdir. Hazırda törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərə barışdığını bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi Zərərçəkmiş şəxs2 və Yevlax şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik komissiyasının üzvü Nurlan Süleymanovun iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs1 Eldar qızı ifadəsində bildirmişdir ki, qardaşı Kənanla anasının işlədiyi salonun yanında “gizlən qaç” oynayarkən tanımadığı bir kişi onun boynundakı qızıl sepi dartıb qaçmışdır. Bu zaman onun boğazı ağrımış və o, ağlayaraq anasının yanına getmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, o, Yevlax şəhər H.Əliyev prospektindəki 52 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən gözəllik salonunda saç ustası kimi işləyir. 30 may 2021-ci il tarixdə həmin salonda olarkən onun azyaşlı övladları X2 və Zərərçəkmiş şəxs1 işlədiyi salonun qarşısında yolun kənarda oynayırlarmış. Həmin vaxt saat 17 radələrində qızı Xanımın qışqırıq səsini eşitdiyi üçün çölə çıxdıqda qızının ağladığını görmüşdür. O, ondan nə baş verdiyini soruşduqda xanım ona “bir kişinin boynundakı qızıl sepi dartaraq qırıb qaçmasını və buna görə də boğazının ağrıdığını” bildirmişdir. Bu zaman o, onun boğazına baxmış və boğaz nahiyəsinin qızardığını görmüşdür. Təqsirləndirilən şəxs qızı Xanımın boğazından dartıb qıraraq ələ keçirdiyi qızıl sep ona məxsus olmuşdur. Həmin hadisə zamanı qızı Xanımın boğaz nahiyəsi qızarmış və həmin günü onun boğazı ağrımışdır. Lakin o, həkimdə müayinə olunmuş və onun hər hansı bir xəsarəti müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş ziyanın tam ödənildiyini, sonuncu ilə barışmaqla ona qarşı heç bir şikayət və ya tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, o, qızıl-ziynət əşyalarının alqı-satqısı ilə məşğul olur. O, 30 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs onun yaşadığı evə gəlmiş və ona övladına məxsus qızıl sepi ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmişdir. Həmin sep qırılmış vəziyyətdə olmuşdur. Lakin o, Həsənə evdə qızılı çəkmək üçün elektron tərəzinin olmadığını, həmçinin üstündə kifayət qədər pul olmadığını demişdir. Həsən ona qızıl sepi indi götürərək ona müəyyən məbləğdə pul verməyini və sabah iş yerinə gələrək orada həmin qızıl sepi dəqiq qiymətləndirdikdən sonra pulun geri qalanını alacağını demişdir. Bu səbəbdən o, Həsənə 60 manat pul vermiş və Həsən getmişdir. Lakin sonradan polis əməkdaşları onu izahat vermək üçün polis şöbəsinə dəvət edən zaman ona məlum olmuşdur ki, həmin qızıl sepi Həsən soyğunçuluq yolu ilə əldə etmişdir. Təqsirləndirilən şəxs həmin qızıl sepi cinayət yolu ilə ələ keçirməsi barədə hər hansı bir məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “hadisə yerinə baxış keçirilməsi haqqında” 30 may 2021-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, baxış, Zərərçəkmiş şəxs1 boğazındakı qızıl sepin naməlum şəxs tərəfindən ələ keçirildiyi yerdə keçirilir. Həmin yer Yevlax şəhəri H.Əliyev prospektində yerləşən 52 nömrəli binanın yanında yerləşir. Həmin yerin yaxınlığında “Lauzer hause” adlı salon və Yevlax şəhər İcra Hakimiyyətinin binası yerləşir. (iş vər. 17- 19); “şübhəli şəxsin tutulması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 may 2021-ci il tarixdə saat 21:00-da şübhəli şəxs qismində tutulmuşdur.(iş vər. 27); məhkəmə-tibb ekspertizasının 31 may 2021-ci il tarixli 274 №li rəyindən görünür ki, 2017-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 bədənində onun travma almasını göstərən obyektiv məhkəmə-tibbi əlamətləri (qançır, sıyrıq və.s) aşkar edilməmişdir. (iş vər.71-72); “təqdim etmə, götürmə və baxış keçirilməsi” haqqında 31 may 2021-ci il tarixli protokoldan görünür ki, Şahid, Təqsirləndirilən şəxs 30 may 2021-ci il tarixdə almış olduğu qızıl sepi təqdim etmişdir.(iş vər.45); Yevlax Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3(üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 30 may 2021-ci il tarixdən saat 21:00-dən hesablanmışdır. (iş vər. 103- 105); “ifadənin yerində yoxlanılması” haqqında 01 iyun 2021-ci il tarixli protokoldan və əlavə olunmuş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs istintaq zamanı vermiş olduğu ifadəsi yerində yoxlanılarkən, Təqsirləndirilən şəxs vermiş olduğu ifadəsini əyani olaraq göstərmək üçün Zərərçəkmiş şəxs1 boynundakı sepi ələ keçirdiyi yeri göstərməsi üçün avtomobil ilə Yevlax şəhəri H.Əliyev prospektində yerləşən İcra Hakimiyyəti binasının yaxınlığındakı “Lauzer hause” adlı salonun qarşısına gedilmiş, orada Xanım Hüseylinnin boynundan qızıl sepini qırdığı yeri göstərmiş və həmin qızıl sepi ələ keçirdikdən sonra Yevlax şəhər İcra Hakimiyətinin qarşısındakı parkın içi ilə qaçaraq həmin yerdən uzaqlaşdığını bildirmişdir. (iş vər. 67-70); məhkəmə əmtəəşünaslıq ekspertizasının 23 iyun 2021-ci il tarixli 6/2435-9/4054 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş -1,97 qram kütləli, qırıq vəziyyətdə təqdim olunmuş, 3 hissədən ibarət boyunbağı 583/585 əyarlı qızıldan hazırlanmışdır. Boyunbağının üzərində olan qaşlar qiymətli qaşlara aid deyildir. Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələri nəzərə alınmaqla təqdim edilən boyunbağının 2021-ci ilin may aylarına olan orta bazar qiyməti təxminən 104 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 90 manatdır. (iş vər.124-127); “əşyanın maddi sübut hesab edilməsi” haqqında 27 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 soyğunçuluq yolu ilə ələ keçirtdiyi Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd boyunbağı cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və saxlanılması üçün Zərərçəkmiş şəxs2 təhvil verilmişdir. (iş vər.128); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 06.07.2021-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vər. 114); AZ-İ seriyalı 842545 №li doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 17.09.2006-cı il təvəllüdlü uşağı vardır. (iş.vər. 119); Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert komissiyasının müayinə barədə məlumatından görünür ki, Təqsirləndirilən şəxs müddətsiz ikinci qrup əlildir. (iş vər. 122); Zərərçəkmiş şəxs1 qanuni nümayəndəsi, eyni zamanda Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş maddi ziyan tam şəkildə ödənilmiş və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, maddi sübut, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını, cinayət nəticəsində dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini, İİ qrup əlil olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.7-ci maddəsinə əsasən, cinayətin azyaşlı olan şəxsə qarşı törədilməsini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin180.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 30 may 2021-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli saxlanmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli, maddi sübutun sahibinə qaytarılması nəzərə alınmalı, müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və AzərbaycanRespublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 30 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 90 (doxsan) manat Təqsirləndirilən şəxs alınıb tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 14 (on dörd) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 84 (səksən dörd) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar