Məhkəmə qərarları › İş №1(039)-129/2022

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-129/2022

19.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-129/2022 19.07.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Nümayəndə iştirakı ilə xx xxxx 1996-cı il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində dörd azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, barəsində 19 mart 2022-ci il tarixdə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 168-də də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli yolla talamaqla zərərçəkmiş şəxsə ziyan vuraraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs qəsdən vahid niyyətlə özgənin əmlakını gizli talamaq məqsədi ilə 05 mart 2022-ci il tarixdə saat 21 radələrində Yevlax şəhəri, Bakı prospekti 2 ünvanında yerləşən Yevlax şəhəri, T.Əzimov adına 10 nömrəli tam orta məktəbin həyətini əhatə edən dəmir çəpərin altından keçməklə məktəbin həyətinə daxil olaraq həyətdə yerləşən qazanxanadan “LOVARO” markalı qazqovucu motorları, “LEOP” markalı su matorunu, MARQUS” markalı gidrafonu və məktəbin həyətindən məktəbin binasına girişi təmin etmək üçün ayrı-ayrılıqda iki yerdə quraşdırılmış pilləkənlərin məhəccərini vahid niyyətlə gizli yolla talamaq qərarına gələrək bu niyyətini həyata keçirmək məqsədilə həmin günü saat 21 radələrində məktəbin saxlanc yeri hesab edilən qazanxanasının plastik qapısını əlləri ilə fiziki güc tətbiq edərək itələyib açmaqla qazanxanaya daxil olaraq orada yerləşən bir ədədinin qiyməti 300 manat olmaqla ümumilikdə 600 manat dəyərində olan 02 ədəd “LOVARO” markalı qazqovucu motorları, 01 ədəd 120 manat qiymətində olan “LEOP” markalı su matorunu, 01 ədəd 30 manat qiymətində olan “MARQUS” markalı gidrafonu və 14 mart 2022-ci il tarixdə saat 17 radələrində məktəbin həyətindən məktəbin binasına girişi təmin etmək üçün ayrı-ayrılıqda iki yerdə quraşdırılmış pilləkənlərin bir metri 40 manat dəyərində olmaqla ümumilikdə 15 metr uzunluğunda 600 manat dəyərində olan məhəccərini gizli yolla talayaraq Yevlax şəhər 10 nömrəli tam orta məktəbə ümumilikdə vahid niyyətlə 1350 (bir min üç yüz əlli) manat məbləğində maddi ziyan vuraraq qəsdən saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Yevlax şəhər 10 nömrəli tam orta məktəbin yanından keçərkən məktəbdən oğurluq edə biləcəyini düşündüyü üçün məktəbin həyətini əhatə edən setkanın altından keçərək məktəbin həyətinə daxil olmuşdur. Məktəbin həyətinə daxil olduqdan sonra məktəbin qazanxanasına yaxınlaşmış və qazanxananın qapısının bağlı olduğunu görmüşdür. Həmin qapı plastik materiallı olmuşdur. Həmin qapını əlləri ilə güc tətbiq etməklə itələyib açaraq içəri daxil olmuş və içəri daxil olduqdan sonra daxil olduğu otağın sağ tərəfində yerləşən kiçik otaqda iki ədəd qazqovucu matorun, bir ədəd su matorunun və bir ədəd hidrafonun olduğunu görmüşdür. Həmin əşyalar yerə qoyulmuş və qurlaşdırılmamışdır. Həmin əşyaları rahatlıqla oğurlaya biləcəyini düşünmüş və oradan tapdığı ağ rəngli iri ölçülü kisənin içərisinə yığmış və həmin kisəni belinə qaldıraraq oradan çıxmışdır. Məktəbin həyətində olan zaman pilləkənlərin dəmirlərini də sökmək istəmişdir. Lakin oğurladığı matorlarla birlikdə apara bilməyəcəyini düşünərək, oğurladıqlarını satıb pulunu xərcələdikdən sonra gəlib sökəcəyini fikirləşmişdir. Məktəbin həyətinə girmiş olduğu yerə getmiş və girmiş olduğu qaydada oradan çölə çıxmışdır. Oğurladığı matorları dəmir alətlə sındıraraq hissələrə ayırmışdır. Bunu etməkdə məqsədi həmin əşyaları satacaq olduğu şəxslərin həmin əşyaların oğurluq olmasını başa düşməmələri olmuşdur. Bundan sonra həmin əşyaları içərisində gətirmiş olduğu kisəyə yığmış və Yevlax şəhərində fəaliyyət göstərən, lakin yerləşdiyi küçənin adını dəqiq bilmədiyi İlham adlı şəxsin işlətdiyi metal qəbul məntəqəsinə aparmışdır. Həmin əşyaları İlahama göstərək satmaq istədiyini demiş və həmin matorları ümumilikdə 30 manata İlham adlı şəxsə satmışdır. Həmin vaxt İlhamın oğlu Səddam da orada olmuşdur. Əşyaları satan zaman İlham ondan həmin əşyaların oğurluq olub-olmadığını soruşduqda, İlhama həmin matorları zibillikdən tapmış olduğunu demişdir. Həmin matorlar qırıqlanmış vəziyyətdə olduğu üçün İlham və oğlu ona inanmışlar. Daha sonra xx.xx.2022-ci il tarixdə yenə pulu olmadığı üçün oğurluq etmək qərarına gəlmişdir. 10 nömrəli məktəbdən bir dəfə oğurluq etdiyini heç kim bilmədiyi üçün oradan pilləkənlərin tutacaqlarını oğurlaya biləcəyini düşünmüşdür. xx.xx.2022-ci il tarixdə məktəbdən matorları oğurlayan zaman pilləkənlərin tutacaqlarını da oğurlamağa qərar vermişdir. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində 10 nömrəli məktəbin həyətinə əvvəlki qaydada, yəni setkanın altından keçməklə daxil olmuş və məktəbin həyətində gəzən zaman məktəbin arxasından və qazanxananın yanından məktəbin binasına girişi təmin etmək üçün qurlaşdırılmış pilləkənin çuğun materialdan olan məhəccərlərini sökməyə başlamışdır. İlk olaraq qazanxananın yanında olan pilləkənin kənarındakı məhəccəri əli ilə sirkəliyə-sirkəliyə fiziki güc tətbiq edərək sındırmış, daha sonra digər pilləkənin məhəccərini sökmüşdür. Məhəccərləri tamamailə sökə bilməmiş, lakin iki pilləkəndən birlikdə təxminən 10-15 metr uzunluğunda məhəccər sökmüşdür. Daha sonra məktəbin həyətinə girmiş olduğu yerə qayıdaraq oradan çıxmış və sökmüş olduğu məhəccəri əlində götürərək İlhamın metal qəbulu məntəqəsinə aparmışdır. Məhəccərləri satan zaman oğurluq olması başa düşülməsin deyə onları yolda yerə vuraraq əzik-əzik etmişdir. O, İlhama həmin məhəccərləri kür çayının kənarından tapmış olduğunu deyərək həmin məhəccərləri ümumilikdə 20 manata İlhama satmışdır. Həmin vaxt İlhamın oğlu Səddam da orada olmuşdur. Oğurluq nəticəsində əldə etmiş olduğu pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. Yevlax şəhər 10 nömrəli tam orta məktəbdən xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə oğurluq edən zaman onu heç kim görməmiş və həmçinin bu barədə heç kimin məlumatı olmamışdır. Həmin oğurluqları edən zaman təkbaşına olmuşdur. Məhkəmədə son sözündə əməlindən səmimi olaraq peşman olmasını, himayəsində dörd azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı yaxın vaxtlarda ödəyəcəyini və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq, ona həbslə əlaqəar olmayan yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Nümayəndə ifadəsində göstərdi ki, Yevlax şəhər T.Əzimov adına 10 nömrəli tam orta məktəbin direktoru vəzifəsində işləyir. Direktoru olduğu tam orta məktəbdən oğurluq hadisəsi baş vermişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə axşam saat təxminən 21 radələrində məktəbin qazanxanasından, qazanxaya daxil olan zaman sağ tərəfdə yerləşən kiçik otaqdan 01 ədədinin qiyməti 300 manat olmaqla 02 ədəd ümumi dəyəri 600 manat olan “LAVARO” markalı qazqovucu mator, 01 ədəd 120 manat dəyərində olan “LEOP” markalı su matoru, 01 ədəd 30 manat dəyərində olan “MARQUS” markalı hidrafon oğurlanmışdır. Bundan başqa xx.xx.2022-ci il tarixdə saat təxminən 17 radələrində məktəbin hər iki tərəflərində olan məktəbə girişi təmin etmək üçün nəzərdə tutulmuş pilləkənlərin məhəccərləri oğurlanmışdır. Məktəbə daxil olan zaman məktəbin sağ baş tərəfində yerləşən pilləkənin ümumilikdə 10 metr uzunluğunda olan məhəccəri, məktəbə daxil olan zaman məktəbin sol baş tərəfində yerləşən məktəbə girişi təmin etmək üçün nəzərdə tutulmuş pilləkənlərin 5 metr uzunluğunda olan məhəccəri oğurlanmışdır. Məktəbdən ümumilikdə 15 metr uzunluğunda məhəccər oğuranmışdır. Həmin məhəccərin bir metri 40 manat dəyərindədir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyan ödənilməmişdir və hazırda ondan şikayətçidir. Məhkəmədən Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın ödənilmədiyini və hazırda ondan şikayətçi olduğunu nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində qanuna müvafiq cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, Yevax şəhər 10 nömrəli məktəbdə ocaqçı işləyir. 05 mart 2022-ci il tarixdə işdə olmuş və həmin günü saat 15 radələrində qazanxananın qapısını kilidləyərək evə getmişdir. 06 mart 2022ci il tarixdə səhər saatlarında məktəbə getdikdə qazanxananın qapısının açıq olduğunu görmüş və içəriyə daxil olub baxdıqda qazanxananın içərisində olan 01 ədəd su matorunun, 01 ədəd hidraforun və 02 ədəd qazqovucu matorunun oğurlanmış olduğunu aşkar etmişdir. Bu barədə məktəb rəhbərliyinə məlumat vermişdir. Bundan sonra 15 mart 2022-ci il tarixdə işə gələn zaman ona məlum olmuşdur ki, məktəbin idman zalına giriş təmin etmək üçün quraşdırılmış pilləkənin və qazanxananın yanında olan pilləkənin kənarında olan məhəccərlər sökülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, Şahid2 Yevlax şəhərində yerləşən metal qəbulu məntəqəsində fəhlə kimi işləyir. Həmin metal qəbul məntəqəsi Şahid2 məxsusdur. Həmin metal qəbul məntəqəsini İlham ilə onun oğlu Səddam birlikdə işlədir. 1 aydır ki, orada işləməyə başlamışdır. Təqsirləndirilən şəxs tanıyır. xx.xx.2022-ci il tarixdə təxminən axşam saat 19 radələrində metal qəbulu məntəqəsində işləyən zaman Əli Təqsirləndirilən şəxsndəki kisədə metal qəbul məntəqəsinə əşyalar gətirmiş və Şahid2 həmin əşyaları Əli Qurbanovdan almışdır. İlham həmin əşyaları aldıqdan sonra onları bir neçə hissəyə ayıraraq içərisində olan misi, aliminiumu və dəmiri götürür. İlham Təqsirləndirilən şəxs almış olduğu əşyaları ona verdikdə həmin kisənin içərisində bir ədəd su matorunun, bir ədəd hidraforun və iki ədəd başqa formada olan matorun olduğunu görmüşdür. Lakin həmin əşyalar əzilmiş və qırıqlanmış vəziyyətdə olmuşlar. Həmin əşyaları digər əşyalar kimi hissələrə ayırmışdır. Təqsirləndirilən şəxs satmış olduğu əşyaların oğurluq olmasını bilməmişdir. İş üzrə Şahid1 məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasına gələ bilməyəcəyini, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən iş üzrə Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır və metal qəbulu məntəqəsini işlədir. Həmin metal qəbulu məntəqəsi atası Şahid2 Haqverdi oğluna məxsusdur. Metal qəbulu məntəqəsini atası Şahid2la birlikdə işlədir. O, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, o, Təqsirləndirilən şəxs ilk dəfə xx.xx.2022-ci il tarixdə görmüşdür. xx.xx.2022-ci il tarixdə təxminən axşam saat 19 radələrində metal qəbulu məntəqəsində olan zaman Əli Təqsirləndirilən şəxsndəki kisədə əşyalar gətirmiş və onun atası Şahid2 həmin əşyaları Əlidən almışdır. Həmin vaxt orada metal qəbulu məntəqəsində işləyən Şahid4 olmuş və Təqsirləndirilən şəxs görmüşdür. Həmin vaxt orada olsa da başı işə qarışdığı üçün Təqsirləndirilən şəxs atası Şahid2 satmış olduğu əşyaların dəqiq adlarını bilməmişdir. Lakin su motoru və s. bunun kimi əşyaların hissələri olduğunu bilmişdir. Həmçinin Təqsirləndirilən şəxs 14 mart 2022-ci il tarixdə təxminən axşam saat 20 radələrində metal qəbulu məntəqəsinə gələrək çuğun materialdan olan boruları atası Şahid2 satmışdır. Həmin vaxt o metal qəbulu məntəqəsində olmuşdur. Təqsirləndirilən şəxs atası İlhama satmış olduğu əşyaların oğurluq olduğunu bilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs satmış olduğu əşyalar istifadəyə yarasız vəziyyətdə, yəni qırıqlanmış vəziyyətdə olduğundan həmin əşyaların oğurluq olması ehtimalını düşünməmişdir. İş materiallarında olan və məhkəmə-əmtəəşünaslıq ekspertizasının 06 may 2022-ci il tarixli 9/2451 nömrəli rəyində göstərilir ki, analoji malların texniki göstəricilərinə əsasən ekspertiza təyini haqqında qərarda qeyd edilən 01 ədəd istifadə edilmiş, istifadəyə yararlı vəziyyətdə olan “Marqus” markalı hidrofonun 2022-ci ilin mart ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 15.00 manat müəyyən edilir. Digər 3 adda mallar haqqında ətraflı məlumat (modeli, ölçüləri, təyinatı və.s) olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, Yevlax rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə 01 il 11 av 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına edilmişdir. xx.xx.2021-ci il tarixdə Yevlax rayon Məhkəməsinin qərarı ilə cəzası 11 ay 04 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. xx.xx.2021-ci il tarixdə Salyan rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış və cəzadan dərhal azad edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən 17 mart 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən 19 mart 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Yelax şəhər İHB-nın 1 10 saylı Evlər Komitəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayaış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə toplanmış mötəbər sübutlara obyektiv, qərəzsiz, məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs cinayət əməli ibdidai istintaq orqanı tərəfindən düzgün olaraq, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddələri ilə tövsif edilmişdir və o, törətdiyi cinayətlərə görə cəza almalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşman olmasını CM-nin 59-cu maddəsinə əsaasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələblərinə görə, cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın növünü və həddini müəyyən edərkən, təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, əməlində cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə 17 mart 2022-ci il tarixdən 19 mart 2022-ci il tarixədək şübhəli şəxs kimi saxlanıldığı iki gün müddət onun cəzasından çıxılmaqla üzərində qəti olaraq azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 19 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzasını CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlanıldığı iki gün müddət onun cəzasından çıxılmaqla üzərində qəti olaraq azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilməli, barəsində «həbs» qətimkan tədbiri seçilməli və dərhal məhkəmə iclası zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. (CPM-nin 193.2) Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə 17 mart 2022-ci il tarixdən 19 mart 2022-ci il tarixədək şübhəli şəxs kimi saxlanıldığı iki gün müddət onun cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il, 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 19 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilsin, barəsində «həbs» qətimkan tədbiri seçilsin və dərhal məhkəmə iclası zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə köçürülsün. İş üzrə mülki iddia verilməmişdir. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 7 (yeddi) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 42 (qırx iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar