Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-129/2024 23.10.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə xx xxxxx 1986-cı il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş,məhkumluğu ödənilməmiş və götürülməmiş, Yevlax şəhəri Dəmir Yolu binası ev 23,mənzil 7də qeydiyyatda olmaqla, barəsində həbs qətimkan tədbiri seçilmiş, 31 avqust 2024-cü il tarixdən həbsdə olan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq atəşə yararlı odlu silah hesab edilən 1 (bir) ədəd 1963-cü ildə Tula silah zavodunda istehsal edilmiş, 5,6 mm kalibrli, TOZ-17” modelli, «10103» №-li yivli odlu idman-ov silahı olan tüfəngi, həmin tüfəngə məxsus 02 ədəd döyüş sursatı hesab edilən 5,6 mm kalibrli atəşə yararlı patronları və 1 ədəd TOZ- 17” modelli tüfəngin komplekt hissəsi olan istifadəyə yararlı sandıqçanı (darağı) özünün istifadəsi məqsədilə istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib hərbi rəngli çantanın içərisində saxlayaraq daşıyıb gəzdirmiş, 23 mart 2024-cü il tarixdə saat 14:50-də Yevlax RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Rzayev X6 şəhəri Füzuli küçəsində hərəkətdə olarkən qanunsuz olaraq odlu silah əldə edib, saxlayaraq daşıyıb gəzdirməkdə şübhəli şəxs kimi saxlanılıb Yevlax rayon polis şöbəsinə gətirilərək həmin günü saat 15:30-dan 16:10-dək olan müddət ərzində müdafiəçinin iştirakı ilə və video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsiaxtarış nəticəsində onun əlində olan hərbi rəngli silah saxlanılması üçün nəzərdə tutulmuş çantanın içərisindən atəşə yararlı 1 (bir) ədəd 1963-cü ildə Tula silah zavodunda istehsal edilmiş, 5,6 mm kalibrli, TOZ-17” modelli, «10103» №-li yivli odlu idman-ov silahı olan tüfəng, həmin tüfəngə məxsus 02 ədəd 5,6 mm kalibrli döyüş sursatı hesab edilən patronlar və 1 ədəd TOZ-17” modelli tüfəngin komplekt hissəsi olan istifadəyə yararlı sandıxça (darağ) aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən fərqli olaraq, məhkəmə iclası zamanı özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək, verdiyi ifadəsində göstərmişdir ki, polis əməkdaşları onu 23 mart 2024-cü il tarixdə Yevlax şəhəri ərazisində yerləşən bazarın qarşısında saxlamışlar və Yevlax rayon Polis Şöbəsinə gətirmişlər. Polis Şöbəsində müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Həmin vaxt onda silah olmamışdır. Ondan aşkar olunmuş silahı polis əməkdaşları hərbi rəngli çantada gətirərək, ona qanunsuz silah saxladığını, həmin silahın ona məxsus olduğunu və təqsirini boynuna almasını bildirmişlər. Həmin vaxt təziq altında olduğundan həmin silahın ona məxsus olduğunu bildirmişdir. Üzərindən aşkar edilmiş silah ona məxsus olmamışdır. Məcbur edildiyinə görə ibtidai istintaq zamanı özünü təqsirli bilmişdir. Hazırda özünü təqsirli bilmir. Qeyd edilənlərin nəzərə alınaraq ona bəraət verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Yevlax rayon polis şöbəsinin CAB-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 23 mart 2024-cü il tarixdə Yevlax rayon polis şöbəsinin əməliyyat aparatına Təqsirləndirilən şəxs qanunsuz silah saxlaması ilə bağlı məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. O, daxil olmuş məlumatı həmin gün raportla Yevlax rayon polis şöbəsinin rəhbərliyinə məruzə etmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs barəsində müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. Yevlax rayon polis şöbəsinin 23 mart 2024-cü il tarixli əmri ilə əməliyyat-axtarış qrupu yaradılmışdır. O, Yevlax RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili müvəkkili, polis baş leytenantı Şahid2 ilə həmin günü polis şöbəsindən çıxaraq Təqsirləndirilən şəxs olduğu Yevlax şəhəri Füzuli küçəsinə getmişdirlər. Belə ki Təqsirləndirilən şəxs, həmin vaxt Yevlax şəhəri Füzuli küçəsində olması barədə onun məlumatı olmuşdur. Onlar Füzuli küçəsində Təqsirləndirilən şəxs saxlamışlar, ona yaxınlaşaraq özlərini təqdim etmişlər və onu Yevlax rayon Polis Şöbəsinə gətirmişlər. Sonra Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə baxış keçirilmiş, ondan TOZ modelli silah, sandıqça, iki ədəd patron aşkar edilmiş və bununla bağlı müvafiq sənədləşdirmə işləri aparılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs həmin silahı tapdığını və yoxlamaq üçün Kür çayının kənarına apardığını bildirmişdir. Təqsirləndirilən şəxs rayon sakini tanımımış, onunla ədavə və düşmənçiliyi olmamışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, Yevlax rayon polis şöbəsinin CAB-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 23 mart 2024-cü il tarixdə Yevlax rayon polis şöbəsinin əməliyyat aparatına bir nəfər şəxsin qanunsuz silah saxlaması ilə bağlı məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Yevlax rayon polis şöbəsinin 23 mart 2024-cü il tarixli əmri ilə əməliyyat-axtarış qrupu yaradılmışdır. Bundan sonra Yevlax şəhəri Füzuli küçəsinə getmişdirlər. Füzuli küçəsində Təqsirləndirilən şəxs saxlamışlar, ona yaxınlaşaraq özlərini təqdim etmişlər və onu Yevlax rayon Polis Şöbəsinə gətirmişlər. Sonra Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə baxış keçirilmiş, ondan TOZ modelli silah və 2-3 ədəd patron aşkar edilərək götürülmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs həmin silahı 2-3 gün əvvəl tapdığını bildirmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən icra edilmiş tələbnamədən və cinayət işinin materiallarından görünür ki, Rzayev X6 rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 28 gün müddətində azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 1 ay 28 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasını çəkib qurtarmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin xx.xx.2024-cü il tarixli, 17/301 saylı rəyindən görünür ki; tədqiqata təqdim edilmiş 01 ədəd silah 1963-cü ildə, Tula silah zavodunda istehsal edilmiş, 5,6 mm kalibrli, «TO3-17» modelli, «10103» №-li tüfəngdir-yivli odlu idman-ov silahıdır. Tədqiqata təqdim edilmiş 02 (iki) ədəd patron zavod üsuli ilə istehsal edilmiş, pistonları yandan alışan, 5,6 mm kalibrli olmaqla, həmin kalibrə malik “TO3-8” (“TO3-8m”), ”TO3-11”, “TO3-16”, “TO3- 21-1”, “TO3-18”, “TO3-29”, “TO3-17” və s.modelli idman-ov tüfəng və karabinlərdə, “Marqolin”, “TO3-35”, “İS-1” markalı idman tapançalarında döyüş sursatı olaraq istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardırlar, istifadəyə yararlıdırlar İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik tədqiqatlar idarəsinin xx.xx.2024-cü il tarixli 24/607 nömrəli ekspert rəyində görünür ki, tədqiqata təqdim edilmiş «10103» №-li silah, keçmiş “SSRİ” dövlətində 1963-cü ildə Tula silah zavodunda istehsal olunmuş, 5,6 mm kalibrli, TOZ-17 modelli sürgülü beş atılan ov karabinidir, odlu yivli silahdır, texniki cəhətdən saz vəziyyətdə və atəş açmaq üçün yararlıdır. Silah hər hansı bir kustar üsulu ilə dəyişiklərə məruz qalmamışdır.Tədqiqata təqdim edilmiş daraq zavod üsulu ilə istehsal olunmuş 02 ədəd, 5,6 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli TOZ-17 modelli karabinlərin komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 02 ədəd patronlar xarici dövlətdə, zavod üsulu ilə istehsal olunmuş, həmin kalibrli Marqolin konstruksiyalı tapançalardan və TOZ modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş 5,6 mm kiçik kalibrli patronlardır və döyüş sursatı hesab olunur və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 5,6 mm kalibrli, 3320 №-li TO3-17 modelli ov karabinindən, eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən gülləgiliz kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş gülləgilizlərlə müqayisə edildi. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir ( Qeyd: Təqdim edilmiş 02 ədəd 5,6 mm kalibrli patronlardan 01 ədədi eksperimental atəşlər zamanı istifadə olundu). İşdə olan Yevlax rayon prokurorluğunun cinayət işinin başlnmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Yevlax RPŞ-nin əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı psixoloji təsir göstərilməsi və zor tətbiq edilməsi ilə bağlı müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi olmadığından cinayət işinin başlanması Azərbaycan Respbulikası CPMnin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən şahid ifadələri və ekspert rəyləri biri-digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi, ibtidai istintaq zamanı təzyiqə məruz qalması nəticəsində ona istinad olunan cinayəti törətmək məcburiyyətində qalmasını etiraf etməsi ilə bağlı ifadəsini özünü müdafiə kimi qiymətləndirir və nəzərə alır. İş materiallarında olan şəxsi axtarış və götürmə haqqında CD diskə məhkəmə iclasında baxış keçirilmiş və Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə keçirilmiş şəxsi-axtarış nəticəsində ondan hərbi rəngli silah saxlanılması üçün nəzərdə tutulmuş çantanın içərisindən atəşə yararlı 1 (bir) ədəd 1963-cü ildə Tula silah zavodunda istehsal edilmiş, 5,6 mm kalibrli, «TOZ-17» modelli, «10103» №-li yivli odlu idman-ov silahı olan tüfəng, həmin tüfəngə məxsus 02 ədəd 5,6 mm kalibrli döyüş sursatı hesab edilən patronlar və 1 ədəd “TOZ-17” modelli tüfəngin komplekt hissəsi olan istifadəyə yararlı sandıqça (darağ) aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürüldüyü müəyyən edilmişdir. Bundan başqa, həmin diskdən müəyyən edilir ki, baxış zamanı Təqsirləndirilən şəxs ondan aşkar edilmiş «TOZ-17» modelli, «10103» №-li yivli odlu idman-ov silahı olan tüfəngini, həmin tüfəngə məxsus 02 ədəd 5,6 mm kalibrli döyüş sursatı hesab edilən patronları və 1 ədəd “TOZ-17” modelli tüfəngin komplekt hissəsi olan istifadəyə yararlı sandıqçanı (darağı) 23 mart 2024-cü il tarixdə tapdığını göstərmiş və müdafiəçisi tərəfindən verilmiş suallara da eyni məzmunlu cavablar vermişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və buna görə də ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzacəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halların olmamasını, cəzasını ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına, ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. İşdə olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 23 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində poilsin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək, Yevlax rayon Polis Şöbəsinin MSY-dən azad edilmişdir. İşdə olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilənə və o, məhkəməyə gətirilənədək cinayət işi üzrə icraatın dayandırılması qərara alınmışdır. İşdə olan Yevlax Rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Rzayev X6 RPŞ-nin əməkdaşlarının xx.xx.2024-cü il tarixdə keçirirlmiş əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılaraq 2 saylı İstintaq Təcridxanasına təhvil verilməsi üçün Yevlax RPŞ-nin MSY-ə təqdim edilmişdir. İş üzrə maddi sübut - Yevlax rayon polis şöbəsində saxlanılan, 1 (bir) ədəd 1963-cü ildə Tula silah zavodunda istehsal edilmiş, 5,6 mm kalibrli, TOZ-17” modelli, «10103» №-li yivli odlu idman-ov silahı olan tüfəng, 1 ədəd daraq, 1 ədəd 5.6 mm kalibrli patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası DİN-nin Təchizat İdarəsinə təhvil verilməlidir. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə haqqında istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə 30.6 (otuz manat altmış qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Müdafiəçi, Yevlax şəhər Vəkil Bürosunun vəkili X2 məhkəmə dövrü üçün 36 (otuz altı) manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə haqqında istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, 1(bir) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 7 (yeddi ) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 31 avqust 2024-cü il tarixdən hesablansın . İş üzrə maddi sübut olan və Yevlax rayon polis şöbəsində saxlanılan 1 (bir) ədəd 1963-cü ildə Tula silah zavodunda istehsal edilmiş, 5,6 mm kalibrli, TOZ-17” modelli, «10103» №-li yivli odlu idman-ov silahı olan tüfəng, 1ədəd daraq, 1 ədəd 5,6 mm kalibrli patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respubl ikası DİN-nin Təchizat İdarəsinə təhvil verilsin. İş üzrə 30.6 (otuz manat altmış qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ 34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilsin. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə haqqında istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 36 manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili X2 ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №1(039)-129/2024
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-129/2024
23.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver