Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-13/2020 16.01.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin Birinci İnstansiya Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi X3 Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1986-cı il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, C.Cabbarlı küçəsi, ev 30-da qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasında saxlanılan -Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət içinə Yevlax rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq özünün istifadəsi üçün əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni–0,206 qram miqdarında, təsiredici maddəsinin miqdarı-0,02 qram miqdarında olan “metadon”u əynindəki cins şalvarının sol yan cibində qara rəngli siqaret kağızından ibarət bir ədəd bükümdə qanunsuz olaraq saxlamış, Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi 2019-cu ilin sentyabr ayının 12-də saat 21:00 radələrində Yevlax şəhəri, Q.Quliyev küçəsində saxlanılıb Yevlax rayon polis şöbəsinə gətirilərək saat 22:05 radələrində üzərində müdafiəçi-vəkilin iştirakı ilə və video çəkiliş tətbiqi ilə keçirilmiş şəxsi axtarış zamanı həmin narkotik vasitə aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, təxminən bir ildir o, narkotik vasitə olan heroindən istifadə etmişdir. O, heroini bədənində olan ağrıları azaltmaq üçün qəbul etmişdir. Belə ki, o, az miqdarda heroini şüşə ampulaya tökmüş, üzərinə su və limon duzu əlavə edərək qarışdırmış, sonra isə alışqanla heroin məhlulunu qaynatmışdır. İki qram heroin məhlulu hazırladıqdan sonra şpris vasitəsi ilə çəkərək qollarının çiyin nahiyəsindən vurmuş, heroin məhlulunu qəbul etdikdən sonra bir gün müddətində bədənində ağrılar olmamışdır. xx xxxxxxxx 2019-cu il tarixdə səhər saatlarında Yevlax şəhəri, Q.Quliyev küçəsində olmuş, həmin vaxt yerdə bir ədəd qara rəngli bükülmüş siqaret kağızının olduğunu görmüşdür. O, həmin bükülünü götürərək açmış və içərisinə baxmış, bükülünün içərisində bir ədəd ağ rəngli kristal formada maddənin olduğunu görmüşdür. Həmin maddəyə diqqətlə baxmış və həmin maddənin narkotik maddə olan metadon olduğunu bilmişdir. O, istifadə etmək üçün metadonu götürərək əynində olmuş tünd göy rəngli cins şalvarının sol yan cibinə qoymuşdur. Bundan sonra yaşadığı evə qayıtmışdır. Metadonu istifadə etmək üçün onun yaşadığı evdə şpris və şüşə ampula olmamışdır. Buna görə də o, həmin metadonu istifadə edə bilməmişdir. Metadon da heroinlə eyni qaydada istifadə olunmuşdur. Axşam saatlarında aptekə gedərək bir ədəd şpris və bir ədəd şüşə ampula almağı, bundan sonra tapdığı metadonu istifadə etməyi qərara almışdır. Saat 21 radələrində evdən bir az limon duzu götürüb siqaret qutusunun sellofan torbacığına yığmış və əynində olmuş şalvarının sağ yan cibinə qoymuş, yaşadığı evdən çıxaraq “Soliton” mağazasının yanındakı aptekə getmişdir. O, aptekdən iki qramlıq bir ədəd şpris və bir ədəd şüşə ampula almış, şüşə ampulanın baş hissəsini sındıraraq içərisini boşaltmış, şüşə ampula və şprisi də şalvarının sağ yan cibinə qoymuşdur. Həmin vaxt Yevlax rayon polis şöbəsinin əməkdaşları onu saxlayaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu, üzərinə baxış keçirəcəklərini demişlər. O, buna heç bir etiraz etməmişdir. Polis əməkdaşları onu Yevlax rayon polis şöbəsinə gətirmişlər. Müdafiəçi Zaurun iştirakı ilə polis əməkdaşları video çəkilişlə onun üzərinə baxış keçirmişlər. Həmin vaxt o, əynində olmuş şalvarının sol yan cibindən içərisində metadon olan bir ədəd bükülünü, sağ yan cibindən isə sellofanda olan limon duzunu, bir ədəd şüşə ampulanı və bir ədəd şpris iynəsini çıxararaq polis əməkdaşına təqdim etmişdir. Polis əməkdaşı onun üzərində axtarış aparmış, lakin, başqa qanunsuz əşya aşkar edilməmişdir. O, bükümü açmış, polis əməkdaşı bükümdəki maddənin nə olduğunu soruşmuşdur. O, maddənin metadon olduğunu, istifadə etmək məqsədi ilə üzərində saxladığını, narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Polis əməkdaşı həmin metadonu elektron tərəzi vasitəsi ilə çəkmiş, üzərindən aşkar edilmiş metadonu götürərək qablaşdırmışdır. Üzərindən aşkar edilmiş 0,206 qram miqdarında metadon da heroin kimi narkotik vasitədir. İstifadəsinin və satışının qadağan olduğunu bilir. Narkotik vasitə istifadəçisi olduğu üçün metadonu istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Məhkəmədən əməlindən səmimi olaraq peşman olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı şahid ifadələri, ekspert rəyləri və işüzrə toplanmış digər sübutlarla təsdiq olunur. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, xx xxxxxxxx 2019-cu il tarixdə əməliyyat müvəkkili Şahid1 ona Yevlax şəhəri, Q.Quliyev küçəsi ev 4, mənzil 3-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində saxlaması barədə Yevlax rayon polis şöbəsinin əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olduğunu, həmin məlumatı raportla Yevlax rayon polis şöbəsinin rəhbərliyinə məruzə etdiyini, rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs barəsində müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verildiyini demişdir. Şahid1 Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmişdir. Yevlax rayon polis şöbəsinin xx xxxxxxxx 2019-cu il tarixli əmri ilə o, Şahid1, digər əməliyyat müvəkkilləri Elgün Vəliyev və Sərvər Məcnunov, həmçinin, təhqiqatçı Səddam Əsgərovdan ibarət tərkibdə əməliyyat-axtarış qrupu yaradılmışdır. Saat 21 radələrində o, polis əməkdaşları Elgün Vəliyev, Şahid1 və Sərvər Məcnunovla birlikdə Yevlax şəhəri, Q.Quliyev küçəsinə getmişdir. Onlar Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığındakı küçədə olduğunu görmüş və sonuncuya yaxınlaşmışlar. Vasif Zaura qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olduğunu, onun saxlanılıb üzərinə baxış keçirilməsi üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etdiyini, üzərinə baxış keçirilməli olduğunu demişdir. Zaur yaşadığı evin yaxınlığında küçədən gəlib-gedən şəxslərin olduğunu görüb, üzərinə baxışı həmin küçədə keçirməməyi demiş və baxışın keçirilməsi üçün Yevlax rayon polis şöbəsinə aparılmasını xahiş etmişdir. Bundan sonra onlar Zauru Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirərək Səddam Əsgərova təhvil vermişlər. X9 şübhəli şəxs qismində tutmuşdur. Yevlax şəhər Vəkil Bürosunun vəkili X7 rayon polis şöbəsinə dəvət edilmişdir. Xidməti iş otağında Səddam Əsgərov onun, Elgün Vəliyevin, Şahid1, Sərvər Məcnunovun və Zaur Bərxudarovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışdır. X12 Əhmədova hüquq və vəzifələrini izah etmişdir. O və digər iştirakçılar özlərini təqdim etmişlər. Yevlax rayon polis şöbəsinin kriminalistik tədqiqatlar qrupunun baş inspektoru Şahid2 “Panasonic” markalı kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olmuş şalvarın sol yan cibindən bir ədəd qara rəngli kağız büküm çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra o, Təqsirləndirilən şəxs üzərini yoxlamış, lakin, başqa bir predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs bir ədəd bükümdə olmuş maddənin narkotik maddə olan metadon olduğunu demiş və həmin bükümü açmışdır. O, bükümdə xırda ölçüdə, ağ rəngli bir neçə ədəd maddənin olduğunu görmüşdür. Həmin maddə kristal formasında olmuşdur. Təqsirləndirilən şəxs bədənində olan ağrıları azaltmaq üçün narkotik vasitə istifadə etdiyini, həmin metadonu da istifadə etmək məqsədi ilə üzərində saxladığını demişdir. Təqsirləndirilən şəxs metadonu şüşə qabda su və limon duzu ilə qarışdıraraq məhlul şəklində hazırladığını, həmin məhlulu alışdırıcı vasitəsi ilə qaynatdığını, hazırladığı məhlulu şpris iynəsi vasitəsi ilə bədəninə vurduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metadonu xx xxxxxxxx 2019-cu il tarixdə yaşadığı Yevlax şəhəri, Qanboy Quliyev küçəsindən tapdığını bildirmişdir. Səddam Əsgərov həmin metadonu bükümdə bir ədəd zərfə qoyaraq qablaşdırmış, möhürləmiş və götürmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış başa çatmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, 2015-ci il tarixdən Yevlax rayon polis şöbəsinin kriminalistik tədqiqatlar qrupunun baş inspektoru vəzifəsində işləyir və polis mayoru rütbəsindədir. Yevlax şəhəri, Q.Quliyev küçəsi ev 4, mənzil 3-də yaşamış Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində saxlaması barədə xx xxxxxxxx 2019-cu il tarixdə Yevlax rayon polis şöbəsinin əməliyyat aparatına əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı Yevlax rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Əliyev X6 barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmişdir. Həmin gün saat 21 radələrində polis əməkdaşları Şahid1, Elgün Vəliyev, Şahid3 və X10 Əhmədovu Yevlax şəhəri, Q.Quliyev küçəsində saxlayaraq Yevlax rayon polis şöbəsinə gətirmiş və Səddam Əsgərova təhvil vermişlər. Səddam Əsgərov ona Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparacağını, kamera vasitəsi ilə video çəkiliş aparmağını demişdir. O, istifadəsində olmuş “Panasonic” markalı kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışda vəkili X2, polis əməkdaşları Elgün Vəliyev, Şahid3 və Sərvər Məcnunov iştirak etmişlər. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olmuş şalvarın sol yan cibindən bir ədəd qara rəngli kağız büküm çıxararaq masanın üzərinə qoymuşdur. Polis əməkdaşı Şahid3 Təqsirləndirilən şəxs üzərini yoxlamış, lakin, başqa bir predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs bir ədəd bükümdə olmuş maddənin narkotik vasitə olan metadon olduğunu demiş və həmin bükümü açmışdır. O, bükümdə xırda ölçüdə, bir neçə ədəd kristal formada maddənin olduğunu görmüşdür. Təqsirləndirilən şəxs bədənində olan ağrıları azaltmaq üçün narkotik vasitə istifadə etdiyini, həmin metadonu da istifadə etmək məqsədi ilə üzərində saxladığını demişdir. Təqsirləndirilən şəxs metadonu şüşə qabda su və limon duzu ilə qarışdırıb məhlul şəklində hazırladığını, həmin məhlulu alışdırıcı vasitəsi ilə qızdırdığını, bundan sonra məhlulu şpiris iynəsi vasitəsi ilə bədəninə vurduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metadonu xx xxxxxxxx 2019-cu il tarixdə Yevlax şəhərində yaşadığı küçədən tapdığını bildirmişdir. Səddam Əsgərov həmin metadonu bükümdə bir ədəd zərfə qoyaraq qablaşdırmış, möhürləmiş və götürmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış başa çatmışdır. O, “Panasonic” markalı kamera vasitəsi ilə çəkdiyi 16 dəqiqə 42 saniyə müddətində olan video çəkilişi bir ədəd diskə köçürərək Səddam Əsgərova təqdim etmişdir. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması haqqında protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə-metadonu əynindəki şalvarın sol yan cibindən özü çıxarıb könüllü olaraq təqdim etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli 23426 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üstündən aşkar edilərək götürülmüş” sözləri və imzalar olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,206 qram ağ rəngli kristal formada olan maddə metadondur, təsiredici maddəsinin miqdarı 0,02 qramdır. (metadon Azərbaycan Respbublikası ərazisində məhdudlaşdırılan narkotik vasitələrin İİ siyahısının İ bəndinə (sıra №6) daxildir). İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan məhkəmənarkoloji ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 904 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan metanfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən və X11 Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli 1(091)- 88/2013 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1 və 221.3-cü maddələri ilə təqsirli bilinib, 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa Yevlax rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Şəki rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 7(039)-157/2018 saylı qərarının surətindən görünür ki, Yevlax rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 04 il müddətə azadlıqdan məhrumetmə cəzası 02 (iki) il 06 (altı) ay həddinə endirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Şəki rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 7(039)-467/2018 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 03 (üç) ay, 25 (iyirmi beş) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli 1010/2 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə cəzasını çəkib qurtarmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İHB-nın 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx xxxxxxxx 2019-cu il tarixli cinayət törətməkdə şübhəli şəxs qismində tutma protokolundan görünür ki, həmin tarixdə saat 21:30-da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx xxxxxxxx 2019-cu il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli təqsirləndirilən şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 17:00-da Təqsirləndirilən şəxs tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 4(039)-63/2019 saylı qətimkan tədbiri seçmək haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 (üç) ay müddətdə «həbs» qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlamaqla Azərbaycan Respublikasının CinayətMəcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, ona görə də o, həmin maddədə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. Ona görədə o, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda əməli təhlükəli resediv sayılır. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq yenidən qəsdən cinayət törətməsi CM-nin 18.2.1-ci maddəsinə əsasən təhlükəli residiv kimi qiymətləndirilməli və CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hərbir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyine dilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran və yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü-azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. AzərbaycanRespublikasınınCinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu vaxtdan yəni, xx xxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilməli və narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı, onların qiyməti olmadıqda məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış Yevlax rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, ekspertiza tədqiqatından sonra qalan 0,156 qram metadonhökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 65 (altmış beş) manat təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx xxxxxxxx 2019-cu il tarixdən xx xxxxxxxx 2019-cu il tarixədək şübhəli şəxs kimi saxlanıldığı iki gün müddət onun cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edisin və narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut, Yevlax rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, ekspertiza tədqiqatından sonra, qalan kristal formada olan olan 0,156 qram metadon hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat ekspertiza xərci alınaraq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Sədrlı̇k edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-13/2020
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-13/2020
16.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver