Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-13/2022 02.02.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, onun müdafiəçisi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, 20 aprel 2000-ci il tarixdə Yevlax rayonu Havarlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmayan, Yevlax rayonu Havarlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisi nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3 maddələri ilə, xx xxxxxx 1990-cı il tarixdə, Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmayan, Yevlax rayonu Havarlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisi nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3 maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, 29 mart 2021ci il tarixdə saat 20 radələrində qəsdən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs4 Sair oğluna məxsus olan yaşayış sahəsi hesab edilən Yevlax rayonunun Havarlı kəndində yerləşən yaşayış olmayan fərdi yaşayış evinə hasarın üzərindən aşaraq evin həyətinə keçib fərdi yaşayış evində heç kəsin olmamasından istifadə edərək evin giriş qapısının kilidini istintaqla müəyyən edilməyən əşya ilə güc tətbiq edib sındıraraq evə daxil olmaqla mətbəx kimi nəzərdə tutulan otaqda saxlanılan bir ədəd 650 manat dəyərində “HidroTherm” markalı kombi aparatını, bir metri 85 manata olmaqla 6 metr uzunluğunda olan ümumilikdə 510 manat dəyərində radiatoru, bir ədədinin qiyməti 6.5 manat dəyərində olmaqla 18 ədəd ümumilikdə 117 manat dəyərində olan kapron başlıqlı “Kaş” markalı radiator ventilini, bir ədədinin qiyməti 12 manat dəyərində olmaqla iki ədədi ümumilikdə 24 manat dəyərində olan dəmir başlıqlı “Kaş” markalı radiator ventilini, bir ədəd 45 manat dəyərində kombinin elektrikini tənzimləyən “HidroTherm” markalı elektrik tənzimləyici aparatı, bir ədəd 35 manat dəyərində “Akksel” markalı qaz tənzimləyicisini, bir ədəd 18 manat dəyərində kombi avadanlıqları setini, bir ədəd 4 metr uzunluğunda olan 51 manat dəyərində şveller adlanan dəmir hissəni gizli olaraq talamaqla Zərərçəkmiş şəxs4 ümumilikdə 1,450 manat məbləğində ziyan vuraraq qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 2021-ci ilin avqust ayının 5-dən 10-dək olan müddət aralığında istintaqla müəyyən edilməyən gündə saat 20 radələrində qəsdən təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə həmkəndlisi Zərərçəkmiş şəxs1 məxsus bir baş 825 manat dəyərində iribuynuzlu heyvanı (dişi camışı) Yevlax rayon Havarlı kəndində yerləşən otlaq sahəsindən gizli yolla talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 825 manat məbləğində maddi ziyan vuraraq qəsdən təkrar oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 21 avqust 2021-ci ildə saat 07 radələrində qəsdən təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə həmkəndlisi Təqsirləndirilən şəxs2 birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında həmkəndliləri Zərərçəkmiş şəxs2 məxsus bir baş 129.29 manat dəyərində olan xırdabuynuzlu heyvanı (dişi qoyunu) Yevlax rayon Havarlı kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus otlaq sahəsindən gizli yolla talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 129.29 manat məbləğində maddi ziyan vuraraq qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 23 avqust 2021-ci ildə saat 08 radələrində qəsdən təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə həmkəndlisi Zərərçəkmiş şəxs2 məxsus bir baş 201.12 manat dəyərində olan xırdabuynuzlu heyvanı (erkək qoyunu) və bir baş 129.29 manat dəyərində olan xırdabuynuzlu heyvanı (dişi qoyunu) Yevlax rayon Havarlı kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus otlaq sahəsindən gizli yolla talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 330.41 manat məbləğində maddi ziyan vuraraq qəsdən təkrarən oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 24 avqust 2021-ci ildə saat 13 radələrində qəsdən təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Zərərçəkmiş şəxs3 nəzarətində olan Yevlax rayon Havarlı kəndində yerləşən heyvandarlıq fermasının otlaq sahəsindən bir baş 339.63 manat dəyərində olan xırdabuynuzlu heyvanı (erkək qoyunqoçu) gizli yolla talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ümumilikdə 339.63 manat məbləğində maddi ziyan vuraraq qəsdən təkrarən oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 25 avqust 2021-ci ildə saat 08 radələrində qəsdən təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Zərərçəkmiş şəxs3 nəzarətində olan Yevlax rayon Havarlı kəndində yerləşən heyvandarlıq fermasının otlaq sahəsindən bir baş 103.45 manat dəyərində olan xırdabuynuzlu heyvanı (dişi qoyun) gizli yolla talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ümumilikdə 103.45 manat məbləğində maddi ziyan vuraraq qəsdən təkrarən oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, 29 mart 2021ci il tarixdə saat 20 radələrində qəsdən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs4 məxsus olan yaşayış sahəsi hesab edilən Yevlax rayonunun Havarlı kəndində yerləşən yaşayış olmayan fərdi yaşayış evinə hasarın üzərindən aşaraq evin həyətinə keçib fərdi yaşayış evində heç kəsin olmamasından istifadə edərək evin giriş qapısının kilidini istintaqla müəyyən edilməyən əşya ilə güc tətbiq edib sındıraraq evə daxil olmaqla mətbəx kimi nəzərdə tutulan otaqda saxlanılan bir ədəd 650 manat dəyərində “HidroTherm” markalı kombi aparatını, bir metri 85 manata olmaqla 6 metr uzunluğunda olan ümumilikdə 510 manat dəyərində radiatoru, bir ədədinin qiyməti 6.5 manat dəyərində olmaqla 18 ədəd ümumilikdə 117 manat dəyərində olan kapron başlıqlı “Kaş” markalı radiator vintilini, bir ədədinin qiyməti 12 manat dəyərində olmaqla iki ədədi ümumilikdə 24 manat dəyərində olan dəmir başlıqlı “Kaş” markalı radiator ventilini, bir ədəd 45 manat dəyərində kombinin elektrikini tənzimləyən “HidroTherm” markalı elektrik tənzimləyici aparatı, bir ədəd 35 manat dəyərində “Akksel” markalı qaz tənzimləyicisini, bir ədəd 18 manat dəyərində kombi avadanlıqları setini, bir ədəd 4 metr uzunluğunda olan 51 manat dəyərində şveller adlanan dəmir hissəni gizli olaraq talamaqla Zərərçəkmiş şəxs4 ümumilikdə 1,450 manat məbləğində ziyan vuraraq qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 21 avqust 2021-ci ildə saat 07 radələrində qəsdən təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında həmkəndliləri Zərərçəkmiş şəxs2 məxsus bir baş 129.29 manat dəyərində olan xırdabuynuzlu heyvanı (dişi qoyunu) Yevlax rayon Havarlı kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus otlaq sahəsindən gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 129.29 manat məbləğində maddi ziyan vuraraq qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə iclası zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək söyləmişdir ki, 29 mart 2021-ci il tarixdə, axşam saatlarında həmkəndlisi Təqsirləndirilən şəxs2 söhbət edərkən ona təklif etmişdir ki, Havarlı kənd sakini Zərərçəkmiş şəxs4 yeni tikilən və heç kimin yaşamadığı evindən oğurluq etsinlər. Tural buna etiraz etmədikdə belə razılaşmışlar ki, Tural evin yerləşdiyi küçədən dayansın, kimsə gəlsə ona xəbər etsin, o isə evə daxil olaraq oğurlaya biləcəyi əşyaları çıxarsın. Həyətə daxil olduqda bir ədəd 4 metr uzunluğunda təxminən 15-20 sm enində, 1 sm qalınlığında dəmir şveller görmüş və onu hasardan küçə tərəfə atmışdır. Özü isə həmin hasardan aşıb şvelleri otların arasında gizlətmişdir. Yenidən divardan aşaraq evin həyətinə daxil olmuş və hasardan daxil olan zaman, onunla üzbəüz evin həyətinin divarının içəri hissəsində üstü şiferlə bağlanmış, lakin yanları açıq olan yerdə əşyalar olduğunu görmüşdür. Həmin yerdən bir ədəd kombi radiatorunu və daha sonra isə adını bilmədiyi avadanlıqları götürmüş, divarın üstündən çölə atmış və özü də divardan aşaraq onu otluğun içərisində gizlətmişdir. Turala yaxınlaşaraq taksi tapma üçün gedcəyini bildirmiş ondan həmin yerdə gözləməyini xahiş etmişdir. Kənddən çıxıb Mingəçevir istiqamətində piyada gedərkən yolda ağ rəngli “Vaz-2104” markalı avtomobili saxlatmışdır. Həmin taksi sürücüsünə yaxınlıqda əşya olduğunu, həmin əşyaları yaxınlıqdakı metal qəbul edilən yerə aparmaq istədiyini bildirmişdir. Sürücü ilə razılaşdıqdan sonra birlikdə Turalın yanına getmişlər. Oğurladıqları əşyaları avtomobilin yük yerinə yerləşdirmişdir. Turala bildirmişdir ki, həmin əşyaları satdıqdan sonra ona çatası pulu everəcəkdir. Taksi ilə Mingəçevir şəhərində yerləşən metal qəbul edən Füzulinin sexinə getmiş və həmin əşyaların onun olduğunu deyərək ümumilikdə 70 manata ona satmışdır. Əldə etdiyi pulu xərcləmiş və səhəri gün Tural ilə kənddə qarşılaşdıqda ona bildirmişdir ki, borcu olduğundan satdığı əşyaların pulunu borcuna ödəmişdir və ona vəd vermişdir ki, ona çatası pulu daha sonra ödəyəcəkdir. Tural buna etiraz etməmişdir. Sonradan buna görə Turala pul verməmişdir. Bundan başqa, təxminən 2021-ci ilin avqust ayının əvvəllərində pulu olmadığı üçün heyvan oğurlamaq qərarına gəlmiş və oğurluq etmək üçün yaşadığı Havarlı kəndində yerləşən fermaya getmişdir. Kəndin otlaq sahəsində, axşam saat 20 radələrində bir baş iribuynuzlu heyvanı (dişi camışı) qarşısına salaraq otlaq sahəsindən uzaqlaşdırmış və evdən çıxarkən özü ilə götürmüş olduğu ip ilə onu boğazından bağlayaraq Mingəçevir şəhərinin ərazisi olan “Mingəçevir kəndi” adlanan yerə aparmışdır. Yolda, tanımadığı şəxslərə camışı satmaq istədiyini bildirdikdə, onlar digər bir nəfərə zəng edərək onu həmin yerə çağırmışlar və həmin şəxs camışı ondan 500 manata almışdır. Daha sonra 21.08.2021-ci il tarixdə səhər saatlarında Havarlı kəndində yerləşən, Elgün adlı şəxsə məxsus fermada işləməyə getmişdir. Bu zaman yolda Təqsirləndirilən şəxs2 ilə qarşılaşmış və ona fermada iş olduğunu, işi gördükdən sonra 70 manat pul alacaqlarını və işləmək istəyirsə onunla getməsini təklif etmişdir. Tural onunla razılaşmış və birlikdə Elgünün fermasına tərəf getmişlər. Yolda həmkəndliləri İlhama məxsus qoyunların otlaq sahəsində otladığını və yanında kimsənin olmadığını görmüşlər. Turala təklif etmişdir ki, oradan qoyun oğurlasınlar. Əvvəlki kimi Turalla razılaşmışdır ki, o kənarda dayanıb kimsə gəldikdə ona məlumat versin, o isə, qoyunu oğurlasın. Tural ətrafa baxmış və bu zaman o, sürünün içərisindən bir baş qoyunu (dişi quzu) tutaraq ayaqlarını ip ilə bağlamışdır. Həmin qoyunu boynuna alıb gətirərək karxana yolunun yanındakı qamışlıqda gizlətmişdir. Həmin vaxt Tural onun arxası ilə gələrək arxadan kiminsə gəlib-gəlmədiyinə nəzarət etmişdir. Bundan sonra taksi fəaliyyəti ilə məşğul olan Talehə zəng edərək Yevlax rayon, Havarlı kəndinə gəlməsini, qoyunu xəstələndiyi üçün evə aparacağını demişdir. Turalla razılaşmışdır ki, qoyunu aparıb satıb ona düşən payı sonra verəcəkdir. Talehlə həmin qoyunu öz evlərinə aparmışdır. Taleh onların qoyun oğurladıqlarını bilməmişdir. Bundan iki gün sonra, yəni 23 avqust 2021-ci il tarixdə səhər saatlarında yenidən oğurluq etmək məqsədi ilə evdən çıxaraq İlhamın qoyunlarının otladığı otlaq sahəsinə getmiş, oradan bir baş erkək, bir baş dişi olan iki baş qoyunu tutaraq özü ilə gətirdiyi ip ilə ayaqlarını bağlamış və yenə karxana yolunun kənarında olan qamışlığa qoymuşdur. Bundan sonra yenə Talehə zəng edərək qoyunların xəstələndiyini və evə aparmaq lazım olduğunu demişdir. Talehə məxsus “VAZ 2106” markalı avtomobil ilə iki baş qoyunu Yevlax rayon Havarlı kəndində yerləşən yaşadığı evə aparmışdır. Daha sonra Elgünün fermasında qoyunların olduğunu və həmin qoyunların fermanın otlaq sahəsində çobansız otladığını öyrənmişdir. 24 avqust 2021-ci il tarixdə günorta saatlarında Mingəçevir şəhərində olan zaman taksi sürücüsü kimi fəaliyyət göstərən Əli adlı şəxsdən onu Yevlax rayonu Havarlı kəndinə aparmasını və həmin kənddən özünə məxsus qoyunu götürüb Mingəçevir şəhərinin ərazisində yerləşən qəssabxanaya qaytarmağı xahiş etmişdir. Bunun qarşılığında Əli ondan 10 manat pul istəmiş və o da, razılaşmışdır. Həmin zaman tanışı Farizi avtobus dayanacağında görmüş və onunla getməsini ondan xahiş etmişdir. Əlinin onun idarə etdiyi avtomobillə Elgünün fermasının yanından keçərkən qoyunların yanına çatdıqda ondan avtomobili saxlamasını xahiş etmişdir. Avtomobildən düşərək qoyunlara tərəf getmiş, sürünün içindən seçərək qoç tutmuş və belindən tutaraq avtomobilin yanına gətirmişdir. Farizlə köməkləşərək qoyunu avtomobilin yük yerinə qoymuş və Əlidən xahiş etmişdir ki, onları Mingəçevir şəhərinin “Qres” adlandırılan ərazisində olan qəssabxanaya sürsün. Qəssabxanada həmin qoyunu 150 manata qəssaba satmışdır. Fariz və Əlinin onun həmin qoyunu oğurlamağı barədə hər hansı bir məlumatları olmamış və o, onlara oğurladığı qoçun ona məxsus olduğunu demişdir. Növbəti gün, yəni 25 avqust 2021-ci il tarixdə səhər saatlarında yenidən Elgünün fermasına gedərək sürünün içindən bir baş qoyunu (dişi quzu) götürərək boynuna almış və Havarlı kəndindəki meşənin içərisi ilə keçərək evə gəlmişdir. O, quzunu götürən zaman orada heç kim olmamışdır. Gətirdiyi quzunu digər quzuların yanına salmışdır. Əməlindən peşman olduğunu, vurulmuş zərəri tam olaraq ödədiyini bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək söyləmişdir ki, 29 mart 2021-ci il tarixdə, təxminən saat 20:00-da, həmkəndlisi Zərərçəkmiş şəxs4 yaşadığı küçə ilə gedərkən həmkəndlisi Təqsirləndirilən şəxs1la qarşılaşmış və söhbətləşməyə başlamışlar. Qabil ona bildirmişdir ki, Amidgilin evi təzə tikilir və evdə yaşayış yoxdur və təklif etmişdir ki, oraya girib oğurluq etsinlər. Maddi ehtiyacı olduğu üçün bu təkliflə razılaşmışdır. Qabilin təklifi ilə o, küçədə dayanmış, Qabil isə hasardan aşaraq evin həyətinə keçmişdir. Qabil ona tapşırmışdır ki, birdən gələn olsa xəbər eləsin. Az sonra Qabil hasarın üstündən yerə bir ədəd 4 metr uzunluğunda şvelleri atmış və özü də hasardan düşərək həmin şvelleri ensiz yol ilə ona tərəf, yəni evin qarşısı ilə gedən yola tərəf gətirərək evin həyətinin hasarının yanında otluq olan yerə gizlətmişdir. Daha sonra Qabil bir neçə dəfə hasardan aşaraq evə daxil olmuş və bir ədəd kombi radiatorunu və kombi avadanlıqlarını hasarın üstündən yola atmış və özü də hasardan aşaraq şvellerin yanında gizlətmişdir. Qabil ona əşyaların yanında gözləməyi söyləmiş, özü isə taksi çağırmağa getmişdir. Təxminən 10 dəqiqə sonra Qabil “VAZ 2106” markalı avtomobil ilə onun yanına gəlmişdir. Qabil evdən çıxarmış olduğu əşyaları avtomobilə yükləmiş və ona orada gözləməyi və qayıdacağını söyləmişdir. Təxminən 1 saat gözləsə də, Qabil qayıtmamışdır. Qabili iki gün sonra gördükdə və onda öz payını istədikdə o bildirmişdir ki, pulu artıq xərcləmişdir. Qabil ondan sonra da buna görə ona pul verməmişdir. 21 avqust 2021-ci il tarixdə, səhər saatlarında yolda Qabil ilə qarşılaş və Qabil ona bildirmişdir ki, fermada iş var, gedib işləyə bilərlər. Qabillə razılaşmış və birlikdə işləmək üçün fermaya getmişlər. Onlar yol ilə gedərkən Qabil yolun sol kənarındakı otlaq sahəsində qoyunların otladığını görmüş və ona qoyunları oğurlamağı təklif etmişdir. İlk olaraq razılaşmasa da, sonradan Qabil ilə razılaşmışdır. Yola baxaraq kiminsə gəlibgəlmədiyinə nəzarət etmiş və bu vaxt Qabil bir baş quzu tutaraq boynuna almış və “domba” adlanan yerə gətirmişdir. Bu vaxt Qabil Taleh adlı taksi sürücüsünə zəng etmiş və olduqları yerə çağırmışdır. Taleh quzunun oğurluq olduğunu anlamasın deyə ağac ilə qoyunun burnunu qanatmışlar ki, ona quzunun xəstə olduğunu söyləsinlər. Bundan sonra Taleh özünə məxsus “VAZ 2106” markalı avtomobil ilə həmin yerə gəlmiş və onlar quzunu Talehin avtomobilinin yük yerinə qoyaraq Qabilgilin evinə tərəf getmişlər. Yolda, öz evlərinin yanında o, avtomobildən enmiş, onlar isə yollarını davam etdirmişlər. Bundan bir gün sonra səhər saatlarında Qabil ilə qarşılaşmış və Qabildən quzunu oğurladıqlarına görə ona düşən pulu istəmişdir. Lakin Qabil ona hələ quzunu satmadığını, satan zaman verəcəyini söyləmişdir. Bundan sonra Qabil ilə qarşılaşmamışdır. Əməlindən peşman olduğunu, vurulmuş zərəri tam olaraq ödədiyini bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 məhkəmə iclası zamanı bildirmişdir ki, Yevlax rayonu, Havarlı kəndində özünə məxsus torpaq sahəsində ev inşa etdirmişdir. Həmin evi istilik sistemi ilə təmin etmək məqsədi ilə kombi aparatı, 8 ədəd radiator və buna aid digər aksessuarları alaraq tikdirdiyi evə qoymuş və evin qapısını daxili qıfılla bağlamışdır. 29 mart 2021-ci il tarixdə evin açarlarını döşəməni düzəldən ustaya vermişdir ki, təmir işlərini aparsın. 30 mart 2021-ci il tarixdə həmin usta ona zəng edərək qapının sındırıldığını bildirmişdir. Dərhal evə getmiş və evin arxa tərəfində olan qapının sındırıldığını aşkar etmişdir. Evə baxdıqda isə aldığı bir ədəd 650 manat dəyərində “HidroTherm” markalı kombi aparatının, bir metri 85 manata olmaqla 6 metr uzunluğunda olan ümumilikdə 510 manat dəyərində radiatorun, bir ədədinin qiyməti 6.5 manat dəyərində olmaqla 18 ədəd ümumilikdə 117 manat dəyərində olan kapron başlıqlı “Kaş” markalı radiator ventilinin, bir ədədinin qiyməti 12 manat dəyərində olmaqla iki ədədi ümumilikdə 24 manat dəyərində olan dəmir başlıqlı “Kaş” markalı radiator ventilinin, bir ədəd 45 manat dəyərində kombinin elektrikini tənzimləyən “HidroTherm” markalı elektrik tənzimləyici aparatının, bir ədəd 35 manat dəyərində “Akksel” markalı qaz tənzimləyicisinin, bir ədəd 18 manat dəyərində kombi avadanlıqları setinin və evin həyətindən bir ədəd 4 metr uzunluğunda olan 51 manat dəyərində şveller adlanan dəmir hissənin oğurlandığını aşkar etmiş və bu barədə polis orqanlarına müraciət etmişdir. Daha sonra Zərərçəkmiş şəxs4 teleqramla məhkəməyə müraciət edərək ona dəymiş ziyanın ödənildiyini bildirmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 istintaq zamanı verdiyi ifadə elan olunmuşdur. Belə ki, Zərərçəkmiş şəxs2 bildirmişdir ki, Havarlı kəndində xırda buynuzlu heyvan saxlayır. Hər səhər heyvanları kənd sakinlərinin ümumi istifadəsində olan otlaq sahəsinə aparır, günorta saatlarında isə heyvanlar özləri qayıdır. 21 avqust 2021-ci il tarixdə heyvanlar otlaqdan qayıtdıqdan sonra onları saydıqda bir dişi quzunun olmadığını aşkar etmişdir. Lakin şikayət etməmişdir. Bundan sonra 23 avqust 2021-ci il tarixdə iki baş, bir erkək və bir dişi quzunun otlaqdan qayıtmadığını aşkar etmiş və qoyunların oğurlandığını anlayıb polis orqanlarına müraciət etmişdir. Daha sonra ona məlum olmuşdur ki, qoyunları həmkəndlisi Təqsirləndirilən şəxs1 oğurlamışdır. İlham Məmmədo hazırlıq iclası zamanı ərizə təqdim edərək təqsirləndirilən şəxslərə qarşı heç bir şikayətinin və tələbinin olmadığını, ona vurulmuş ziyanın ödənildiyini bildirmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 istintaq zamanı verdiyi ifadə elan olunmuşdur. Belə ki, Zərərçəkmiş şəxs1 bildirmişdir ki, Havarlı kəndində iri buynuzlu heyvanlar, inək və camış saxlayır. Heyvanları otlamaq üçün kənddə yerləşən meşəyə salır və həmin heyvanlar 3-4 gün sonra özləri qapıya qayıdır. 10 avqust 2021-ci il tarixdə heyvanlar qayıtsa da, bir baş camışın qayıtmadığı aşkar etmişdir. Həmin heyvanı kənd sakinləri ilə birlikdə axtarsa da tapa bilməmişdir. Camışın oğurlandığını anlayıb polis orqanlarına müraciət etmişdir. Daha sonra ona məlum olmuşdur ki, qoyunları həmkəndlisi Təqsirləndirilən şəxs1 oğurlamışdır. Zərərçəkmiş şəxs1 hazırlıq iclası zamanı ərizə təqdim edərək təqsirləndirilən şəxslərə qarşı heç bir şikayətinin və tələbinin olmadığını, ona vurulmuş ziyanın ödənildiyini bildirmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 istintaq zamanı verdiyi ifadə elan olunmuşdur. Belə ki, Zərərçəkmiş şəxs3 bildirmişdir ki, Havarlı kəndində X1 məxsus fermada heyvanlara görə məsuliyyət daşıyır. 26 avqust 2021-ci il tarixdə heyvanları sayarkən iki baş qoyunun, bir baş qoç və bir baş quzunun oğurlandığını aşkar etmişdir. Bu barədə polis şöbəsinə müraciət etmişdir. Daha sonra ona məlum olmuşdur ki, qoyunları həmkəndlisi Təqsirləndirilən şəxs1 oğurlamışdır. Zərərçəkmiş şəxs3 teleqramla məhkəməyə müraciət edərək heç bir şikayətinin olmadığını, ona vurulmuş ziyanın ödənildiyini bildirmişdir. Məhkəmə iclasında Şahid2 istintaq zamanı verdiyi ifadə elan olunmuşdur. Belə ki, Şahid2 bildirmişdir ki, Mingəçevir şəhərində “Qres” adlandırılan qəsəbədə qəssab kimi fəaliyyət, iri və xırda buynuzlu heyvanların ətini satır. 24 avqust 2021-ci il tarixdə tanımadığı bir şəxs qəssabxanada ona yaxınlaşaraq qoyun satdığını bildirmişdir. Həmin şəxs adının Qabil olduğunu, qoyunun özünə məxsus olduğunu və cibindən resept çıxararaq anasında dərman alacağı üçün satdığını bildirmişdir. Ona inandığı üçün onunla 150 manata razılaşaraq erkək qoyunu ondan almışdır. Qoyunun oğurluq olduğunu bilməmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 19 oktyabr 2021-ci il tarixli 9/6715 saylı rəyində qeyd olunur ki, aparılmış ekspert tədqiqatı nəticəsində, tədqiq edilən xırda və iribuynuzlu heyvanın qərarın təsviri hissəsində olan məlumatlara görə və ekspertiza tədqiqatına təqdim edilməyən tədqiqat obyektlərinin, 2021-ci il yanvar-mart aylarına, respublikadaxili orta bazar satış qiymətləri nəzəri hesablama yolu ilə şərti olaraq təxminən aşağıdakı kimi müəyyən edilir: Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məxsus, bir baş 1 yaşında, diri çəkisi 27.5 kq dişi qoyun 129.29 manat, bir baş 1 yaşında, diri çəkisi 27.5 kq erkək qoyun 201.12 manat, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 məxsus bir baş 08 aylıq, diri çəkisi 22 kq dişi qoyun-quzu 103.45 manat, bir baş iki yaşında, diri çəkisi 50 kq dişi qoyun-qoç 339.63 manat, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məxsus bir baş iki yaşında, diri çəkisi 300 kq dişi camış 825.00 manat, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 məxsus bir ədəd 2021-ci ildə alınmış, istifadə edilməmiş və istifadəyə yararlı “HidroTherm” markalı kombi aparatı 650.00 manat, 20 ədəd 2021-ci ildə alınmış, istifadə edilməmiş və istifadəyə yararlı “Kaş” markalı radiator ventili (18 ədəd ağ rəngli kapron başlıqlı olmaqla, 2 ədəd dəmir başlıqlı) 10.00 manat, bir ədəd 2021-ci ildə alınmış, istifadə edilməmiş və istifadəyə yararlı kombinin elektrikini tənzimləyən “HidroTherm” markalı elektrik tənzimləyicisi 45.00 manat, bir ədəd 2021-ci ildə alınmış, istifadə edilməmiş və istifadəyə yararlı “Akksel” markalı qaz tənzimləyicisi 35.00 manatdır. Tədqiqata təqdim edilməyən, qərarın təviri hissəsində göstərilən lakin qiymətləndirilməyən digər əmlak, yəni 10.40 metr uzunluğunda 2021-ci ildə alınmış, istifadə edilməmiş və istifadəyə yararlı “Maqna” markalı radiator aparatına, bir ədəd kombi setinə və bir ədəd 4 metr uzunluğunda dəmir şvellerə faktiki ekspert baxışı keçirilmədən, onların konkret olaraq markasını, modelini, əmtəə görünüşünü, yararlığı, texniki göstəricilərini, hansı vəziyyətdə olmasını, mənəvi və fiziki köhnəlməyə hansı dərəcədə məruz qalmasını müəyyən etmədən və onlar barədə kifayət qədər məlumat olmadığından onlar üzrə tədqiqat və qiymətləndirmə aparılmamışdır. (cild 2; səhv 26-28) Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1., 177.2.2. və 177.2.3 maddələri ilə, yəni qabaqcadan əlbir olan bir qrup şəxs olaraq, yaşayış sahəsinə daxil olmaqla, o cümlədən təkrarən oğurluq etmələri özlərinin etirafı, zərər çəkmiş şəxslərin, şahidin ifadələri, ekspertiza rəyi ilə tam sübuta yetirilmiş və onlara cinayət qanunvericiliyinin tələblərinə uyğun cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, ilk dəfə az ağır cinayət törətməsini, zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini, vurulmuş ziyanı ödəməsini cəzasını yüngülləşdirən hal kimi, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona, müvafiq maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs2 barəsində cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, ilk dəfə az ağır cinayət törətməsini, zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini, vurulmuş ziyanı ödəməsini cəzasını yüngülləşdirən hal kimi, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona, müvafiq maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab edir. Hər birinin üzərinə Cinayət Məcəlləsinin 52-1.2 maddəsi ilə müəyyən edilmiş məhdudiyyətlər qoyulmalıdır. Həbsdə saxlanıldıqları iki gün onlara təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə xərcləri və maddi sübutla əlaqədar məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, iş üzrə məhkəmə xərci ekspertiza tədqiqatının dəyərinin 50 manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ ******************** коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesaba keçirilməlidir Müdafiəçilər hüquqi yardıma görə məhkəmə dövrü üçün 168 (bir yüz altmış səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi1 və 168 (bir yüz altmış səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi2 ödənilsin. (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3 maddələri ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 27 avqust 2021-ci il tarixdən 28 avqust 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı nəzərə alınaraq Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesablanmaqla ona təyin edilmiş cəzadan 2 (iki) gün müddət çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə saat 22-00-dan saat 07-00 qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Barəsində seçilmiş başqa yerə getməmək barədə polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli təqsirləndirilən şəxsin yaşayış yeri üzrə icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 27 avqust 2021-ci il tarixdən 28 avqust 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı nəzərə alınaraq Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesablanmaqla ona təyin edilmiş cəzadan 2 (iki) gün müddət çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 05 (beş ay) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə saat 22-00-dan saat 07-00 qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli təqsirləndirilən şəxsin yaşayış yeri üzrə icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Hökmün icrası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə 50 manat ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Az.MEM VÖİN ********** АЗ34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h АЗ41 NABZ 013601 **********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilsin. Göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 168 (bir yüz altmış səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi1 və 168 (bir yüz altmış səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi2 ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Sədrlik edən : Toğrul Əliyev
Məhkəmə qərarları › İş №1(039)-13/2022
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-13/2022
02.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver