Məhkəmə qərarları › İş №1(039)-13/2025

Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-13/2025

30.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-13/2025 30.05.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi (vəkil) Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2arəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Yevlax rayonunun Tanruqulular kəndinin ərazisindən keçən asfalt örtüklü kənd yolunda “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq narkotik vasitə olan marixuanadan istifadə etməsi nəticəsində yaranmış sərxoşluq vəziyyətində sürücülük vəsiqəsi ilə idarə etdiyi özünə məxsus «BMW 528İ minik» markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobillə həmin kənddən Mingəçevir-Bəhramtəpə şose yolu istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni hərəkət zamanı diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yolun döngəli olduğunu əvvəlcədən nəzərə alaraq avtomobilin sürətini hərəkətin təhlükəsizliyini təmin edə biləcək həddə qədər azaltmalı və avtomobilin hərəkət hissəsi ilə dayanıqlı hərəkəti təmin etməli, yol hərəkətinin iştirakçısı olaraq yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı olduğu halda bunlara əməl etməyərək avtomobilin idarəetməsini itirərək avtomobili yoldan çıxararaq torpaqlıq sahəyə düşməsi nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı onun idarə etdiyi avtomobildə sərnişin qismində əyləşmiş xx.xx.1986-cı il təvəllüdlü, Mingəçevir şəhəri Puşkin küçəsi ev 9, mənzil 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vuran Lİ (birinci bel fəqərəsinin) cisminin kompression sınığı ilə müşayət edilən bədən xəsarəti almasına səbəb olan narkotik vasitələrdən istifadə etməsi nəticəsində yaranmış sərxoşluq vəziyyətində idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır bədən xəsarəti yetirmişdir. Bundan başqa o, xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Yevlax rayonunun Tanruqulular kəndinin ərazisində keçən asfalt örtüklü kənd yolunda narkotik vasitə olan marixuanadan istifadə etməsi nəticəsində yaranmış sərxoşluq vəziyyətində sürücülük vəsiqəsi ilə idarə etdiyi özünə məxsus «BMW 528İ minik» markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobillə törətdiyi və Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vuran xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsindən sonra “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq müvafiq orqanlara xəbər vermədən məsuliyyətdən yayınmaq üçün yol-nəqliyyat hadisəsi yerini, avtomobili və xəsarət almış şəxsi tərk edərək hadisə yerindən getməklə qəsdən yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda qismən təqsirli biərək, verdiyi ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə saat 20 radələrində özünə məxsus olan “BMW 528İ minik” markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobili ilə bacısının əri Zərərçəkmiş şəxs ilə birlikdə Yevlax rayonu Tanrıqulular kəndinə mərhum dayısı X9 evinə qonaq getmişdir. Onlar təxminən 2 saat müddətində dayısının evində olduqdan sonra saat təxminən 22 radələrində dayısının evindən çıxaraq Tanrıqulular kənd yolu ilə Mingəçevir şəhəri istiqamətinə hərəkət etməyə başlamışdır. Tanrıqulular kənd yolu ilə Mingəçevir şəhər istiqamətində hərəkətdə olarkən qarşıda olan döngəni görə bilməmiş, idarəetməni itirmiş və avtomobili yoldan çıxaraq boş sahəyə düşmüşdür. Avtomobili sahədə olan dəmir barmaqlığa dəymiş və avtomobili təxminən 7-8 metr hərəkət etdikdən sonra sahədə dayanmışdır. O, avtomobildən düşmüş və yeznəsi Zərərçəkmiş şəxs vəziyyətinin normal olduğunu görmüşdür. Mobil telefonla kənddə yaşayan qohumlarına zəng etmiş və hadisə barədə məlumat vermişdir. Qısa müddət sonra qohumu Şahid3 hadisə yerinə gəlmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs halı pisləşdiyindən onu Məmmədiyənin maşını ilə birlikdə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına aparmışlar. X6 ilkin tibbi müdaxilələr edilmişdir. Bir müddət sonra xəstəxanaya Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları gəlmişlər. Sürücünün kim olduğunu soruşduqda özünü həmin piols əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşlar hadisənin harada baş verdiyi aydınlaşdırıldıqdan sonra ərazi aidiyyətinə görə işin onlara aid olmadığını bildirərək çıxıb getmişlər. O bir müddət xəstəxanada gözləmiş və qohumları da xəstəxanya gəlmişlər. Anası onkolji xəstə olduğundan, narahat qaldığından və dəfələrlə zəng etdiyinə görə qohumları ona evə getməyi məsləhət görmüşlər. O da bir neçə saatdan sonra evə getmişdir. Səhəri gün isə Yevlax Rayon Polis Şöbəsinə gəlmişdir. Təhqiqatçı tərəfindən ilk dəfə olaraq 10 fevral 2024-cü ildə izahatı alınmışdır. Həmin vaxt ona müayinədən keçməli olduğunu deməmişlər və tibbi müayinəyə göndərməmişlər. Bundan sonra da bir neçə dəfə Yevlax Rayon Polis Şöbəsində olmuşdur. Hadisə baş verən gün spirtli içki qəbul etməmiş və narkotik vasitədən istifadə etməmişdir. Hadisədən bir neçə gün sonra hadisənin təsiri altında marixuanadan istifadə etmişdir. Özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü və 263-1.2-cü maddələri ilə təqsirli bilmir. Hesab edir ki, onun əməlində CM-nin 263.1-1-ci maddəsinin tərkibi vardır. Həmin əmələ görə səmimi peşmandır. Zərərçəkmiş şəxslə yaxın qohumdur. Zərərçəkmiş şəxsə vurduğu ziynı tam ödəmişdir. Zərərçəkmiş şəxsin ondan şikayət və tələbi olmamış, hazırda da yoxdur. Qeyd edilənlərin nəzərə alınaraq CM-nin 264-cü maddəsi ilə ona bəraət verilməsini, CM-nin 263-1.2-cü maddəsi ilə əməlin həmin Məcəllənin 263.1-1-ci maddəsinə tövsif edilməsini, zərərçəkmiş şəxslə barışdıqlarına, ona vurduğu ziyanı tam ödədiyinə, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə barəsində olan cinayət işinin icraatına xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, qaynı Təqsirləndirilən şəxsla birlikdə uşağını hazırlığa qoymuş, müəllim hazırlığın olmadığı demiş, uşağı gətirib evə qoyduqdan sonra Rəvanla birlikdə Yevlax rayonunun Tanrıqulular kəndinə Rəvanın dayısıgilə getmişlər. Orada çörək yemişlər və o Rəvanın dayısı ilə spirtli içki içmişdir. Sonra Rəvanla həmin evdən maşınla çıxmışlar və saat 20-21 radələrində Tanrıqulular kəndindən çıxan zaman döngədə yolun görüntüsü məhdud olduğundan və hava qaranlıq olduğundan Rəvan idarəetməni itirmiş, maşın asfalt örtükdən çıxmış və yol-nəqliyyat hadisəsi baş vermişdir. X12 adlı şəxslə birlikdə sonuncuya məxsus maşınla onu Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına gətirmişdir. Xəstəxanada onu müayinə etmişlər və qorxulu heç nə olmadığını bildirmişlər. Gecə saat 02-03 radələrində isə Elnurun maşını ilə yaşadığı evə gəlmişdir. Xəstəxanada otaqda olan zaman Rəvan da onun yanında olmuşdur. Rəvan təxminən 1-2 saat onun yanında olmuş, sonra Rəvanın anası narahat olduğundan Rəvan evə getmişdir. Xəstəxanaya ilk olaraq X13 Xidmətinin əməkdaşları, sonra isə Yevlax rayon Polis Şöbəsinin əməkdaşları gəlmişlər. Rəvan getikdən təxminən 2 saat sonra o (zərərçəkmiş şəxs) da evə getmişdir. Təqsirləndirilən şəxs onun qaynıdır və barışmışlar. Ona vurulmuş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Qeyd edilənlərin nəzərə alınaraq, məhkəmədən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə qohumluq əlaqələri vardır. Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi törədən zaman telefonla zəng edib onu hadisə yerinə çağırmışdır. O hadisə yerinə çatanda Rəvan maşından yerdə, Zərərçəkmiş şəxs isə maşında olmuşdur. Sonra Qalib də maşından yerə düşmüş, bir az söhbət etmişlər və Qalib siqaret çəkmişdir. Onların başı maşını düşdüyü yerən çıxartmağa qarışmış, lakin sonradan Qalibin vəziyyətinin pisləşdiyini görərək, onu Rəvanla birlikdə maşına qoyaraq Mingəçevir şəhərinə xəstəxanaya aparmışlar. Xəstəxanada Qalibə ilkin yardım göstərilmiş və buraxıldıqdan sonra isə çıxıb evə getmişlər. Hadisə yerinə çatanda saat 22-23 radələri olmuşdur. Xəstəxanada olan zaman Rəvan da onlarla birlikdə olmuş, xəstəxanada nə baş verildiyi soruşulduqda o yol-nəqliyyat hadisəsi baş verdiyini bildirmişdir. Bundan sonra Polis Şöbəsinə məlumat verilmişdir. Əvvəlcə xəstəxanaya Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları gəlmişlər. Hadisənin harada baş verdiyi aydınlaşdırıldıqdan sonra isə xəstəxanaya Yevlax rayon Polis Şöbəsinin əməkdaşları gəlmişlər. Sonradan adının Səddam olduğunu bildiyi polis əməkdaşı da xəstəxanaya gəlmişdir. Həmin vaxt Rəvan xəstəxananın həyətində olmuş və polis əməkdaşları da bir müddət orada gözləmişlər. Bir müddət sonra isə Rəvanı soruşmuşlar. Həyətə çıxaraq Rəvanı axtarmışlar, lakin anası narahat olduğundan Rəvanın evə getdiyini demişlər. Sonra isə Rəvanın polis şöbəsinə gəlməli olduğunu demişlər və səhəri gün Rəvanla birlikdə polis şöbəsinə gəlmişlər. Qalibi xəstəxanaya aparan zaman Təqsirləndirilən şəxs heç bir sərxoşluq halı hiss etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 Ağaməmməd oğlu verdiyi ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs onun bibisinin oğludur. Hadisə günü saat 22-23 radələrində onlara zəng gəlmiş və xəstəxanaya gəlmişlər. Hadisə ilə əlaqədar xəstəxanaya gələndə qohumların və Rəvanın xəstəxanada olduğunu görmüşlər. Qalibin isə palatada uzandığını görmüşdür. Hadisədən təxminən 1 saatdan artıq müddət keçdikdən sonra Yevlax rayon Polis Şöbəsindən də üç nəfər gəlmiş, həmin şəxslərlə görüşüb söhbət etmişlər. Rəvanın özü də əvvəl orada olmuş və çay içmişlər. Sonra Rəvanın anası zəng etmişdir. Rəvanın anası onkoloji xəstə olduğundan Rəvana evə getməyi məsləhət görmüşlər və buna görə də Rəvan evə getməli olmuşdur. Gələn polis əməkdaşları həmin vaxt Rəvanı görməmişlər. Yevlax rayon Poils Şöbəsinin əməkdaşları gələnə kimi Rəvan xəstəxanada olmuş və poils əməkdaşları gəlməmişdən az müddət əvvəl evə getmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, o, Yevlax RPŞ-nin baş təhqiqatçı vəzifəsində çalışdığı zaman, yəni 08 fevral 2024-cü il tarixdə bir nəfər şəxsin yol-nəqliyyat hadisəsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasından daxil olmuş məlumata əsasən Yevlax RPŞ-nin DYPB-nin əməkdaşı Şahid2la birlikdə hadisə baş verən əraziyə Yevlax rayonunun Tanrıqulular kəndi ərazisinə getmişlər. Hadisə yerinə çatdıqdan sonra hadisə yerini müayinə etməyə başlamışdır. Hadisə yerini müayinə edən zaman yolnəqliyyat hadisəsinin törədildiyi «BMW» markalı avtomobil və sürücü hadisə yerində olmamışdır. Hadisə yerində müəyyən istintaq hərəkətləri keçirmiş, şəkillər çəkmiş, hadisə yerinə baxış keçirmiş və sonra Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına getmişlər. Xəstəxanada zərərçəkmiş şəxsi ilkin olaraq dindirmiş, zərərçəkmiş şəxs Qabil Bədəlov izahatında yol-nəqliyyat hadisəsi zamanı avtomobildə sərnişin qismində olduğunu və həmin vaxt xəsarət aldığını bildirmişdir. Bundan sonra narkoloji dispanserdən nümayəndə dəvət etmiş və zərərçəkmiş şəxsi müayinədən keçirmişlər. Həmin vaxt zərərçəkmiş şəxsdən sürücü barədə soruşmuş, zərərçəkmiş şəxs sürücünün onu gətirib xəstəxanaya qoyduğunu və getdiyini bildirmişdir. O xəstəxanada 3 saata yaxın Təqsirləndirilən şəxs adlı sürücünü axtarmışlar, lakin sürücünü tapmamışlar. Qohumlarından soruşsalar da, sürücünün nömrəsini verməmişlər. Sonradan bir neçə dəfə Təqsirləndirilən şəxs ailə üzvləri və yaxınları ilə Rəvanın izahatının alınması üçün əlaqə saxlamışdır. Bir neçə gündən sonra əlaqə saxlamış və Təqsirləndirilən şəxs poils şöbəsinə gəldikdən sonra onun ilkin ifadəsini almışdır. Daha sonra narkoloji dispanserdə onu müayinə etdirmişlər və müayinə zamanı sidiyində narkotik vasitə olan marixuana aşkar olunmuşdur. Bundan sonra materialı olduğu kimi sənədləşdirmiş, ekspert rəyini almış, ekspert rəyində ağır bədən xəsarəti aldığı müəyyən edildiyinə görə qərar qəbul edərək materialı aidiyyəti üzrə istintaq bölməsinə göndərmişdir. Məhkəmə istintaq zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X10 verdiyi ifadəsində göstərmişdir ki, o, Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında həkim-cərrah işləyir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ilə heç bir qohumluq əlaqəsi yoxdur. Baş vermiş yol-nəqliyyat hadisəsini və hadisənin iştirakçılarını xatırlamır. Hazırkı iş üzrə zərərçəkmiş şəxsin xəstəxanaya kim tərəfindən gətirilməsindən məlumatı yoxdur. Məhkəmə istintaqı zaman müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X11 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə qohumdurlar. Hadisə baş verən gün evdə olan zaman Təqsirləndirilən şəxs ona zəng edərək, qəza törətdiyini bildirmiş və xəstəxanaya gəlməsini demişdir. O da xəstəxanaya getmiş və Qalibin xəstəxanada çarpayıda uzandığını görmüşdür. O və Rəvan otağa daxil olmuşlar və həkimlər Rəvandan hər hansı xəsarətinin olub-olmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs heç bir xəsarət olmamışdır. Sonra Rəvanla çölə çıxaraq siqaret çəkmişlər. Bir müddət sonra polis əməkdaşları gəlmiş və içəri daxil olmuşlar. Sonra polis əməkdaşları çölə çıxaraq onlarla salamlaşmışlar və sürücünün kim olduğunu soruşmuşlar. Rəvan da özünü poils əməkdaşlarına təqdim etmişdir. Həmin polis əməkdaşları hadisənin Mingəçevir ərazisində baş vermədiyini, onlara səhv məlumat verildiyini bildirərək çıxıb getmişlər. Bir müddət sonra isə xəstəxanaya Yevlax rayon Polis Şöbəsinin əməkdaşları gəlmişlər. Bibisi, yəni Rəvanın anası narahat və xəstə olduğundan tez-tez zəng etmiş, o da bibisinə Rəvana heç nə olmadağını, narahatçılığın olmadığını bildirmişdir. Bir az gözlədikdən sonra Rəvanı götürərək Ülviyyə ilə birlikdə evlərinə aparmışdır. Bibisi də Rəvanda xəsarətin olmadığını görmüş və sakitləşmişdir. Sonra Rəvanın bacısını, yəni Qalibin həyat yoldaşını götürmüş və birlikdə xəstəxanaya gəlmişlər. Xəstəxanada Qalibin vəziyyətinin yaxşı olduğunu görmüş və bir müddət sonra Qalibi xəstəxanadan buraxmışlar. O da Qalibi və həyat yoldaşını gətirib evlərinə düşürmüşdür. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X2 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bibisinin oğlu, Zərərçəkmiş şəxs isə bibisi qızının əridir. Gecə zəng edərək, Rəvanın maşını aşırdığını və xəstəxanada olduğunu bildirmişlər. O da xəstəxanaya gəlmiş və Rəvanın, dayısı uşaqlarının, qardaşının və polis əməkdaşlarının xəstəxanada olduğunu görmüşdür. Həmin vaxt Qalib də xəstəxanada olmuş və müayinə olunduğunu görmüşdür. Rəvandan nə baş verdiyini soruşmuş və Rəvan da maşını aşırdığını bildirmişdir. Bir az gözlədikdən sonra Qalibdə xəsarət olmadığından Rəvanı evə aparmaq qərarına gəlmişlər. Çünki bibisi, yəni Rəvanın anası narahat və onkoliji xəstə olmuşdur. Buna görə Elnurla birlikdə Rəvanı evə aparmaq qərarına gəlmişlər və Rəvanı evə aparmışlar. Bibisi də, Rəvana heç nə olmadığını görmüşdür. Bundan sonra o (şahid) evdə qalmış, Elnur isə Rəvanın bacısını da götürərək xəstəxanaya qayıtmışdır. O xəstəxanada təxminən 30 dəqiqə qalmışdır. Məhkəmə iclasında ifadəsi tədqiq edilməklə elan edilmiş Yevlax RPŞ-nin DYPB-nin inspektoru Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Yevlax RPŞnin DYPB-nin inspektoru vəzifəsində işləyir, polis baş serjantı rütbəsindədir. xx.xx.2024-cü il tarixdə saat 23:00-da Yevlax RPŞ-də növbətçi olduğu zaman Mingəçevir şəhər X1 şəhəri Puşkin küçəsi ev 9, mənzil 1-də yaşayan Zərərçəkmiş şəxs Yevlax rayonu Tanrıqulular kənd ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı müxtəlif dərəcəli bədən xəsarəti alması barədə Yevlax rayon polis şöbəsinin Növbətçi Hissəsinə məlumat daxil olmuşdur. O, daxil olmuş məlumatla bağlı ilk öncə Yevlax RPŞ-nin TB-nin baş təhqiqatçısı Şahid1la birlikdə Yevlax rayonu Tanrıqulular kəndində, hadisəinin baş verdiyi əraziyə getmişdir. O, hadisə yerinə çatdıqda saat təxminən 23:40 radələri olmuşdur. O, hadisə yerinə çatdıqda hadisə yerində nə “BMW 528İ minik” markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobili, nə də həmin avtomobilin sürücüsü Təqsirləndirilən şəxs orada olmamışdır. Baş təhqiqatçı Şahid1 hadisə yerini müayinə edərkən avtomobilin yoldan çıxaraq dəmir barmaqlıqlara dəyərək barmaqlıqları qırdığını müəyyən etmiş və hadisə yerinə baxış keçirmişdir. Şahid1 hadisə yerinə baxış keçirdikdən sonra xəsarət alan şəxs, Zərərçəkmiş şəxs izahatını almaq və zəruri istintaq hərəkətlərini həyata keçirmək üçün onunla birlikdə Mingəçevir ŞMX-na getmişdir. O, Mingəçevir ŞMX-na çatdıqda xx.xx.2024-cü il saat təxminən 00:20 radələri olmuşdur. O, Mingəçevir ŞMX-na çatdıqdan sonra Şahid1la birlikdə avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs Mingəçevir şəhər Narkoloji Dispanserindən sərxoşluq müayinəsindən keçirmişdir. Lakin sürücü Səmədov X3 ŞMX-da olmadığından və Təqsirləndirilən şəxs tapa bilmədiyindən sonuncunu sərxoşluq müayinəsindən keçirə bilməmişdirlər. Şahid1 və o, xəstəxanada olan və özlərini xəstənin yaxınları kimi təqdim edən şəxslərdən sürücünün harada olması soruşmuş, lakin tanımadığı həmin şəxslər sürücünün bir qədər öncə burada olduğunu lakin hazırda harada olduğunu bilmədiklərini bildirmişdirlər. Bundan sonra onlar həmin şəxslərdən sürücü Təqsirləndirilən şəxs mobil telefon nömrəsini istəmiş, lakin həmin şəxslər Təqsirləndirilən şəxs mobil telefon nömrəsini vermədiklərindən Təqsirləndirilən şəxsla mobil telefonla əlaqə saxlaya bilməmişdirlər. Şahid1 Təqsirləndirilən şəxs yaxınları olduğunu bildiryi şəxslərə Təqsirləndirilən şəxs sərxoşluq müayinəsindən keçirilməli olduğunu bildirərək Rəvan Smədovun gətirilməsi ilə bağlı proflaktiki söhbətlər etsə də Təqsirləndirilən şəxs tapa bilməmiş, buna görə də həmin gün Təqsirləndirilən şəxs izahatının alınması və sərxoşluq müayinəsindən keçirilməsi mümkün olmamışdır. İşdə olan xx.xx.2024-cü il tarixli, 121 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protkolundan görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində məhkəmə-narkoloji ekspertizası təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhər Narkoloji dispanserinin “Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə” dair 21 fevral 2024-cü il tarixli, 291 nömrəli aktından məlum olur ki, sürücü Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsində THC (narkotik vasitə marixuana) aşkar edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibb Ekspertizası və Patoloji Anatomiya birliyi” Publik Hüquqi şəxsin 21 fevral 2024-cü il tarixli 82 nömrəli canlı şəxsin məhkəmə-tibbi ekspertizası haqqında rəyindən görünür ki, Zərərçəkmiş şəxs Lİ (birinci bel fəqərəsinin) cisminin kompression sınığı olmuşdur. Bu xəsarət bərk küt alətin təsirindən əmələ gəlmişdir, xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində törənməsi istisna edilmir. Qeyd olunan xəsarət törənən anda həyat üçün təhlükəsi olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa AĞİR zərər vuran xəsarətlərə aid edilir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserin 27 fevral 2024-cü il tarixli, 333 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olmuşdur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İşdə olan əşyanın maddi sübut hesab edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, «BMW 528 İ minik” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobil cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və Yevlax rayon Polis Şöbəsinin duracağında saxlanılması qərara alınmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protkoldan görünür ki, müayinə zamanı xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs idarə etdyi «BMW 528 İ minik” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Tanrıqulular kənd yolu ilə hərəkətdə olarkən yoldan çıxaraq torpaq sahəsini əhatə edən dəmir barmaqlıqları vuraraq 8 metr sonra sahədə dayandığı müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidməti 23 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş məlumatdan görünür ki, X7 ikinci dərəcəli əlildir və dil badamcığının bədxassəli yenitörəməsi xəstəliyindən əziyyət çəkir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanseri tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məlumatdan görünür ki, ünvan 3 ünvanında yaşayan 1992-ci il təvəllüdlü Səmədov X3 şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda yoxdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 8/1289 nömrəli rəyindən görünür ki, “BMW 528İ” markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili narkotik vasitədən istifadə edərək idarə etdiyi şəraitdə onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisədən sonra zərərçəkmişə yardım göstərmədən və müvafiq orqanlara xəbər vermədən hadisə yerindən getdiyi şəraitdə onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixli, BC 211153 saylı sürücülük vəsiqəsinin surətindən göürünür ki, Təqsirləndirilən şəxs B1, B, C1, C kateqoriyaları verilmişdir. İşdə olan 07 noyabr 2023-cü il tarixli “nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında” etibarnamənin surətindən görünür ki, «BMW 528İ minik» markalı, ** BN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdən xx.xx.2033-cü il tarixədək idarə etmək üçün Təqsirləndirilən şəxs etibar edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN BDYP İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs sürücülük hüququ məhdudlaşdırlmamışdır. İşdə olan Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən icra edilmiş tələbnamədə görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş Rusiya Federasiyası Primorski rayonu vətəndaş vəziyyəti işləri aktlarının qeydiyyatı üzrə Sankt-Peterburq höküməti Komitəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli İİİ-AK 684392 nömrəli doğum haqqında şəhadətnamədən, xx.xx.2013-cü il tarixli İİİ-AK 627166 nömrəli nikah haqqında şəhadətnamədən və xx.xx.2013-cü il tarixli İ-AK 619985 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs evlidir və onun himayəsində xx.xx.2013-cü il təvəllüdlü X15 adında bir övladı vardır. Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(039)-13/2025 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə bəraət verilmiş və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilmişdir. Məhkəmə tədqiq edilmiş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olmayaraq Azərbaycan Respubliksının Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsinin tərkibi istisna olmaqla həmin Məcəllənin 263.1-1-ci maddəsinin tərkibi vardır. Buna görə də, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsindən həmin Məcəllənin 263.1-1-ci maddəsinə tövsif edilməli, Cinayət Məcəlləsinin 263.1-1-ci ilə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından, vurduğu ziyanı tam ödədiyindən, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələb olmadığındın cinayət məsuliyyətdən azad edilməli və barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs saat 22 radələrində Yevlax rayonunun Tanruqulular kəndinin ərazisindən keçən asfalt örtüklü kənd yolunda etibarnamə əsasında idarə etdiyi «BMW 528İ minik» markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobillə həmin kənddən Mingəçevir-Bəhramtəpə şose yolu istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni hərəkət zamanı diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yolun döngəli olduğunu əvvəlcədən nəzərə alaraq avtomobilin sürətini hərəkətin təhlükəsizliyini təmin edə biləcək həddə qədər azaltmalı və avtomobilin hərəkət hissəsi ilə dayanıqlı hərəkəti təmin etməli, yol hərəkətinin iştirakçısı olaraq yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı olduğu halda bunlara əməl etməyərək avtomobilin idarəetməsini itirərək avtomobili yoldan çıxararaq torpaqlıq sahəyə düşməsi nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı onun idarə etdiyi avtomobildə sərnişin qismində əyləşmiş xx.xx.1986-cı il təvəllüdlü, Mingəçevir şəhəri Puşkin küçəsi ev 9, mənzil 1 ünvanında yaşayan qohumu (bacısının əri) Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vuran Lİ (birinci bel fəqərəsinin) cisminin kompression sınığı ilə müşayət edilən bədən xəsarəti almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs qohumu Şahid3 zəng edərək hadisə yerini tərk etmədən hadisə barədə məlumat verməklə onu hadisə yerinə çağırmış, Şahid3 hadisə yerinə gəldikdən sonra Zərərçəkmiş şəxs halı pisləşdiyindən sonuncunu Şahid3 idarə etdiyi avtomobillə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına aparmışdır. Xəstəxanada Zərərçəkmiş şəxs ilkin tibbi müdaxilə edilmiş, həmin vaxt xəstəxanaya ilkin olaraq məlumat əsasında gəlmiş Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları sürücü barədə soruşduqda, Təqsirləndirilən şəxs özünü polis əməkdaşlarına təqdim etmişdir. Zərərçəkmiş şəxs zəruri tibbi müdaxilələr edildikdən sonra Təqsirləndirilən şəxs xəstəxananı tərk edərək, yaşadığı evə getmişdir. Bundan başqa, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs, yəni sürücü Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə hadisə baş verdikdən sonra sərxoşluq vəziyyətinin yoxlanılması üçün müvafiq müayinədən keçirilməli olduğu halda, hadisədən 13 gün sonra, yəni xx.xx.2024-cü il tarixdə barəsində təhqiqatçı tərəfindən məhkəmə-narkoloji ekspertizasının təyin edilməsi haqqında qərar qəbul edilmiş və həmin tarixdə müayinədən keçirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verdiyi ifadəsində hadisənin səhəri günü Yevlax rayon Polis Şöbəsinə getdiyini, bundan sonra da bir neçə dəfə polis şöbəsində olduğunu, lakin onu müayinədən keçirmədiklərini, müayinədən keçməli olması barədə ona hər hansı bildirişin verilmədiyini və müayinəyə göndərilmədiyini, narkotik vasitə olan qurudulmuş marixuanadan isə hadisədən bir neçə gün sonra istifadə etdiyini göstərmişdir. İşdə olan Təqsirləndirilən şəxs tərəfindən Yevlax rayon Polis Şöbəsində verilmiş xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon X8 Bölməsinin baş təhqiqatçısı Şahid1 tərəfindən izahatı alınan zaman yorğun, yuxulu və sərxoş olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs hadisədən əvvəl narkotik vasitə olan marixuanadan istifadə etməsi və nəqliyyat vasitəsini narkotik vasitədən istifadə nəticəsində yaranmış sərxoşluq vəziyyətində idarə edilməsi öz təsdiqini tapmamışdır. Həmin halı təsdiq edən sübut cinayət işinin materiallarında müəyyən edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 8/1289 nömrəli rəyindən müəyyən edilir ki, “BMW 528İ” markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibb Ekspertizası və Patoloji Anatomiya birliyi” Publik Hüquqi şəxsin 21 fevral 2024-cü il tarixli 82 nömrəli canlı şəxsin məhkəmə-tibbi ekspertizası haqqında rəyindən isə müəyyən edilir ki, Zərərçəkmiş şəxs Lİ (birinci bel fəqərəsinin) cisminin kompression sınığı olmuşdur. Bu xəsarət bərk küt alətin təsirindən əmələ gəlmişdir, xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində törənməsi istisna edilmir. Qeyd olunan xəsarət törənən anda həyat üçün təhlükəsi olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa AĞİR zərər vuran xəsarətlərə aid edilir. Ədalət mühakiməsinin təqsirsizlik prezupsiyası prinsipi (CPM, maddə 21) şəxsin təqsiri Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-in 21.2-ci maddəsinə görə bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəlişəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə “şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır”(maddə 28.5). Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yol verilməzdir (maddə 33.4). Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını göstərərək Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsini, onun ərizəsində göstərdiyi halları, eləcə də zərərçəkmiş şəxsin ərizəsini və digər iş materiallarını nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflərin barışması ilə əlaqədar cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin «Qeyd» hissəsinin 2-ci bəndinə əsasən (20 oktyabr 2017-ci il tarixli 816-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 9 noyabr 2017-ci il, № 247) ilə 263-cü maddənin “Qeyd” hissəsinə yeni məzmunda 2-ci bənd əlavə edilmişdir) bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). İş üzrə ekspertiza xərci olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilməlidir. İş üzrə maddi sübut olan və Yevlax rayon Polis Şöbəsinin duracağında saxlanılan «BMW 528İ minik» markalı ** BN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılmalıdır. Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olubolmamasına hüquqi qiymət verilməsi üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Göstərilənlərə əsasən və Cinayət Prosessual Məcəlləsinin 321, 344 və 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263- 1.2-ci maddəsindən həmin Məcəllənin 263.1-1-ci maddəsinə tövsif edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışması ilə əlaqədar cinayət məsuliyyətdən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. İş üzrə maddi sübut olan və Yevlax rayon Polis Şöbəsinin duracağında saxlanılan «BMW 528İ minik» markalı ** BN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılsın. Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olubolmamasına hüquqi qiymət verilməsi üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN********** AZ34 CTRE******************** Kod 210005 VÖEN ********** AZ41NABZ******************** S.W.İ.F.T. Bik: CTREAZ 22) hesaba köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar