Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-130/2020 28.10.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs onun müdafiəçisi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1968-ci il tarixdə Yevlax rayonu, Havarlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Yevlax rayonu Havarlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, 2020-ci ilin aprel ayının ortalarında, yaşadığı Yevlax rayonu Havarlı kəndindəki evinin həyətində qanunsuz olaraq əkilib-becərilməsi qadağan olunmuş xeyli miqdarda 11 (on bir) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərini əkib aqrotexniki qaydada qulluq edərək, xx xxxx 2020-ci il tarixədək həmin çətənə bitkilərini yetişdirib kultivasiya etmiş, çətənə bitkilərindən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış təmiz çəkisi 11,94 qram olan qurudulmuş marixuananı qəsdən satış məqsədi olmadan qanunsuz olaraq həyətində şüşə bankaya yığaraq saxlamış, həmin hündürlükləri 40 sm-dən 170 sm-dək ümumi təmiz çəkisi – 4 kiloqram 960 qram olan 11 (on bir) ədəd çətənə (kannabis) bitkiləri və 11,94 qram olan qurudulmuş marixuana xx xxxx 2020-ci il tarixdə Yevlax RPŞ-nin əməkdaşları tərəfindən saat 09:15-dən 10:10-dək olan müddətdə aqronom iştirakı ilə video çəkilişlə keçirilmiş baxış zamanı qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı, ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək söyləmişdir ki, ara-sıra narkotik vasitə olan marixuanadan istifadə edir. Təxminən 6-7 ay bundan öncə Yevlax rayonu Havarlı kəndində yerləşən örüş sahəsindən 1 ədəd kibrit qutusu tapmışdır. Bu kibrit qutusunun içində isə narkotik vasitə olan çətənə bitkisinin toxumlarının olduğunu aşkar etmişdir. Həmin toxumları kibrit qutusunun içində evə gətirərək gizlətmişdir. 2020-ci ilin aprel ayının ortalarında toxumları yaş dəsmalın arasına qoyaraq cücərtmiş, daha sonra cücərmiş 11 ədəd toxumu birdəfəli qablarda ayrıayrılıqda əkmişdir. Həmin ayın son günlərində şitillər böyüdüyü üçün onları qablardan çıxarıb yaşadığı Yevlax rayonu Havarlı kəndində yerləşən həyətyanı sahəsinə əkmişdir. xx xxxx 2020-ci il tarixədək həmin çətənə bitkilərinə qulluq etmiş, yəni mütəmadi olaraq 11 ədəd çətənə bitkisinin hamısının dibinə su və peyin vermişdir. Bitkilər böyüdükdən sonra, yəni 2020-ci ilin iyun ayının əvvəllərində bitkilərdən yarpaqlar qıraraq yaş vəziyyətdə qurutmaq məqsədi ilə şüşə bankaya yığmış və saxlamışdır ki, yarpaqlar quruduqdan sonra istifadə etsin. Bir neçə gün ərzində yarpaqlar bankanın içərisində quruduqdan sonra bir neçə dəfə bankada olab yarpaqlardan az miqdarda götürüb istifadə etmişdir. xx xxxx 2020-ci il tarixdə polis əməkdaşları o, evdə olmayan zaman həyətyanı sahəsinə baxış keçirmiş, baxış zamanı həyətyanı sahəsindən əkmiş olduğu 11 ədəd çətənə bitkisi və bankada saxladığı qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Həmin gün günorta saatlarında evə gələrkən bu barədə bildikdən sonra həmin tarixdə könüllü olaraq etmiş olduğu cinayət əməlini etiraf etmək üçün polis şöbəsinə getmişdir. xx xxxxxx 2020-ci il tarixdə yaşadığı Yevlax rayon Havarlı kəndindəki həyətində ifadəsi yerində yoxlanılmış və o, 11 ədəd çətənə bitkilərini əkdiyi yeri polis əməkdaşlarına göstərmişdir. Bu barədə protokol tərtib edilmiş, protokol onun tərəfindən imzalanmışdır. Əməlindən peşman olduğunu, üç övladından ikisinin əqli xəstə və bununla əlaqədar əlil olduqları üçün onun himayəsində olduğunu bildirərək, bunları nəzərə almağı və ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Şahid2 bildirmişdir ki, Yevlax rayon polis şöbəsi İTB polis sahə rəisi vəzifəsində işləyir. xx xxxx 2020-ci il tarixdə polis şöbəsinə Yevlax rayonunun Havarlı kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə kolu əkib becərdiyi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə əməliyyat qrupu yaradılmış və o, əməliyyat qrupuna daxil edilmişdir. Əməliyyat qrupu tərəfindən həmin şəxsin yaşadığı həyətyanı sahəsinə baxış keçirilməsi qərara alınmışdır. xx xxxx 2020-ci il tarixdə saat təxminən 09:00-da əməliyyat qrupunun üzvləri və aqronom X1 ilə birlikdə Yevlax rayonu Havarlı kəndinə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Qeyd edilən ünvandakı evdə qapını X3 açmış və Təqsirləndirilən şəxs arvadı kimi özünü təqdim etmişdir. Nailə Əsədova həyətyanı sahəsinə video çəkiliş vasitəsilə baxış keçirilməsinə etirazı olmadığını bildirdikdən sonra onlar həyətyanı sahəyə baxış keçirmişlər. Həmin zaman Təqsirləndirilən şəxs evdə olmamışdır. Baxış zamanı həyətyanı sahədən 11 ədəd çətənə bitkisi və şüşə bankanın içində marixuanaya bənzər kütlə aşkar edilmişdir. Nailə Əsədova bildirmişdir ki, özü övladları ilə birlikdə Bakı şəhərində yaşayır, Yevlax rayonu Havarlı kəndində yerləşən evlərində həyat yoldaşı Təqsirləndirilən şəxs tək yaşayır. Aqronom Təqsirləndirilən şəxs əkmiş olduğu çətənə bitkilərinə aqrotexniki qaydada qulluq edildiyini təsdiqləmişdir. Daha sonra Təqsirləndirilən şəxs əkmiş olduğu çətənə bitkiləri köklərindən çıxarılaraq kisəyə qoyulmaqla qablaşdırılaraq, habelə şüşə bankada aşkar olunmuş marixuanaya bənzər kütlə ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş iştirak edənlərlə birlikdə o, da protokolun doğruluğuna imza etmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə və kolların yerləşdiyi sahəyə baxış keçirilməsi əks olunduğu video yazıya baxış keçirilmiş və həmin yazıda təqsirləndirilən şəxsin və şahidin bildirdikləri hallar təsdiqini tapmışdır. Məhkəmə-bioloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 17/400 sаylı rəyində qeyd olunur ki, üzərinə yapışdırılmış ağ kağızda “Təqsirləndirilən şəxs məxsus məhlədən aşkar olunaraq götürülmüş 11 (on bir) ədəd...” sözləri və imzalar yazılmış qara rəngli sellofan kisədə, 11 (on bir) ədəd, hündürlükləri 40 sm-dən 170 sm-dək, ümumi təmiz çəkisi - 4 kiloqram 960 qram olan bitkilər əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Alim-aqronom Vüqar Mahmudovun xx.xx.2020-ci il tarixli rəyinə əsasən 11 (on bir) ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş, üzərində “İştirak etdi: N.Əsədov. /imza/ Şahid2. /İmza/ Şahid1...” sözləri yazılmış 01 (bir) ədəd zərfdəki, təmiz çəkisi - 11,94 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 11 (on bir) ədəd çətənə bitkiləri ilə 01 (bir) ədəd zərfdə olan qurudulmuş marixuana tərkiblərinə görə eynidilər.(səh. 31- 32) Məhkəmə-narkoloji ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 789 saylı rəyində qeyd olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. (səh.102) Beləliklə, Təqsirləndirilən şəxs ifadəsi, habelə iş üzrə digər sübutlarla təsdiq olunur ki, o, narkotik tərkibli çətənə bitkilərini sonradan özü istifadə etmək məqsədi ilə əkmiş, eləcə də onun hissələri olan yaş vəziyyətdə olan yarpaqlarını eyni məqsədlə yığmış və quruması üçün şüşə qaba yığmışdır. Qeyd olunmalıdır ki, Cinayət Məcəlləsinin 234.1 maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya, həmin Məcəllənin 237.1 maddəsi isə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etməyə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) görə cinayət məsuliyyətini nəzərdə tutur. “Narkotik vasitələrin, psixatrop maddələrin və onların prekursorlarının dövriyyəsi” haqqında qanunun 1.0.9-cu maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə uyğun olaraq əldə edilmə dedikdə Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşması kimi qəbul edilməsi, başqa mallara və ya əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı bir üsulla yiyələnməsinə yönəldilmiş hərəkət kimi nəzərdə tutmuşdur. Həmin qanunun 1.0.6-cı maddəsi narkotik tərkibli bitkilərin kultivasiyası anlayışına onların əkilməsi, becərilməsi və toplanmasını daxil etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası CMnin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2013-cu il tarixli qərarında da göstərilmişdir ki, CM-nin 237.1-ci maddəsi ilə əməlin tövsif edilməsi üçün narkotik tərkibli bitkilərin, onların hissələrinin istehlak və ya satış məqsədi ilə toplanması əhəmiyyət kəsb etmir. Külli miqdar narkotik vasitələrin (qurudulmuş və ya qurudulmamış) miqdarı məsələsi həll edilərkən isə bu barədə qanun qəbul edilənə kimi “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılar”a əsasən həll edilməlidir. Məhkəmə belə qənaətə gəlir ki, əkilmiş narkotik tərkibli çətənə bitkilərinin hissələrinin toplanması Cinayət Məcəlləsinin 237-ci maddəsinin tərkib əlaməti kimi ehtiva edilmişldir. Odur ki, əkilmiş narkotik tərkibli çətənə bitkilərinin hissələri olan yarpaqlarının hansı məqsədlə toplanmasından asılı olmayaraq Cinayət Məcəlləsinin 237-ci maddəsi ilə tövsif edilməlidir. Ekspertiza rəyi ilə də tədqiqata təqdim olunmuş 11 ədəd çətənə bitkiləri ilə 01 ədəd zərfdə olan qurudulmuş marixuananın tərkiblərinə görə eyni olması müəyyən edilmişdir. Çətənə bitkilərinin yarpaqlarının toplanmasına və qurudulmasına görə əlavə ittiham verilməməlidir. Belə ki, qeyd edilən narkotik vasitənin kultivasiya edilməsi, o cümlədən onun hissələri olan yarpaqların toplanması özü-özlüyündə gələcəkdə ondan istifadə edilməsi məqsədi daşıyır. Bu halda həmin yarpaqların yaş və ya quru olması əhəmiyyət kəsb edə bilməz, çünki həmin yarpaqlar yığıldıqdan sonra zatən quruyur, bunun üçün hər hansı müdaxilə zərurəti belə yoxdur. Məhkəmə tədqiq edilən sübutların məcmusuna, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 2-cı hissəsində, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldıra bilməyən şübhələri onun xeyrinə şərh edərək, məhkəmədə ittihamın baxılması nəticələrinə əsaslanaraq, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə uyğun olaraq hər kəsin ona qarşı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasını nəzərə almaqla, sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və onun bunda təqsirli olması tam sübuta yetirilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 237.1 maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ümumilikdə Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə əhatə olunduğundan Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ona verilmiş ittihamdan çıxarılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələbinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin edilən cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, səmimi peşmançılıq hissi keçirməsini, törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, himayəsində iki əlil övladının olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi, eyni zamanda cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona, istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş və Yevlax Rayon Polis Şöbəsində saxlanılan 01 ədəd sintetik kisədə olan 11 ədəd çətənə bitkisi və 01 ədəd zərfin içində olan ekspertiza tədqiqatından sonra qalan 11.89 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalı, 34.97 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə alınmalıdır. Müdafiəçi X2 istintaq zamanı 52 saat dövlət hesabına göstərdiyi hüquqi yardıma görə 312 manat və Müdafiəçi məhkəmə zamanı dövlət hesabına göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat miqdarında haqq ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M Е T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə saat 23:00-dan saat 07:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Maddi sübut Yevlax Rayon Polis şöbəsində saxlanılan 01 ədəd sintetik kisədə olan 11 ədəd çətənə bitkisi və ekspertiza tədqiqatından sonra qalan 11.89 qram olan qurudulmuş marixuana, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri34 (otuz dörd) manat 97 (doxsan yeddi) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ ******************** коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə istintaq dövrü üçün 312 (üç yüz on iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili X2 və məhkəmə dövrü üçün 120 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi ödənilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Hökmdən 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən : Toğrul Əliyev
Məhkəmə qərarları › İş №1(039)-130/2020
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-130/2020
28.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver