Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-130/2021 21.09.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1975-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, açıq məhkəmə iclasında Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, qəsdən satış məqsədi ilə qanunsuz olaraq 0,504 qram miqdarında narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib üzərində saxlamış, 28 may 2021-ci il tarixdə saat 16 radələrində, Yevlax şəhəri, E.Ağayev küçəsində həmin narkotik vasitə olan heroinin ayrı-ayrılıqda 0,152 qram və 0,167 qram miqdarında, cəmi 0,319 qram miqdarında olan hissəsini iki ədəd göy-ağ rəngli kağız bükümlərdə tanışı Şahid4 10 manata satmış, qalan 0,185 qram miqdarında narkotik vasitə olan heroini satış məqsədi ilə özünə məxsus “QAZ-3110 101” markalı **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobilin bardaçokunda bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə saxlamış, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən 30 may 2021-ci il tarixdə saat 18:00 radələrində Yevlax şəhəri E.Ağayev küçəsində idarə etdiyi avtomobillə birlikdə saxlanılaraq Yevlax rayon polis şöbəsinə gətirilmiş, həmin gün saat 19:00 dəqiqədən saat 19:20 dəqiqəyədək olan müddət ərzində müdafiəçinin iştirakı ilə və video çəkilişlə həmin avtomobilə keçirilmiş baxış zamanı avtomobilin bardaçokundan bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə satış məqsədi ilə əldə edib saxladığı 0,185 qram miqdarında narkotik vasitə olan heroin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, götürülmüş, Şahid4 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən 28 may 2021-ci il tarixdə saat 18:00 radələrində Yevlax şəhəri E.Ağayev küçəsində saxlanılaraq Yevlax rayon polis şöbəsinə gətirilmiş, üzərində həmin gün saat 18:40 dəqiqədən saat 19:00 dəqiqəyədək olan müddət ərzində müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi axtarış nəticəsində əynindəki şalvarının sağ kiçik ölçülü cibindən iki ədəd göy-ağ rəngli kağız bükümlərdə Təqsirləndirilən şəxs ona satdığı ayrı-ayrılıqda 0,152 qram və 0,167 qram miqdarında, cəmi 0,319 qram miqdarında narkotik vasitə – heroin iki ədəd göy-ağ rəngli kağız bükümlərdə aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı, ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək söyləmişdir ki, əvvəllər narkotik vasitələrdən istifadə etməmişdir. Lakin, son zamanlar istifadə etmək qərarına gəlmişdir. Təxminən 2021-ci ilin may ayında, iş yerinin yaxınlığında yerdən üç ədəd kağız büküm tapmışdır. Bu bükümlərin içinə baxdıqda hər bükümdə təxminən 0,1 qram miqdarında narkotik vasitə - heroin olduğunu görmüşdür. Həmin narkotik vasitələri sonradan istifadə etmək üçün özündə saxlamışdır. Lakin sonradan belə qərara gəlmişdir ki, həmin narkotikin iki bükümünü satsın. Əvvəllər tanıdığı və ara-sıra görüşdüyü Şahid4 ilə 28 may 2021-ci il tarixdə görüşən zaman, sonuncu narkotik vasitə almaq istədiyini bildirmiş və o, özündə olan iki büküm heroini ona satmağı təklif etmişdir. İki büküm heroin üçün Vicatdan 10 manat pul almışdır. Bundan öncə Şahid4 və ya başqa şəxsə narkotik vasitə satmamışdır. 30 may 2021-ci il tarixdə, saat təxminən 18:00-da, Yevlax şəhəri E.Ağayev küçəsində özünə məxsus “QAZ-3110 101” markalı **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən Yevlax rayon polis şöbəsinin əməkdaşları onu saxlayıb ona yaxınlaşaraq qanunsuz olaraq narkotik vasitənin satışı ilə məşğul olduğunu, üzərində və ya avtomobilində narkotik vasitə saxladığını bildirmiş, avtomobilinə baxış keçirəcəklərini demişlər. Onlara etiraz etməmiş və polis əməkdaşlarından biri onun avtomobilini idarə edərək Yevlax rayon polis şöbəsinin həyətinə sürmüşdür. Orada ona vəkil təqdim edilmiş və ilk olaraq üzərinə, daha sonra isə avtomobilə baxış keçirmişlər. Avtomobilə baxış zamanı polis əməkdaşları avtomobilinin bardaçokundan bir ədəd kağız bükümdə heroini aşkar edilmişdir. Lakin, həmin bükülü ona məxsus olmamış, bu bükülünün necə avtomobildə olduğu ona da məlum deyil. Lakin, həmin zaman etiraf etmişdir ki, bükülü ona məxsusdur, bükülüdə olan maddə də heroindir. Əməlindən peşman olduğunu, ilk dəfə cinayət törətdiyini nəzərə alıb ona yüngül cəzanın təyin edilməsini xahiş etmişdir. Şahid1 bildirmişdir ki, Yevlax Rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 30 may 2021-ci il tarixdə Yevlax şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələr əldə etməsi, satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatı həmin gün raportla Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə məruzə etmiş və bunun əsasında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Əməliyyat qrupuna daxil olan Yevlax Rayon Polis Şöbəsinin polis nəfəri Şahid2, təhqiqatçı Mehman Əsədovla həmin gün saat təxminən 18:00-da Təqsirləndirilən şəxs yaşadığı Yevlax şəhəri E.Ağayev küçəsinə getmişlər. Təqsirləndirilən şəxs idarə etdiyi “QAZ-3110” markalı **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin küçə ilə hərəkətdə olduğunu görüb ona əl ilə işarə edərək avtomobili saxlamağı xahiş etmişlər. Rəfailə yaxınlaşaraq özlərini təqdim edib qanunsuz olaraq narkotik vasitələr saxlaması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olduğunu, bununla əlaqədar polis şöbəsinə getməli olduqlarını bildirmişlər. Rəfail buna etiraz etməmişdir. Rəfailə məxsus avtomobili polis əməkdaşı idarə edərək polis şöbəsinin həyətinə sürmüşdür. Bu zaman Rəfailin özü də öz avtomobilində olmuşdur. Şöbənin həyətində Rəfail avtomobilinin qapılarını kilidləmiş və açarını özündə saxlamışdır. Şöbədə Təqsirləndirilən şəxs müdafiəçi təqdim edilmiş və video çəkilişlə üzərinə baxış keçirilsə də, üzərində narkotik vasitə aşkar edilməmişdir. Lakin, Təqsirləndirilən şəxs bildirmişdir ki, ondan bir neçə gün öncə yerdən narkotik vasitə olan heroin tapmış və həmin narkotik vasitədən iki bükümü tanışı Vicat adlı şəxsə 10 manata satmışdır. Sonradan “QAZ-3110” markalı **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobilə də eyni qayda ilə baxış keçirilmiş və bu zaman avtomobilin bardaçokundan bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Rəfail həmin kütlənin heroin olduğunu, heroinin hamısının özünə məxsus olduğunu bildirmişdir.. Şahid2 bildirmişdir ki, Yevlax Rayon Polis Şöbəsinin post-patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində işləyir. 30 may 2021-ci il tarixdə polis şöbəsinin rəhbərliyinin qərarına əsasən əməliyyat qrupuna daxil edilmiş və əməliyyat qrupunun digər üzvləri ilə birlikdə Yevlax şəhər sakini Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmişdir. Təqsirləndirilən şəxs həmin gün saat təxminən 18:00-da Yevlax şəhəri, E.Ağayev küçəsində avtomobili ilə hərəkətdə olarkən tərəflərindən saxlanılmış və polis şöbəsinə dəvət edilmişdir. Şöbəyə gedərkən Təqsirləndirilən şəxs öz avtomobilində olmuş və avtomobil şöbənin həyətində saxlanıldıqdan sonra qapıları bağlanıb açarları da onun özünə təqdim edilmişdir. Müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, bir neçə gün öncə yerdən tapdığı heroini Vicat adlı şəxsə iki bükümünü 10 manata satmışdır. Onun avtomobilinə baxış keçirilən zaman isə avtomobilin bardaçokundan içində heroinə bənzə maddə olan bir bükülü aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, bükülü ona məxsusdur, içində olan maddə narkotik vasitə olan heroindir, öz istifadəsi üçün saxlamışdır. Şahid4 bildirmişdir ki, narkotik vasitələrdən mütəmadi istifadə edir. 28 may 2021-ci il tarixdə narkotik maddə əldə etmək məqsədi ilə Yevlax şəhərinə gəlmiş və tanışı Təqsirləndirilən şəxsla onun yaşadığı küçədə görüşmüşdür. Rəfailə narkotik vasitə olan heroin almaq istədiyini bildirdikdə o bildirmişdir ki, iki büküm onda var və ona 10 manata sata bilər. Ona 10 manat pul vermiş və Rəfail özünə məxsus “QAZ-3110 101” markalı avtomobilin bardaçokundan iki bükülü götürərək ona vermişdir. Həmin gün axşam saatlarında Yevlax şəhərində polis əməkdaşları tərəfindən saxlanılmış və polis şöbəsinə dəvət edilmişdir. Onun üzərinə baxış keçirilən zaman üzərində olan, Rəfaildən aldığı iki büküm aşkar edilmişdir. Suallara cavab olaraq səmimi etiraf etmişdir ki, həmin bükülüdə olan maddələr heroindir, Təqsirləndirilən şəxs adlı şəxsdən 10 manata almışdır. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs üzərinə, ona məxsus “QAZ-3110 101” markalı **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi, habelə onun Şahid4la üzləşməsini əks etdirən video yazılara baxış keçirilmiş və həmin yazılarda 28 may 2021-ci il tarixdə narkotik vasitənin satışı ilə bağlı Təqsirləndirilən şəxs və şahidlərin bildirdikləri hallar təsdiqini tapmışdır. Məhkəmə-kimyəvi ekspertizasının 29.05.2021-ci il tarixli 17/383 saylı rəyində qeyd olunur ki, tədqiqata təqdim edilmiş, “Şübhəli şəxs Şahid4 üzərinə şəxsi axtarış aparılan zaman aşkar edilərək götürülmüş ...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümün içərisində olan 02 (iki) ədəd göy-ağ rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri -0,152 qram və 0,167 qram, ümumi təmiz çəkiləri -0,319 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroinlərin ümumi təmiz çəkisi – 0,319 qr., tədqiqata sərf edildi – 0,10 qr., (hər obyektdən 0,05 qr.), qalıq – 0,219 qr.(səh 81) Məhkəmə-kimyəvi ekspertizasının 31.05.2021-ci il tarixli 17/387 saylı rəyində qeyd olunur ki, tədqiqata təqdim edilmiş, “Şübhəli şəxs Təqsirləndirilən şəxs məxsus olan ... avtomaşının...aşkar edilərək götürülmüş..., ” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi -0,185 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroinlərin təmiz çəkisi – 0,185 qr., tədqiqata sərf edildi – 0,05 qr., qalıq – 0,135 qr. (səh.46) Məhkəmə-kimyəvi ekspertizasının 06.06.2021-ci il tarixli 17/404 saylı rəyində qeyd olunur ki, tədqiqata təqdim edilmiş, “Şübhəli şəxs Şahid4 üzərinə şəxsi axtarış aparılan zaman aşkar edilərək götürülmüş ...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümün içərisində olan 02 (iki) ədəd göy-ağ rəngli kağız bükümlərdə olan heroinlər ilə üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs məxsus olan ... avtomaşın... aşkar edilərək götürülmüş, ” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə olan heroin tərkiblərinə görə eynidirlər. Heroinlərin ümumi təmiz çəkisi – 0,315 qr., tədqiqata sərf edildi – 0,05 qr., qalıq – 0,085 qr. (səh 154-155) Məhkəmə-narkoloji ekspertizasının 08 iyul 2021-ci il tarixli 806 saylı rəyində qeyd olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (səh.181) Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə, yəni narkotik vasitələri satmada təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və video görüntü ilə tam təsdiqini tapmış, bu səbəbdən ona təqsirləndirildiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir.. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, ilk dəfə cinayət törətməsini cəzasını yüngülləşdirən hal kimi, ağırlaşdıran halların olmamasını nəzərə alır və ona, müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab edir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəza çəkdiyi müddətdə barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, yaşadığı yer üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Yevlax Rayon Polis Şöbəsində saxlanılan 0,085 qram miqdarında narkotik vasitə-heroin, 0,119 qram miqdarında narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalıdır. İş üzrə 138.2 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ 34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilməlidir. Müdafiəçi dövlət vəsaiti hesabına göstərdiyi hüquqi yardıma məhkəmə zamanı 25 saat hesablanmaqla hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM Е T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 30 may 2021-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Maddi sübut - Yevlax Rayon Polis şöbəsində saxlanılan bir ədəd zərfdə 0,085 qram narkotik vasitə - heroin, bir ədəd zərfdə 0,119 qram narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatlarının dəyəri - 138 (bir yüz otuz səkkiz) manat 20 (iyirmi) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ ******************** коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesaba keçirilsin. Göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 150 (bir yüz əlli) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Hüquq Bürosunu vəkili Müdafiəçi ödənilsin Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №1(039)-130/2021
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-130/2021
21.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver